Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Новая страница 1

Akif Nağı

 Erməni işğalı: yanaşma və təməl prinsipləri

Erməni təcavüzünün nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan cəmiyyəti üçün ümumi yanaşma və təməl prinsiplərinin müəyyən edilməsinə ehtiyac vardır. Bu prinsiplər bir-biri ilə üzvü surətdə bağlıdır, bir-birini tamamlayır. Onların bir tam şəklində və ardıcıl olaraq reallaşdırılması, onlara əməl olunması bütövlükdə Azərbaycan millətinin, bütün soydaşlarımızın maraqlarına, hər sahədə təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. Bu təməl prinsiplərinə aşağıdakılar daxildir.

Qarabağ məsələsinin aliliyi. Ümummilli problem olan Qarabağ məsələsinin həlli, erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, bütün vətəndaşlar, zümrələr, ictimai, siyasi qurumlar, dövlətimiz və yaşadığı yerdən, ölkədən asılı olmayaraq bütün soydaşlarımız üçün ən ali məqsəddir. Azərbaycan dövlətinin, millətinin gələcəyi, uğurlu inkişafı, çiçəklənməsi hər şeydən əvvəl torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağ məsələsinin tezliklə və ədalətlə həllindən asılıdır. Qarabağ məsələsi bu gün hər bir vətəndaş, dövlət, siyasi, ictimai qurum üçün məhək daşıdır. Hakimiyyətdə olan, yaxud hakimiyyətə gəlmək istəyən hər hansı siyasi qüvvənin fəaliyyət göstəricisi yalnız bir meyarla Qarabağ məsələsinə münasibətlə ölçülür. Qarabağı azad edə bilməyən iqtidarın hakmiyyətdə qalmağa haqqı yoxdur. Hakimiyyətə gəlmək istəyən qüvvə bilməlidir ki, iqtidara Qarabağı azad etmək üçün gəlir.

Simmetrik status. Ermənistan Respublikası”nın bu gün yerləşdiyi bütün ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan son dövrdə işğal etdiyi ərazilərdən dərhal, digər ərazilərdən, o cümlədən, İrəvan, Zəngəzur, Göyçə torpaqlarından tədricən çıxmalıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan və Azərbaycan vətəndaşı olan erməni əhalisinin statusu ilə bağlı məsələyə Ermənistan işğalçı qüvvələri ərazilərimizdən çıxarıldıqdan sonra baxıla bilər. Bu halda Ermənistandan son dövrdə zorla deportasiya edilmiş azərbaycanlılar öz yurdlarına qaytarılır, Ermənistanın azərbaycanlı əhalisi ilə Dağlıq Qarabağın erməni əhalisi üçün simmetrik status verilir, hər iki məkanda eyni idarəetmə, asılılıq, münasibət formaları yaradılır.

Ərazi toxunulmazlığı. Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına hər hansı qəsd yolverilməzdir. Hər bir vətəndaş və soydaşımız bu hallara qarşı dözülməzlik və barışmazlıq nümayiş etdirməlidir. Hər kəs ərazimizə, dövlətin suveren hüquqlarına qəsdi özünə, ailəsinə qəsd kimi qiymətləndirməlidir. Ərazisinin bir hissəsi qəsb olunmuş ölkədə müstəqillik, demokratiya, insan haqları, azadlıq kimi dəyərlər öz əhəmiyyətini itirir. Azad, demokratik, müstəqil, iqtisadi cəhətdən güclü dövlət bütöv Azərbaycanda qurula bilər.

Vahid Vətən. Azərbaycan Respublikası bütün dünyada yaşayan azərbaycanlıların vahid dövlətidir. Əllimilyonluq Azərbaycan xalqının hər bir üzvü öz fəaliyyətində Azərbaycan Respublikasının inkişafına, çiçəklənməsinə xüsusi önəm verməlidir. Azərbaycan Respublikası dünya azərbaycanlılarının mədəni, mənəvi, siyasi, iqtisadi baxımdan bir araya gəldikləri vahid məkana çevrilməlidir. Bütün yollar Ana Vətənə aparır. Hər bir azərbaycanlının şəxsi uğuru birbaşa Ana Vətənin ümumi inkişafına, gücünə, yüksəlişinə bağlıdır. Ana Vətəndən əlaqəsini üzmüş hər bir azərbaycanlı özünü bədbəxtliyə düçar etmişdir. Bədbəxt ölkənin, zəif, parçalanmış dövlətin xöşbəxt övladı da ola bilməz. Vahid Azərbaycan Vətəni bütün dünyada hər bir azərbaycanlının hüquqlarının keşiyində dayanır. Dünyanın hər hansı yerində haqsızlıqla üzləşmiş hər bir azərbaycanlının pənah yeri Ana Vətən, Azərbaycan dövlətidir.

Unitar dövlətçilik. Azərbaycan Respublikasının unitar quruluşunun dəyişdirilməsi yolverilməzdir, Azərbaycan tarixən vahid, mərkəzləşmiş, unitar dövlət olmuş, ərazisində yaşayan və yaxud k