|
Новая страница 1
Elfaq
Rüstəmov
Ermənistan – Azərbaycan münaqişəsinin iqtisadi nəticələri
Məlum
olduğu kimi, 1988-ci ilin əvvəllərindən Ermənistan respublikası Dağlıq Qarabağ
Muxtar Vilayətində məskunlaşmış erməniləri vətəndaşı olduqları Azərbaycan
dövlətinin üzərinə qaldırmaqla, ərazi iddiası ilə çıxış etməyə başladı. Bu azmış
kimi, iki yüz mindən çox Azərbaycan türkünü dədə-baba torpaqları olan İrəvandan,
Göyçədən, Basar-keçərdən, Zəngəzurdan vəhşicəsinə qovmaqla, göstərdilər ki,
məkrli niyyətlərinin reallaşması yolunda silahlı mübarizə metoduna qədər əl
atacaqlar.
Ermənistan Respublikasından və dünyanın bütün nöqtələrinə səpələnmiş
daşnaksütyun partiyasının ideoloqlarından təlimat alan Qarabağ erməniləri də
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu vilayətdə tarixən yaşayan türkləri
didərgin vəziyyətə saldılar. Heç bir konsensusa gəlməyi qəbul etməyən ermənilərə
Azərbaycan xalqı və dövləti qəti şəkildə bildirdi ki, torpaqdan pay olmur:
Dağlıq Qarabağ Azərbaycan ərazisidir və həmişə də Azərbaycanın olacaq.
Dağlıq
Qarabağ adlı qondarma münaqişənin əsası hələ Sovetlər birliyi zamanında
qoyulmuşdu. Sovet dövlətinin ilk və son prezidenti Mixail Qorbaçovun da hardasa
razılğını almış ermənilər elə onun yaxından köməkliyi sayəsində silahlanmağa
nail oldular və artıq 1993-cü ildə Ermənistan silahlı qüvələri Rusiyanın dəstəyi
ilə Azərbaycanın 20% ərazisini işğal etməyə müvəffəq oldu. Bu işdə ermənilər
Azərbaycanın daxilindəki xəyanətkar qüvvələrdən də yararlandılar. Nəticədə yüz
minlərlə soydaşımız dözülməz didərgin həyatı sürməyə başladılar. Bununla da
Azərbaycanla Ermənistan arasında iqtisadi, siyasi, mədəni əlaqələr tam şəkildə
kəsildi.
Azərbaycan respublikası ilə Ermənistan keçmiş Sovetlər birliyində mövcud olan
inzibati- amirlik iqtisadiyyatında yaşayan dövlətlər olduqları üçün, vaxtilə sıx
iqtisadi əlaqədə idilər. SSRİ-nin süqutu və Qarabağ münaqişəsi bu iki Qafqaz
respublikasının əlaqələrini bazar iqtisadiyyatına keçid ərəfəsində bir-birinə
yardımını ilk andan məhrum etdi.
Ermənistan Azərbaycan torpaqlarını işğal etmələrinə baxmayaraq, Azərbaycanla
iqtisadi əlaqə yaratmaq fikrində olduğunu dəfələrlə bərpasını bildirsə də,
Azərbaycan tərəfi bu təklifləri rədd edib. Birmənalı şəkildə bildirib ki,
iqtisadi əlaqələrin bərpası barəsində söhbət ancaq işğal olunmuş torpaqların
qeyri-şərtsiz boşaldılmasından sonra danışmaq olar.
Təsadüfi
deyil ki, 1994-cü ilin 20 sentyabrında imzalanmış “əsrin kontraktı” – neft
müqaviləsində və nəqledilməsi məqsədilə tikiləcək neft kəmərində Ermənistan
kənarda qaldı. Baxmayaraq ki, Ermənistan bu kəmərin ərazisindən keçirilməsi
barədə dəfələrlə bəyanat şəklində təkliflər etmişdi. Ancaq Azərbaycanın milli
maraqlarına cavab verməyən bu təkliflər heç bir səmərə vermədi və Ermənistan
respublikası iqtisadi cəhətdən yüksək mənfəət götürə biləcək bir layihədən
kənarda qaldı. Nəzərə alsaq ki, Qazaxstan nefti də bu marşrut vasitəsilə nəql
ediləcək, onda görərik ki, Ermənistan Respublikasının büdcəsi hansı məbləğdə
valyutadan məhrum olub.
Emənistan tərəfi təklif edirdi ki, həmin neft marşrutu Bakı-Dağlıq Qarabağ
Ermənistan respublikasının ərazisindən keçməklə Aralıq Dənizinə çatdırılsın. Bu
marşrutun həyata keçirilməsini “Oil Kapital Limitet” şirkətinin prezidenti
erməni mənşəli Rocer Tomraz öz üzərinə götürmüşdü. Ancaq Azərbaycan tərəfindən
bu təklif rədd edildi. Əvəzində Bakı-Tiflis-Ceyhan marşrutu tərəflər arasında
kompromis variant kimi qəbul edildi və tikintisinə artıq başlanılıb.
Ermənistan Azərbaycana torpaq iddiası irəli sürməklə, regionda iri dövlət
imicini qazanmış və eyni zamanda Azərbaycanın strateji müttəfiqi olan Türkiyə
ilə iqtisadi əlaqələrdən də məhrum oldu. Ermənilərin illərdir müxtəlif
səviyyəlrdə müraciətlərinə baxmayaraq, Türkiyə Cümhuriyəti də Azərbaycan
torpaqlarının qeyd-şərtsiz boşaldılmasını erməni tərəfinin qarşısında ciddi
şəkildə qoymuşdur.
Azərbaycan tərəfinə gəldikdə isə, əsas problem tezliklə torpaqları azad edib,
qaçqınları öz doğma yurd-yuvalarına qaytarmaqdan ibarətdir. Ümumiyyətlə isə hər
iki respublikanın iqtisadi vəziyyətinə nəzər saldıqda görərik ki, Azərbaycan
Ermənistansız da keçinə bilər. Amma erməni tərəfi haqqında bu cür danışmaq olmaz
və bu da işğalçı Ermənistanın rəhbərliyini fikirləşməyə, iqtisadi təcriddən çıxmaq
üçün
tezliklə problemlin həllində konsesusa gəlməyə sövq etməlidir.
|