|
Nazir Əsədov
Nazir Əsədov
Dağlıq
Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafı
Dağlıq Qarabağ Muxtar Vilayəti 7 iyun 1923-cü ildə yaradılıb. Kiçik Qafqazın
cənub-şərq hissəsində 4,4 min kvadrat kilometr ərazini əhatə edir. 1979-cu ildə
vilayətdə 162,2 min nəfər olmuşdur ki, bunun da 123 min nəfəri erməni, 37,5 min
nəfəri azərbaycanlı olmuşdur.
Vilayətin iqtisadiyyatı əsasən kənd təsərrüvatının üzümçülük, baramaçılıq və
maldarlıq, sənayesi isə elektrotexnika, maşınqayırma, toxuculuq, ağac e'malı,
mebel qayırma üzrə ixtisaslaşmışdı. Ümumi respublikada istehsal edilən
elektrotexnika məhsullarının 5,7 faizi məz burada istehsal edilirdi Vilayətdə
sənaye məhsulların istehsalının illik artımı bir qayda olaraq respublikanın
göstəricisindən yüksək olurdu. 1981-ci ildə ümumi məhsulun illik artım həcmi 7%
artdığı halda vilayət üzrə bu rəqəm 8,3% olmuşdur. Bu üstünlük əvvəlki və
sonrakı işlərdə də olmuşdur.
80-cı
illərin ortalarında mədəniyyətin bütün sahələri yüksək inkişaf mərhələsində idi.
Burada pedaqoji institut, kənd təsərrüvatı texnikumu, tibb texnikumu, mədəni
maari ftexnikumu, baş texniki məktəb, 196 ümumi təhsil məktəbi, 14 xəstəxana,
müstəqil vilayət qovşağı və s. vardı
80-cı
illərdə vilayətdə yaşayış sahəsi, məktəbəqədər müəssisələr, sağlamlıq
mərkəzlərinin inkişaf səviyyəsinə görə həm Azərbaycan ümum, həm də Ermənistan
SSR-nin ümumi göstəricisindən üstün idi. Belə ki, hər 10 min nəfərə Azərbaycan
SSR-də 97,7, Ermənistan SSR-də isə 86,2, DQMV 101,7 çarpayı düşürdü. Klubların
sayı müvafiq olaraq hər min nəfərə Azərbaycan SSR-də 5, Ermənistan SSR-də 3,8,
DQMV-də isə 15 olmuşdur.
Vilayətdə hər adama 14,6 kv.m yaşayış sahəsi düşürdü ki, bu da o zaman ən yükək
göstəricisi idi
DQMV-nin bütün inkişaf göstəricilərinin yüksək, ən azı normal olması İttifaq
hökumətinə bu zaman hakim iqtidar partiya olan Sov. İKP MK-sına və SSRİ Nazirlər
Sovetinə tam aydın olsa da vilayətin iqtisadi və sosial baxımdan geri olması
əvvəlcədən düşünülmüş variant idi. Məhz bunu əsas tutub Moskva ermənilərə
istədiyi kimi havadarlıq edə bilərdi.
1988-ci ilin martın 24-də Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin
''1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin
sosial-iqtisadi inkişafını sür'ətləndirmək tədbirləri haqqında'' qərar qəbul
etmişdi. Bilavasitə erməni havadarlarının tə'siri və nəzarəti altında yazılan
qərarda deyilirdi: ''Son vaxtlar ictimai istehsalda səmərəliyin azalması meyli
olmuşdur. Əsaslı tikinti yaşayış evlərinin istifadəyə verilməsi planları yerinə
yetirilmir, sosial-mədəni sahənin inkişafı əhalinin artan tələbatından geri
qalır. Bir çox əmək kollektivlərində intizam pisləşmiş, məhsul istehsalı
planlarının və məhsulun göndərilməsi barəsində müqavilə öhtəliklərinin yerinə
yetirilməsi pisləşmişdir''.
Maraqlı idi ki, qərarda nəinki vilayətin əhalisinin həyat şəraitini
yaxşılaşdırmaq, habelə o zaman Azərbaycanda müxtəlif zamanlarda gəlib
məskunlaşan 450 min erməninin həyat səviyyəsinə qayğı göstərmək də nəzərdə
tutulurdu.
İrəlidə adını eqyd etdiyimiz qərarda vilayətin ümumi inkişafına 400 milyon manat
ayrılmışdı. Onun həyata keçirlməsi üçün xüsusi göstərişlər verilmişdi. Ancaq
tezliklə mə'lum oldu ki, ermənilərin niyyəti tamam başqadır. Onlar bu adla
Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək niyyətindədir.
Bunu hadisələrin sonrakı gedişi bir daha sübut etdi. Ermənilər öz məqsədlərinə
çatmaq üçün silaha əl atmaqdaq çəkinmədilər. Sosial-iqtisadi gerilik bəhanəsi
ilə başlanan anti Azərbaycan mübarizəsi nəticədə 20% Azərbaycan torpaqlarının
ermənilər tərəfindən işğalı ilə nəticələndi.
|