|
Новая страница 1
Kərim Şükürov
Dağlıq Qarabağ
Muxtar Vilayətində
əhalinin
say dinamikası
və etnik tərkibinə dair
DQMV-nin tarixində ən çox saxtalaşdırılan məsələlərdən biri onun
əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir. Bu barədə
erməni müəlliflərinin mövqeyini əyani göstərmək üçün prof.Y.Barseqovun təqdim
etdiyi bir cədvələ nəzər yetirək.
Cədvəl 1
Prof.Y.Barseqova görə DQMV əhalisinin təbii artıma əsaslanan
hesablama və faktik (siyahıya almalar üzrə) əhalisinin müqayisəsi
|
İllər |
ermənilər |
azərbaycanlılar |
|
Faktik say |
Hesablama
Sayı |
Faktik say |
Hesablama sayı |
|
1921 |
128.060 |
128. 060 |
7. 594 |
7. 594 |
|
1939 |
132.800
(3,6%)x |
208. 317
(38,5%) |
14.100
(46,1%) |
9. 875
(23,1%) |
|
1959 |
110.100
(20,6%) |
375.667
(44,5%) |
18.000
(21,7%) |
15. 03
(37,5%) |
|
1970 |
121.100
(9,1%) |
517.223 (27,45%) |
27.200
(33,8%) |
22.315
(29,2%) |
|
1979 |
123.100
(1,6%) |
620. 238
(16,6%) |
37.200
(26,9%) |
27.176
(17,9%) |
|
1989 |
|
731. 959
(15,3%) |
|
32.548
(16,5%) |
Qaynaq:
Барсегов Ю.Г. Право на самоопределение-основа демократического
решения межнациональных проблем. К проблеме Нагорного Карабаха.
Ереван,1989,с.101
х
Əvvəlki dövrə nibətən artım. Hesablama bizimdir.
Y.Barseqov oxucunu çaşdırmaq üçün yalnız mütləq rəqəmləri verir,
şərhin daha aydın olması üçün nisbi rəqəmlərə ehtiyac vardır. Cədvələ belə
hesablamalar əlavə etdikdə onun nə dərəcədə absurd olduğu aşkara çıxır. Bu hansı
məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,6%
olduğu halda, hesablamalarla 8,5%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik
artım 46,1% olduğu halda, 23,1%-ə endirilsin. Belə yanaşma bilərəkdən həqiqətin
təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilib ki, bu oxucunu ələ
salmaqdan başqa bir şey deyildir. Biz isə problemi elmi məcraya yönəltmək üçün
belə bir hesablamaya müraciət edək.
Cədvəl 2
Ermənilərin Ermənistanda və Y.Barseqovun hesablamalarına görə
DQMV-də orta sıxlığı
|
İLLƏR |
Ermənilərin orta sıxlığı |
|
Ermənistada
(faktiki) |
DQMV-də
(Y.Barseqovun hesablamasına görə) |
|
cəmi |
Ermənistanla
müqaisədə fərq |
|
1921
1926
1937
1939
1959
1970
1979
1989 |
-
25
33,8
35,6
52,1
74,1
91,4
103,4 |
29,1
-
-
47,3
85,4
117,5
141
166,4 |
-
-
-
+ 11,7
+ 33,3
+ 43,4
+ 49,6
+ 63 |
Qaynaq:
Всесоюзная перепись населения 1926 г. Закавказская СФСР.т.ХIV.
М., 1929, с.11-13; Вестник статистики, 1990, №7, с.77; «Правда» от 2 июня 1939
г; Итоги Всесоюзной переписи населения 1959 г. Армянская ССР. М., 1963, с.11,
102-103; Численность и состав населения СССР. По данным Всесоюзной переписи
населения 1979 г. М., 1984; Ходжабекян В.Е. Армянская Советская Социалистическая
республика // Население союзных республик. М., 1977, с.278
Y.Barseqovun
hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki,
adından da aydın olduğu kimi
4,4
min kv.
km-
lik dağlıq ərazidə ermənilərin orta sıxlığı üçün astronomik
rəqəmlər irəli sürür.
Beləliklə,
erməni müəllifləri tarixi həqiqəti elə təhrif edir ki,
onu aşkar etmək xeyli dərəcədə müşkül bir işə çevrilir.
DQMV əhalisinin say dinamikasının real vəziyyəti aşağıdaki kimi
olmuşdur.
Cədvəl
3
1926-1988-ci
illərdə DQMV əhalisinin say dinamikası.
|
İLLƏR |
Əhalinin sayı,
min nəf. |
Əvvəlki dövrə görə artım |
Dövr ərzində orta illik artım,
faizlə |
|
min nəf. |
faizlə |
|
1926
1939
1959
1970
1979
1988 |
125,3
150,8
130,4
150,3
162,2
182,4 |
-
25,5
-20,4
19,9
11,9
20,2 |
-
20,4
-13,5
15,3
8,1
12,5 |
-
1,45
-0,7
1,3
0,85
1,3 |
Qaynaq: Самедзаде З.Нагорный Карабах: неизвестная правда (О
некоторых аспектах социально-экономического и демографического развития
региона). Baku, 1995, с. 31
Rəsmi sovet əhali siyahıyaalmalarının (1989-cu il istisna
olmaqla) nəticələrinə əsaslanan bu cədvəl real vəziyyəti daha doğru əks etdirir
və onların
doğruluğuna
şübhə
edilməsi
üçün kifayət qədər əsas yoxdur.
Indi də DQMV əhalisinin etnik tərkibini əks etdirən göstəricilərə
keçək
Cədvəl 4
DQMV əhalisinin etnik tərkibi (əhali siyahıya almaları üzrə; min nəfər)
|
|
1939 |
1959 |
1970 |
1979 |
|
mütləq |
% |
mütləq |
% |
mütləq |
% |
mütləq |
% |
|
Bütün əhali
ermənilər
azbaycanlılar
ruslar |
150,8
132,8
14,1
3,2 |
100
88,1
9,4
2,1 |
130,4
110,1
18,0
1,8 |
100
84,4
13,8
1,4 |
150,3
121,1
27,2
1,3 |
100
80,6
18,1
0,9 |
162,2
123,1
37,3
1,3 |
100
75,9
23,0
0,8 |
Qaynaq:
Достижения Нагорного Карабаха в девятой пятилетке. Стат. сб. Степанакерт, 1976,
с.8, Самедзаде З. Указ.соч., с.31
SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali
siyahıyaalınması nəticələrinin
dövrün təsirinə məruz qalmasına baxmayaraq,
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyaalmanın
materialları əsasında DQMV-nın etnik xəritəsini çap etdirmişdir. Həmin
xəritədən aydın olduğu kimi,
1989-cu il Sovet əhali siyahıyaalınmasının yekunlarına görə,
DQMV-nin 187,8 min əhalisinin 145,4 min
nəfəri
(77%) erməni, 40,3 min
nəfəri isə
(21,5%)azərbaycanlı olmuşdu.
Göründüyü kimi,
1939-1979-cı il əhali siyahıyaalmaları üzrə DQMV əhalisi içərisində
azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdı. Bu azərbaycanlıların öz
torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması ilə
bağlı olmuşdu. Ermənilər isə əksinə bütün dünyada miqrasiyaya meylli
xalq kimi tanınmış və onların təbii artımı aşağı olmuşdu. 1989-cu il əhali
siyahıyaalınması ərəfəsində isə ermənilərin vilayətin etnik tərkibini süni
şəkildə azaltmaq cəhdləri azərbaycanlıların sayının aşağı enməsinə səbəb olmuşdu.
|