|
Tofiq Həsənov
Tofiq
Həsənov
XX
əsrdə Qarabağda yerli türk-müsəlman əhaliyə qarşı ermənilərin təcavüzü
I
Pyotrdan başlayaraq Rusiya daima ermənilərə qarşı xoş məramdadır. Xristian
erməni əhalisindən şərq siyasətində agentura, müharibələr vaxtı isə bir köməkçi
kimi istifadə etmək məqsədi ilə onlara himayədarlıq edən rus dövləti Cənubi
Qafqazı işğal etdikdən sonra İran və Türkiyə dövlətlərində yaşayan bir milyondan
çox erməni əhalisini köçürüb Qarabağ, İrəvan və Gəncə xanlıqlarının
torpaqlarında yerləşdirdi. Artıq 1908-ci ildə Cənub Qafqaza gəlmə erməni
əhalisinin sayı 1,3 milyona çatmışdı. Ermənilər Kiçik Qafqazın təbii şəraiti
səfalı olan dağətəyi torpaqlarında yerləşdirilmişdir. Rus dövlətinin bu siyasəti
yerli türk-müsəlman əhalisinin narahatlığına səbəb olurdu.
XIX
əsrin 90-cı illərinin ortalarından başlayaraq erməni məsələsi özünün yeni
inkişaf mərhələsinə daxil olur. Osmanlı Türkiyəsində sarsıdıcı zərbələrə məruz
qalan erməni daşnakları erməni məsələsini Türkiyədən Cənub Qafqaza keçirmişlər.
Çar hökuməti erməni millətçi – terrorçu təşkilatlarını artıqlaması ilə
silahlandırırdı. Bu silahlanma milli zəmində toqquşmaların baş verməsinə gətirib
çıxartdı. 1905-1906-cı illərdə erməni – müsəlman döyüşləri İrəvan
quberniyasında - İrəvan və Naxçıvanda baş vermişdi. Bundan sonra döyüşlər
Yelizavetpol quberniyasının Şuşa və Gəncə, Bakı quberniyasının Bakı, Tiflis
quberniyasının Tiflis şəhərlərində olmuşdu.
Birinci
dünya müharibəsində rus ordusunda olan 150 min nəfər erməni əsgərdən başqa, 50
mindən çox erməni də təbəəsi olduğu Osmanlı imperiyasına xəyanət edərək, Rusiya
tərəfinə müxtəlif yollarla köməklik etmişdilər. Nəticədə 1914-1918-ci illərdə
ermənilər Kiçik Asiyanın şərq vilayətlərində 1,9 milyon nəfər türk-müsəlman 600
min nəfərdən çox kürd əsilli əhalini işğalçı rus ordusunun köməyi sayəsində məhv
etmişlər.
Kazım
Qara Bəkir paşanın komandası altında irəliləyən Osmanlı hərbi hissələrinin
qarşısından qaçan daşnaq-erməni hərbi dəstələri Cənubi Azərbaycanın Urmiya,
Salmas, Maku və Xoy şəhərlərindən keçərək 250 min türk-müsəlmanın həyatına qəsd
etmişlər.
Cənub
Qafqazda öz fəaliyyətlərini davam etdirən erməni hərbi hissələri İrəvanda,
Naxçıvanda, Zəngəzurda, Qarabağda milli zəmində qırğınlar təşkil edirdilər. ABŞ
kəşfiyyatnın materialları əsasənda hesablamalara görə, İrəvan quberniyasında
180.000 türk-müsəlman əhalisinin üçdə ikisi (120 min nəfəri) öldürülmüş və
qaçqın düşmüşdür. 1918-ci ilin mart hadisələrində Bakıda erməni hərbi hissələri
12.000 (bəzi məlumatlara görə 25.000-dən çox) Şamaxı qəzasında 40.000, Quba
qəzasında 2000, Lənkəran qəzasında 4000 nəfər türk-müsəlmanı məhv etmişlər.
Nəticədə 1913-1920-ci illərdə Şimali Azərbaycanın əhalisi 387.000 nəfər və ya
16,6 faiz azalmışdı, yəni 2.339 min nəfərdən 1.952 min nəfərə düşmüşdü. Zəngəzur
qəzasına daxil olmuş erməni-daşnak quldur dəstələri 115 türk-müsəlman kəndini
yandırmış, on mindən çox əhalini qırmış və şikəst etmişlər. Zəngəzurun kürdlər
yaşayan Baqudi kəndində 400 nəfər müsəlmanı məscidə yığıb yandırmış, on beş qıza
fiziki işgəncə verilərək öldürülmüşlər. Baqudi kəndinin sağ qalmış kürd
sakinlərinə isə zorla xristianlığı qəbul etdirmək istəmişlər. Şuşa, Cavanşir və
Cəbrayıl qəzasında iyirmi bir türk-müsəlman kəndini yandırmışlar. Təkcə Cavanşir
qəzasının Kolanı icmasının on iki kəndi dağıdılmışdır. Qarabağın
general-qubernatoru Xosrov bəy Sultanov ermənilərin iki silahlı qiyamını
yatırmışdı.
Şimali
Azərbaycanı işğal edən XI Qızıl Ordu və onun tərkibinə qatılmış erməni
millətindən olan hərbçilər 1920-ci il aprel çevrilişindən sonra Azərbaycanın
türk-müsəlman əhalisinə qarşı qırğın siyasətini sinfi mübarizə adı altında davam
etdimişlər. Respublikanın müxtəlif cəza orqanlarına 1920-1940-cı illərdə
soxulmuş daşnak ermənilər cinayətkar fəliyyət göstərmişlər. Onlar sovet
dövlətinin müxtəlif siyasi şüarlarından istifadə edərək əsl qırğın aparmış,
xalqımızın hərbçilərinin, ziyalılarının, bacarıqlı kənd əhalisinin məhvinə,
Sibirə həbs düşərgələrinə atılmasına, Qazaxıstana və Orta Asiyaya sürgün
etdilməsinə nail olmuşdular. Rusiyanın hərtərəfli köməyindən və Azərbaycan
dövlətində tutduqları vəzifələrdən istifadə edən ermənilər 1923-cü ildə
Azərbaycan dövlətinin Qarabağ bölgəsində Şuşa, Cavanşir, Karyagin, Qubadlı
qəzalarının 200-ə yaxın kəndi hesabına “DQMV” adlanan qurumun təşkilini həyata
keçirmişlər.
XX əsrin əvvəllərindən axırlarınadək Şimali Azərbaycanda 500.000
nəfərdən artıq türk-müsəlman əhalisi ermənilər tərəfindən öldürülmüşdür.
|