|
Новая страница 1
Rəna Mirzəzadə
Qarabağ münaqişəsi gender güzgüsündə
1998-ci il mayın 18-dən 20-dək Bakıda «Qadın hüquqları - İnsan
hüquqlarıdır. Qadınlar və hərbi münaqişə» mövzusunda Beynəlxalq Konfrans
keçirilmişdir. Konfransı BMT İP, YUNİFEM, UNHCR və Azərbaycan hökuməti birgə
təşkil etmişdilər. Tədbirə dünyanın 13 ölkəsindən nümayəndə dəvət olunmuşdu.
Qarabağ münaqişəsinin əsas tərəflərindən biri olan Ermənistan Respublikası
nümayəndələri də iştirakçılar arasında idi. Konfrans iştirakçıları Pekin
Fəaliyyət Platformasının 3 prinsipinin nəzərdən keçirilməsinin vacibliyi haqda
razılığa gəlmişdilər:
·
dinc quruculuqda və hərbi münaqişələrin həll olunmasında
qadınların rolu;
·
qadınlara qarşı zorakılıq;
·
qadınların, o cümlədən, qaçqınların və məcburi köçkünlərin
hüquqları insan hüquqları kimi, onların yaşadıqları yerlərə qaytarılması və
digər həlli uzun müddət tələb edən məsələlər.
Bu məsələlər, konfrans iştirakçıları olan 13 ölkədə yaranmış
vəziyyətlə əlaqədar olaraq, müvafiq və aktual hesab edilmişdir. İştirakçılar bu
məsələləri öz milli hökumətlərinin və ictimaiyyətlərinin nəzərlərinə
çatdıracaqlarına söz verdilər. İştirakçılar həmçinin BMT-nin köməkliyi ilə
subregional və regional əlaqə sisteminin yaradılması məsələsində konsensusa nail
oldular. Subregional konfransın məqsədləri:
·
ailədə, cəmiyyətdə, milli və beynəlxalq səviyyədə qadınlara qarşı
zorakılığın qarşısının alınması və ləğv edilməsi işində əldə olunmuş effektiv
təcrübə mübadiləsi;
·
əməkdaşlıq məqsədi ilə və regional dialoqların aparılması üçün
forumun yaradılması;
·
gələcək fəaliyyətdə konsensusa nail olmaq.
Konfransın yekun nəticəsi Bakı Bəyannaməsinin strategiya və
mexanizmini müəyyən edən konkret fəaliyyət proqramının qəbul edilməsi oldu. Bu
sənədlər milli və regional səviyyələrdə hazırlanmışdı. BMT «Zorakılıqla mübarizə
və sabit sülh quruculuğu üçün qadınların rolunun gücləndirilməsi üzrə əməkdaşlıq
sistemi» adlı uzunmüddətli proqramın həyata keçirilməsinə köməklik göstərəcəyinə
razılıq verdi. Göstərilən əməkdaşlıq proqramının məqsədləri bunlardır:
1.
Hərbi konfliktlərin qarşısının alınmasında və regionda sülhün bərqərar olması
prosesində qadınların rolunun möhkəmləndirilməsi.
2.
Qadınlara qarşı zorakılığın qarşısının alınması və ləğv olunması üçün
tədbirlərin hazırlanması.
3.
Qadınların, o cümlədən, qaçqınların və məcburi köçkünlərin hüquqlarının
qorunması.
Girovlar haqda məsələ Bakıda keçirilən bu konfransda da
qaldırılmış, 330-dək qadının və 60-dək uşağın taleyi diqqət mərkəzində olmuşdur.
«Azərbaycan qadınlarının Bakı Assosiasiyası»
qeyri-dövlət təşkilatı BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının
Cenevrə ofisində bu məsələ ilə əlaqədar olaraq çıxış etmişdir.
Qeyd olunan problemlə əlaqədar olaraq münaqişə dövrü ərzində qaçqınların və
məcburi köçkünlərin məsələləri ilə bağlı 100 dən çox hüquqi sənəd qəbul
edilibdi.
1994-cü ilin mayından indiyədək (2002 il) olan dövr atəşkəs
dövrüdür, sülh müqaviləsinə dəfələrlə cəhd edilsə də,
konkret nəticə yoxdur. Münaqişə tərəflərinin, beynəlxalq
təşkilatların da müdaxiləsi olmaqla, həm
hökumət,
həm də qeyri-hökumət
strukturları səviyyəsində keçirtdikləri saysız görüşlərdən hələ
ki heç bir irəliləyişə
hasil
olunmamışdır.
Torpaqların işğalı ilə bütün insani hüquqları pozulmuş əhalinin
əsas həssas qrupu olan qadınların münaqişədə zorlama, cinsi təzyiq, məcburi
hamiləlik, döymə, təhqiretmə hallarını xüsusi qeyd etməliyik. Məhz Pekin
Platformasının 116-cı maddəsi bu kimi hallara qarşı çıxış edir. 1995-ci ildə
BMT-nin 39-cu sessiyasında BMT Baş Katibinin üzərinə qoyulan qadınların azad
edilməsi məsələsini IV Ümumdünya Konfransında öhdəlik kimi götürən Qətnamə hələ
də icra olunmayıb və Post-Pekin dövründə onun müddəti dörd dəfə uzadılıb (40,
41, 42, 43-cü sessiyalarda ).
1998-ci ildə
Respublika
Nazirlər Kabinetinin qaçqınlar, məcburi köçkünlər və əhalinin miqrasiya şöbəsi
tərəfindən respublikanın bütün rayonlarını əhatə edən xüsusi sorğu
keçirilmişdir. Bu sorğu nəticəsində qaçqın və məcburi köçkün qadınların
təhsili, məşğulluğu, sağlamlığı və yaş göstəriciləri təhlil olunmuşdur. Bu
məlumatlara görə qaçqın və məcburi köçkün qadınların məşğulluğu müxtəlif
rayonlar üzrə müxtəlif şəkildə paylanmaqla 30% olmuşdur və onların arasında kənd
yerləri çoxluq təşkil edir. Bu qadınların 16,4%-i müəllim, 12,35-i tibb işçisi,
7,6%-i mədəniyyət işçisi, 41,1%-i kənd təsərrüfat işçiləri, 15,6%-i isə
digərləridir.
Ümumilikdə götürdükdə isə qaçqın və məcburi köçkünlərin 419171
nəfəri qadındır ki, bunun da 120265 nəfəri qaçqın, 298906 nəfəri
məcburi
köçkündür
.
|
|
Sayı |
Faizlə |
|
CƏMI |
Qaçqınlar |
Köçkünlər |
Qaçqınlar |
Köçkünlər |
|
419171 |
120265 |
298906 |
28,7 |
71,3 |
1998-ci ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin
həlli üzrə dövlət proqramı qəbul edilmişdir. Lakin proqramdan irəli gələn
vəzifələrin yerinə yetirilməsini beynəlxalq humanitar təşkilatların, dünya
dövlətlərinin köməyi və iştirakı olmadan həyata keçirmək mümkün deyildir. Eyni
zamanda UNHCR, WFP, UNİCEF, OXFAM, UNDP kimi beynəlxalq qurumların qaçqın və
məcburi köçkün ailələrinə yardım və köməklik sahəsində respublikadakı geniş
fəaliyyətlərini qeyd etmək lazımdır.
Qaçqın və məcburi köçkün qadınların milli tərkibi belədir: 399058
azərbaycanlı, 375 rus, 1902 kürd, 17677 türk, 159 nəfər isə digər millətin
nümayəndəsi.
Qaçqın və məcburi köçkün qadınların 15878-i ali, 19384-ü orta
ixtisas, 85123-ü orta, 45397-i natamam orta, 75065-i ibtidai, 58059 nəfəri isə
digər təhsilə malikdir. Statistika da göstərir ki, onların inkişaf potensialı
yüksəkdir.
Yaş tərkibinə görə: 6 yaşına qədər 40597; 7-17 yaş arası 73632;
18-49 yaş arası 121619; 50 və ondan yuxarı 63060 nəfərdir.
Ailə tərkibinə görə: 29484-ü çoxuşaqlı ana; 4253-ü şəhid anası;
16948-i ailə başçısı olan qadın; 3595-i tənha qadın; 114229-u qız uşağıdır.
Rəqəmlər açıq aydın göstərir ki, müharibə şəraitində hərbi
münaqişə ilə zorakılığa məruz qalma bu qadınların həyat tərzini köklü
dəyişmişdir. Pekin Platformasının 210-233-ci maddələrində qeyd olunan
«Qadınların insan hüquqları» onları əsas hüquqlarından – yaşayış yerindən, iş
yerlərindən, təhsil almaqdan, dinc ailə münasibəti qurmaqdan, ən əsası,
insan kimi inkişafdan məhrum etmişdir. Əhalinin bu hissəsinin
daha çox qayğı və müdafiəyə ehtiyacı
vardır.
Bu qadınların ümumi sayının böyük hissəsi özü ailə başçısı olan
və tənha, kimsəsiz şəxslərdir. Reallıq göstərir ki, qaçqın və məcburi köçkün
qadınların böyük bir hissəsi yoxsulluq və işsizliklə mübarizə apararaq normal
həyat tərzini, çətinliklə də olsa yaşamaq uğrunda mübarizədə öz əsl peşəsini,
sənətini, savadını, qadına uyğun ustalıq qabiliyyətini itirmiş xəstə, cavan ikən
qocalmış, gücsüz və ağır psixoloji gərginlik vəziyyətindədirlər. Onların
içərisində olan gənc qızlar isə xüsusən firavan həyat tərzindən məhrum olub
sosial bəlalar və məhrumiyyətlərlə üzləşirlər və Pekin Platformasının 259-285-ci
maddələrində göstərilən «Qız uşaqları»nın vəzifə və hüquqlarından məhrumdurlar.
Onların əksəriyyətinin təhsilə, tibbi xidmətə, qidaya, geyimə və informasiyaya
ehtiyacı
vardır. Lakin buradaca qeyd edək ki, bu qadın və qızlar dövlətin sülh məramlı
gedişlərinə böyük ümidlə yanaşaraq, öz doğma torpaqlarına qayıdacaqları günü
gözləyirlər.
|