|
Sakit Hüseynov
Sakit Hüseynov
Davamlı
insan konsepsiyası
və
işğal
olunmuş
ərazilərin
ekoloji vəziyyəti
Azərbaycanda rəsmi qeyd olunmuş 14 dövlət qoruğu və 20 yasaqlıqdan 2 qoruq, 4
yasaqlıq və bir çox təbii-tarixi abidələr hazırda işğal altındadır.
Onlar
bunlardır:
1.
Bəstiçay qoruğu. Əsasən Zəngilan rayonu ərazisində, Bəstiçay ətrafında yerləşən
bu qoruq 1974-cü ildə yaradılmışdır. 107 hektar sahəsni əhatə edən qoruqda
qiymətli ağaclardan – Qafqaz vələsi, Gürcüstan palıdı, ardıc, iydə və qədim
tarixə malik müxtəlif çinarlar vardır. Bəstiçay qoruğunda diametri 4 metr,
hündürlüyü 50 metrə, çatan nadir çinar ağaclarına təsadüf edilir.
Mütəxəssislərin fikrincə, bu çinarların bəzilərinin yaşı 1200-1500 ildır.
2.
Qaragöl dövlət qoruğu. Qoruq 1987-ci ildə yaradılmışdır. Dəniz səviyyəsindən
2568 metr yüksəklikdə 300 hektar sahəni əhatə edir. Qaragöl ekolji sisteminin 68
cins və 27 növdən, florası-102 bitki növündən ibarətdir. Qoruğun sərhədləri
kənalında nadir və tükənməkdə olan bitki növlərindən “ezepçuk”, al-qırmızı
dərman bitkisi- “qaytarma” bitir.
3.
laçın yasalığı. İşğal altında qalan yasaqlarımızdan biri Laçın yasalığıdır.
1961-ci ildə təşkil olunmuşdur, 20 min hektar ərazini əhatə edir. Yasalığın
heyvanat aləmi- Qafqaz qonur ayısı, qaban, bezuar keçisi, dovşan və s.-dən
ibarətdir.
4.
Qubadlı yasalığı. Bu yasalıq cüyür, qaban, bezuar keçisi, Qafqaz qonur ayısı və
s. heyvanların mühafizəsi və saylarının artırılması məqsədilə 1969-cu ildə
yaradılmışdır.
5.
Daşaltı
yasalığı. Şuşa və Əsgəran ərazisində nadir təbiəti
kompleksləri qoumaq üçün 1988-ci ildə təşkil
olunmuşdu,
450 hektar ərazina əhatə edirdi.
Hazırda
tamam məhv edilmişdir.
6.
Arazboyu
yasalığı. Nadir tuqay meşələrinin qorunması və bərpası məqsədilə 1993-cü ildə
yaradılmışdır
2200 hektar ərazini əhatə edir.
İşğal
altında olan çox
hissəsi hazırda məhv olmaq dərəcəsindədir.
Qeyd
edək ki, 2 qoruq və 4 yasalıqdan başqa respublika Dövlət Ekologiya və Təbiətdən
İstifadəyə Nəzarət Komitəsinin 1994-1995-ci illərdə apardığı inventarizasiyaya
görə işğal zonasında 13197,5 hektar qiymətli meşə sahəsi və 6 geoloji obyekt
qalmışdır.
Hadrut və Tuğ yaşayış məskənləri arasında yol çəkmək üçün bu ərazidəolan meşə
sahələri tamamilə məhv edilmişdir.
Buradakı
Azıx və Tağlar abidələri qədim dövr mədəni abidəsi kimi YUNESKO-nun siyahısına
düşmüş və onların maddi-mədəniyyət nümunələri 1981-ci il dekabrın 8-də Fransada
Parisin İnsan muzeyində “Avropanın
ilk
sakinləri” adlı sərgidə nümayiş etdirilmişdir.
Lakin Azıx və Tağlar kimi tarixi abidələr də ermənilər tərəfindən dağılmışdır.
Müxtəlif
mənbələrdən əldə etdiyimiz məlumatlara görə, ermənilər hazırda Şuşa mağarası,
Şuşanın qala divarları, Şuşada görkəmli Azərbaycan şairi Molla Pəənah Vaqifin
məqbarəsi, Füzulidə Şah Abbas karvansarası, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan
və s. yaşayış məskənlərində olan mədəni-tarixi abidələrimizi tamamilə dağıtmış,
Qarabağ ərazisindəki qədim Alban kilsələrini silah anbarlarına çevirərək
yararsız hala salmışlar. İşğal olunmuş ərazilərdə 43- ə qədər hidrometteroloji
müşahidə məntəqələri məhv edilmişdir ki, bütün bunlar YUNESKO və Ümumdünya
Metereoloji Təşkilatının prinsiplərinə ziddir.
2000-ci
ilin oktyabrında tarixində Tbilisidə keçirilmiş Birinci Beynəlxalq Ekologiya
Konqresində iştirak edən Azərbaycan nümayəndə heyəti vətənimizin flora və
faunasına vurulmuş ziyan və qəsdlər haqqında məlumat vermişlər.
Qeyd
edək ki, 1992-ci ilin iyununda Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində
BMT-nin “Ətraf mühit və inkişaf” haqqında keçirdiyi konfransda ətraf mühitin
mühafizəsi ilə bağlı 27 prinsipdən ibarət beynəlxalq “Bəyannamə” qəbul
olunmuşdur. Bəyannamənin 23-cü prinsipində deyilir: “Başqa xalqın əsarəti
şəraitində olan, işğal altında qalan ətraf mühit və xalqın təbii sərvətləri
qorunmalıdır”. Bəyannamənin 24-cü prinsipində isə silahlı münaqişə şəraitində
ətraf mühitin qorunması məsələsə beynəlxalq hüquq baxımından daha ciddi
qoyulmuşdur: “Müharibə öz mahiyyəti etibarilə sabit inkişafı pozur. Buna görə də
dövlətlər silahlı münaqişə dövründə ətraf mühitin mühafizəsini təmin edən
beynəlxalq hüquq qaydalarına hörmət etməli və lazım gələrsə, sonradan onun
işlənməsi məqsədilə əməkdaşlıq etməlidir”.
Respublikanın əlaqədar orqanları, ictimai təşkilatları işğal altında qalan
ərazilərimizin ekoloji vəziyyətini dərindən öyrənməli, ətraf müşitin mühafizəsi
ilə bağlı yuxarıda göstərilən beynəlxalq prinsipləri əsas tuturaq,
ərazilərimizdə ermənilərin törətdiyi ekoloji cinayətləri beynəlxalq təşkilatlara
çatdırmalı və erməni cinayətkarlarının Beynəlxalq hüquq təşkilatları tərəfindən
cəzalandırılmasına nail olmalıdırlar.
|