|
Новая страница 1
Elçin Əhmədov
Qarabağ
münaqişəsində Rusiyanın mövqeyi və rolu
Özünü SSRİ-nin hüquqi varisi hesab edən Rusiyanın 1992-ci ildən Azərbaycana
birbaşa təsiri kəsildikdən sonra o, Dağlıq Qarabağ probleminin həllini öz əlində
saxlamaq üçün Ermənistana hərbi yardımı davam etdirdi. Nəticədə, ermənilər
Rusiya ordusunun 366-cı motoatıcı alayının köməkliyi və iştirakı ilə 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək yüzlərlə dinc
sakini qətlə yetirdilər. Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən işğal
edildikdən sonra az müddət içərisində büthn yuxarı Qarabağ zəbt olundu.
1992-ci ilin martında Minsk qrupu yaradılan zaman Rusiya bu təşəbbüsü müdafiə
etsə də, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin
nizama salınmasına dair vasitəçilik səylərinin fəallaşması Rusiya siyasi
dairələrində narahatlıq doğurmağa başlamışdı. Belə bir vaxtda münaqişənin dinc
vasitələrlə həlli prosesində Rusiya təşəbbüsü beynəlxalq təşkilatların və dünya
dövlətlərinin əlindən almağa və bununla da regionda özünün zəifləmiş mövqelərini
möhkəmləndirməyə cəhd göstərdi.
Rusiya ATƏM-in Minsk qrupunun üzvü olsa da, hələ 1993-cü ildə
özünün müstəsna rolunu israr etməklə, istər BMT, istərsə də ATƏM çərçivəsində
regionda “sülhün və sabitliyin təminatçısı” statusunu almağa səy göstərirdi.
Həmin dövrdə Rusiya ATƏM çərçivəsində vasitəçiliyi bitərəfləşdirməklə özünün
muünaqişənin nizama salınması planına aşkar üstünlük verirdi. Münaqişənin
həllinə dair planlarda ATƏM ilə Rusiya arasında yaranmış fikir ayrılığı ondan
ibarət idi ki, ATƏM münaqişənin nizama salınmasında çoxtərəfli vasitəçiliyin
olmasını istəyir, sülh prosesinin beynəlxalq müşahidəçilərin nəzarəti altında
aparılmasına və çoxmillətli sülhməramlı qüvvələrin formalaşmasına çalışırdı.
Rusiya isə əksinə, münaqişənin nizamlanmasını öz nəzarətində saxlamaq və
regionda geosiyasi maraqlarını təmin etmək üçün münaqişə bölgələrində yalnız rus
qoşunlarının yerləşdirilməsini istəyirdi. Rusiyanın məqsədi Böyük Siyasi Sazişin
imzalanması, münaqişə bölgəsinə rus qoşunlarının gətirilməsi və gələcəkdə bu
problemin həllini öz inhisarına alıb bütövlükdə Qafqazda möhkəmlənmək idi. Lakin
bu planı həyata keçirə bilməyən Rusiya Ermənistanda öz qoşunlarını yerləşdirmiş,
onu gizli və aşkar yolla silahlandıraraq, bununla da onu şirnikdirmiş,
Azərbaycan ərazilərinin işğal etməsinə şərait yaratmışdır.
1994-cü
il dekabrın 5-6-da ATƏT-in Budapeştdə kecirilən Zirvə toplantısında Minsk
qrupunda həmsədrlik statusu alan,
reqionda xüsusi maraqları və hadisələrə real surətdə təsir gostərmək imkanları
olan Rusiyanın bu qurumda daimi həmsədrliyi sonrakı illərdə daha da möhkəmləndi.
Rusiyanın Qafqazda hegemonluğunu artırmaq məqsədilə atdığı növbəti addım
Ermənistanın Rusiyanın strateji aləti olduğunu bir daha sübut etdi. 1995-ci il
martın 16-da Moskvada Rusiya və Ermənistan arasında 25 il müddətinə müqavilə
imzalandı. Bu müqaviləyə görə, Ermənistan Respublikasındakı Rusiya hərbi
düşərgələrinə hərbi baza statusu verildi.
1997-ci
ilin əvvəllərində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard
dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxdı. Məlum
oldu ki, bu
silahlar
1993-cü
ildən etibarən,
yəni
Ermənistan
ilə
Azərbaycan
arasında
genişmiqyaslı
hərbi
əməliyyatlar
getdiyi
bir
zamanda
göndərilməyə başlanmış
və
bu
da
Ermənistan
silahlı
qüvvələri
tərəfindən
Azərbaycan
ərazilərinin
işğal
edilməsinə
şərait
yaratmış,
atəşkəs
elan
ediləndən
sonra
da
bu
proses
davam
etmişdir.
Azərbaycanın
israrlı
təkid
və
qəti
etirazlarına baxmayaraq,
Rusiyanın
Ermənistandakı hərbi bazalarını
genişləndirməsi
məqsədilə 1998-ci
ildə Ermənistanda
C-300
raketləri
və
MIQ-29
təyyarələri
göndərildi.
Rusiya
tərəfi
bu
dəfə
də
öz
ənənəsinə
sadiq
qalaraq,
bunun
Ermənistanda
yerləşən
öz
hərbi bazalarının
silahlarının
təzələnməsi
proqramı
çərçivəsində
edildiyini
bildirdi.
Rusiyanın
Azərbaycana
qarşı
qərəzli
mövqeyi
iki
dövlət
arasındakı
münasibətlərə
xələl
gətirməklə
bərabər,
onun
imperiya
xülyalarından
əl
çəkmədiyini bir
daha
sübut
etdi.
Rusiyanın
təcavüzkar
Ermənistanla
bu
cür
münasibətləri
Azərbaycanın
ciddi
narahatlığına
səbəb
olduğundan,
Azərbaycan
Respublikasının
Prezidenti
H.Əliyev
1999-cu
il
aprelin
2-də
Moskvada
MDB
üzvü
olan
ölkələrin
Dövlət
başçıları
Şurasının
respublikaların suverenliyinə,
ərazi bütövlüyünə,
regionda
sülhə
və
sabitliyə təhlükə
törədən
problem
haqqında
bəyanatla
çıxış
etdi.
Bəyanatda
göstərilirdi
ki,
“Rusiya
hərbi
texnikasının
Ermənistana
göndərilməsi,
onun
ərazisində
hərbi
bazaların
yerləşdirilməsi bütün
beynəlxalq hüquq
prinsiplərinin
pozulması
ilə
yanaşı,
1992-ci
il
mayın
15-də
MDB
ölkələrinin kollektiv
təhlikəsizliyi
haqqında
Daşkənddə
imzalanan
müqavilənin
müddəalarının
da
kobud
surətdə
deməkdir.”
Azərbaycanın
dövlət
başçısı
Rusiya
Federasiyasından
qaldırılan
məsələlər
barədə
dəqiq
cavab
verməyi
və
ən
səmərəli
tədbirlər
görməyi
tələb
etdi.
Azərbaycan
dövlətinin
bu
haqlı
tələblərinə
biganə
və
etinasız
yanaşan
Rusiya
hakim
dairələrinin
Ermənistana
silah
satışını
və
hərbi
əməkdaşlığını davam
etdirilməsi,
onu
göstərirdi
ki,
Rusiya
özünün
tarixi
imperiya
ənənələrinə
sadiq
qalaraq
Azərbaycana
müftəlif
vasitələrlə
təzyiqlər
göstərir
və
regionda
yalnız
öz
maraqlarını
təmin
etməyə
çalışır.
Təhlil
belə
bir
fikir
söyləməyə
əsas
verir
ki,
münaqişənin
nizama
salınması
prosesinə
“sülhpərvərlik”
missiyasını
üzərinə
götürmüş
Rusiyanın
MDB
kollektiv
təhlükəsizlik
sistemində
müttəfiqi
olan
və
Azərbaycana
qarşı
təcavüz
edən
Ermənistanla
ayrıca
müqavilə
bağlayaraq
ona
hərbi
yardım
etməsi
Rusiyanın
Azərbaycana
münasibətdə
beynəlxalq
hüquq
normalarını
pozaraq
birtərəfli
mövqedə
durduğunu
göstərir.
Ermənistanın
Rusiya
tərəfindən
müxtəlif
vasitələrlə
himayə
olunması,
külli
miqdarda
müasir
silahlarla
təmin
edilməsi,
Rusiya-Ermənistan
hərbi
əməkdaşlığı bu
gün
də
davam
edir
və
bütün
bunlar
Rusiyanın
Ermənistanın
strateji
tərəfdaşı
olduğuna
bir
daha
sübutdur.
|