|
Новая страница 1
Asif Abdullayev
Qarabağ və Azərbaycan Diasporu
01.
Erməni işğalının nəticələrinin aradan qaldırılmasını şərtləndirən amillər
iki mühüm
qrup kimi
nəzərdə tutulmalıdır: daxili
və
xarici.
Daxili amillər həlledici olsa da, xarici amilləri
nəzərə
almamaq və lazımınca
qiymətləndirməmək yanlışlıq
olardı.
02. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa və suverneliyini
təmin etmək üçün güc tətbiq edərkən regionun və dünyanın aparıcı dövlətlərinin,
beynəlxalq təşkilatların (ATƏT, BMT, AB və s.) heç olmasa etiraz etməməsinə nail
olunmalıdır. Müttəfiq hesab olunan dövlətlərin (Gürcüstan, Türkiyə, Pakistan,
Ukrayna və s.) siyasi və hərbi-iqtisadi dəstəyi əldə edilməlidir. Bu vəzifələrin
yerinə yetirilməsində Azərbaycan türklərinin (azərbaycanlıların) dünyanın
müxtəlif ölkələrində formalaşmaqda olan Diasporası müstəsna rol oynamalıdır.
03. Azərbaycan Diasporası kifayət qədər güclü intellektual və maddi
potensiala malikdir. Bu potenasialı aktivləşdirmək və tələb olunan istiqamətdə
yönəltmək üçün effektiv iş sistemi qurulmalıdır.
04.
Güney Azərbaycanda, təxmini hesablamalara görə, 25-30 mln. azərbaycanlı yaşayır.
Rusiya Federasiyasında sayı 3-4 mln.-a çatan diasporamız mövcuddur. Eləcə də
Şimali Amerika və Kanadada, Avropada böyük azərbaycanlı icmaları var. Bir neçə
ildir ki, dünya azərbaycanlılarını əhatə edən Dünya Azərbaycanlıları Konqresi
(DAK), Avropa Azərbaycan Təşkilatları, Almaniya Azərbaycan Təşkilatları, MDB
ölkələri Azərbaycan Təşkilatları İttifaqı, AZERROS- Milli Mədəni Muxtariyyət,
Ümumrusiya Azərbaycanlıları Konqresi, Moskva Milli-Mədəni Muxtariyyəti, “Ocaq”
Cəmiyyəti və bir çox başqa regional Azərbaycan təşkilatları fəaliyyət göstərir.
Son dövrlərdə bu təşkilatların fəaliyyətinin aktivləşməsi diqqəti cəlb edir.
05.
İndiki mərhələdə azərbaycan diaspora təşkilatlarının formalaşması üçün vahid
əlaqələndirmə mərkəzinin yaradılması olduqca vacibdir. Əfsuslar olsun ki,
Azərbaycan Respublikasında yaradılmış Xaricdə Yaşayan Azərbaycanlılarla İş
Komitəsi belə bir mərkəzə çevrilə bilmədi. Əsas məqsədi ümummillli problemlərin
(Qarabağ, Güney Azərbaycan və s.) həlli ətrafında dünya azərbaycanlılarını
birləşdirməli olan komitə, bütün işini H.Əliyev hakimiyyətinin
möhkəmləndirilməsinə, xalqın etimadını itirmiş hakimiyyətin diaspora
təşkilatları tərəfindən dəstəklənməsinə həsr etdi. Bir tərəfdən diaspor
təşkilatlarının Azərbaycan Respublikasının “daxili işlərinə qatılmamaq”(?!)
şərtini irəli sürən komitə rəhbərləri, digər tərəfdən Ümumrusiya AK, Belorusiya
AK, Ukrayna AK, Özbəkistan AK və s. diaspor təşkilatlarından kiminsə
prezidentliyə namizədliyini irəli sürməyi, ayrı-ayrı vəzifəli şəxslərin, dövlət
məmurlarının təbliğ olunmasını tələb edir.
06.
Eyni zamanda xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfrilikləri,
konsulluqları, beynəlxalq təşkilatlardakı nümayəndəliklər Qarabağın azad
olunması ilə bağlı geniş iş aparmalıdırlar. Azərbaycanlıların diaspora
təşkilatları çox vaxt məlumatların olmamasından, təbliğat materiallarının
(audio, video, çap) ingilis, rus, fransız, alman, ispan və s. dillərə
tərcüməsinin qıtlığından şikayətlənirlər. Məhz bu orqanlar həmin materialları
yerli təşkilatlara çatdırmalıdırlar.
07.
Azərbaycanlıların diaspora təşkilatları, ermənilər tərəfindən Azərbaycanın işğal
olunmuş ərazilərinin azad olunmasında həm Azərbaycan hökumətinin, həm Azərbaycan
xalqının qətiyyətliliyini və heç bir zaman ərazi güzəştlərinə gedilməyəcəyini
dünya ictimaiyyətinin diqqətinə çatdırmalı və yaşadıqları ölkənin rəsmi və mülki
buna inandırmağa çalışmalıdır. Ərazisində fəaliyyət göstərilən dövlətlərin
icraedici və qanunverici orqanları ilə iş aparılmalı, Ermənistanın işğalçı
siyasəti haqqında həqiqətləri onlara çatdırmalı, ictimaiyyət arasında məlumatlar
yayılmalıdır.
Nümunə kimi İsveçdə fəaliyyət göstərən (“Azəri”) təşkilatının
fəaliyyətini göstərmək olar. İsveç parlamentinə “Azərbaycan dostları” qrupu
mövcuddur və onlarla iş nəticəsində Xocalı faciəsinin ildönümü ərəfəsində bu il
Manaf Səbabinin təşəbbüsü ilə İsveç parlamentinin üç nəfər üzvü Azərbaycanda
səfərdə olmuşdu. Onlar işğalın, Xocalı faciəsinin nəticələri ilə,
yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin qeyri-insani
yaşayış şəraitləri ilə tanış olmuş, bütün bunlar haqqında İsveç ve Avropa
parlamentlərində məsələ qaldıracaqlarını bildirmişlər.
08.
Diaspora təşkilatlarının beynəlxalq hüquqdan, ölkə qanunlarından istifadə
edərək, Ermənistan Respublikasının fəaliyyətinə hüquqi qiymət verilməsinə nail
olması önəmli vəzifələrdəndir.
09.
Ermənilərin işğalçı, terrorist siyasətini pisləyən və onların əməllərinə etiraz
bildirən mitinqlərin, piketlərin, yürüşlərin, elmi-əməli konfransların,
seminarların, müxtəlif aksiyaların bütün dünyada eyni zamanda keçirilməsinin
təşkili vacibdir. 2003-cü il 22 fevralda Qarabağ Azadlıq Təşkilatı (sədr Akif
Nağı), Dünya Azərbaycanlıları Konqresi (sədr Cavad Deraxti) və MDB Azərbaycan
Təşkilatları İttifaqının (sədr İlqar Qasımov) birgə səyləri nəticəsində dünyanın
40-a yaxın ölkəsinin, 70-dən çox şəhərində Xocalı soyqırımı anıldı, müxtəlif
tədbirlər keçirildi.
10.
Azərbaycanlıların diaspora təşkilatlarının mühüm bir vəzifəsi də digər türk
diasporası təşkilatları ilə sıx əlaqə quraraq, erməni diasporası təşkilatlarının
fəaliyyətinin nəticələrini neytrallaşdırmağa, təsirsizləşdirmyə çalışmaq
olmalıdır. Eyni zamanda Yəhudi, Ukrayna və digər diaspora təşkilatları ılə
qarşılıqlı bəhrələnməyə əsaslanan işbirliyi qurulmalıdır.
11.
Azərbaycan Respublikası öz coğrafi mövqeyinə, iqtisadi və intellektual
potensilına görə bölgədə aparıcı, lider ölkəyə çevirilməlidir. Düzgün siyasət
aparılarsa, Azərbaycan Respublikası Qafqazda sülhün, əmin-amanlığın,
stabilliyin, inkişafın təminatçısına çevrilə bilər. Bu gün Cənubi Qafqazda
tərəqqinin qarşısını alan, pozucu elementə çevirilən, böyük dövlətlərin alətinə
çevirilmiş, qonşu dövlətlərə ərazi, təzminat iddiaları ilə çıxış edən
Ermənistandır. Ermənistanın mövqeyi onun özünün təcrid olunmasına, böyük
iqtisadi layihələrdən (Bakı-Ceyhan neft, Şahdəniz-Ərzurum qaz boru kəmərləri,
“İpək Yolu”, TRASEKA nəqliyyat və s.) kənarda qalmasına səbəb olmuşdur. Bu
reallıq azərbaycanlıların diaspora təşkilatları tərəfindən dünyanın hər yerində
izah olunmalı, ictimai rəyə yeridilməlidir.
12.
Azərbaycanlıların diaspora təşkilatları saxta “erməni genosidi” kompaniyasını
dünya birliyində yanlış təsəvvür yaratdığı üçün qəti şəkildə pisləməli,
ayrı-ayrı dövlətlərdən “erməni genosidini” tanımaqdan imtina etmələrini,
beynəlxalq təşkilatlardan bu əsassız iddiaların qarşısının alınmasını tələb
etməli, əksinə yaxın keçmişdə ermənilərin Ermənistan və Azərbaycan ərazilərində
azərbaycanlılara qarşı törətdikləri cinayətlərə hüquqi qiymət verilməsinə,
sanksiyaların tətbiq edilməsinə nail olunmağa çalışmalıdırlar.
|