|
Новая страница 1
İsmayıl Vəliyev
Qarabağ probleminin həllində tərəflər
və onların maraqları
Dağlıq
Qarabağla bağlı münaqişənin meydana gəlməsinin tarixi təhlili göstərir ki, bu
məsələnin milli-etnik xarakteri o qədər də əsaslı deyil və hadisə daha çox böyük
dövlətlərin siyasi və iqtisadi təsir vasitələrinin təzahür formalarından
biridir. Dağlıq Qarabağ münaqişəsi əslində tarixi erməni məsələnin tərkib
hissəsidir və təxminən 200 illik siyasi tarixə malikdir. Əgər əvvəllər bu,
Osmanlı imperiyasının zəiflədilməsi və içəridən dağıdılması məqsədilə həyata
keçirilirdisə, tarixin sonrakı dönəmlərində yeni ərazilərə sahib olmaq, Qafqazın
təbii qaynaqlarının yenidən bölüşdürülməsində təsir vasitələrindən biri kimi
böyük dövlətlərin həyata keçirdikləri açıq və gizli dövlət tədbirlərinə
çevrilmişdir. Separatçı və terrorçu erməni təşkilatlarının Rusiya və Avropa
dövlətləri tərəfindən qurulması, maliyyələşdirilməsi və gizli yolla istifadə
olunması da buna əyani sübutdur. Mövcud tarixi sənədlər, hətta erməni
təşkilatları liderlərinin xatirələri, kitab və məqalələr şəklində çap olunmuş
faktlar da bunu sübut etməkdədir. Qarabağ hadisələrinin meydana gətirilməsi, ona
etnik münaqişə xarakteri verilməsi də əvvəlcədən düşünülmüşdür və ciddi
senzuralı Sovet mətbuatında erməni təbliğatına geniş yer verilməsi, Sovet
hakimiyyət dairələrinin münaqişəni yaratmaq barədə qərarları və rəhbər işçilərin
regioana göndərliməsi, Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan
edilməsi, birbaşa Moskvanın təyin etdiyi adamlardan ibarət A.Volski komitəsinin
yaradılması da hadisələrin dayanadırılmasına deyil, daha incə metodlarla “idarə
olunmasına” və son nəticədə hadisənin ən yüksək səviyyəyə çatdırılaraq
azərbaycanlılarla erməniləri üzə qoyub Rusiyanın geri çəkilməsi də buna
sübutdur. ABŞ-da 907 düzəlişə əlavə qanunun verilməsilə bağlı Azərbaycanın
əl-qolunun bağlanması, BMT-nin Azərbaycan ərazisinin işğalı ilə bağlı
qərarlarının yerinə yetirilməməsi, müharibə edən Ermənistana Rusiyadan böyük
miqdarda silah gətirilməsi, uydurma DQR yaradılması və Qarabağ ərazisindəki
quldur erməni dəstələrinin Rusiya tərəfindən silahla təchiz edilməsi problemin
həllində iştirakı və marağı olan tərəflər barədə Minsk qrupu üzvlərinin
tendensiyalı çıxışları, problemin həlli ilə bağlı hazırlanmış sənədlər
qeyri-obyektivlik də göstərir ki, “Tərəflər” məsələsi ciddi amildir və bu barədə
təhlilərin aparılması vacibdir. Aparılan söhbətlər və səmərəsiz görüşlər, hər
dəfə “münaqişənin həlli” məsələsinin münaqişənin iştirakçı tərəfləri
rəhbərlərinin öhdəsinə buraxılması da tərəflərin məsələnin həllində gözləmə
mövqeyi tutduqlarını və məsələnin qeyri-müəyyən dövrədək uzadılacağını göstərir.
Təmsilçilərin çıxışları və sənədlərin təhlili də tərəflərin aktiv maraq
güddüklərini göstərir. Məruzədə mövcud materiallar əsasında aşağıdakı qənaətlərə
diqqət yetirilir:
1.
DQ
hadisələrinin yalnız milli-etnik münaqişənin nəticəsi kimi qələmə verilməsi
əsaslı deyildir.
2. DQ
hadisələrinin həllini öhdəsinə götürən təşkilatların fəaliyyəti yetərli deyil və
onlar bu məsələlərin həllində sərbəst deyillər.
3. DQ
hadisələrinin həllinin və Ermənistan-Azərbaycan müharibəsinin həll edilməsində
və müharibənin “de fakto” davam etdirilməsinə tərəflərin passivlik göstərmələri
bu sahədə siyasi və iqtisadi maraqlarla bağlıdır.
4. Qarabağ
məsələsinə münasibətin bu şəkildə davam etdirilməsi Ermənistan və Azərbaycan
xalqlarının mənafelərinə uyğun deyildir.
5. Qarabağ
torpaqlarının işğal altında saxlanılması yalnız məcburi köçkünlərin yox,
bütövlükdə region əhalsinin maraqlarına ziddir.
|