|
Новая страница 1
Nazir Əsədov
Atəşkəs dövründə problemin həlli yollarının axtarılması
(1994-1997-ci illər)
1994-cü ilin martın 1-də ATƏM-in Minski qrupunda etibarlı
atəşkəsə nail olmağın yolları müzakirə edilmişdir. Avropa dövlətlərinin
münaqişəni danışıqlar yolu ilə həll etmək istiqamətində fəallaşmasını duyan
Rusiya martın 2-də Moskvada Ermənistan və Azərbaycan nümayəndələrinin atəşi
dayandırmaq danışıqlarını təşkil etdi.1994-cü ilin martın 6-da Çin xalq
respublikası ilə aparılan danışıqlar zamanı da Qarabağ problemi müzakirə
edilmişdi.
Bu zaman
həm
erməni,
həm də Azərbaycan tərəfdə gizli qüvvələr vardı ki, onlar
müharibənin dayandırılmasını istəmirdilər. Rusiya danışıqlarda Azərbaycanı daha
ciddi güzəştlərə məcbur etmək,
erməniləri silahlandırmaqda davam etməklə Fizuli istiqamətində
yeni ərazilər ələ keçirməyə kömək etdilər. Azərbaycanın təkidi ilə 1994-cü il 15
apreldə Moskvada Müstəqil Dövlətlər
Birliyi
başçılarının görüşü keçirildi. Qarabağ problemi, atəşin dayandırılması məsələsi
müzakirəyə çıxarıldı. Müzakirədən sonra bəyanat qəbul edildi. Bəyanatda
deyilirdi: Azərbaycan və Ermənistan respublikaları dövlət başçıları bəyanatını
qəbul edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan xalqlarına,
Zaqafqaziyada geniş region iqtisadiyyatına və ekologiyasına əvəzsiz zərər vurur.
MDB-nin digər iştirakçılarının bütövlükdə mühüm mənafeyinə toxunur…Birliyin
dövlət başçıları şurası ATƏM və BMT-yə müraciət edərək münaqişənin aradan
qaldırılması üçün Müstəqil Dövlətlər
Birliyinin
gördüyü tədbirləri dəstəkləməyə çağırır.
1994-cü ilin mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil
Dövlətlər
Birliyi
dövlətləri parlamentlər arası məclisi işçi qruplarının Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı məsələlərə həsir olunmuş görüş keçirilmişdir. Müzakirələrdə tərəflər
arası atəşin dayandırılması və danışıqlara başlamaq məsələsi müzakirə
edilmişdir. İştirakçıların əksəriyyətinin imzası ilə təsdiqlənən yekun
protokolunda atəşin bütün cəbhələrdə mayın 8-dən 9-a keçən gecədən
dayandırılacağı təsdiqlənmişdir. Bişkek protokoluna əsasən,
ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalı,
əhali həmin yerlərə qaytarılmalı idi.
Bişkek protokolunun imzalanması Azərbaycanda birmənalı
qarşılanmışdır. Müxalifət bu razılaşmanı Azərbaycanın təslimi kimi qeyd
etmişdir. 28 mayda Azərbaycan Demokratik Respublikasının yaranma günü
münasibətilə keçirilən təntənəli yığıncaqda H.Əliyev müxalifətin əksinə olaraq
demişdir: ''Mayın 10-dan atəş kəsilmişdir. Sülh danışıqları gedir, biz bu
danışıqları respublikanın mənafelərini müdafiə etmək prinsipləri əsasında
aparırıq və bundan sonra da aparacayıq. Ancaq eyni zamanda Azərbaycan xalqı,
Azərbaycan ordusu torpaqlarımızı müdafiə etmək üçün həmişə
ayıq-sayıq olmalıdır”.
Azərbaycan dövləti atəşkəsdən istifadə edib sülhə nail olmağa
çalışırdı. Bu səbəbdən 1994-cü ilin 18 iyunda H.Əliyev Türkiyəyə rəsmi səfərə
getmişdir. Danışıqlarda Dağlıq Qarabağ problemi başlıca müzakirə məsələsi
olmuşdur. Bundan sonra Azərbaycan prezidenti İran İslam Respublikasına, Səudiyyə
Ərəbistanına rəsmi səfərlərə getmişdir. Bu səfərlərdə də Qarabağ məsələsi
müzakirə edilmişdir. Hər üç dövlətin rəhbərləri Azərbaycanın haqlı mübarizəsini
müdafiə edəcəklərini bəyan etmişlər. Azərbaycanın Qarabağ məsələsində qəti
mövqeyi dünya ictimaiyyətinə bəlli olandan sonra Azərbaycana dünya dövlətlərinin
marağı artmışdır. Bunun nəticəsi idi ki, Ermənistana dəstək verən Fransa
Azərbaycana qarşı münasibətlərini dəyişdirmişdir. 1994-cü il 10 avqustda
Fransanın xarici işlər idarəsinin yüksək vəzifəli şəxsləri Azərbaycana gəldilər.
Nümayəndə heyətinin əsas məqsədi Qarabağ problemi ilə yerində
tanış olmaq idi. Səfər Yekunlaşdırılarkən Fransa nümayəndəsi bildirmişdir ki,
bizim Azərbaycanın iqtisadi və siyasi həyatından aldığımız təəsüratlar və
Qarabağ probleminə dair ilk mənbələrdən topladığımız materiallar Fransa kimi
böyük bir dövlətlə Azərbaycan arasında yaranan əlaqələrin daha möhkəmlənməsinə
və genişlənməsinə kömək edəcək.
1994-cü ilin 4 sentyabrında Qahirədə keçirilən ''Dünya əhalisi və
inkişaf'' mövzusunda ümumdünya konfransında Azərbaycan prezidenti H.Əliyev
BMT-nin Baş katibi
ilə, Misir respublikasının prezidenti Hüsn Mübarəklə, Pakistanın
baş naziri Bənəzir Buhtto ilə görüşərək Azərbaycanın bir hissəsini Ermənistan
tərəfindən işğal edilməsini onlara çatdırmışdır. Azərbaycanda atəşkəs şəraitində
daxili sabitlik gündən-günə möhkəmlənirdi. Bu səbəbdən dünyanın iri
dövlətlərindən Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Fransanın,
Almaniyanın, Türkiyənin, Çinin, Yaponiyanın Azərbaycana marağı daha da
artmışdır. Xüsusilə Azərbaycan neftinə maraq daha da güclənmişdi. Buna görə
onlar Azərbaycanda sabitliyin yaranmasında maraqlı idilər. Xarici dövlətlərlə
aparılan danışıqlar 20 sentyabr 1994-cü ildə Böyük Britaniya, Norveç, Rusiya,
Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyə dövlətlərinin təmsil olunduqları ilk böyük
neft müqaviləsi ''Əsrin müqaviləsi''nin imzalanması ilə yekunlaşmışdı. ''Əsrin
müqaviləsi'' kimi tarixə daxil olan bu müqavilə Azərbaycanın böyük dövlətlərlə
başladığı
ilk böyük müqavilə idi. Bundan sonra iri dövlətlərin Azərbaycan
maraqları daha da artdı. Müqavilədə təmsil olunan dövlətlər Azərbaycanın daxili
sabitliyinə hər vasitə ilə yardım etməyə başladılar. Bu istiqamətdə həyata
keçirilən tədbirlər içərisində Azərbaycan prezidentinin 25 sentyabr 1994-cü ildə
BMT-nin Baş məclisində iştirak etməsi olmuşdur. ABŞ prezidenti Dağlıq Qarabağ
problemi ilə məlumatlandırılmış, Ermənistanın hərbi təcavüzünü təsdiq edən
xəritə və sənədlər nümayiş etdirilmişdi. Laçın və Şuşa rayonlarının
erməni silahlı qüvvələrindən təmizlənməsinin prinsipial məsələ
olduğu qeyd edilmişdi. Azərbaycan prezidenti BMT-nin tribunasında Azərbaycan
həqiqətlərini bütün dünyaya çatdırdı.
Həmin vaxtdan Amerikanın Qarabağ probleminə münasibəti xeyli
dəyişmişdir. Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsi 1994-cü ilin
oktyabrında türk dövlətləri başçılarının İstambulda keçirilən zirvə
toplantısında da əsas müzakirə obyekti olmuşdur. Toplantıda çıxış edən Türkiyə
prezidenti S.Dəmrəl demişdir:
''Ermənilər Azərbaycanın torpaqlarının 20 fazini işğal etmişlər, Azərbaycanın
bir milyon dinc əhalisi qaçqın düşmüşdür. Münaqişənin sülh yolu
ilə
sahmana salınması bizim arzumuzdur.
Qarabağ problemi Budapeşt və Lissabon zirvə toplantısında da
müzakirə obyektinə çevrilməsi Ermənistanın təklənməsinə səbəb olmuşdu. Ona görə
ki, iştirak edən dövlətlər Azərbaycanın ərazi bütövlüyünü
bir daha tanımış,
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını qeyd
etmişlər. ATƏT-in Lissabon zirvə toplantısı Dağlıq Qarabağ probleminin həllində
iki mühüm məqamı ilə əhəmiyyətlidir. Birincisi,
ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatında Azərbaycanın təklif
etdiyi və dövlət mənafeyinə uyğun gələn üç prinsip öz əksini tapdı. Həmin
prinsiplər dünyanın 53 dövləti tərəfindən bəyənildi. İkincisi,
Ermənistan özünü dünyanın 53 dövlətinə qarşı qoydu, özünü təcrid
etdi.
|