|
Новая страница 1
Şubay Nuruzadə
Erməni separatizminin obyektiv və subyektiv səbəbləri
Qarabağda erməni seperatizminin son dövrünün ilkin mərhələsi
hələ 38 il bundan əvvələ, yəni 1965-ci ilə gedib çıxır. Belə ki, Ermənistanda
gizli də olsa hər il aprelin 24-ü ermənilərin «genosid» günü kimi qeyd edilirdi.
1965-ci ilin aprelində isə S.Kalputyan, Z.Balayan başda olmaqla Xankəndində
qondarma «genosid» gününü qeyd edərkən onlar ayaqlarını yerə döyərək «bu qədim
erməni torpağı əsirlikdədir» deyirmişdilər. Məhz həmin dövrdən etibarən təkcə
Qarabağda yox, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə , Naxçıvan kimi digər sənaye
mərkəzlərində kök salmış erməni daşnaklar «Krunk», «Arsax» və digər gizli erməni
təşkilatlarına vəsait toplayır, gizli vərəqələr yaymaqla məşğul
olurdular.
Qarabağda erməni seperatizminin baş qaldırmasında Sovet siyasi
sisteminin deformasiyaya uğraması
da başlıca amillərdən idi. Çünki siyasi rejimin bilavasitə mərkəzdən
zəiflədilməsi və tədricən dövlətin müvazinətini itirməsi öncədən hazırlanmış
ssenari üzrə həyata keçirilirdi. Bu siyasətin müəllifi M. Qorbaçov, sponsoru
xarici və daxili milyonçular, icraçılar isə fanatik ermənilər və yeni
daşnakçılar idi.
1988-ci ildə Ermənistanda etnik təmizləmə siyasəti «Dağlıq
Qarabağı ilhaq etmək» siyasətinə istiqamətləndirildiyi hamıya məlum idi.
Azərbaycanın hakimiyyət orqanlarına o da məlum idi ki, Qarabağda başlamış erməni
seperatizmi görünməmiş məhrumiyyətlər və bədbəxtliklər ilə nəticələnə bilər.
Əfsuslar olsun ki, Qarabağın taleyi ilə həm Ermənistanda, həm də Azərbaycanda
siyasi oyunlar gedir, hakimlər dəstəsi isə gah Şimaldan, gah da okeanın o
tayından olurdu.
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Qarabağda
erməni seperatizminin tuğyan
etdiyi bir dövrdə, əsasən, ziyalılar ayağa
qalxdı. 1988-ci il 17 noyabrda Azərbaycanın qəhrəman oğlu
akademik Ziya Bünyadovun rəhbərliyi ilə xalq həyəcanının ifadəsi olan ilk
mitinqlər başlandı. Doqquz gün davam edən bu mitinqlər zamanı iqtidar 20-yə
yaxın vətənpərvəri həbs etdi. Siyasi irticanın baş qaldırdığı,
vətənpərvər qüvvələrin döyüldüyünü və əzildiyini görən ermənilər Qarabağda
seperatçı «fəaliyyəti» daha da genişləndirdilər. 1988-ci il 13 mart tarixdən
fəaliyyətə başlamış AXC-nin daxilində siyasi qütbləşmə prosesi sürətləndi.
AXC-də şərti olaraq «Demokratlar» və «Radikallar» adlanan qanad formalaşdı.
Sonradan baş verən hadisələr sübut etdi ki, Azərbaycanın mövcudluğunun
təhlükə qarşısında qaldığı
bir dövrdə üç əsas qüvvə formalaşmışdı. Bunlardan biri müxalifət və onun
ətrafında toplananlar, digərləri hakimiyyətdə olan qüvvələr və hakimiyyətə
gəlmək istəyən qüvvələr idi. Deməli, Qarabağ problemi həm daxildən, həm də
Ermənistan tərəfindən süni
şəkildə
yaradılmaqda idi. Əgər 1988-1989-cu illərdə yuxarıda adları qeyd olunan qüvvələr
birləşsəydi Qarabağ işğal
oluna bilməzdi.
Qarabağda erməni separatizminin baş qaldırmasında digər bir amil
önə çəkilir. Bu, Moskva amilidir. Belə ki, XX əsrin əvvəllərindən Moskvada,
mərkəzi hökumətdə möhkəmlənmiş erməni mafiyası daima planlı
şəkildə
iş görmüşdülər. Onlar aşağı
təbəqələrlə, yəni yerlərdə hazırlıq işlərini başa çatdırdıqdan sonra yuxarıdakı
hakim ağalarından
çıxarılacaq hökmü gözləmişdilər.
Süquta uırayan bütün cəmiyyətlərdə olduğu
kimi, Sovet siyasi cəmiyyətində də XX əsrin 70-ci
illərindən başlanan deformasiyanı M.Qorbaçov 80-ci illərdə daha da
sürətləndirmişdi. Qarabağda ermənilərin silahlanması, Azərbaycanlıların isə
tərksilah edilməsi prosesi sürətləndirildi.
«Böyük Ermənistan» yaratmaq kimi təcavüzkar siyasətini aramla həyata keçirən daşnaklar
əslində «Qarabağ hərəkatı» adlanan hərəkata XX əsrin 40-cı illərindən
başlamışlar. Bu mürtəce siyasətin mahiyyəti üç mühüm
tərkib hissədən ibarətdir. Birinci, indiki Ermənistan adlanan ərazidən buranın
qədim sakini olan Azərbaycan türklərinin qovulması, ikinci, Daılıq Qarabağın
hansı yolla olursa-olsun Ermənistana birləşdirilməsi, üçüncü, Şərqi Anadolunu
ələ keçirmək Aralıq dənizi sahillərinə birbaşa koridor açmaq. Etiraf etməliyik
ki, erməni təcavüzkarları planlarının iki hissəsini, müvəqqəti olsa da, həyata
keçiriblər. Məhəmməd Peyıəmbər deyirdi ki, «millətimin içində xəyanət olmasa, düşmən
tab gətirə bilməz». Bu gün, sabah və sonrakı dövrlərdə də bu kəlam qüdrətlidir
və qüvvədədir. Çünki Qarabağda başlanan uıursuzluqlarımızın bir səbəbi də
xəyanət idi. İndi Azərbaycan xaqını daha ciddi sınaqlar gözləyir. Qarabağ «boynu
bökük körpə» kimi bizdən imdad diləyir. Müzəffər yürüşə hazırlaşan bir ordu isə
günəşin nə vaxt doğacağını
gözləməməli, o, günəşi öz yaylım atəşləri ilə qarşılamalıdır.
|