|
Новая страница 1
Əli
İbrahimov
Yusif
Vəzir
Çəmənzəminlinin yaradıcılığında «erməni
məsələsi»
Azərbaycan
xalqının bir çox qiymətli şəxsiyyətləri kimi, Yusif Vəzir Çəmənzəminli də doğma
vətənindən didərgin salınmış repressiya qurbanlarındandır. Onun yaradıcılığının
birinci mərhələsi 1907 və 1920-ci illərin ictimai-siyasi hadisələrinin çox
ziddiyyətli mürəkkəb bir dövrünə təsadüf edir. Bir tərəfdən Rusiyadakı Oktyabr
inqilabının qələbəsi, bolşeviklərin hakimiyyətə gəlməsi, o biri tərəfdən
Azərbaycanda milli azadlıq hərəkatının «müsavat» inqilabı adı ilə tədricən
inkişafı və nəhayət Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması gənc
mütəfəkkir Yusif Vəziri düşündürməyə bilməzdi. «Kimə qoşulmaq?» - sualına cavab
vermək çox çətin idi. Ancaq bu ona məlum idi ki, «Müsavat» öz fəaliyyətinin, öz
işinin proqramında hamının «müsəvi», yəni bərabərhüquqlu olmasını tələb edir,
gələcək üçün, xalqın milli mənafeyi üçün çox şeyləri vəd edirdi, həm də
demokratik ruhlu bir dövlət qurumu yaratmaqla özünü bütün dünya dövlətlərinə
tanıtmaq və tanıtdırmaq üçün uğurlu və sağlam siyasət yeritməyi qarşıya məqsəd
qoymuşdu.
Yusif Vəzir
elə sənətkarlardandır ki, qismətinə üç dövrdə: çar Rusiyası, Azərbaycan Xalq
Cümhuriyyəti və sovetlər imperiyası illərində yaşamaq düşmüşdü. Yusif Vəzirin
anlamında güclü mərkəziyyətə tabe edilməyən, xalqların «göz yaşı ilə bir-birinə
bitişdirilən torpaqlara hökmran kəsilən bir dövlət daimi yaşaya bilməz». «Milli
muxtariyyət» ideyasına güc verib çar Rusiyasının tərkibindən ermənilərdən başqa,
bütün digər millətlərin çıxması təbii və tarixi bir zərurət idi.
Bir xalqın
siyasi səbatsızlığından istifadə edib digər bir xalqın ərazisini onun hesabına
genişləndirmək, zor gücünə bunu öz arzu, istəyinin məqsədinə tabe etdirmək
tamamilə ədalətsizlik və haqsızlıqdır. Yusif Vəzirə görə Ukrayna muxtariyyəti
ona görə yarandı və qalib gəldi ki, burada mərkəziyyəti öldürüb,
ədəmi-mərkəziyyət yaradıb fəaliyyət göstərmək zəruri hesab edildi. Bu o
deməkdir ki, milli muxtariyyət qazanmış dövlətin ədəmi-mərkəziyyət prinsipi ilə
idarə olunmasında ətraf, çöl tərəflər, sərhədlərin möhkəmləndirilməsi, qorunması
əsas götürülürdü. Çar Rusiyası və onun Zaqafqaziyada dayağı olan ermənilərə bu
sərf eləmirdi. Çünki millət kimi formalaşan azərbaycanlılar, gürcülər və
Dağıstan xalqlarının ərazisinin müəyyənləşməsində onlar narahat olurdular. Bu
narahatçılıq onlarda, xüsusən zəngin torpaqları və sərvətləri olan Azərbaycanın
müstəqillik yoluna birinci düşməsi ilə bağlı olmuşdur.
Böyük demokrat
və mütəfəkkir-alim Yusif Vəzir Çəmənzəminlinin zəngin yaradıcılığında «erməni»
məsələsinə xüsusi yer ayrılması heç də səbəbsiz deyildir. O, Azərbaycan Xalq
Cümhuriyyətinin xarici işlər idarəsində çalışan və xarici dövlət nümayndələri
ilə əlaqə saxlayan və ya danışıqlar aparan hökumət tərəfindən vəkil edilən bir
şəxs olduğu üçün «Müsavat» hökumətinin tapşırığı ilə Türkiyənin İstanbul
şəhərinə səfir təyin olunur. Ukrayna, Türkiyə və Fransada olduğu illərdə
ermənilərin məkrli planları ilə dərindən tanış olmaqla əsərlərində, xüsusən
«Ermənistan və biz», «Əfkari-ümumiyyə», «On beş gün Ermənistanda»
məqalələrində, «Studentlər» və «Qan içində» romanlarında bu haqda yeni fikirlər
irəli sürmüş, bunlar bu gün üçün aktuallığı ilə seçilən tarixi faktlar kimi
qiymətləndirilir.
«Əfkari-ümumiyyə» («İctimaiyyətin fikri») məqaləsində ədib ictimaiyyətin fikrini
topdan, tufandan, zirehlərdən də qüvvətli hesab edir. Hakim və məzlum millət
olmasından asılı olmayaraq, hamıda rəsmi qəzetlər nəşr etmək, teleqraflar ilə
əfkari-ümumiyyəni öz tərəfinə çəkmək meyli vardır. Məhkum millətlər bu yolda çox
çalışırlar. Əfkari-ümumiyyəni qazanmaq üçün bəzən məhkum millətlərin hərəkətində
məhkum hallar meydana çıxır. Məsələn, ədib məqalənin bir yerində yazır ki,
«Avropa şəhərlərindən birində olarkən bir erməninin cocuğa güllə atdığını
qəzetdə oxumuşdur. Ermənidən cinayətin səbəbini soruşduqda demişdi: «Bu cinayət
ilə erməni cocuqlarının halından sizi xəbərdar eləyirəm, onları Osmanlıda
qırırlar». Belə qəribə informasiyalarla bütün dünya əfkari-ümumiyyəni öz
tərəflərinə çəkən ermənilər çox şeyə nail ola bilirlər. Beynəlxalq aləmdə
«əfkari-ümumiyyə»nin öz tərəfinə həllini təmin etmək məqsədilə erməni
hoqqabazlarına züy tutanlar belə güman edirlər ki, nə qədər ki, bir çox məhkum
millət «qəflət» yuxusundan oyanmayıb, onların mövcud hallarında öz xeyirlərinə
istifadə etməyə girişmək lazımdır.
«Əfkari-ümumiyyə»ni cəlb etmək üçün yuxarıda göstərilən ifrat vasitələrdən başqa
bir də adi yollar var ki, Yusif Vəzir bunları sadə bir dillə ifadə etmişdir:
«Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır.
Səsini çıxarmağı bilməyən və bağırmağı bacarmayan bir millət həmişə əzilər. Səs
vasitəsi də qəzetlər və məcmuələrdir. Qonşularımızdan bağırmaları ilə məşhur
ermənidir. Bu millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir.
Dünyada elə bir qəzetə yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa
özlərinə məxsus bir çox qəzetə və məcmuələri var. Muharilə əsnasında Moskvada
rus dilində «Armyanski vestnik» məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa
erməniliyi təqdir və tərvic (işə salma) etmək ilə məşğul idi. Məcmuənin fikri
ermənini ən mədəni bir millət şəklində Avropaya tanıtmaq idi: Odessada dəxi eyni
fikirdə bir qəzetə çıxırdı. Bu gün İstanbulda fransızca qəzetləri var.
Tələblərini Avropanın qulağına söyləməkdən çəkinmirlər». Göründüyü kimi, milçəyi
fil boyda edən ermənilər hər sahədə özlərinin üstün olmalarına çalışırlar. Bəzən
yalanı elə həqiqət kimi qələmə verirlər ki, kənardan baxan buna gerçəklik kimi
baxır. Yusif Vəzirin bu məqaləni hələ yazdığı ildə, yəni 1919-cu ildə
ermənilərin milli məsələ ilə bağlı doqquz yüz əsər çap etdirdiklərinə dair
məlumat olmuşdur.
Mənbələrdən
məlumdur ki, yunanlar İstanbulu almaq iddiasında olmuşlar. Buna ixtiyarları
çatdığını, haqlı olduqlarını sübut etmək üçün hər bir vasitəyə müraciət
etmişlər. Yunanların, ermənilərin beynəlxalq aləmdə türkləri hörmətdən salmaq
üçün əl atdıqları vasitələrdən birini çox gözəl təsvir edən böyük demokrat
yazır: «Türklərin rəvayətinə görə, yunanlar Bəyoğlunda və Qələlədə küçələri çox
zibilli saxlayırlar. Hər nə əllərinə gəlir küçəyə tullayırlar. Səbəbi bu imiş
ki, avropalılar türklərin «idarəsizliyini» görsünlər. Baxınız, nümayiş nə şəkil
alır. İstanbulda bir ayrı nümayişə dair söylədilər. Bir neçə yüz erməni uşağı
cırıq-cındır libasda şəhəri dolanmışlar. Məqsəd erməni qaçqınlarının halını
bəyan etmək imiş».
Avropa
aləmində, Ermənistanda əfkari-ümumiyyənin rəğbətini qazanmaq üçün
dəridən-dırnaqdan çıxan millətlərin bu sahədə topladıqları təcrübəni dönə-dönə
bəyan etməkdə böyük demokratın məqsədi öz xalqının, millətinin halı ilə
maraqlananların çox az olduğunu təəssüf hissi ilə qeyd etməsidir. Məqalənin son
abzasında o yazır: «Bütün müsəlman aləmində əfkari-ümumiyyənin rəğbətini
qazanmaq üçün az çalışılır. Onun üçün dərdlərimiz kimsəyə bəlli olmur və biz ilə
maraqlanan az olur… Siyasi adamlar məmləkətimizdən xəbərsiz olduqda, biz
ermənilərdən də çox çalışmalıyıq ki, özümüzü tanıdaq».
Bu bir məlum
həqiqətdir ki, hər hansı bir siyasətdən fayda hasil olmasa, «göz yaşı tökən»,
«şivən qoparan», «qan axıdan» bir millətin harayına etinasızlıq göstərilər.
Erməni istiqlaliyyətinin avropalılara heç bir fayda gətirməyəcəyini zənn edənlər
yanılmadılar. Ancaq ermənilər əl çəkməyib böyük iddialara əl atmağa başladılar.
Yusif Vəzir «Ermənistan və biz» məqaləsində bu iddiaları çox sadə dillə belə
ifadə edir: «Böyük Ermənistan xəritəsini gördüm. Üç dəniz arasında təşəkkül
edəcək imiş. Ağ, Qara və Xəzər dənizləri arasında xəritədə Gəncə, Lənkəran,
Salyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilmişdir. Əgər
bu xəritə erməni amalının şəklisə, onda erməni məsələsi yenə bir çox münaqişə və
mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaqdır. Halbuki
Qafqazda asayişin təmini məsələsinin etnoqrafi dairədə həll olunması ilə
mərbutdur (əlverişlidir). Uzun bir təcrübə göstərdi ki, dindaşlıq ilə siyasət
arasında böyük bir uçurum var».
Bir vaxtlar
qapımızda məzlum-məzlum boyun büküb iş axtaran, sonra da yavaş-yavaş özünə isti
yuva düzəldən, nəhayət, əzəli torpaqlarımızda dövlət və digər siyasi qurumlar
yaradan ermənilər onlara çörək və yaşayış yeri verən geniş ürəkli, son dərəcə
sadəlövh qonşularına, o cümlədən, biz azərbaycanlılara etdikləri pislik və
xəyanətlərdən utanaraq haçansa Qafqazdan da, İrəvan və Zəngəzurdan da baş
götürüb getməli olacaqlar.
Böyük
demokrat, məqalələrində olduğu kimi, romanlarında da erməni məsələsinə toxunmuş,
xalqımıza, millətimizə ermənilərin bütün məkrli siyasətlərindən xəbərdar olmağı,
dünya ictimaiyyətinə onların bu mənfur əməllərinin puçluğu və əsassızlığı barədə
düzgün məlumatlar verməyi zəruri hesab edirdi.
«Studentlər»
romanında Ağabəy kimi bir Bakı qoçusunun «Difai» (düşməndən qorunma) adlı bir
təşkilatı «Hidayət» cəmiyyəti adı ilə ermənilərin «Daşnaksütyun» partiyasına
qarşı yönəltməsindən danışılır. Əsərin qəhrəmanı Rüstəmbəy Ağabəyin mövqeyini
təhlil edərək belə izahat verir: «Qoçaqlığına qoçaq idi, ancaq tutulan yol düz
deyildi. Əvvəla, Ağabəy ittihadi-islam məfkurəsi daşıyırdı. Nə qədər boş bir
məfkurə! İkinci «Daşnaksütyun»a qarşı «Difai» ilə çıxmaq qanı qanla yumaq demək
idi. Madam ki, avtonomiya üçün etnoqrafi hüdud məsələsi meydana çıxırdı, bunu
bir erməni-türk müşavirəsi çağırıb sülhlə həll etmək olmazdımı?»
Azərbaycan
xalqının milli adət-ənənələri içərisində yadda qalan nümunələrdən biri də
günahkarın hansı bir millətdən olursa-olsun, cavandırsa, cavanlığına, qocadırsa,
qocalığına görə məzəmmət edilib bağışlanmasıdır. «Yusif Əmin» adlı bir erməni
millətçisinin Londondan Qarabağa gəlişindən ruhlanan ermənilər əmrə müntəzir bir
millət kimi müğyan etməyə girişərək birləşmiş, müsəlmanları qırmaq çağırışına
qoşulmuşlar. İbrahim xan Yusif Əmini çağırıb xəbərdarlıq etmiş və onu
cavanlığına görə bağışlamışdır. Unutqanlıq, millətindən asılı olmayaraq
«düşmənin yaramaz hərəkətlərinə görə tənbeh edilib bağışlanması millətimizin
bugünkü reallıqlarına uyğun gəlməyən problemlərdəndir.
Erməni
məliklərinin düşmənçilik salıb qudurğanlıq etdiklərinin səbəbini milliyyətcə
erməni olan qaynı Cümşüddən öyrənən İbrahim xanın hiddətindən söylədiyi fikirlər
xalqı, milləti ayıq salıb daim mübariz olmağa səsləyir. «Qudurğanın boynunu
sındırarlar! Rəhmətlik atam o qudurğanların kəllələrindən Xaçında minarə
tikdirdi, yenə ağıllanmadılar? Biz dedik müdara ilə dolanaq, sənin bacını aldım
ki, aralıqda qohumluq da olsun. Daha üzdə bir, dalda da ayrı cür olmaq demədik.
Adam yorğanına görə ayaq uzadar; cəmi Qarabağ xanlığında altı min evsiniz, bir
dəfə göz eləsəm, toxumunuzu yer üzündən kəsərlər. Amma mən pislik eləmək
istəmirəm. Məsəldir: «Papağın keçi dərisindən, xəbərin yox gerisindən. Adam
gərək gerisini düşünsün». Müasir Qarabağ probleminin kəskinləşməsi və onun həlli
yollarının çox böyük çətinliklərlə üzləşməsində hələ də «papağı keçi dərisindən
olanların», yəni ermənilərlə qohumluq münasibətlərinin təsiri altından çıxa
bilməmişik. Lakin keçmiş səhvləri təkrar etməmək üçün ermənilərin bütün
oyunlarını və kələklərini dərindən başa düşüb ağıllı və müdrik siyasət yeritmiş
həmişəyaşar prezidentimiz Heydər Əliyevin «millətçilik yolu»na bir daha nəzər
salaq. Bütün dünya dövlətlərinin diplomatiyasına məntiqə əsaslanan
informasiyalar verməklə o, ermənilərin rusların gücünə arxalanmaqla zəbt
etdikləri əzəli torpaqlarımızı sülh yolu ilə, xoşluqla tərk etmələri üçün ağıllı
siyasi yollar arayıb axtarmağı zəruri saymış, məsələnin həlli yollarına bir çox
beynəlxalq nüfuzlu dairələrin qoşulub xeyrimizə iş görməsinə şərait yaratmışdır.
Yusif Vəzir harada olursa-olsun, milli təəssübkeşlik hisslərindən uzaq olmamış,
ən çətin, ən ağır anlarında belə, öz sözünü milli qeyrət baxımından elmi
dəlillərlə söyləyə bilmişdir.
|