|
Новая страница 1
Tofiq Həsənov
Birinci
dünya
müharibəsi
illərində erməni terrorçuluğu
Birinci
dünya
müharibəsi
dövründə
rus qoşununda
150 mindən artıq erməni millətindən əsgər olmuşdur
ki, onların da xeyli hissəsi Qafqaz
cəbhəsində
olan rus ordusu tərkibində Türkiyəyə
qarşı
döyüşmüşdür.
Osmanlı dövlətinin təəbəsi olan qırx mindən artıq erməni ona adam xəyanət
edərək, Rusiya ordusuna müxtəlif
yollarla kömək etmişlər.
Onlar əli silah tutan kişilərin
orduya səfərbər olunduğu
türk
kəndlərinə basqın edərək, onların əsasən, qocalardan,
uşaq
və qadınlardan ibarət əhalisini qırır və kommunikasiya xətlərini dağıdırdılar.
1914-cü
ilin oktyabr ayından Qafqaz
cəbhəsində
rus hərbi hissələrində qulluq edən erməni əsgərləri 1915-ci
ilin mart ayında ruslar Van əyalətini tutduqdan sonra Van
şəhərində
3000-dən çox türk
əhalisini qırmışdılar.
Bitlis əyalətində də ələ keçirdəndən sonra rus və erməni hərbi hissələri yerli türk
əhalisinə amansız divan tutmuşdu.
1916-cı
ilin aprel ayında Şərqi Anadolunun Trabzon, Ərzurum, Ərzincan,
Bitlis və başqa
əyalətlərində rus qoşunu
və erməni millətçi quldur dəstələrinin fəaliyyəti nəticəsində
850 mindən çox türk-müsəlman
əhalisi öz dədə-baba torpaqlarını tərk etməyə məcbur
edilmişdilər.
Türk
ordusunun hücumundan
qorxaraq geri çəkilən erməni hərbi birləşmələri
Andronikin komandası altında Trabzon, Ərzincan,
Ərzurum, Bitlis
şəhərlərində
yaşayan
yerli türk-müsəlman
əhalisinə qarşı
qırğın,
qətliam törədərək vəhşiliklər
etmişdilər.
Rus ordusu qərargahının polkovnik-leytenant Tverdoxlebov öz xatirələrində
göstərmişdir ki, “erməni daşnağı
Murat Sıvasetsinin komandası altında olan daşnaklar
Ərzincan
və onun yaxınlığındakı
kəndlərdə törətdikləri bu vəhşiliklərin
günahını
öz
üzərindən
götürmək
üçün
daşnak
hərbi hissələri rus ordusunun hərbi paltarlarını geymişdilər.
Ərzincandan
Ərzuruma geri çəkilən erməni daşnak
hərbi hissələri yol boyu müsəlman-türk
kəndlərini qırmışlar.
Hadisələrin
şahidi
olmuş
rus ordusunun generalı Odicilidze
Ərzincandan
Ərzuruma gedərkən yol kənarında yerləşən
İliç adlı türk
kəndində körpə uşaqlardan
tutmuş
ağsaçlı
ahıl qocalara
kimi hamını küt
baltalarla parça-parça edilmiş
cəsədlərini
görmüşdü.
1918-ci
ilin 17-27 fevralında Ərzurum qalasının komandatı olmuş
Anronik Ərzurum
şəhərinin
özündə
on minlərlə və ətraf kəndlərində yüz
minlərlə türk-müsəlman
əhalisini qırmışdı.
Türk
ordusunun irəliləməsindən qorxaraq qaçan erməni daşnak
hərbi hissələri Sarıqamışda,
Qarsda, İqdırda, Axalkalakidə və digər əyalətlərdə silahsız olan türk-müsəlman
əhalisini qırmışdı.
Ümumiyyətlə, 1914-1918-ci
illərdə erməni daşnak
hərbi dəstələri 1,9 milyon dinə
türk-müsəlman
və 600 mindən çox dinə
kürd
müsəlman
əhalisini qırmışlar.
Andronikin komandası altında olan 15 min nəfərlik daşnak
erməni hərbi dəstələri Cənubi Azərbaycanın
Urmiya, Salmas, Xoy və Maku
şəhərlərindən
keçərkən 250 min Azərbaycan
türkünü
qırmışdılar.
Ermənilərin quldur hərbi dəstələri Culfa
şəhərində
vəhşilik
törətmiş,
oradan keçərək Naxçıvanı ələ keçirib dağıtmışdılar.
Andronik öz quldur dəstəsi ilə Zəngəzura hücum
edib 50 türk-müsəlman
kəndini daııtmış,
onların 60000-dən çox dinə
əhalisini dədə-baba torpaqlarından qaçqın salmışdı.
Həmin əhali Cəbrayıl və Cavanşir
qəzalarında özlərinə sığıınacaq
tapmışdılar.
Andronik öz quldurları ilə Laçının Zabux dərəsindən Qarabağa-Şuşaya
soxulmağa
cəhd
edərkən Qarabağın
adlı-sanlı nəslindən olan Sultan bəy Paşa
bəy oğlu
Sultanov tərəfindən ağır
sarsıdıcı
zərbə alaraq, məğlubiyyətə
uğradı.
Bu qələbə nəticəsində
Andronikin Qarabağı,
sonra isə Gəncəni
tutaraq S.Şamuyanın rus erməni hərbi hissələri ilə birləşmək, Şimali Azərbaycanda
erməni hakimiyyətini gerçəkləşdirmək
planı məhv oldu . Andronik , Dro və Njdenin başçılıq
etdikləri erməni quldur dəstələri İrəvan quberniyasının 199 kəndini, o
cümlədən
Eçmiəddin qəzasında 84, Göyçənin Yeni Bayazit qəzasında 22, İqdır ərazisində 60,
Gəncə
quberniyasının Zəngəzur qəzasında 115 türk-müsəlman
kəndlərini dağıdaraq,
onların yüz
minlərlə dinə
əhalisini qırmıə
və didərgin salmışdı.
Təkcə
İrəvan quberniyasında 135 min, Eçmiədzin qəzasında 35784 nəfər dinə
əhali ermənilər tərəfindən öldürülmüşdü.
Öz ata-baba yurdlarından qovulub çıxarılmış
və məhv edilmiş
türk-müsəlman
əhalinin yerlərinə ermənilər yerləşdirilirdi.
Andronikin erməni quldur hərbi dəstələrinin rus dövlətinin köməyi sayəsində
həyata keçirdiyi terror nəticəsində
1916-cı
ildə İrəvan quberniyasında 1301 türk-müsəlman
kəndindən 959-u dağıdılmışdır.
Şimali Azərbaycanın
türk-müsəlman
əhalisinə qarşı
təəavüz
və qırıın
siyasətini Bakı Xalq Komissarları Şurasında hakimiyyəti ələ keçirmiş
S.Şaumyan, başda
olmaqla onun erməni və rus silahdaşları
həyata keçirmişdilər.
Onlar Bakı şəhərində
təşkil
olunan hərbi hissələrə birinci
növbədə Həştərxan,
Petrovsk, Krasnovodskdan olan erməni əsgərləri daxil edir və Bakıda
saxlayırdılar. S.Şaumyan bolşevik
ordusu tərkibinə daxil etdiyi erməni briqadasında polkovnik Avetisov, daşnak
Amazaps və digər ermənilər komandir heyətinə daxil edilmişdilər.
Erməni hərbi hissələri silahlandırılır, ermənilər yaşayan
ərazilərin ətrafında səngərlər qazılır və Çar Rusiyası ordusunda qulluq etmiş
türk-müsəlman
zabitlər həbs olunurdu. Nəzərdə tutulmuş
hazırlıqdan sonra 1918-ci
mart ayının 30-da rus-erməni hərbi hissələri Bakı
şəhərinin
müsəlmanlar
yaşayan
məhəllələrini hərbi gəmilərdən və təyyarələrdən atəşə
tutdular. Üç gün
ərzində ermənilər 30 min nəfərə qədər türk-müsəlmanı
qətlə yetirdilər. Erməni bolşevik
quldurları bundan sonra qəzalara hücum
edərək, Şamaxıda 40000, Qubada 2000, Lənkəranda 4000 dinə
türk-müsəlmanı
məhv etdilər, dörd günlük-
iyunun 27-də iyulun 1-dək çəkən Göyçay döyüşündə
məğlub
olub geri məkilməyə məcbur
oldular. Başda
Nuru Paşa
olmaqla Qafqaz İslam Ordusu Bakı istiqamətində azadlıq yürüşünə
başladı.
İyul ayının sonuna yaxın S.Şaumyanın başçılıq
etdiyi Bakı bolşevik
hökuməti istefa verməyə məcbur
oldu. Rus-erməni-daşnak-bolşevik
hərbi birləşmələri
canlı
türk-müsəlman
ordusunun zərbələri altında geri çəkilirdilər. Qafqaz İslam Ordusu 1918-ci
il sentyabr ayının 15-də isə Bakını rus-erməni istilasından azad etdi və erməni
terroruna son qoydu.
|