|
Новая страница 1
Tapdiq Həsənov
Qarabağ münaqişəsinin uzanmasının Cənubi
Qafqazın qlobal və regional inteqrasiyasına təsiri
Qarabağ
münaqiəəsinin
həll olunmamış
qalması Cənubi Qafqaz ölkələrinin iqtisadi vəziyyətinə, onların qlobal və
regional əlaqələrinin sərbəst inkişafına
mənfi təsir göstərir. Bunun bir səbəbi də keçmiş
SSRİ tərkibində olan Zaqafqaziya respublikaları nəqliyyat-kominikasiya
sistemlərinin, elektrik
şəbəkəsinin
bir-biri ilə sıx bağlanması
olmuşdur.
Qarabağ
və Qafqazın digər münaqişələri
nəticəsində
bir çox istiqamətlərdə gedən nəqliyyat yolları blokadaya
alınmış,
enerji
şəbəkələri
bağlanmışdır.
Azərbaycanın
qərb istiqamətində Naxçıvan MR, Türkiyə
Cümhuriyyətinə
və oradan da Avropaya gedən quru nəqliyyat yolları sistemi Ermənistan tərəfindən
blokadaya alınmışdır.
Nəticədə
Naxçıvan MR-da ağır
sosial-iqtisadi
şərait
yaranmış
və hazırda da davam edir.
Həmin istiqamətdə blokadaya alınan Bakı-Culfa-İran İslam
Respublikası dəmir yolu yaradılması nəzərdə tutulan Şimal-Cənub qlobal nəqliyyat
dəhlizinin layihəsinə çətinlik törədir.
Bakı-Tbilisi-Qara dəniz istiqamətində fəaliyyət göstərən Avrasiya nəqliyyat
dəhlizinin Ermənistan sərhədlərinin
cəmi
25-30 kilometrliyindən keçməsi də təhlükəli
vəziyyət hesab olunur.
Göründüyü
kimi,
Qarabağ
münaqiəəsinin
davam etməsi Cənubi Qafqaz regionunun daxili və xarici
inteqrasiyasına çətinliklər törədir. Bu çətinliklər iki qrupdan ibarətdir:
1)
Qafqazın qlobal inteqrasiyası ilə bağlı
olan çətinliklər;
2)
Region ölkələrin öz aralarındakı inteqrasiyanın inkişafı
ilə bağlı
yaranan çətinlikləri aid etmək olar.
Qafqazın qlobal inteqrasiyası problemləri son illər burada müstəqil
dövlətlərin yaranması, regionun strateji əhəmiyyətli neft-qaz təbii ehtiyatlarla
zəngin olması və onların xarici
bazarlara çıxarılması yollarının axtarılması ilə bağlı
meydana çıxmışdır.
Məlum olduğu
kimi, Xəzər, Qara və Azov dənizləri arasında əlverişli
geostrateji mövqe tutan, Qərb-Şərq və Şimal-Cənub istiqamətlərində gedən
Beynəlxalq əhəmiyyətli yolların qovşağında
yerləşən,
sağlam
təbiəti və kurort-rekreasiya ehtiyatları və son illərdən isə dünya
əhəmiyyətli neft-qaz yataqları aşkar
edilən Qafqaz-Xəzər regionu müasir
dünyanın
iri dövlətlərinin maraqlarının toqquşma
mərkəzinə çevrilmi.dir.
Özü
də bu toqquəmada
Azərbaycanın
mövqeyinin hər hansı bir
əəhətdən
zəifləməsi bütövlükdə
Qafqaz və Orta Asiya regionları
üçün
daha təhlükəli
nəticələr
verə bilər. Belə ki, Azərbaycanın
yerləşdiyi
cğırafi
məkan əhəmiyyətinə görə geostrateji dayaq məntəqəsi hesab olunur. Azərbaycanı
bu məntəqədə Xəzər hövzəsi və Orta Asiyanın təbii zənginlikləri ilə dolu çəlləyə
nəzarət edən əhəmiyyətli tixac
adlandırmaq olar. Ona görə də böyük
dövlətlər bu əhəmiyyətli geostrateji mərkəzi öz nəzarətəri altında saxlamağa
çalışırlar.
Azərbaycan
öz dostu və siyasi dayaıı
olan Türkiyə
üçün
ərazisindən neft kəməri çəkdirir və bununla da Orta Asiyanın gənc
dövlətlərinin iqtisadiyyatına və siyasətinə müsbət
təsir göstərir. Özünün
belə fəaliyyəti ilə o Rusiyanın bu əraziyə girmək iddiasına maneçilik törədir və
elə bunlara görə də güclü
təzyiqlərə məruz qalır. İran isə ehtiyat edir ki, Azərbaycan
dövlətinin möhkəmlənməsi və inkişafı
onun ərazisində yaşayan
və sayı 20 mln. nəfərdən çox olan etnik Azərbaycanlıların
separatçılıq meyllərini gücləndirə
bilər. Bu baxımdan İranın qısqanclığı
təkcə
Azərbaycanla
məhdudlaşmır.
Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən işğalının
davam etməsində göstərilən amillərin də rolu az olmamışdır.
Əlbəttə, buraya digər amillər, Avropa və Türkiyəni
Qafqaz və Orta Asiya regionlarına buraxmamaq
şərtləri
də daxildir.
İlkin olaraq Ermənistanın Qafqazda başladığı
işğalçılıq,
terrorçuluq və separatçılıq siyasəti regionun bütövlükdə
münaqişə
ocağına
çevrilməsinə səbəb oldu. İlkin olaraq Ermənistanın Qarabağda,
sonralar Abxaziyada və hazırda (1999-2002cəi
illər) Şimali Qafqazda baş
verən qanlı münaqişələr,
böyük
insan qırğını,
iqtisadi dağıntılar,
terrorçuluq, blokadalar və s. bütün
bunların ilkin modelini erməni separatçıları Daılıq
Qarabağda
hazırlayıb həyata keçirmişdilər.
Münaqişənin
davam etməsi Qafqaz regionunun Avropanın iqtisadi və demokratik struktuları ilə
əməkdaşlığına
böyük
əngəllər törədir. Özü
də xarici
ölkə (Rusiya) hərbi bazasından nəzarətsiz
şəkildə
istifadə etmək imkanı olan Ermənistan təkcə
Qafqaz ölkələri
üçün
deyil, həm də bütövlükdə
Şərq-Qərb qlobal əlaqələri təhlükə
yaradır.
Ermənistanın apardığı
təcavüzkar
siyasəti onu Qafqaz iqtisadi birliyindən kənarda qoya bilər və Qərbin bu
regionda reallaşdırmağa
çalışdığı
irihəcmli
layihələrin həyata keçirilməsini çətinləşdirə
bilər. Bu çətinliklərdən isə birinci
növbədə Qafqaz ölkələri, o
cümlədən,
öncə
Ermənistan daha çox ziyan çəkə bilər.
Qafqazda gedən bütün
bu mürəkkəb
geosiyasi proseslərin və layihələrin iqtisadi proqramların mərkəzində özhünün
böyük
əlaqələndirci-tranzit
mövqeyi və neft-qaz ehtiyyatları olan Azərbaycan
durur. Ölkəmizin bu
üstünlükləri
və geniş
potensialını görən erməni təəavüzkarları
və onların zorba havadarları Azərbaycanı
sərbəst buraxmaq istəmirlər və nəyin bahasına olursa-olsun, onun inkişafını
ləngitməyə və öz təsir dairələrində saxlamağa
çalışırlar.
Azərbaycana
qarşı
yönəldilmiş
bu təzyiqlər bütövlükdə
Qafqazın inkişafını
ləngidir. Belə ki, bu regionun daxili və xarici
əlaqələrin ən intensiv qovşağında
Azərbaycan
yerləşdiyinə
görə Qafqaz bütövlükdə
zərər çəkir.
Beləliklə, Qafqazın əsas su və quru yollarını özündə
birləşdirən,
neft-qaz kimi strateji yanacaq
ehtiyatlarına malik olan Azərbaycanın
təəavüzündən
azad olması, iqtisadiyyatının yüksəlişi
bütövlükdə
regionun inkişafına
təkan verə bilər.
Qafqazın özünün
daxili inteqrasiyanın inkişaf
etdirilməsi, Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinin
şaxəli
və səmərəli marşurutlarının
seçilməsi bu işdə
müstəsna
rol oynaya bilər.
Qafqaz ölkələrinin öz aralarında qura biləcəkləri
iqtisadi əlaqələrdən və hətta dərin inteqrasiyadan xeyli böyük
qazanc
əldə edə bilərlər.
|