|
Новая страница 1
Xəliyəddin Xəlilli
Qarabağ münaqişəsi geosiyasi problem kimi
Səbəbi düzgün müəyyənləşdirmədən nəticəni doğuran prosesə təsir
göstərmək mümkün deyil. Qarabağ hadisəsini misal çəkmək yetərincədir.
1988-ci ildən Azərbaycan ictimai-siyasi fikrində Qarabağ hadisəsi
"uydurma problem", "etnik münaqişə" kimi izah olunmaqda, dünya ictimaiyyətinə də
beləcə çatdırılmaqdadır. Lakin tarixi araşdırmalar göstərir ki, Qarabağ hadisəsi
uydurma problem, münaqişə deyil, Şərq-Qərb, eyni zamanda dünya imperialist
dövlətlərinin işğalçılıq və geosiyasi mübarizəsindən doğan bir hadisədir. Açıq
və gizli formalarda yüz illərdi davam edir. Ermənilər isə bu prosesdə istifadə
olunan bir alətdir.
Bu prosesi təxminən aşağıdakı kimi dövrləşdirmək olar.
Birinci mərhələ e.ə. II-I əsrlərdə Alban (Azərbaycan) və Erməni
(Ermənistan) arasındakı münasibətlər dövrü (erməni dövləti Fərat çayının
qərbində yerləşirdi. Yeri gəlmişkən qeyd edək ki, indi Ermənistan adlanan ərazi
XIX əsrdə Rus imperiyası tərəfindən işğal olunub, 1828-ci il 21 martda I
Hikolayın fərmanı ilə Erməni əyaləti adlandırılan ərazi Azərbaycanın
Çuxursəd-İrəvan mahalı, Göyçə və Zəngəzur-Qarabağın bir hissəsidir), başqa sozlə
desək, Albaniya ilə Armeniya dövlətlərinin hərbi toqquşmaları, Roma və Sasani
imperiyalarının işğalçılıq müharibələri zamanı Albaniyanın məruz qaldığı
təcavüzlər dövrüdür.
İkinci mərhələ eramızın IV əsrindən Sasani və Roma
imperiyalarının Zaqafqaziya və Kiçik Asiya uğrunda müstəmləkəçilik müharibələri
dövrü-387-ci ildə Ermənistan dövlətinin süqutundan sonra, həmçinin xilafət
imperiyasının yaranması zamanı erməni xristian kilsəsinin işğalçı dövlətlərin
himayəsində xristian dinini yaymaq və başqa xristian təriqətləri
qriqorianlaşdırmaqla erməniləşdirməsi mərhələsidir. Bu dövrün VIII-IX əsrləri
Qarabağa müəyyən dərəcədə təsirli olmuşdu.
Xilafətin süqutu, Sacilər sülaləsinin başçılığı ilə (889)
Azərbaycan dövlətçiliyinin bərpası, Səlcuqlar və Eldəgizlər sülaləsinin
hakimiyyəti illərində Azərbaycanın hakimiyyəti Vana qədər əraziləri əhatə edir.
Armeniya-"Ərməniyyə" coğrafi məf-hum kimi tarix səhnəsindən silinir. Ermənilərin
bölgənin etnik, siyasi, mədəni-ideoloji təsiri hiss olunmayacaq səviyyəyə enir.
Səlcuqların Kiçik Asiyada möhkəmlənib Avropa Dövlətlərinin
xristian bayrağı altında Asiyaya hərbi yürüşlərinin qarşısını alması, Osmanlı
imperiyasının yaranması və Şərq tranzit ticarət yollarını tam nəzarətdə
saxlaması, onunla açıq savaşa cəsarət etmə Avropa dövlətlərinin Osmanlı
imperiyasını daxildən zəiflətmək üçün müxtəlif üsul və vasitələr axtarmağa vadar
edirdi. Həhayət, ermənilər vasitə kimi kəşf olundu.
Avropa xristian dövlətlərinin Osmanlı dövlətinə qarşı düşmənçilik
aşılamağa nail olduğu Səfəvi sarayında hakimiyyət uğrunda mübarizədə vəliəhd
Həmizə Mirzə erməni sui-qəsdi ilə öldürüldü, sonralar I Şah Abbas kimi tanınan
Abbas Mirzə hakimiyyətə gətirildi.
I Şah Abbas ermənilərin Kiçik Asiyadan və başqa ərazilərdən köçüb
Səfəvi imperiyası ərazisində cəmləşməsinə, onlara xüsusi güzəştlər edilməsinə
şərait yaratdı. Beləliklə, ermənilər Kiçik Asiya və Səfəvi imperiyası ərazisində
fəal sosial-siyasi qüvvə kimi formalaşmağa başladı. Qısa müddətdə Səfəvi
imperiyasının ticarət maliyyə mənbələrini ələ keçirən ermənilər I Şah Abbasın
etimadını qazanaraq, onun siyasi istiqamətlənməsində iştirak etilər. I Şah
Abbasın xarici məsələlər üzrə müşaviri Xoca Səfər erməni idi və 1608-ci ildə
Avropaya elə birinci səfəri zamanı xristian dövlətlərin Şərqə yol açmaq üsulları
və bunun əvəzində Səfəvi dövlətləri ərazisində Erməni dövləti yaratmaqda onlara
kömək etmələri haqqında Avropa ölkələrinin bir çox dövlət adamları ilə
danışıqlar apardı. Tezliklə Rusiya imperiyasının himayəsini qazanan, Səfəvi
dövlətinin xarici ticarət əlaqələrini və daxili maliyyə mənbələrini ələ keçirən
ermənilər
ölkədə maliyyə böhranı yaratmaqla Səfəvi sülaləsinin süqutunda
fəallıq göstərir, Rus imperiyasının Səfəvi dövləti ərazilərini işğal etməsi üçün
üsul və vasitələrinin hazırlanmasında iştirak edirdilər. Səfəvi dövlətində
yaşayan ermənilər, hansı peşə sahibi olmalarından asılı olmayaraq, Avropa
xristian dövlətlərinə casus kimi xidmət edirdilər. Artıq XVIII əsrdə
ermənilərdən faydalanmaq uğrunda Rusiya, Fransa və İngiltərə arasında çəkişmə
gedirdi. Ermənilər Osmanlı, Səfəvi və digər Şərq ölkələrinin işğalında Avropa
imperialist dövlətlərinin əlində alətə çevrilmişdilər.
XVIII əsrdə Avropa diplomatiyasının hazırlayıb "Şərq məsələsi"-
adlandırdığı- xristianların "müsəlmanların zülmündən azad edilməsi" üçün
hərbi-siyasi plan bilavasitə ermənilərin iştirakı ilə yaradılırdı. Onun
hazırlanmasında erməni siyasətçiləri o qədər səylə işləyirdilər ki, Avropa
diplomatiyası "Şərq məsələsi"ni erməni məsələsi də adlandırırdı. Maraqlıdır ki,
Avropada "Şərq məsələsi" hazırlananda Qafqazın müxtəlif ərazilərindən ermənilər
Qarabağın hələ də Albaniya adlanan əhalisinin cüzi bir qismi xristianlığı
saxlamış ərazilərinə gətirilir, burada məs-kunlaşdırılır, feodal hakimlər kimi
möhkəmləndirilirdi. Özünü Alban adlandıran, dil və mədəniyyətcə Azərbaycan, din
cəhətdən qriqorian olan -, bir vahid kimi formalaşmış ölkə xalqının bu hissəsi
ermənilərin təsiri ilə özlərini xristian təəssübkeşi kimi göstərən Avropa
müstəmləkəçilərini müdafiə edir və digər Şərq ölkələriNin də işğalında
imperialist Avropa dövlətlərinin əlində alətə çevrilirdilər.
Rusiya imperiyası Azərbaycanın işğalında xidmətə görə mükafat
olaraq, dünyanın bir çox ölkələrinə, o cümlədən Osmanlı və Səfəvi
imperiyalarının müxtəlif ərazilərinə səpələnmiş erməniləri Şimali Azərbaycana
köçürüb İrəvan, Göyçə və Qarabağın Zəngəzur vilayətində məskunlaşdırdı. 1828-ci
ildə İrəvan və Haxçıvan xanlığını ləğv edərək bu əraziyə “Erməni əlayləti” adı
verir. Beləliklə, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasının
əsası qoyulur. Bu mərhələdə ermənilər bilavasitə Rusların təsiri altında olsa
da, işğal olunmuş Azərbaycan ərazisində erməni dövləti yaradılmasında Fransa
daha çox fəallıq göstərir, İngiltərə də bu işə dəstək verirdi. Artıq nisbətən
gənc olan ABŞ dövləti də erməni məsələsinə maraq göstərib onu bu və ya digər
dərəcədə dəstəkləyirdi.
Beləliklə, XVIII əsrdən Azərbaycan xalqının Avropa imperializminə
və onun yerli əlaltısı ermənilərə qarşı qanlı mücadiləsi başlayır. Ermənilər
bilavasitə Rusiyanın himayəsində, Fransa və İngiltərənin dəstəyi ilə Cənubi
Qafqazı yalnız Azərbaycan türklərindən yox, ümumiyyətlə, bütün müsəlmanlardan
təmizləməyə cəhd göstərsələr də, buna nail ola bilmədilər. 1918-ci ildə
Azərbaycan xalqı müstəqilliyyinə nail olub, dövlətçiliyini bərpa edə bildi.
Rusiya, İngiltərə, Fransa, ABŞ və digər güclü dövlətlərin təzyiqi nəticəsində
Azərbaycan Cümhuriyyəti vaxtilə Rusiya imperiyasının “Erməni əyaləti”
adlandırdığı İrəvan vilayətinin 9 min kv.km ərazisini ermənilərə güzəşt etməyə
məcbur oldu.
Rusiyada hakimiyyətə gəlib imperiyanı yenidən bərpa edən
bolşeviklər ermənilərin yaxından iştirakı ilə Azərbaycan Cümhuriyyətini devirib
Azərbaycanı yenidən işğal etməyə nail oldular. Ermənilərlə Bolşevik-Rus
imperiyasının qurucusu V.İ.Lenin arasında razılaşmaya əsasən, Azərbaycanın
İrəvan və Göyçə ilə yanaşı, Qarabağın Zəngəzur vilayəti ondan qoparılıb
ermənilərə verildi və Azərbaycanın 29 min kv.km ərazisində Ermənistan dövləti
yaradıldı. 1920-1989-cu illər ərzində Azərbaycan xalqının adları çəkilən həmin
ərazilərdə yaşayan hissəsi öz tarixi vətənlərindən deportasiya olundu, bütün
tarixi toponimlər erməniləşdirildi.
Fikrimcə, Qarabağ problemini həlli etmək üçün erməni adlanan
alət sıradan çıxarılmalıdır.
|