|
Новая страница 1
Seyidağa Onullahi
Dövrün
farsdilli qaynaqlarında
«Azərbaycan
Qarabağı»,
«Arran Qarabağı»
Son zamanlar İranda Qarabağ
ilə
əlaqadar fars dilində bir sıra əsərlər yazılıb çap edilmişdir.
Onlardan biri Məhəmməd Hafizzadənin 2001-ci
ilin payızında Təbrizdə çap etdirdiyi 251 səhifəlik «Qarabağ»
adlı əsəridir. 24 bölmədən ibarət olan həmin əsərdə İslamiyyətin zühurundan
sonra «Qarabağ»,
«Qarabağ
və ermənilər», «Ermənilərin hiyləsi və Qarabağ
müsəlman
əhalisinin köçürülməsi»,
«Rus çarının xəyanəti və ermənilər», «Böyük
Ermənistan və müsəlmanların
kütləvi
surətdə öldürülməsi»
və s. bölmələrdən ibarətdir.
Müəllif,
xüsusilə
müxtəlif
dövrlərin qaynaqlarına əsasən,
«Arran Qarabağı»
adlandırılması ilə əlaqədar faktlarla sübut
edir ki, ta qədimdə Qarabağ
Azərbaycan
ərazisinin
Arranında yerləədiyi
hçhn
qaynaqlarda «Arran Qarabağı»
adlanmıədır.
Bundan əlavə biz ilk dəfə XIV əsr qaynaıı
Hafiz Əbrunun «Zeyl-i
əame
ət-təvarixi Rəşidi»
əsərində Azərbaycan
Qarabağı
adına rast gəlmiəik.
Hafiz Əbru h.749 (1348)-əu
il hadisələrindən danıəarkən
ilk dəfə «Azərbaycan
Qarabağı»
istilahı işlətmişdir.
Müəllif
yalnız Məlik Əşrəf
h.749 (1348)-ci
ildə Azərbaycan
Qarabağında
idi. Böyük
əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan
Qarabağına
Məlik Əşrəfin
yanına gəldi.
(Bax.
Hafiz Əbru, «Zeyl-i Cami əttəvarix-i Rəşidi»,
s. 227.)
Qarabağ
istilahının türk
sözü
olduğunu
qeyd edən V.Minorski yazır: «Qarabağ
elə bir istilahdır ki, ilk dəfə Həmdüllah
Qəzvininin «Nüzhət
ül-qülub»
əsərində işlədilmişdir.
Çox ehtimal ki, bu bir türk
elinin adı ilə əlaqədardır ki, indi o eldən əsər-əlamət qalmamışdır.
Belə ki, Naxçıvanın
şimalında
Qarabağlar,
Urmiyanın
şimalında
Qarabağ,
Əfqanıstanda Qəzneynin qərbində Qarabağ
fars əyalətində Qarabağ
rayonu, Cənubi Azərbaycanda
Araz çayı sahilində Qarabağ
və s. yerlərdə bu adın olması türkdilli
tayfa adı olmasını sübut
edir. Erməni tarixçisi Riçard Hovanesyan da
“Ermənistan
Respublikası”
əsərinin I
cildində
Qarabağ
mahalını
Cənubi Qafqazın
ərazisində müsəlmanlar
yurdu kimi qeyd etmişdir.
(Bax. Məhəmməd Hafizzadə, «Qarabağ»
əsəri, s.138.)
Atabəylər dövründən
tutmuş
Qacarlara
qədər türk
hökmdarları həmişə
Qarabağda
–
Aranda qışlaq
etmişlər.
Teymurun özü,
oğlu
Şahrux Qarabağda
qurultay çağırmışlar.
Teymur Ağdam
və Ağcabədidə
ova çıxmışdır.
Hələ vaxtilə
Nizami Gəncəvi
Azərbaycanın
bu qədim diyarının nə qədər füsünkar
olduğunu
bir beytində
belə təsvir etmişdi:
Ze dorraçu - tihivu, kəbki, təzərv
Nə bini tohi sayeye bidi – sərv.
Tərcüməsi:
Söyüd
və sərv ağaclarının
kölgəlikləri,
Turac,
kəklik və qırqovuldan xali deyildir.
XV əsrin birinci
yarısında Bədr Şirvani yazır:
Qarabağda
qırmızı
şərab
vardır,
Onun bir badəsindən 100 nəfər sərxoş
olar.
Göndər mənə Qarabağ
meyi, ta ki, mən qırmızı
Su ilə bədənimi yuyum.
Bədr Şirvani
şerlərində
Yevlağın
da adını çəkərək yazır:
Özümü
ipək kimi, Ərəş
baharına necə
çəkim ki,
Gəlib-gedənlərdən
ürəyim
sakit olsun,
Yevlağın
qəmindən sinəmə ağdaş
döyürəm».
(bax: Bədr Şirvani. Divan. Moskva, 1985, (fars dilində),
s.235,274,335,358,485).
H.824-əh
(1422) ildə Xacə
Nizaməddin fars dilində yazdığı
bir beytində:
Dər Qərabağ
fərağe
to do çeşməst
məra,
Kər yek ab gerayəd, əz dəgər abe Ərəs.
Tərcüməsi:
Qarabağda
sənin fərağın
mənə iki gözdür,
Birindən yaş
axır, o birindən Araz suyu.
(bax:
Fəsih Xəvafi, «Mücməl-i
Fəsihi», s.248).
Məhəmməd Hafizzadə ilk qaynaqlara əsaslanaraq yazır ki: «İndiki
Ermənistan adlanan Qərbi Azərbaycan
ərazisi heç vaxt Arran (isti yer) olmamışdır».
Arran coğrafi
mənada İran ilə Kür
arasındakı əraziyə deyilir. Bütün
qaynaqlarda Ermənistan Qarabağı deyil,
«İran Qarabağı”
qeyd edilmişdi.
Biz yuxarıda qeyd etdiyimz kimi,
qaynaqlarda «Azərbaycan
Qarabağı»
istilahı da
işlənmişdir.
1618-ci
ildə Avropada çap edilmiş
və 1994-cü
ildə Möhsün-Fərzanə
tərəfindən yenidən Tehranda
şərhlərlə
nəşr
edilmiş
xəritədə Arazın
şimalında,
Qarabağ
ətrafında və sair nöqtələrdə Azərbaycan
şəhərləri
göstərilir ki, onların hamısı Azərbaycanın
tərkibində olubdur. Hətta o xəritədə Azərbaycanın
adı Atropatena qeyd edilmişdir.
Həmin xəritə Qarabağa
şamil
edilir. Lakin ermənilərdən və onların Qarabağa
hakimiyyətindən ad aparılmamışdır.
Hətta 1358-ci
ildə «Əs-səfa» əsərini yazıb bitirmiş
Təvəkkülü
ibn Bəzzaz hər yerdə
“Arran
Qarabağı”
qeyd etməklə Qarabağ
müsəlmanlarından
bəhs etmişdir.
Orada deyilir: Şeyx Səfiəddin musəlmanlara
məsləhət vermək
üçün
Qarabağa
getmişdi.
Burada ermənilərdən deyil, müsəlman
türklərindən
söhbət gedir: «Cünki
Şeyx Səfiəddinin özü
də türk
oğlu
türk
idi».
1507-1520-ci
illərdə Təbrizdə və Qarabağda
olan
venetsiyalı naməflum tacir
ilk dəfə
“Qarabağ”
istilahını
işlətmiş
və oradakı
Kənar adlı
şəhərdə
əhalinin ipək parça toxuculuğu
ilə məşğul
olduğunu
bildirmişdir.
Naməlum tacir
yazır: «İsmayıl ilk dəfə irəlilədi,
ora 1000 mil sahəsi olan bir nahiyyədir. Kənar adlı böyük
qalası vardır. İpək parçalar hazırlamaqda
şöhrət
tapmış
bir çox kəndlər həmin mahalda yerləşir.
Buna görə də o parçaları Kənar mahalına aid edib Kenri demişlər»
(Bax: Venesiya tacirinin
İranda səfəri (Səfənameye Veneziyan dər İran, Doktor Mənuçöhr Əmirinin fars
dilinə tərcüməsi,
Tehran 1349 (1970) I çapı, səh. 424).
Mahalın adı Kənar da erməni sözü
deyildir. Hələ 720-ci
ildə Arran, Muğan
və Şirvanda Xəzərlər sakin idi
(Həmdulla Qəzvini «Nüzhət
əl-qulub», səh. 284).
Beləliklə, Dağlıq
Qarabağ
vilayəti də,
adından aydın olduğu
kimi,
Azərbaycanın
qədim və tarixi Qarabağın
ayrılmaz tərkib hissəsi
üzvü
olmuşdur.
|