|
Taptıq Həsənov
Taptıq
Həsənov
Ermənistan
tərəfindən işğal olunmuş ərazilərin təbii ehtiyatları
və ekologiyasına vurulan ziyanlar
Azərbaycan
Respublikasının
Dağlıq
Qarabağ
və
onun
ətrafında
olan
rayonları
1989-1993-cü
illərdə
Ermənistan
qoşunları
tərəfindən
işğal
olundu
. Bundan
başqa
Azərbaycanın
Ermənistanla
həmsərhəd
olan
Naxçıvan
MR-ın
Sədərək
rayonunun
Kərki,
Qazax
rayonunun
Aşağı
Əskipara,
Yuxarı
Əskipara,
Quşçu
Ayrım,
Barxudarlı
və
digər
yaşayış
məntəqələri
işğal
olunnaraq
dağıdıldı.
Hal-hazırda
Füzuli
rayonundakı
Horadiz
qəsəbəsindən
başlayaraq
Zəngilan
rayonunun
sərhədlərinədək
uzanan
198 km
Azərbaycan-İran
və
360 km
Azərbaycan-Ermənistan
- cəmi
558 km
dövlət
sərhədləri
Ermənistan
tərəfindən
pozulub
və
indi
də
onun
tam
nəzarəti
altındadır.
Bu
sərhədlər
boyunda
olan
tikililər,
postlar,
sərhəd
qurğuları,
demakrasiya
xəttləri
dağıdılmışdır.
Hazırda
baxımsız
qalmış
Azərbaycan-İran
sərhədlərinin
işğal
olunmuş
sahələrindən
sərbəst
şəkildə
qacaqmalcılıq
və
narkotik
maddə
daşınması
əməliyyatları
həyata
keçirilir.
Qafqaz
kimi
əlverişli
təbii
şəraiti
olan
və
sıx
əhali
yaşayan
rayonların
2-ci
on
il
işğal
altında
saxlanılması
Azərbaycan
əhalisinin
sosial-iqtisadi
vəziyyətini
olduqca
ağırlaşdırır.
Səlahiyyətli
orqanların
məlumatına
görə,
işğal
altında
olan
bu
nəzarətsiz
ərazilərdə
narkotika
bitkiləri
yetişdirilir
və
onların
məhsulları
gizli
yollara
Rusiya
və
Avropa
ölkələrinə
ötürülür.
Qeyd
etmək
lazımdı
ki,
Azərbaycan
Respublikasının
Ermənistan
tərəfindən
zəbt
olunmuş
əraziləri
təbii
ehtiyatlarla
zəngindir
və
təsərrüfatda
geniş
istifadə
olunurdu.
Bu
ərazilər
insanlar
tərəfindən
hələ
çox
qədimdən
mənimsənilmişdir.
Dünyanın
ən
qədim
insan
məskənlərindən
olan
məşhur
Azıx
mağarasının
bu
ərazidə
olması
deyilənləri
bir
daha
sübut
edir.
Kiçik
Qafqazın
Yuxarı
Qarabağında
olan
yay
otlaqları
ilə
Düzən
Qarabağın
qış
otlaqları
hələ
lap
qədimdən
Azərbaycan
türklərinin
məşğul
olduqları
ənənəvi
dag-aran
köçəri
otlaq
heyvandarlığının
inkişafına
əlverişli
şərait
yaratmışdı.
Yuxarı
Qarabağ
yaylaqlarının
Ermənistan
tərəfindən
zəbt
olunması
əsrlərdən
bəri
davam
edən
bu
təsərrüfat
formasının
normal
rejimini
pozmuş,
yaylaqlara
qaldırılmayan
və
aranın
istisində
qalan
heyvanların
müxtəlif
xəstəliklərə
tutulmasına
və
onların
məhsuldarlığının
kəskin
sürətdə
azalmasına
səbəb
olmuşdur.
Bundan
başqa
hər
il
yay
aylarında
düzən
rayonların
əhalisi,
xüsusilə
qocalar,
qadınlar
və
uşaqlar
indi
bu
yaylaqlardan
məhrum
olduqları
üçün
yayda
aranın
istisindən
əziyyət
çəkir
və
tez-tez
xəstələnirlər.
İşğal
olunmuş
reqionda
müxtəlif
təbiət
abidələri,
nadir
bitki
və
heyvan
növləri
yayılmışdır.
İşğal
olunan
Kiçik
Qafqazın
dağlıq
zonası
Azərbaycanın
iri
meşə
zonası
rayonudur.
Burada
ümumi
meşə
və
kolluqların
sahəsi
246,7 min
hektardır.
İşğal
altında
olan
ərazilər
yeraltı
və
yerüstü
təbii
ehtiyatlarla
yetərincə
zəngindir.
Ən
çox
yayılan
faydalı
qazıntıları
əlvan
metal
filizləri,
qızıl,
civə,
xromit,
perlit,
əhəng,
mərmər,
əqiq,
mineral
sular
və
sairdir.
Ərazinin kurort-rekreasiya potensialı da böyükdür.
Azərbaycanda su problemi mühüm əhəmiyyət kəsb edir. Suvarma əkinçiliyinin
inkişafı, şəhər və kəndlərin su təchizatı quraq reqion hesab edilən Azərbaycan
üçün həyati məsələdir. Azərbaycanın Kiçik Qafqazdakı çoxlu yağıntı düşən, sıx
çay şəbəkəsinə malik olan və hazırda işğal altında olan əraziləri ölkənin su
ehtiyatlarının formalaşmasında böyuk əhımıyyət kəsb edır. Bu dağlardan öz
mənbəyini götürən bütün çaylar, xüsusilə Araz, Tərtər, Həkəri, Xançınçay,
Köndələnçay, Ağstafaçay və başqaları özləri ilə düzən ərazilərə bol su
gətirirlər, onlardan bəzilərinin hesabına süni göllər yaradılmış və suvarma
kanalları cəkilmişdir. Azərbaycan üçün böyük həyatı əhəmiyyəti olan bu və digər
suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması
ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir.
Müharibə zonalarında dağıdıcı silahlardan və ağır texnikadan geniş istifadə
olunduğuna görə ərazinin təbiətinə və ekoloji şəraitinə güclü ziyan dəyir. Nazik
torpaq qatına və eroziyaya meylli yamaclara malik olan kövrək təbiətli Kiçik
Qafqazın işğal altındakı dağlıq ərazilərində ekoloqiyaya dəyən ziyanın həcmi və
son nəticələri daha ağırdır.
İşğal
olunmuş ərazilərin hazırkı ekologi durumu haqqında heç bir informasiyanım
olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərin təbii sərvətlərini dağıdan və
ekologiyasını çirkləndirən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən
gizlədir.
Daxil
olan məlumatlardan aydın olur ki, erməni işğalçılarının zəbt etdiyi rayonların
ərazisində sünbülqıranlar və gəmiricilər həddən artıq çoxalmışdır.
Əkilib-becərilməyən torpaqlarda yabanı bitkilər zəngin olduğundan vəhşi
heyvanlar, ilan, koramal, siçan, siçovul kimi gəmiricilər, ziyanverici
həşəratlar həddən artıq çoxalır. Onlar ətraf ərazilərə, o cümlədən qonşu
rayonlardakı yayılaraq təsərrüfatlara böyük ziyan vururlar.
İşğal
olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi-texnikanın, torpaqda açdığı
şırımlar, çoxlu miqdarda atılan mərmilər, bastırılmış minalar bu ərazilərin
torpaq örtüyünə və bitki aləminə güclü zərər vurmuşdur. Dağ meşələri ucdantutma
qırılaraq qonşu ölkələrə daşınır, çılpaq yamaclarda hərbi texnikanın açdığı
şırımlar boyu axan yağış suları dərin yarğanlar əmələ gətirir, nadir bitki və
heyvanların kökü kəsilir. İşğal olunmuş ərazidən başlayan suvarma kanallarının
qarşısının kəsilməsi, Azərbaycanın dağətəyi rayonlarının kənd təsərrüfatına ağır
zərbə vurur.
Beləliklə, Azərbaycanın 14 min km2 ərazisi, təxminən 558 km uzunluğunda olan
sərhədləri 100 faiz, civə, obsidiyan və perlit ehtiyatları, 35-60 faiz tikinti
və üzlük materialları, 40 faiz mineral su ehtiyatları, 23,8 faiz meşə fondu, 2
qoruq və yasaq, 3 iri su anbarı, 7,8 faiz su ehtiyatları və s. Ermənistanın
işğal etdiyi Azərbaycan ərazilərinin payına düşür.
|