|
Новая страница 1
İsrafil
Məmmədov
Erməni separatizmi və milli şovinizminin ideya-təşkilat əsasları
Milli şovinizm və xəyali sosializmin hermafroditi olan
(S.Spandaryan) “Daşnaksütyun” partiyasının son yüzillikdə gah gizli, gah da
açıq-aşkar dəstəklədiyi qəsbkarlıq, təcavüz və “Türksüz Ermənistan” siyasətinin
ideya əsasları e.ə.VII yüzillikdə yəhudilərin peyğəmbərləri olmuş Yezikilin
məlum təlimindən qaynaqlanmışdır. Davakar erməni dairələri və erməni
ideoloqlarının yezutizm təlimindən məharətlə əks etdikləri ehkamlara görə Tanrı
təkdir, deməli onun yaratdığı erməni milləti də yer üzündə bütün nemətlərə
sahib, bütün imtiyazlardan gen-bol istifadə etmək hüququna malik olan yeganə
millətdir. Əvəzsiz və bənzərsizdir, qadir və qalibdir o!!! Erməni milləti hər
şey, başqa millətlər isə heç bir şeydir. Erməni olan yerdə milli boya da qatı və
son dərəcə güclü olmalıdır.
Daşnakların tanınmış ideoloqu Rubenin təbirincə erməni milləti
müstəqil fərdlərin və sərbəst vahidlərin cəmi, başqa millətlərsə bu cəmin
mənasız və əhəmiyyətsiz, sıfra bərabər vahidləri və zərrəcikləridir. Aharnyan
deyilən başqa bir ideoloq daha uca səslə bəyan edirdi ki, “erməni milləti Allah
vergisidir, onu başqa heç bir millətlə eyni tərəziyə qoymaq olmaz. Dünyada ən
nadir, ən seçmə bir soy varsa, o da erməni soyudur. Bu soyun övladları olan biz
ermənilər həm fəxr etməli, həm də ən ali hüquqlara sahib olmalıyıq. “Alik”
qəzeti də təlqin edir ki, heç bir xalqın tarixi, adətən, zaman və məkan
hüdudundan kənarda ola bilməz. Erməni xalqının tarixi və taleyi isə elə bir
ölməz ruhdur ki, zaman və məkan qarşısında heç vaxt boyun əyməyəcək”.
Yezutizm təliminin erməni mühitinə uyğun olaraq bu səpkidə
təbliği möhkəm ideya əsasları kimi daşnakların 1907-ci ildə qəbul etdikləri
proqramda çox qabarıq bir şəkildə öz əksini tapmışdır. Milli şovinizm ruhu
proqramın ilk cümlələrindəcə aşkar duyulmaqdadır : ali məqsəd yalnız və yalnız
ermənilərin mənafeyinə xidmət etməkdir, başlıca diqqət ancaq və ancaq Türkiyədə
ermənilər yaşayan vilayətlərə yönəldilməlidir. Deməli hər şey ermənilər üçün
yalnız ermənilərin milli mənafeyi naminə! Proqramın 9-cu maddəsində bu fikir
daha güclü səslənir, Qafqazı yekcins, eyni etnik qrup prinsipi əsasında
kantanlara bölmək təklif edilir. Bu prinsipə sadiq qalan Andranik Mihranyan da
son zamanlar ermənilərin “təhlükəsizliyi” naminə Qafqazın federativ əsaslarla
Rusiyanın tərkibinə daxil olmasını rəva görürdü.
Davakar erməni dairələrinin inadkarlıqda davam etdirdikləri
soyqırımı siyasətinin təşkilati əsasları isə hələ 1534-cü ildə Parisdə təşkil
olunmuş “İsa” cəmiyyəti və 1610-1769-cu illərdə Paraqvayda cövlan etmiş
idarəetmə üsulu təcrübəsindən əks edilmişdir. Bu təcrübəyə görə məqsədə nail
olmaq yolunda riyakarlıq, ikiüzlülük, cəsusluq, hətta ən ağır cinayət, terror və
kütləvi qırğın belə məqbul sayılır. Bu ruh “Daşnaksütyun” partiyasının
Nizamnaməsində (1907) öz ifadəsini çox aşkar şəkildə tapmışdır. Nizmanamənin nə
az, nə də çox düz 5 maddəsi (147-151) hər bir il təşkilatda azı 10 nəfərdən
ibarət silahlı dəstə saxlamağı, 155, 156 və 157-ci maddələri isə lazım gəldikdə
çəkinmədən siyasi terrora, hətta soyqırımına əl atmağı tövsiyyə edir. Sosialist
inqilabçılar adını bir vaxt bayraq etmiş “Daşnaksütyun” partiyasının qəddar
millətçi, davakar, irticaçı, təvazökar təkcə qonşu türk və azərbaycanlılara
qarşı deyil, öz xalqına qarşı da amansız bir mauzerçi partiya olması məlum
həqiqətdir. 1912-ci ildə daşnaklar “Dənizdən-dənizə Ermənistan” planının
formalaşması prosesini başa çatdırdılar. “Türksüz Ermənistan” və “Etnik
təmizləmə” bu məkrli planın ilk mərhələsi kimi irəli sürüldü. Daşnak liderləri
açıq-aşkar tələb edirdilər: Ermənistanın əhalisi yalnız ermənilərdən ibarət
olmalıdır. Bu ölkənin dili də, dini də geyim-keçimi də fırçası-abidəsi də ancaq
erməniyə mənsub olmalıdır. Həyatımızı başdan-ayağadək erməniləşdirməliyik.
(“Haraq” qəzeti N-106). Ermənilərin ən böyük bədbəxtliyi Azərbaycanla,
azərbaycanlılarla qonşu olmalarıdır (A.Astvasatryan).
Ermənistanı erməni olmayanlardan, öncə tatarlardan və türklərdən
təmizləyin. Türklərə nifrət edin, müsəlmanları qırın, kəndlərinə od vurub
yandırın, əmlaklarını talan edin (“Xorhurdain Hayastan” qəzeti, 29 X 1921).
1828-ci ildən başlayıb 1988-1989-cu illərdə başa çatan “Türksüz
Ermənistan” sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd
azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından
qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi.
Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min kv.km ərazisi
erməni qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi Leonun yazdığına
görə Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8400 kv.km olub ki, bu da
ancaq Göyçə gölü ətrafında ermənuilərin dəfn edilməsi üçün bir qəbirstanlıq kimi
kifayət edirdi. Burada azərbaycanlılar yaşayan ərazi isə ən azı 20 min kv.km
olmuşdur. 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373582 nəfər
idi. İndi həmin ərazidə bir nəfər də azərbaycanlı qalmayıb. Deməli, “Türksüz
Ermənistan” siyasəti əslində azərbaycanlılara qarşı tətbiq edilən mənəvi və
fiziki soyqırımının təkmilləşdirilməsi, qəddarlığı ilə fərqlənən, müxtəlif
şüarlar altında rəngarəng metodlarla həyata keçirilən formasıdır. Strategiya
dəyişməz, taktika dəyişgən olmuş, erməni təcavüzü indiki Ermənistan ərazisindən
başlamış indiki Azərbaycan ərazisini də bürümüşdür. Azərbaycan Respublikası
ərazisinin 20 faizinin işğalçıların nəzarəti altında qalması bunu bir daha sübut
edir.
|