|
Новая страница 1
Umud
Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondu və Qarabağ
Bu konfransda Qarabağın tarixi,mədəniyyəti, incəsənəti barədə,
yəqin ki, bu sahənin mütəxəsisləri kifayət qədər ətraflı danışacaqlar.
90-cı illərin əvvəllərində bir mətbuat qurumu kimi formalaşmaqda
olanda biz məhz qarşımıza bu məqsədi qoymuşduq - Qarabağ həqiqətlərini
erməni–rus şovinizminin buxovundan,blokadasından xilas eləmək.
Bəlkə,
biz onda tək olmasaq da, az idik, təşkilatlanma prosesi getmirdi,
saysız sıxıntılarımız, çətinliklərimiz mövcud idi. Bütün bunların fövqündə dura
bilmək üçün əlimizdən gələnləri əsirgəmədik, indi çoxuna sadə gorünə biləcək
baryerləri aşıb əvvəlcə MDB, sonra keçmiş sosialist düşərgəsindəki ölkələrin
ziyalıları ilə əlaqə qurduq, onları Azərbaycana dəvət elədik. Qarabağa - döyüş
bölgələrinə onların yaxınlığındakı ərazilərə apardıq, fikirləşdik ki, həqiqət
haqqında danışmaqdansa, onu göstərmək daha optimal yoldur.
Zaman sübut elədi ki, biz əslində düzgün yoldayıq. İnformasiya
məkanımızın sərhədləri genişləndikcə dostlarımızın, bizimlə bu istiqamətdə
əməkdaşlığa hazır olan təşkilatların, adamların sayı çoxalırdı. Pribaltikada
çanlı tribunamıza çevrilən Tatyana Çaladze, rusiyada Yuri Pompeyev, Almani-yada
Uli Rotfuss belələrindən idilər. Onların sonradan öz ölkələrində nəşr
elətdirdikləri kitablar və başqa publisistik materiallar informasiya
mübarizəmizdə dəstəyimizə çevrildi. Sadə bir misal çəkməklə bunun əslində
informasiya mübarizəsi yox, informasiya müharibəsi olduğunu ortaya qoymaq
mümkündür. Pribaltikada bizim haqlarımızı müdafiə edən Tatyana xanımı erməni
diasporası sonda vətənindən didərgin saldı. O indi
Azərbaycanda
yaşayır və bizimlə birgə haqq işimiz uğrunda döyüşür.
BAMF bu istiqamətdə işlərini daha geniş masştabda həyata keçirir,
Marşal mərkəzi və NATO ilə əməkdaşlığımızın kökündə də bu dayanır, iki ilə yaxın
Danimarka Qaçqınlar Şurasının maliyələşdirdiyi və bizim həyata keçirdiyimiz
«İnfoter-minal» layihəsi də həmən ideyamızın tərkib hissəsi idi - biz bütün
Qafqazı İnformasiyanın azad və maneəsiz məkanına çevirmək uğrunda daha bir addım
atmış olduq.
Bütün bu təcrübələrimizdən çıxış edərək hesab edirik ki,
günümüzün məhz Qarabağ proğlemlərinin həlli yolunda bir informasiya siyasətinə
ehtiyacı var.
Bunu biz qurub formalaşdırmalı və torpaqlarımızın azad edilməsi yolunda
əhəmiyyətli faktorlardan birinə çevirməliyik.
|