|
Новая страница 1
Vaqif Hacıbəyli
Ədalətli sülh və ona nail omaq yolları
Beynəlxalq aləmdə “Dağlıq Qarabağ” münaqişəsi kimi qəbul edilən, Ermənistanın
Azərbaycana qarşı ərazi iddiaları və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki
erməni separatçı hərəkatından qaynaqlanan terror, etnik təmizləmə, soyqırım kimi
dəhşətli cinayətlərlə müşayət edilən Azərbaycan torpaqlarının Ermənistanın
təcavüzü nəticəsində işğalı faktı ilə bağlı münaqişənin dinc yollarla
nizamlanmasına dair ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar
aşağıdakı hallara görə hüç bir nəticə vermir və verməyəcək:
1. ATƏT-in Minsk Qrupuna sədrlik edən vasitəçi dövlətlərin Cənubi Qafqaz
bölgəsində öz maraqlarını tamsədrlik edən vasitəçi dövlətlərin Cənubi Qafqaz
bölgəsində öz maraqlarını tam uzlaşdıra bilməməsi və aparıcı dövlətlər
arasındakı ziddiyyətlərin Iraq müharibəsindən sonra daha da kəskinləşərək yeni
mərhələyə keçməsi;
2. Bütövlükdə türk millətinə, o cümlədən Azərbaycan türklərinə qarşı
aparılan total təbliğata uyğun olaraq erməni ictimai şüurunun tam deqradasiyaya
uğraması nəticəsində Ermənistanda bu günün realllıqları ilə hesablaşıb türk
türk dünyası ilə mühriban qonşuluq münasibətlərini bərpa etməyə qabil siyasi
hakimiyyətin formalaşmasının təmin edə biləcək elektoratın mövcud olmaması;
3.1915-ci
il Osmanlı imperiyasında Rusiya imperiyaslının xeyrinə terror və təbliğat
törədən ermənilərin departasiyası zamanı baş verən hadisələri əsas tutaraq,
siyasi alver və imtiyazlar naminə fəaliyyəti özünün həyat tərzi seçən erməni
diasporasının sıralarının Ermənistandakı sosial problemlərdən qaçan yeni
emiqrantlar hesabına güclənməsi və ciddi surətdə təşkilatlanmış erməni
diasporasının Azərbaycana qarşı lobbiçilik imkanlarının daha da artması;
4. Azərbaycanın siyasi rəhbərliyinin sülhpərvər siyasət adı latında
dünyanın aparıcı dövlətlərinin Azərbaycandakı maraqlarının danışıqsız təmin
edilməsinə yönələn xarici siyasət kursunun həyata keçirilməsi.
Azərbaycanın xarici siyasi kursunda ciddi dəyişikliklər olmasa, Ermənistan heç
vaxt beynəlxalq aləmdə təcavüzkar dövlət kimi tanınmayacaq və Dağlıq Qarabağı
işğal edən terroçu rejim tədricən tam şəkildə legitimləşdiriləcək. Bu real
təhlükəni aradan qldırmaq üçünAzərbaycanın xarici siyasi kursunda bir sıra
dəyişikliklər edilməlidir. Yeni siyasi kurs aşağıdakıları nəzərdə tutmalıdır:
· Ermənistanda
seçkini yenidən saxtalaşdıraraq hakimiyyəti zəbt edən Köçəryan rejimi ilə
aparılan danışıqların bərpasından imtina edilməsi;
· ATƏT-in
Minsk Qrupu həmsədrlərinin Azərbaycanda Xarici Işlər Nazirinin müavinindən
yuxarı səviyyəli dövlət məmurları tərəfindən qəbul edilməsi praktikasına son
qoyulması;
· Iran,
Gürcüstan və Rusiya daxil olmaqla təcavüzkar Ermənistana yardım göstərən
dövlətlərə rəsmi müraciətlər göndərməklə təcavüzkara dəstək verən dövlətlərin
Azərbaycandakı maraqlarının bundan sonra qəti surətdə təmin edilməyəcəyi barədə
xəbərdar edilməsi;
· Ermənistanın
təcavüzkar dövlət kimi tanınması və bu ölkəyə müvafiq sanksiyaların tətbiqi
barədə BMT Təhlükəsizlik Şurası qarşısında tələb qoyulması;
· Ermənistandan
deportasiya edilmiş azərbaycanlıların öz yurdlarına qaytarılması və onlara
Dağlıq Qarabağ erməniləri üçün nəzərdə tutulacaq hüquqi statusa uyğun statusun
verilməsi tələbinin Azərbaycanın dövlət orqanları tərəfindən rəsmi tələb kimi
irəli sürülməsi;
· Dağlıq
Qarabağdakı separatçı və terrorçu rejimin rəhbərliyindəki şəxsləri hər-hansı
statusla qəbul edən ölkələrə etiraz notalarının təqdim edilməsi və bu cür
səfərlərə imkan verən dövlətlərin terroru dəstəkləyən ölkələr sirasına aid
edilərək, Azərbaycanla diplomatik münasibətlərin kəsiləcəyi barədə rəsmi qaydada
xəbərdarlıq edilməsi;
· Təcavüzkar
Ermənistan dövlətinin ölkəmizə vurduğu maddi və mənəvi ziyanların ödənilməsi
haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılması;
· Azərbaycan
Respublikasının Konstitusiyasındakı unitar quruluşun dəyişdirilməsi ilə bağlı
hər hansı bir təklifin müzakirəyə qəbul eilməsini Azərbaycanın dövlət
quruluşuna qəsd kimi tövsif edən müddəanın qanunvericilik qaydasında qəbul
edilməsi;
· Ermənistan
Respublikasına Azərbaycan Respublikası ərazisində öz qoşunlarını çıxarması və
Dağlıq Qarabağdakı qeyri-qanuni rejimə hərbi, hərbi-siyasi və iqtisadi yardımı
dayandırması tələbi ilə ultimatum verilməsi;
· Azərbaycan
Respublikasının ərazi bötüvlüyünü tanıyacağı təqdirdə Ermənistan Azərbaycan
arasında dövlət sərhədləri altında sazişin imzalanması ilə əlaqədar Azərbaycan
tərəfinin Ermənistanla danışıqlara hazir olduğunun bəyan edilməsi;
· Işğal
edilmiş ərazilərdə məskunlaşan ermənilərin və Ermənistan Respublikası
vətəndaşlarıının Azərbaycana, Azərbaycan Respublikası vətəndaşlarının
Ermənistana və Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlərinin
qanunvericilik qaydasında tənzimlənməsi və
xalq diplomatiyası çətiri altında
ermənilərlə azrəbaycanlıların hər hansı ölkədə görüşlərinin məhdudlaşdırılmasını
nəzərdə tutan qanuni tədbirlərin həyata keçirilməsi;
· Azərbaycanın
təcavüzkar Ermənistana qarşı müharibə elan etməsinin
mümükünlüyünü nəzərdə tutan qanunvericilik aktının Azərbaycan Respublikası
Milli Məclisində qəbul edilməsi.
Azərbaycanın yeni siyasi kursu həyata keçiriləcəyi təqdirdə ölkı
daxilində aşağıdakı pozotv proseslər baş verə bilər:
·
Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik əhval-ruhiyyəsi
güclənər;
·
ordu quruculuğuna diqqət artırılar;
·
əhali arasında siyasi fəaliyyət artar;
·
siyasi qüvvələr arasında inteqrasiya güclənər;
·
siyasi xadimlər beynəlxalq təşkilatların, xarici dövlətlərin
maraqlarına uyğun mövqelər nümayiş etdirmək vərdişlərindən əl çəkib Azərbaycan
cəmiyyətinin mövqelərini əks etdirən siyasi bəyanatlarla çıxış edərək xalqla
bötünləşməyə səy göstərərlər;
·
Ölkədə milli birliyin və təminatlı vətəndaş sülhünün bərqərara
olması üçün ciddi zəmin yaranar. Azərbaycanın yeni siyasi kursu beynəlxalq
aləmdə bizə qarşı müəyyən neqativ proseslərə təkan verə bilər:
· Azərbaycana
xarici investisiya axını azala bilər;
· Azərbaycanın
münaqişəni dinc yolla nizama sallacağı barədə öhdəlik götürdüyü bəhanə edilərək,
ermənilər tərəfindən ölkəmizin Avropa Şurasından çıxarılması gündəmə gətirilə
bilər;
· Azərbaycanın
Gürcüstanla birlikdə NATO-ya daxil olması prosesi baş tutmaya bilər.
Hər üç hal Azərbaycan üçün xoşagəlməz olsa da, biz gec-tez
mövqeyimizi sərtləşdirməliyik. Azərbaycanın mövcud siyasi kursu dəyişməsə,
indiki vəziyyət yüz il də davam edə bilər və indiki siyasətlə Qarabağı işğaldan
azad etmək qeyri mümkündür. Amma yeni suyasi kursun Azərbaycan yaradacağı
problemləri şişirtməyə də ehtiyacı yoxdur. Əvvəla, Azərbaycana xarici
investisiyanın azalmasının mənfi nəticələri olduğu kimi, müsbət nəticələri də
olacaq və ölkə iqtisidiyyatı öz daxili potensialını səfərbər etməklə həm yerli
sənayeni, həm də aqrar sektoru inkişaf etdirə bilər. Avropa Şurasından
Azərbaycanın çıxarılması dünyanın sonu demək deyil. Azərbaycan Dağlıq
Qarabağdakı münaqişəni dinc yolla nizama salmaq barədə öhdəlik götürüb.Heç vaxt
heş yerdə onun ərazi bötüvlüyünü tanımayan, Azərbaycana qarşı ərazi iddiaları
ilə çıxış edən, torpaqlarını işğal edən, terrorçu rejimə hərbi və siyasi
dəstək verən xarici ölkəyə qarşı güc tətbiq etməyəcəyi barədə öhdəlik
götürməyib.Əgər ermənilər Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsini
qaldırsa bu onların özlərinə qarşı da çevrilə bilər. Məsələ böyüyəndə
Ermənistanın özünün terrorçu və işğalçı dövlət olduğunu sübut etmək daha da asan
olacaq. Daxildə münaqişə ocağı qaldıqca Azərbaycanın NATO-ya qəbulu da müşkül
məslədir. Yaranacaq yeni situasiya NATO sturkturlarını da hərəkətə gətirə bilər
və bu qurumun proseslərə real təsir etmək və Rusiya ilə hərbi ittifaqda olan
Ermənistanı ram etmək təşəbbüsləri daha ciddi nəticələr verə bilər.
Ermənistana qarşı müharibə müharibə elan edilməsinin mümkünlüyünü
nəzərdə tutan qanunvericilik aktının qəbul edilməsinin əsas məqsədi heç də
dərhal hərbi əməliyyatlara başlamaq deyil. Məqsəd beynəlxalq aləmin diqqətini
daha ciddi şəkildə Azərbaycanın torpaqlarının işğal edilməsinə yönəltməkdir. Bu
şəraitdə BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO tipli beynəlxalq
təşkilatların, bölgədə marağı olan iri dövlətlərin manevr imkanları tükənir,
ermənistana münasibətin obyektivliyə yönəlməsinə zəmin yaranır.Regionda hərbi
əməliyyatların başlanmasında maraqlI olmayan iri dövlətlərin işğal edilmiş
ərazilərin azad edilməsi ilə bağlı Ermənistana təzyiq göstərməyə başlayacaqları
da tamamilə mümkündür.
Azərbaycan uğurlu xarici siyasəti ermənistandakı durumu da köklü
şəkildə dəyişə bilər. Ermənistan cəmiyyətin də elə indinin özündə hakim Qarabağ
klanına münasibət kifayət qədər mənfidir. Ermənistan real müharibə təhlükəsi
qarşısında qalanda cəmiyyətdəki parçalnama daha da dərinləşəcək və nəhayət
erməni cəmiyyətinin içində Azərbaycanla mehriban qonşuluq münasibətlərinin
beynəlxalq hüqüq normaları çərçivəsində qurulmasına tərəfdar olan siyası
qüvvələrin yetişməsi prosesi başlayacaq. Yaranan situasiyada Ermənistan
rəhbərliyinn konstruktiv dialoqa və kompramislərə hazır olduğu üzə çıxarsa,
Azərbaycan yalnız simmetrik status prosesi əsasında sülh sazişi bağlamaqda hazır
olmalıdır. Əgər Ermənistan rəhbərliyinin indiki mövqeyi dəyişməz qalarsa,
Ermənistana konkret vaxt verilməli və vaxtiın tamamında Ermənistana qarşı hərbi
əməliyyatlar bağşlanılmalıdır. “Erməni xalqına azadlıq” adı altında keçirilən
həmin əməliyyatlar zamanı Azərbaycan yenidən velosiped icad etməməli, Amerikanın
Iraqdakı əməliyyatlarının xarakterinə tam uyğun surətdə Robert Köçəryanın, Serj
Sarkisyanın və digər bəşəriyyət əleyhinə cinayətlər törətmiş canilərin fiziki
cəhətdən məhv edilməsini əsas hədəf kimi götürməli, Amerikanın apardığı
təbliğat kampaniyasını eynilə təkrarlamalıdır. Burada fərq yalnız onda olacaq
ki, Amerika öz siyasətini yalan üzərində qurmuşdu və Iraqdan Amerikaya heç bir
təhlükə yox idi. Torpaqları işğal altında olan Azərbaycanın isə əlavə heç bir
sübut və dəlilə ehtiyacı yoxdur. Bizim də Amerika kimi eynilə BMT tərəfindən
əlavə qətnamənin qəbul edilməsinə ehtiyac yoxdur, çünki BMT-nin qətnamələri
artıq 10 ildir ki, kağız üzərində qalıb və bütün bu müddət ərzində, Azərbaycan
tərəfinin səylərinə və güzəştli mövqeyinə baxmayaraq, BMT0-nin məlum dörd
qətnaməsinin yerinə yetirilməsinə yönələn adekvat addımlar atılmayıb. Buna görə
də Ermənistandakı rejim süquta uğradıqdan sonra Azərbaycan öz ərazilərini
işğalçılardan təmizləməli və BMT-nin qətnamələrinin tələblərinin tam yerinə
yetirməlidir. Bu məqama xüsusi diqqət yetirmək lazımdır. Çünki indiyə qədər
mövcud olan bütün təkliflərdə yalnız təcavüzün nəticələrinin aradan
qaldırılmasından sözhbət gedib. Biz isə nəticələrdən əvvəl səbəbin aradan
qaldırılmasını təklif edirik. Ermənistandakı mövcud terrorçu rejimi dəyişməsə və
Ermənistanın demilitarizasiyası həyata keçirilməsə, Azərbaycan heç vaxt öz
təhlükəsizliyini təmin edə bilməyəcək. Ermənistan təslim edildikdən sonra
Azərbaycan, keçmiş Göyçə və Zəngəzur mahalının ərazisi istisna olmaqla, digər
ərazilərdən öz qoşunlarını çıxarmalı və yenə simmetrik status prinsipinə uyğun
sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan etməlidir. Həmin şəraitdə
artıq sülh danışıqlarını yüz illərlə də aparmaq olar.
Ədalətli sülhə nail olmağın yeganə yolu budur.Azərbaycan xalqı
bilməlidir ki, Erməniastanla müharibə labüddür. Əks təqdirdə biz Qarabağı
itirəcəyik. Hələ 1992-ci ildə Elçibəy hakimiyyəti dövründə münaqişənin siyasi
yolla həllindən danışıqlara cavab olaraq yazmışdıq ki, siyasi yolla yalnız
Qarabağı vermək olar, geri almaq olmaz. Bununla bərabər, əgər Azərbaycan
cəmiyyəti torpaqlarını hərbi yolla geri qaytarmaq əzmini qətiyyətlə nümayiş
etdirsə, münaqişənin dinc yolla həllində bəlkə də müəyyən tərpəniş ola
bilər.Lakin hər halda, dinc yolla ədalətli sülhə, simetrik status prinsipinin
tətbiq edilməsinə nail olmaq real görünmür. Biz “Sülh əvəzinə torpaq”
prinsipini qəbul etməyəcəyiksə, deməli, “qanımız və canımız bahasına sülh”
prinsipini qəbul etməkdən başqa yolumuz yoxdur.
Azərbaycan yeni siyasi kursunu açıqladıqdan sonra hərbi
əməliyyatların başlanmasına qədər ən azı iki il vaxt keçməlidir.
Bu müddətdə Bakı-Tibilisi-Ceyhan neft boru kəməri artıq tikilib
istifadəyə veriləcək və Azərbaycanın iqtisadi potensialı indikindən daha güclü
olacaq. Iki il ərzində Azərbaycan Gürcüstan və Türkiyə ilə hərbi ittifaq
yaratmalı, ABŞ Israil kimi dövlətlərə strateji müttəfiqlik münasibətlərinin
qurulmasına nail olmalı, Rusiay və Irandan Azərbaycana ola biləcək təzyiqləri
minimuma endirməli, ölkədə legitim hakimiyyətin formalaşmasına, başlıcası isə
qarşıya qoyulacaq vəzifənin öhdəsindən layiqincə gələ biləcək ordunun
formalaşmasına nail olmalıdır. Bütün bu vəzifələri yerinə yetirsək belə, münbit
beynəlxalq şərait olmadan, beynəlxalq ictimai rəyi hazırlamçadan hərbi
əməliyyatlara başlamaq düzgün olmazdı. Indi bir millət olaraq bizim vəzifəmiz
dərhal müharibəyə başlamaq deyil, son və qəti qərarı verməyə hazır olduğumuz
barədə strateji seçimimizi etməkdir. Strateji seçimlə bağlı vahid milli iradə
nümayiş etdirə bilsək, müharibə perspektivi nəinki artmayacaq, hətta azalacaq.
|