|
Новая страница 1
Əli Məmmədov
Ermənilərin Azərbaycana qarşı təcavüzkarlıq planlarının
reallaşması prosesi
(SSRİ dövründə)
Daima Azərbaycan torpaqlarına göz tikmiş ermənilər XX yüzilliyin
başlanğıcından etibarən bu məkirli siyasətlərini güc vasitəsilə də bütün cəbhə
boyu işə saldılar.
XIX-XX
yüzilliklərdə
Türkiyə və İran dövlətləri
kütləvi surətdə
Cənubi Qafqaza, o cümlədən
Azərbaycan
ərazilərinə
köçürülən ermənilər, özlərinə özgə xalqın ərazisində yer etdikdən sonra, burada
milli dövlət qurumu yaratmaq eşqinə də düşdülər. Əlbəttə,
bu
iyrənc planlarının baş tutması üçün ermənilər böyük xristian dövlətlərinə
arxalanır,
onlardan
bu və ya digər dərəcədə,
Rusiyadan
isə
bilavasitə hər cür xeyir-dua və dəstək
alırdı.
Bax elə bununla da Cənubi Qafqazda ermənilər əl-qol açmağa başladılar.
Təxminən bir əsr əvvəl Qərbi Azərbaycan, Qarabağ və s.
bölgələrimizdə rus dövlətinin böyük ''himayədarlığı'' ilə yerləşdirilən bu
qaraçı xislətli xalq, əzəli və əbədi Azərbaycan torpaqlarında 1918-ci ilin
mayında hətta özlərinə dövlət də yaratmağa nail oldular. Hələ bu az imiş kimi,
ermənilər,
Sovet rejiminin onlar üçün yaratdığı hər cür şəraitdən bəhrələnərək,
Azərbaycanın Dağ Qarabağında
onlar üçün
Dağlıq Qarabağda erməni icmasına
Muxtar
Vilayəti
yaradılmasına da müvəffəq oldular.
Azərbaycan xalqının mənafeyinə zidd olan və haqqını tapdalayan bu proseslə
əlaqədar
Nəriman Nərimanov
Stalinə imzaladığı məktubda
bir
məktubunda deyilirdi: ''Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz
ərazilərini Ermənistana verir... Ermənistana, daşnaklara vermək düzəldilməsi
mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir''.
Mərkəzdə oturan və Azərbaycanda sovetləşmə həyata keçirildikdən
sonra bolşevik donuna girmiş erməni daşnakürəkli liderlərinin
Dağ
Qarabağda erməni icmasına muxtariyyat verilməsi üçün hər cür iyrənc sifətə
düşdükləri yaxın tarixi keçmişimizdən çox yaxşı məlumdur. Göstərmək lazımdır ki,
Ermənistanın Azərbaycandan ərazi qoparmaq cəhdləri Sovet rejiminin bütün
mərhələlərində, baş vermişdi.
Bunu müstəqil Azərbaycan dövlətinin arxiv sənədləri bir daha təsdiq edir.
Beləliklə, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları 20-30-cu
illərdə bir neçə kənd, örüş, dərə, otlaq, əkin sahələri tutulması ilə həyata
keçirildi. Bu məkrli plan xərçəng xəstəliyi kimi II Dünya Savaşından sonrada
ardıcıl surətdə
daha intensiv
davam etdirilirdi.
Hələ Böyük Vətən müharibəsinin gedişində SSRİ rəhbərliyi
Azərbaycan əhalisinin Orta Asiya və Qazaxıstana köçürülməsi planını
hazırlamışdı. 1941-ci ilin 25 oktyabrında yaradılmış köçürmə məsələləri üzrə
dövlət komitəsinin rəhbəri İ.Mikoyan bu barədə ''xüsusi əməliyyat'' planı
hazırlamışdı. Lakin M.C.Bağırov Stalini inandıra bilmişdi ki, Azərbaycandan
azərbaycanlıların köçürülməsi nə iqtisadi, nə də siyasi cəhətdən qələbəyə xidmət
etməz.
Ermənipərəs Sovet rejimi dövründə II
Dünya
savaşından sonra azərbaycanlılara qarşı daha böyük tarixi ədalətsizliyə
yol verildi
– 150 min
Azərbaycan
türkü
indiki Ermənistanın ərazisinə qatılmış
ata-baba torpaqlarından guya könüllülük prinsipi ilə deportasiya edildi.
Bu proses 1947-1953-cü baş verdi.
Kremldə həmişə güclü arxaya malik olan ermənilər Ermənistanda
antitürk əhval-ruhiyyəni mütəmadi olaraq qızışdırırdılar. Belə ki, İrəvan
Pedaqoji İnstitutunun Azərbaycan bölməsini 1955-ci ildə bağladılar. Oradakı
Azərbaycan Pedaqoji Texnikumunu 50-ci illərdə bağladılar və s. Bu zaman hələ
əsasının 40-cı illərdə qoyulduğu ''Qarabağ hərəkatı''nı xeyli leqallaşdırdılar.
Göstərmək lazımdır ki, həmin vaxt ''Ermənistanın azadlığı uğrunda erməni gizli
ordusu'' (ASALA) terrorçu, siyasi silahlı təşkilat SSRİ-nin yardımı ilə
fəaliyyətə başladı. Bu quldur təşkilatı yaratmaqda əsas məqsəd antitürk hərəkatı
gücləndirmək, NATO-nun üzvü olan Türkiyəyə qarşı təxribat və qəsdlər törətməklə
ilə mübarizə aparmaq idi.
1964-cü ildə SSRİ Ali Sovetinin sədri postunu tutan daşnak liderlərindən biri
A.Mikoyanın Dağlıq Qarabağım və Naxçıvanım Ermənistana verilməsi ilə əlaqədar
N.Xuruşşova təsiri birbaşa səmərə ilə nəticələnməsə də, həmin dövrdən
Ermənistanda antitürk psixozunun tuğyan etməsinə rəvac verildi. 60-cı illərdə
Mərkəzin bilavasitə dəstəyi ilə Azərbaycanda və xüsusən də paytaxt Bakıda güclü
erməni lobbisi yaradıldı.
Sovet hakimiyyəti illərində Azərbaycanı ''beynəlmiləlçi'', Ermənistanı isə guya
millətçi kimi qələmə verən Mərkəz ermənilərin ölkə daxilindəki bütün
antiazərbaycan hərəkətlərinə qarşı demək olar ki, heç bir ciddi tədbir
görməmişdi.
Hələ 60-70-ci illərdə Ermənistanda Azərbaycana qarşı müxtəlif səpkidə təxribat
xarakterli kitablar nəşr olunur, mətbuat orqanları açıq yazılar yayır, erməni
jurnalist və yazıçıları ittifaq mətbuatında antiazərbaycan səpkili vaxtaşırı
çıxışlar edirdilər. Məsələn, 80-cı illərin əvvəlində ''Oqonyok'' jurnalı erməni
rəssamı Nalbandyanın 100 illiyi münasibətilə gedən yazıda onun Ermənistanın
qədim şəhəri Şuşada anadan olduğu ğöstərilirdi.
Eyni zamanda ermənilər ittifaq mətbuatında Azərbaycan mədəniyyətini, incəsənət
nümunələrini, musiqi alətlərini, hətta kulinariyasını da özününküləşdirirdilər.
Bunlara heç cür cavab verilə bilməzdi, çünki Azərbaycan ''beynəlmiləl''
respublika idi.
80-cı illərin ortalarından sonra ermənilərin Azərbaycana qarşı nəzəri və əməli
hazırlıq planları başa çatdırılmaqda idi. Belə ki, erməni cızmaqaraçısı
Z.Balayanın 1984-cü ildə ''Ocaq'', 1988-ci ildə ''Yol'' (''Sovetskiy pisatel'')
üzdəniraq kitabları nəşr olundu. Türk-müsəlman xalqlarına qarşı kin və nifrətlə
doldurulmuş bu kitablarda, Azərbaycan xalqının tarixi təhqiramiz təhrif
olunurdu. Z.Balayan bu qərəzli üzdəniraq hədyanları yazarkən, heç olmasa, XIX
əsrin I yarısında ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə
köçürülməsini unutmamalıydı. Qarabağda ermənilərin terrorçu, seperatçı
çıxışlarının həmişə olduğunu təkcə oranın yerli sakinləri olanlar yox, eyni
zamanda respublikanın ortayaşlı əhalisi belə yaxşı bilir. Odur ki, hələ Sovet
hökumətinin qılıncının hər iki tərəfinin kəsdiyi bir vaxtda, 1984-cü ildə Dağlıq
Qarabağda azərbaycanlılar yaşayan qədim yurd yerlərindən biri olan Pirəməki
kəndini yer üzündən sildilər. Orada yaşayan 60 azərbaycanlı ailəsi köçürüldü,
mal-qaraları əllərindən alındı, kənd buldozerlə yer darmadağın edildi. Amma, bu
cinayəti törədən erməni quldurları respublikanın hüquq-mühafizə orqanlarının
gözü qarşısında cəzasız qaldılar.
Sov.İKP-nin baş katibi M.Qorbaçovun zamanında Qarabağda erməni separatizminə,
indiki Ermənistanın Azərbaycana qarşı açıq təcavüzkarlığına tamamilə rəvac
verildi. Azərbaycana qarşı təcavüzkar siyasi mübarizənin ''Böyük Ermənistan''
yaratmaqdan ibarət növbəti mərhələsi başlandı. Bu cinayətkar niyyətin
mahiyyətində üç hədəf var idi: 1) türksüz Ermənistan yaratmaq; 2) Dağlıq
Qarabağı hansı vasitə ilə olursa-olsun Ermənistana birləşdirilmək; 3) Şərqi
Anadolunu ələ keçirmək və Aralıq dənizi sahilinə birbaşa koridor açmaq.
Yeri gəlmişkən, demək lazımdır ki, bütün yuxarıda qeyd
olunanları, yəni Dağ Qarabağda erməni icmasının gündən-günə artan separatizmi və
Ermənistanda azərbaycanlılara qarşı getdikcə artmaqda olan vəhşiliklər o zamankı
Azərbaycan rəsmlərinə çox yaxşı bəlli idi. Bəs, onda sual olunur: onlar nə üçün
ittifaq hökuməti – ''dünyada sülhün, əminamanlığın dayağı'' olan bir ölkə
rəhbərliyi qarşısında erəmnilərin bu yaramazlıqlarıbarədə məsələ qaldırmırdılar?
Çünki onları oturduqları kürsüyə Kreml təyin etmişdi.
80-cı illərin ikinci yarısından vilayətin Azərbaycandan qoparılıb Ermənistana
birləşdirilməsi istiqamətində güclü iş aparılırdı.
1988-ci il fevralın 8-dən başlayaraq ermənilərin yeritdiyi iyrənc siyasət
Xankəndində Muxtar Vilayətin Ermənistana verilməsi üçün imza toplanılması ilə
nəticələndi.
Məhz həmin vaxt ''miatsum'' deyərək azğınlaşmış ermənilərin çıxışlarının
qarşısını almaq üçün Azərbaycan SSR-ın rəhbərliyi öz qanuni səlahiyyətlərindən
istifadə edib qətiyyətli tədbir görmədi və onların acizliyi erməni separatçı
guruhunu daha da azğınlaşdırdı.
Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiasını irəli sürən kimi,
indiki Ermənistanda yaşayan azəri türkləri tarixi vətənləri olan İrəvandan,
Vedidən, Göyçədən, Zəngəzurdan, Dilicandan, Gümrüdən
- öz
dədə-baba torpaqlarından kütləvi surətdə, həm də misli görünməmiş bir vəhşiliklə
qovdular. Bununla da XX yüzillikdə həyata keçirilən sonuncu etnik təmizləmə
nəticəsində orada bir nəfər də azərbaycanlı qalmadı. Sonarkı mərhələlərdə Dağ və
düzən Qarabağdan rus silahlı qüvvələrinin yaxından köməyi ilə azərbaycanlılar öz
doğma yurd-yuvalarından didərgin salındılar.
Beləliklə, ermənilərin Azərbaycana qarşı çevrilmiş iyrənc planı zorla həyata
keçirildi. Düz 9 ildir ki, atəşkəs elan edilib. Lakin ən nüfuzlu dünya
təşkilatları, dünyanın super dövlətləri də Ermənistanı təcavüzkar dövlət kimi
tanımır, tanıya bilmir, ya da tanımaq istəmir.
Təcavüzkar Ermənistana qarşı beynəlxalq dünya birlikləri heç bir qadağa və
embarqo tətbiq etmədiyi üçün, Azərbaycan öz ərazi bütövlüyünə özu nail olmalıdır
və bunun üçün aşağıdakıları heyata kecirmelidir:
-
Azərbaycan öz iqtisadiyyatını gücləndirməli;
-
Milli
Ordunun döyüş keyfiyyəti hər vasitə ilə daim yüksətməli;
-
İndiyə
qədər aparılmış sülh danışıqları heç bir fayda vermədiyi üçün Azərbaycan başqa
effektli vasitələr axtarıb tapmalıdır.
-
Bir halda
ki bütün səviyyələrdə aparılan işlər Azərbaycanın ərazi bütövlüyünün təmin
olunması dinc yolla nəticələnmir, onda o öz ərazi bütövlüyünü bərpa etmək,
torpaqlarını silah gücünə işğalçı ermənilərdən azad etmək hüququnu özündə
saxladığını bütün dünya birlikləri və təşkilatlarına bəyan etməlidir.
|