|
Новая страница 1
Hüseyn Hüseynov
Ermənistan-Azərbaycan
münaqişəsinin həllində ATƏT-in
və Minsk
qrupunun fəaliyyətinə dair
Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1
yanvar 1995-ci
ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) üzvülüyünə 1992-ci
il yanvarın 30-da qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın
daxil olduğu ilk Avropa təşkilatıdır.
Azərbaycanın ən mühüm və ağrılı problemi olan Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə cözülməsinin ATƏT-tə tapşırılması ölkəmizin bu
Təşkilata olan xüsusi münasibətinin əsas meyarıdır.
ATƏM cərcivəsində Ermənistan-Azərbaycan münaqişəsilə bağlı
müzakirələr ilk dəfə olaraq 1992-çi il fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli
Şəxslər Komi-təsinin (YVŞK) içlasında aparılmışdı. İçlasın yekun sənədində
sərhədlərin toxunulmaması prinsipi əsasında münaqişənin sülh yolu ilə həllinə
cağırış öz əksini tapmışdı.
1992-ci il martın 24-də ATƏM-in Xariçi İşlər Nazirləri Şurasının
(XİNŞ) birinçi əlavə görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunaraq,
münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Minsk Konfransının cağırılması
haqqında qərar qəbul edilmişdir.
ATƏM-in 1994-cü il dekabrın 5-6-da keçirilmiş Budapeşt sammitində
iştirakcı dövlətlər Minsk Konfransının Həmsədrlik institutunu yaradaraq qərara
gəldi ki, aparılan danışıqlar üzrə həmsədrlər öz səylərini ATƏM-in prinsipləri
və razılaşdırılmış mandat üzərində quraraq, Minsk Qrupunun görüşlərində birlikdə
sədrlik etməlidirlər. Sözügedən qərara əsasən, Həmsədrlərin səyləri çərçivəsində
atılaçaq ilkin addım kimi, münaqişənin yaratdığı əsas nətiçələri aradan qaldıra
biləçək və Minsk Konfransının çağırılmasını mümkün edə biləçək, hərbi
münaqişənin dayandırılması üzrə siyasi sazişin imzalanması məqsədilə həmsədrlər
tərəfindən əməli qaydada danışıqlar aparılmalıdır.
Budapeşt sammitində ATƏT
çərçivəsində
ilk dəfə olaraq sülhməramlı qüvvələrin yaradılması və onların münaqişəli
ərazilərə göndərilməsi qərarı qəbul edilmişdi. İştirakçı dövlətlər ATƏT-in
rəhbərliyi altında olacaq ilk sülhməramlı hərbi hissənin Dağlıq Qarabağ
bölgəsinə göndərilməsi haqqında razılıq əldə etmişdilər. Ermənistan-Azərbaycan
münaqişəsinə dair Sammitdə «Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in fəaliyyətinin
fəallaşdırılması» adlı sənəd qəbul olunmuşdu.
Budapeşt Sammitinin nətiçələrinə əsasən, 1994-cü il dekabrın
20-də Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə Yüksək Səviyyəli
Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.
1995-ci
il avqustun 28-də ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə
ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi vəzifəsi təsis olundu.
ATƏT-in 1996-cı il dekabrın 2-3-də keçirilən Lissabon sammitində
54 iştirakçı dövləti tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair
aşağıdakı prinsiplərə razılıq verilmişdir:
1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi
bütövlüyü;
2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə
statusu verilməsi;
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat.
1997-1998-çi illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair
Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif irəli sürülmüşdü. İlk iki təklif
Ermənistan, son təklif isə Azərbaycan tərəfindən qəbul olunmamışdı.
1999-cu il noyabrın 18-19-də ATƏT-in İstanbulda keçirlən Zirvə
görüşündə qəbul olunan İstanbul Bəyannaməsində iştirakçı dövlətlər münaqişənin
tənzimlənməsi ilə bağlı iki ölkə prezidenti arasında danışıqlar alqışlamış və
ATƏT-in Minsk qrupunun gələçək fəaliyyətinə dəstək verməyə hazır olduğlarını
bildirmişdilər.
1997-ci ilə qədər Minsk Qrupu cərcivəsində kecirilmiş bir sıra görüşlərdə erməni
tərəfinin tutduğu destruktiv mövqe səbəbindən münaqişənin həlli istiqamətində
arzuolunan nəticələr əldə olunmamış, 1997-ci
ildən bəri isə Minsk Qrupunun bir dəfə də olsun tam tərkibdə görüşləri
kecirilməmişdir. ATƏT və onun Minsk Qrupu tərəfindən bu on il ərzində
münaqişənin sülh yolu ilə həllində hər hansı bir arzuolunan nəticə əldə
olunmamışdır.
Azərbaycan
torpaqlarını işğal etmiş Ermənistan Respublikası öz hərbi üstünlüyünə
arxalanaraq, hərbi əməliyyatlar nətiçəsində yaranmış de-fakto
vəziyyəti (fait accompli) əsasında münaqişənin həll edilməsinə calışır.
Ermənistan
regional əməkdaşlıq ideyaları ilə möhtəkirlik edir. Aparılan danışıqlarda
tərəqqinin əldə olunmaması şəraitində, Minsk Qrupunun Həmsədrləri və digər
beynəlxalq tərəfdaşlar Ermənistanın Azərbaycanla əməkdaşlıq etməyə dair ehtikar
təşəbbüslərinə dəstək verirlər. Azərbaycan tərəfi vasitəçilərə müvafiq
təkliflərin qeyri-məqbul olmasının səbəbini işğal altında qalan ərazilər
kontekstində izah edir.
Beynəxalq hüququn prinsip və normalarını, xüsusilə də ATƏT-in əsas sənədi olan
Helsinki Yekun Aktının prinsiplərini kobudçasına pozan ölkəyə qarşı ATƏT-in
iştirakçı dövlətlərinin güçlü siyasi iradə nümayiş etdrməyib çiddi tədbirlər
həyata keçirilməməsi bu təşkilatın nüfuzuna əsaslı olaraq xələl gətirir.
|