|
Новая страница 1
Rövşən
Allahverdiyev
Dağlıq Qarabağın tarixi keçmişi,danılmaz
faktları
(erməni
mənbələrində)
Dağlıq Qarabağın tarixi keçmişinə
nəzər saldıqda müəyyən olur ki,
bu ərazi Azərbaycan
adlı bir məmləkətin əzəli və əbədi torpaqlarıdır.
Belə ki,
Urartu mənbələrində Qarabağın qərb hissəsi Urtex-Urtexini
adlandırılmışdır.
Bu ərazinin sonrakı adı olan Artsax Urtexidən əmələ gəlmişdir.
Artsax isə bu ərazinin erməni adı deyil,
ehtimal ki,
Artsax İran mənşəlidir
və dünyanın
qərb hissəsi deməkdir.
Yerli mənbələrdə bu ərazi Albaniyanın ərazisi kimi
göstərilir,
əhalisi isə utilər,
sodilər,
aynianlar olduqları təsdiqlənir.
Hətta
Udinlər
özləri
I
Pyotrun adına
göndərdikləri
məlum məktubda yazırdılar,
"biz
ağqanlarıq
və milliyyət etibarı ilə utilərik".
A.C.Mnatsakanyan
öz
əsərlərində belə
göstərir
ki,
udinlər erməni tayfalarından biridir və onların doğma
dili hox qədim zamandan bəri erməni dili olmuşdur.
Bu problemin böyük
bilicisi
İ.M.Dyakonov
belə hesab edir ki,
"qədim
erməni dili Ermənistan yaylasının yerli əhalisinin dillərinə qohum olmadığından
...
aydındır ki,
o dil buraya kənardan
gətirilmişdir".
Başqa
bir yerdə o yazır ki,
erməni dilinin əcdadının
ilkin daşıyıcıları
Ermənistan yaylasına sinfi
cəmiyyət
tanımayan,
yardımçı
əkinçiliyi
olan
səyyar maldarlar kimi
gəlmişlər.
Mənbələrdə
gəstərilir
ki,
ermənilər bu ərazilərə Zaqafqaziya Artaksiyanın və Zondiyanın
işğalçılıq
müharibələri
dövründən
sonra yəni b.e.ə.
II
əsrdən
sonra gələ
bilərdilər.
Əlbəttə
erməni etnosu bu ərazilərdə əmələ
gəlməmişdir.
Onlar Yuxarı Fərad vadisi zonasında,
təxminən b.e.ə.
I
minilliyin
I
yarısında təşəkkül
tapmışdır.
Yuxarıda qeyd olunanları nəzərə alsaq bu nəticəyə
gəlmək
olar ki,
sözü
gedən
dövrdə
Artsaxın əhalisi albanlar,
ərazisi isə alban torpaqlarıdır.
Bu faktı Leo,
S.T.Yeremyan,
A.Q.Sukiasyan
təsdiq edir və yazırlar ki,
Albaniyanın Sag sahili
-
Artsax və Utik vilayətləri əsl alban torpaqlarıdır.
I
əsrin əvvələrində roma-sasani
müharibələri
dövründə
Albaniya
öz
müstəqilliyini
qoruyub saxlamışdır.
Bu məharibələr dövründə
Qarabağın
ərazisi etnik və siyasi
cəhətdən
suveren Albaniya
çarlığının
ubiya-alban
hissəsi olaraq qalmışdır.
Bu ərazinin müstəmləkələşdirilməsi
və erməniləşdirilməsi
daha sonrakı hadisədir.
İndiki Dağlıq
Qarabağın
erməni feodalları tərəfindən işğalı
haqqında akad.
İ.A.Orbelidə
yazmışdır.
Əhalisinin
"erməniləşməsi"
haqqında isə akad.
S.T.Yeremyan
yazmışdır.
Dağlıq
Qarabağın
ərazisi siyasi
cəhətdən
I
əsrdə tamamilə alban ərşaqidlərinə,
VII-VIII
əsrlərdə isə böyük
knyazlara miranidlərə tabe idi.
VIII
əsrdə ərəb
işğalının
nəticəsində
alban çarlığı
süqut
etdi.
Bu dövrun,
erməni kilsəsinin fəal iştirakçısı
olduğu
faciəli
hadisələri alban etnosunun tədricən
pozulmasının və Dağlıq
Qarabağ
ərazisinin əhalisinin bir hissəsinin qriqorianlaşdırılmasının,
sonralar isə hətta erməniləşdirilməsinin
başlanğıcını
qoymuşdur.
Lakin alban etnosu yaşayırdı,
hətta
IX
əsrdə Albaniya
çarlığı
qismən,
özü
də Artsaxın ərazisində bərpa edilmişdir.
XII-XIII
əsrlərdə Artsax və Utiyə zonasında
"Qədim
Albaniyanın bir hissəsi olmuş
Xaçın
knyazlığının
ucaldığını
akad.
İ.A.Orbelidə
təsdiqləyir.
Hökmdarı
həmçinin
"Albaniyanın
çarı"
Albaniyanın ucrqarlarının
sahibi adlanan bu knyazlığın
parlaq inkişafı
Həsən
Cəlalın
(1215-1261)
vaxtına təsadüf
edir.
Məhz onun vaxtında sonralar
"Albaniyanın
paytaxt kilsəsinə
çevrilmiş
Qonzasar monastır kompleksi tikilmişdir.
Orta əsrlər dövründə
Dağlıq
Qarabağ
zonası Qarabağ
bəylərbəyliyinin tərkibinə daxil idi.
Sonralar XVIII-XIX
əsrin əvvəllərində
Qarabağ xanlığının
tərkibinə daxil olmuşdur.
Dağlıq Qarabağın sonradan əhalisinin bir qisminin erməniləşdirilməsini
erməni məəllifi S.T.Yeremyan
da
təsdiq edir.
II
rus-iran
məharibəsi dövründə
(1826-1828)
rus ordusunun qələbəsinin heç
bir şübhə
doğurmadığı
bir vaxtda X.B.Lazarev
çar
hökumətinə
bir layihə təqdim etmişdir.
Həmin
layihəyə uyğun
olaraq
1828-ıi
il martın
21-də
I
Nikolayın fərmanı ilə
"Erməni
vilayəti"
adı altında bir inzibati vahid yaradıldı.
Rusiya ilə İran arasında imzalanmış
Tərkmənçay
müqaviləsinə
əsasən ermənilər bu ərazilərə sərbəst
gəlib
məskunlaşa
bilərdilər.
Həmin
vaxtlarda Qarabağda əsl Azərbycanlı
əhali heç
bir şübhə
olmadan erməni əhalisi deyiləndən
xeyli
çox
idi.
1810-cu
ilin rəsmi məlumatına
gərə
"Qarabağ
vilayətində"
12000
ailəlik əhali olmuşdur.
Bunların içərisində
də
2500
erməni ailəsi var idi.
Bu məlumat
1979-cu
il Yerevanda nəşr
olunmuş
"Присоединение
васточной
Армении к России"
(I
сild.
s.562)
təsdiq olunur.
Qarabağın erməni məliklərinə
gəldikdə
isə onlar əslində dünənki
albanlar idilər.
Qarabağ məliklərinin soy adlarından heç
biri əslzadə
(naxarar
)
erməni nəsillərinə
gedib
çıxmır.
Onlar
öz
mənşəyi
etibarilə erməni olmayan yerli feodallar idi.
Hələ
XIX
əsrin
I
rübünün
sonunda Qarabağda ermənilər mətləq azlığı
təşkil
edirdilər.
"Qarabağ
əyalətinin"
1823-cü
ildə həqiqi statski müşavir
Maqilyovski
və palkovnik Yermolov təfindən tərtib edilmiş
təsvirinin Tiflis
1866-cı
il məlumatına
gərə
Qarabağ xanlığında
90.000
sakin olmuş
bir şəhər
və
600-dən
bir qədər artıq kənd mövcud
olmuşdur
ki,
bunlardan da
cəmisi
150-si
erməni kəndi idi.
Şuşada
azərbaycanlılardan
və
474
ermənidən ibarət təxminən
1048,
kəndlərdə isə müvafiq
olaraq
12,902,
və
43,311
əhali yaşamışdır.
Bütün
bunlar da Nadir
şah
(XVIII
əsrin
30
illərində)
İranın Xorasan vilayətinə
köçürülmüş,
Qarabağın azərbaycanlı
elatlarına amansız divan tutulduqdan sonra bu
cür
olmuşdur.
Yuxardakı faktları V.İşxanyan
da təsdiqləyir.
Beləki o,
"Народности Кавказа"
(Petroqrad,1916-ıı
il)
əsərində yazırdı.
Dağlıq Qarabağda yaşayan
ermənilərin bir hissəsi oborigenlərdirlər,
qədim albanların nəsilləridir.
Onlar
üçün
Azərbaycan
torpağı
təqiblərdən və təhdidlərdən qorunmaq
üçün
sığınacaq
olmuşdur.
1978-ci
ildə keçmiş
Mardakertdə ermənilərin Azərbaycanın
bu rayonuna köçürülməsinin
150
illiyi münasibətilə
abidə qoyulmuşdur.
|