|
Ramil Niftəliyev
Ramil
Niftəliyev
Rus
işğalı dövründə Qarabağda demiqrafik dəyişikliklər
Rusiya
tarixindən məlumdur ki, çarizm Azərbaycanın işğalını reallaşdırmaq məqsədilə
V.L.Veliçkonun xüsusi vurğu ilə qeyd etdiyi “zəhərli” ermənilərdən bir vasitə
kimi istifadə edirdi.
1804-cü
ilin 3 yanvarında Gəncə şəhəri işğal ediləndə döyüşlərdə 1500-dən çox
azərbaycanlı həlak olmuş, 8585 kişi, 8639 qadın ruslar tərəfindən əsir
alınmışdı. Rus hərbi hissələri isə 38 əsgər və zabit itirmişdi.
İbrahim
xan Gəncə faciəsinin Qarabağda təkrarlanacağından ehtiyat edərək, 1805-ci il 14
may tarixli Kürəkçay traktatı ilə Rusiyanın himayəsini qəbul etməyə məcbur oldu.
Qafqazdakı Rusiya qoşunlarının baş komandanı P.D. Sisianov 1805-ci il 22 may
tarixli, 19 saylı raportunda yazırdı: “Qarabağı özünün coğrafi mövqeyinə görə
Azərbaycanın, eləcə də İranın qapısı hesab etmək olar və buna görə buranın əldə
saxlanılmasına və bizim üçün möhkəmləndirilməsinə daha çox səy
göstərilməlidir.”
Rusiya
qoşunlarının Gəncə və Qarabağ xanlıqlarını işğal etməsi ilə barışmayan Qacarlar
taxt-tacının vəliəhdi Abbas Mirzə böyük bir qoşunla Araz çayını keçərək həmin
ərazilərdə irəlilədi. Rusların törətdikləri vəhşiliklərdən və özbaşınalıqlardan
qurtulmaq üçün əhalinin bir hissəsi başqa əyalətlərə köçüb getmişdi. 1804-cü
ilin fevral-mart aylarında Gəncəni 200 ailə tərk etmişdi. General P.D.Sisianov
onların yerini ermənilərlə doldurmaq arzusunda idi. O, erməni arxiyepiskopu
Yohana yazırdı: “Çoxlu boş qalmış evlər var, onlar buranı tərk edib getmişlər.
Sizdən İrəvan ermənilərinin təcili buraya köçürməsini xahiş edirəm. Mən hər bir
ailəyə ev, bağ və həyət verilməsini əmr edəcəyəm. Üç il müddətində ermənilərdən
töycü güzəştlə yığılacaq və onlar heç bir mükəlləfiyyət daşımayacaqlar.”
1804-cü
ildə P.D. Sisianov Şimali Azərbaycana 16 min aysor dəvət edərək erməni – aysor
təzyiqi altında müsəlmanların təqibinin asan olacağını bildirmişdi.
XIX
əsrin əvvəllərində baş vermiş hərbi-siyasi hadisələr Qarabağın türk-müsəlman
əhalisinin öz tarixi vətənlərini tərk etmələri ilə nəticələnirdi. 1805-ci ilin
yayında təkcə bir gecədə 20 min nəfər Arazın o tayına keçmişdi.
P.D.Sisianov Bakıda öldürüldükdən sonra onun yerinə göndərilmiş İ.V.Qudoviç də
erməni fitnəsinə uyğun hərəkət edirdi. Onun planında “Ermənistan” dövləti
yaratmaq, Azərbaycanı xəritədən tam silmək nəzərdə tutulurdu. İ.V.Qudoviçin
mərkəzə müraciətində deyilirdi: “Rusiyada yaşayan ermənilərin siyahısı tərtib
olunmalı, onların harada yaşamalarından asılı olmayaraq, Azərbaycana gəlmələrinə
imkan yaratmaq lazımdır. Burada erməni dövləti yaratmaq üçün ermənilərin sayı
kifayət qədər olmalıdır. Xristianlıq naminə biz bu işi sürətləndirməliyik”. Rus
imperatoru bu məsələyə biganə qalmadı, xüsusi sərəncam verdi, Rusiyada yaşayan
ermənilərin siyahısı tərtib etmək üçün hətta Avropada yaşayan ermənilərə
müraciət olundu ki, “İmperator ermənilərə qayğı göstərmək istəyir. Ermənilər
bizim ərazidə olmalıdırlar”. Müraciət ermənilər tərəfindən sevinclə qarşılanmış
və təkcə Şuşaya 390 erməni köçüb gəlmişdi.
Ermənilərin Azərbaycana köçürülməsi I Rus – İran müharibəsindən sonrakı
illərdə ardıcıl davam etdirildi. 1823-cü ildə tərtib edilmiş bir sənəddə,
Qarabağda 3945erməni ailəsi, 14618 türk-müsəlman ailəsi olduğu göstərilir.
II Rus
– İran müharibəsi illərində Qarabağa ermənilərin köçürülməsi sürətləndirildi.
Müharibənin gedişində 18 min erməni ailəsi Qarabağa yerləşdirildi.
1828-ci
ilin 10 fevralında Ruiya ilə İran arasında bağlanmış Türkmənçay sülh müqaviləsi
əsasında 8249 erməni ailəsi Cənubi Qafqaza köçürülüb. İrəvan quberniyasında,
Qarabağ əyalətində və Şamaxı qəzasında yerləşdirildi.
Ümumiyyətlə, Türkmənçay müqaviləsinin şərtləri əsasında ermənilərin
köçürülməsi xeyli güclənmiş və Cənubi Qafqazda ermənilərin sayı, demək olar ki,
50 dəfədən çox artmışdı.
|