|
Новая страница 1
Zahid Səfəroğlu
İşğaldan qurtuluş resepti Onun məzmunu bəllidir
Xalqımız yeni yüzilliyi də Qarabağ problemi ilə qarşıladı. Odur
ki, Tarixin və Tanrının bizə ayırdığı dözüm limitinin fərqinə varmadan tələsmək
barədə düşünməliyik. Ərazisinin 1/5-i işğal, əhalisinin 12 faizi didərgin
durumda olan Azərbaycan xalqı, şübhəsiz, üzücü münaqişəni yoluna qoymaq naminə
ciddi təpər göstərməlidir. Ən azı o baxımdan ki, nə vaxtsa onun bütün
parametrlərə görə Ermənistanı üstələməsinə baxmayaraq, məqam gələ bilər ki,
torpaqları geri almaq şansını itirər. Yəni Güc olar, amma Gec olar –imkan
verməzlər. Tələsməyək, çünki təxribatçı qüvvələrin, emissar və missionerlərin
qaçqınlarımızdan məkrli məqsədlər üçün yaralanmaq şansları günbəgün artır.
Dudərginlər daxili sabitliyimiz və inkişafımız üçün təhlükəli faktora çevrilə
bilər ki, bu da yenə düşmənlərimzin maraqlarına uyğundur.
Haqlı olmağımız yetərli deyil!…
İşğaldan qurutuluşun açarı milli qüvvələrin hakimiyyətə gəlişinə
bağlıdır. Ancaq mövcud regional və qlobal şərtlər fonunda vacidir ki, həmin
qüvvələr həm də demokratik düşərgəni təmsil etsinlər. Bu, bir yandan hərb
varinatına beynəlxalq birliyin qıcığını yumşaldarsa, digər yandan, canlı
itkilərimizi azaldar. Çünki güclü ordunu yalnız demokratların peşəkar hökumət
qura bilər. Qarabağ cəbhəsində qəti qələbəmizin rəhni olan uğurlu xarici siyasət
kursunu və güclü iqtisadiyyatı, zəruri vətəndaş həmrəyliyini və cəmiyyətin
məısələyə yekdil münasibətini də yalnız legitim hakimiyyət formalaşdırmaq
gücün-dədir. Azərbaycanın hərbi-iqtisadi qüdrətini, etibarlı demokratik imicini
isə ilk öncə düşmən Ermənistan ciddiyə almalı olacaq. Yeri gəlmişkən, işğalçılar
iki halda geri çəkiləcəklər. Ya onları beynəlxalq birlik, yada biz ram edəcəyik.
Birinci hal gözlənilmir. Qarabağa dair qətnamələrə rəğmən, BMT-nin belə təzyiq
mexanizmi yoxdur. Nəzərə almaq lazımdır ki, İraq savaşından sonra bu qurumun
qlobal proseslərdə rolu əhəmiyyətli dərəcədə azalıb. Yeni dünya düzəni və
münasibətlər sistemi üçün əsas hərəkətverici qüvvə qismində ABŞ çıxış etməyə
başlayıb. Amerika, digər dövlətlər isə radikal varianta meyilli görünmürlər.
Kəsəsi, qlobal ab-havanı ən əvvəl fövqəldğvlətlər müəyyən etdiyindən, ağırlıq
özümüzə düşür. Bir sözlə, Haqlı olmamız yetrəli deyil, həm də Güclü olmalıyıq!
İnsan Haqları Uğrunda Müharibə?
Biz hərbə hazırlaşmalı, lakin bu mövzuda hamıdan az danıçmalıyıq.
Nəzərə almalıyıq ki, qloballaşma, inteqrasiya prosesləri səbəbindən dünyamız
getdikcə kiçilir və beynəlxalq miqyasda müharibəyə nifrət artıq, insan haqları
ön plana keçir. Ona görə tendensiyanı düzgün tutmalı və xarici siyasətdə bir
məqamı xüsui vurğulamalıyıq ki, Azərbaycan ölkəni dinc ermənilərdən təmizləmək
kursu aparmır, köçkün vətəndaşlarımızın ən adi haqlarının bərpası uğrunda
çaılışır. Və lazım gələrsə, bu mübarizə insan haqları uğurnda humanitar savaşa
da çevrilə bilər!
Ancaq hərbi zəfər çalsaq belə, Qərb avtoritar Azərbaycana
Qarabağı etibar etməyəcək. Serbiya nümunəsi görkdür. Odur ki, dövlətimiz milli
azlıqların qarantı olduğunu hər addımda, işdə daim təsdiqləməli, demokratik
dünyanın dostuna, regionun isə aparıcı və nümunəvi dövlətinə çevrilməlidir.
Ermənilərin əlindən əsas etikar təbliğat vasitəsi alınmalıdır. Yolu bəllidir:
hakimiyyət qollarının legitimləşdirilməsi, ölkə həyatının demokratikləşdirilməsi
və hüquqi dövlət.
Beləliklə, hərbi qələbəmiz üç ilkin şərtin ödənməsini diqtə edir:
1. Azərbaycanın demokratiyaya can atan və insan haqlarına
qarşı deyil, insan haqları uğrunda mübarizə aparan dövlət olduğöuna sivil
dünyanın qəti inamını qazanmalıdır;
2. Ordumuzun yüksək peşəkarlığı təmin edilməlidir;
3. Humnaitar əməliyyat qısa müddətli olmalıdır. Savaş ona
görə qısa sürməlidir ki, insan haqlarının müdafiəsi qurumları əleyhimizə geniş
kampaniya başlatmağa, aparıcı dövlətlər isə dalbadal sərt bəyanatlar verməyə
macal tapmasınlar.
Zəruri Qeyd. Xankəndinə girməyə ehtiyac qalmayacaq. Erməni
azlığının yaşamadığı ətraf rayonları azad etmək yetər. O halda dünya birliyi
bizə hələ minnətdar olacaq ki, Azərbaycan yüz minlərlə insanın ən adi hüququnu
bərpa etməklə BMT qətnamələrini yerinə yetirib. Bunun ardınxca düşmənin
konsktruktiv mövqe tutaqcağı şəksizdir. Yeri gəlmişkən, hərb səhnəsindəki durum
xeyrimizə dəyişməyincə, beynəlxalq sülhməramlı qüvvələrin təmas xəttinə
yeridilməsini əngəlləməli, vaxtı uzatmalıyıq ki, əl-qolumuz bağlanmasın. Onsuz
da bizim razılığımız olmasa, bu, hüquqi baxımdan heç mümkün də deyil.
Ordu və Vətənpərvərlik ön sırada
Azərbaycanda peşəkar, güclü ictimi nəzarət altında olan və qayğı
ilə qurulan ordu lazımdır. Belə ordu qardaş Türkiyənin köməyilə qısa müddətdə
NATO standartlarına uyğun qurula bilər (onun özəyi artıq var). Texniki təchizat,
hərbi kadrlar, vəsait məsələlərinə gəlincə, Ermənistandan fərqli olaraq, buna
imkanlarımız yetərlidir. Neft fondu və gəlilərindən tutmuş, fərdi ayırmalaradək,
xalqımız heç nəyi əsirgəməz. Demoralizə olunmuş rus hərbi təlim sistemindən
bacardıqca tez uzaqlaşmalıyıq. Lakin bütün qonşular kimi, Rusiya ilə də normal
münasibətlər saxlamaqla. İstənilən halda vətənpərvərlik tərbiyəsi ön sırada
olmalıdır. Unutmayaq ki, 1992-ci ilin uğurlu yay hərbi kompaniyasının əsasında
həm bu, həm də müharibənin dövlət səviyyəsində aparılması faktoru dururdu. O
zaman düz-əməlli ordumuz yox idi. Biz indiki ordu ilə də savaşı udmaq
imkanındayıq. Di gəl qələbəni saxlamaqdan ötrü dünyada sözü keçərli, legitim
hökumətə ehtiyac var.
Məməlkət müharibə vəziyyətində olan ölkəni xatırlamalıdır. Hva
limanına düşən əcnəbi bunu görməli, duymalı, və qayıdarkən ölkəsinə obyektiv
məlimat aparmalıdır. Bu şəraitdə güc strukturlarının işi birə-on artacaq.
Ölkənin Milli Təhlükəsizlik Konsepsiysı, Müdafiə Doktrinası işlənib başa
çatdırılmalıdır. Dünya nə istədiyimizi, torpaqlarımızı necə azad edəcəyimizi, bu
zaman insan haqlarını necə qoruyacağımızı bilməlidir. Mühacirətdəki və ölkədəki
savadlı hərbi mütəxəssislərimizin, ağıllı insanların orduya cəlb olunması
prosesi qısa vaxtda bitməlidir. Azərbaycan dövləti erməni canilərinin Beynəlxalq
Məhkəməyə (Haaqa Tribunalına) verilməsi yönündə real addımlar atmalıdır. Xocalı
soyqırımının rəsmən tanınması bu yolda ilk ciddi addım olardı.
Virtual, intellektual – bütün cəbhələrdə diqqətli, ayıq
olmalıyıq. Diplomatiyamız, siyasətimiz hücum taktikasına kök-lənməlidir. Xarici
İşlər Nazirliyində Qarabağ İdarəsi bərpa edilməlidir. Həmçinin, məcburi
köçkünlər də daxil olmaqla, Bakıda etiraz aksiyalarının təşkili və partizan
dəstələri yaradaraq düşməni vahiməyə salacaq tədbirlər barədə ciddi düşünməyə
dəyər. Ermənilərin Bakı səfərləri yasqlanmalıdır. Beynəlxalq birliyin diqqətini
işğala yönəltməyin bir yolu da budur.
Regional-Qlobal Faktorlar və Qarabağ
NATO-ya kurs götürməklə bərabər məsələdə ehtiyatlı olmamız
gərəkdir. Əvvəla, münaqişə vəziyyətində olan iki ölkənin bloka qəbulu inandırıcı
deyil. Digər yandan, blok tərkibində Azərbaycanın və Ermənistanın hərbi
potensialına. Şəffaf nəzarət və oxşar normativlər tətbiq ediləcək. Bu isə düşmən
üzərində hərbi üstünlüyümüzü reallaşdırmağa mane ola bilər. Hətta üzv olsa belə,
NATO müharibəni məqbul saymayacaq. Odur ki, quruma strateji kurs götürdüyümüzü
bəyan etməklə yanaşı, hələlik Türkiyə, türk cümhuriyyətləri və İsraillə
əlaqələrə prioritetlik verməli, Rusiya-Qərb ziddiyyətlərindən yararlanmalıyıq.
Eyni zamanda yenə tələsməliyik, çünki Moskvanın Qərbə yaxınlaşması Ermənistanın
manevr imkanlarını artıracaq, onun öz yönəmini Qərbə sarı dəyişməsini
asanlaşdıracaq.
ABŞ münaqişənin həllini istərdi, hətta hərb variantına razı
olardı, ona görə ki, problemin birdəfəlik həlli Rusiyanın Ermənistan və
Azərbaycana təzyiq imkanını zəiflədəcək. Bir şərtlə, savaş Amerikanın
energetik-iqtisadi maraqlarına, yeni dünya və regional düzənlə bağlı qurduğu
planlara zərbə vurmasın. Demokratik hökumətimiz belə zəmanət verməyi
bacarmalıdır. Amerikanın regionda mövqelərinin güclənməsi xeyrimizədir. Amma
Vaşinqton müharibə ovqatını səngitməyə və Rusiyanın Qarabağ “kartı”nı dinc
vasitələrlə zəiflətməyə çalışıcaq. Yalnız demokratik Azərbaycan dünyanı
müharibənin qısa sürəcəyi və ədalətli həllə gətirəcəyinə inandıra bilər.
İstənilən halda son söz Bakınındır. Savaş hüququnu isə bizə BMT Təhlükəsizlik
Şurasının işğal faktını təsdiqləyən 822, 853, 874 və 884 saylı qətnamələri
verib. Üstəgəl, əgər dünyanın yeganə supergücü olan ABŞ-ın neytrallığını təmin
etsək, bu bizə ən böyük beynəlxalq dəstək olacaq.
Habelə Bakı-Ceyhan strateji neft kəmərinin 2005-ci il üçün hazır
olacağını və buna Vaşinqtonun verdiyi önəmi, Rusiyanın bölgədə zəifləməsi və
ermənilərə birbaşa hərbi dəstək vermək imkanlarının daralmaqda olmasını nəzərə
almaq gərəkdir. Türkiyənin isə bölgə və Qərb üçün dəyəri artacaq. Savaşın
tarixini həm də bu amilə uyğunlaşdırmalıyıq. Güney faktorundan da təhdid kimi
yararlana bilərik. Beynəlxalq birliyə anlatmaq lazımdır ki, əgər işğalçılar
torpaqlarımızdan çıxmasa, müharibə daha geniş miqyas ala və Azərbaycanın Cənubu
(İran, Türkiyə də on qoşula bilər. Sivil dünya bunu arzulamırsa, Ermənistana
təzyiqləri artırmalıdır.
Habelə dünyada genişlənməkdə olan antiterror dalğası
xeyrimizədir. Çünki terroru yaradan səbəblərdən biri nəzarətsiz ərazilərin,
qeyri-legitim hakimiyyətlərin mövcudluğu, onun maliyyə mənbəyi isə qanunsuz
silah alveri və narkobiznesdir. Söz düşmüşkən, savaş müddətində erməni terroru
güclənəcəyindən, vətəndaşların sayıqlığı, strateji əhəmiyyətli obyektlərin
mühafizəsi gücləndirilməlidir.
Sülh danışıqları və qonşular
Danışıqlar istənilən halda davam etdirilməli, müharibə
hazırlaşsaq da özümüzü hamıdan çox sülhpərvər göstərməliyik. Bunu müasir
dünyanın ovqatı diqtə edir (dipolmatiyada müharibə təbliğ edilməz).
Vasitəçilərin ATƏT-dən BMT-yə qaytarılması uğrunda mübarizəyə isə vaxt sərf
etməyə dəyməz. Bu, toplananların yerini dəyişmək kimi bir işdir. Nədən ki,
birincisi, ATƏT-in Minsk qrupuna mandatı elə BMT verib, ikincisi, BMT-də də
həmin dövlətlər söz sahibidir. (BMT TŞ-nin beş daimi üzvündən üçü – Rusiya, ABŞ,
Fransa Minsk qrupunun həmsədrləri, biri - Böyük Britaniya isə üzvüdür). Daha
yaxşı olar ki, Türkiyənin Minsk qrupu rəhbərliyinə gətirilməsinə, türk
cümhuriyyətlərini Ermənistanı işğalçı kimi tanımasına və danışıqların MQ-yə
verilən mandat çərçivəsinə qaytarılmasına nail olaq. Məhz bu halda Qarabağ
problemi vasitəçilər üçün “elmi tədqiqat və ya diplom işi”nə çevrilməz.
Qonşulara gəlincə, Moskva ilə Tehrana Azərbaycanın Qarabağda
suverenliyinin bərpası əl vermir. Kreml üçün bu, münaqişə tərəflərinə əsas
təzyiq vasitəsinin itirilməsi deməkdirsə, Tehran üçün Azərbaycanın güclənmək
şansı qazanması və Güneyə təsir imkanının artması anlamına gəlir. Digər yandan,
münaqişə durduqca Ermənistanın İrandan asılılığı qalır. Məsələnin çözümü ilə
İranın region üçün önəmi azalacaq, molla rejiminin beynəlxaıq təcridi
güclənəcək. Bununla belə, nə şimal, nə də cənub qonşimiz ikinci erməni
dövlətinin yaranmasını istəməz. Çünki özlərinin potensial “Qarabağları” var
(Çeçenistan, Güney məsələsi).
Ermənistanın Atom silahı və Qarabağ
İşğalçı ölkə xristian amili və aparıcı dövlətlərin ikili
standartlarından sui-istifadə etməklə, buna yaxınlaşa bilər. Artıq Türkiyə
narahatlığını dilə gətirib. Rusiya ilə Qərb isə, ola bilsin, Azərbaycanı
müharibədən çəkindirmək üçün buna göz yumsun (İsrail nümaunəsi). Odur ki, Qərbin
və Kremlin məsələdə kəsişən maraqlarını diqqətlə izləməliyik. Unutmayaq ki, hələ
sovet dönəmindən Ermənistanda atom fizikası üzrə mütəxəssislər çalışır, AES
işləyir, “ağrı su” alınır, İranla müəmmalı əməkdaşlıq edilir.
Azərbaycan fakt qarşısında qalmamaq üçün var gücü ilə məsələnin
gündəmdə qalması və Mesamor AES-in tezliklə bağlanmasına çalışmalıdır. Bunun
üçün əsaslar yetərlidir (seysmik zona, münaqişə bölgəsi və s.). Son vaxtlar
məsələ ilə bağlı beynəlxalq qurumların, Avropa Birliyinin fəallaşması təqdir
olunmalıdır. Buradaca vəziyyəti qəlizləşdirəcək digər məqamlara diqqət yönəltmək
pis olmaz. Bunlar Azərbaycanda milli-demokratik qüvvələrin hakimiyyətə gəlişinin
ləngiməsi və vətəndaş qarşıdurması ehtimalı, Rusiyada demokratikləşmə prosesinin
gecikməsi və Güney məsələsinə görə İoranın Ermənistana dəstəyini artırması və s.
kimi cəhətlərdir.
Düşmənlə Düşmən kimi Davranmalı!
Biz işğal faktından bərk yapışmalıyıq. Nə Ermənistan nə də dünya
birliyi bu faktdan qaça bilər. Erməni rəsmilərinin ortaya atdıqları “Dağlıq
Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” kimi avantürist
bəyanatalrını isə ifşa etməliyik. Çünki belə bəyanatlar sərhədləri zorla
dəyişdirməyə yönəlib və mövcud beynəlxalq normalara, Azərbaycanın ərazi
bütövlütyünü tanıyan nüfuzlu qurumlara hörmətsizlikdir, müharibəyə birbaşa
çağırışdır. Hərçənd ki, bu bizə də “Zəngəzur heç vaxt müstəqil Ermənistanın
tərkibində olmayıb!” tezisi əsasında İrəvana hərbi yürüş etmək şansı verir.
Dünya birliyi belə tezislərin təhlükəlilik əmsalını hesablamalı,
Ermənistanı Azərbaycan və Türkyənin ərazi bütövlüyünü tanımağa məcbur etməlidir.
Əgər İrəvan ərazi iddiaları ilə yaşamırsa, bu addımı atmalıdır, keçmiş DQMV-ni
Ermənistana birləşdirmək barədə parlamentin 1989-cu il 1 dekabr tarxli qərarını
ləğv etməlidir. Sülh razılaşmasının açarı budur. Söz düşmüşkən, Ermənistanın
Konstitusiya Məhkəməsi məhz bu əcaib sənədi əsas götürərək, R.Köçəryanı son
prezident seçkilərinə qatılmasını (onillik qeydiyyat məsələsindən söhbər gedir)
qanuni hesab edir.
Şübhəsiz, məlum tezislə rəsmi İrəvan Qarabağdakı erməni icmasına
öz müqəddəratını sərbəst təyinetmə hüququ tanıtmaq istəyir. Əbəsdir. Çünki BMT
belə hüquqi müstəmlkə xalqları və işğal olunan ərazilər üçün tanıyıb. Qarabağ
isə Azərbaycan tərkibində müstəmləkə olmayıb, onun işğalına məruz qalmayıb.
Ermənilər bunun əksini sübut etməklə həmin hüququ qazanmağa çalışırlar. Guya ki,
qondarma “Dağlıq Qarabağ xalqı” sovet dövründə zorən Azərbaycanın tarixi
ərazisidir və Rus imperiyasının tərkibinə də elə bu cür (Qarabağ xanlığı
şəklində) daxil olub.
Ermənistanın başqa zəif yeri onun monoetnik ölkəyə çevrilməsidir.
Bunu özlərini sivil millət sayan qonşularımızın başına hər addımda çaxmalıyıq.
Qloballaşan dünyamız üçün milli-dini dözümsüzlük faktı biabırçılıqdır. Ona görə
“simmetrik status” mövzusunu gündəmə gətirməliyik. (Qarabağdakı ermənilərə
Ermənistandan qovulanlarla eyni status verilə bilər!) Həmçinin dövlət
səviyyəsində psixoloji, informasiya-internet müharibəsinə önəm artırılmalıdır.
Aparıcı KİV-lərin beynəlxalq dillərdə veb-saytının (versiyasının) açılması işi
təmin edilməli, konfliktin mahiyyətinə aid ədəbiyyatın aparıcı dillərə tərcüməsi
və yayılması işi sürətləndirilməlidir. Dünya azərbaycanlıları ilə təmasların
gücləndirilməsi də öz yerində.
Azərbaycanda erməni dili və mentalitetini öyrənən xüsusi qurum
(Ermənistan İnstitutu, yaxud Qarabağ İnstututu) yaradılmalı, tədqiqatçı
ermənişünas alimlər ora cəlb edilməlidir. Sərhəd bölgələrində erməni dilində
radio-tele verlişlər artırılmalı, düşmənçilik edən ermənilərə ruh düşkünlüyü,
çıxılmazlıq ovqatı təlqin edilməlidir. Ermənistanın daxili durumuna,
ictimai-siyasi fikrinə təsir mexanizmləri öyrənilməlidir. Azərbaycan kəşfiyyatı
layiqincə işləməldir.
Ermənistanda məsələnin ədalətli həllini istəyən qüvvələrin
güclənməsinə yardımçı olmalıyıq. Təcrübə göstərir ki, Azərbaycan iqtisadi
göstəricilərinə, demokratik imicinə görə nümunəvi dövlət olsa, Qarabağ ermənisi
acından ölən Ermənistana sarı deyil, yenə biz tərəfə boylanacaq. Bu məsələdə
Qarabağ ermənilərinin də, Azərbaycan türklərinin də kifayət qədər tarixi
təcrübəsi var.
|