|
Новая страница 1
Əlikram Tağıyev
Dağlıq Qarabağ ətrafında yaradılmış miflər və onların dağıdılması zərurəti
Dağlıq Qarabağ probleminin həlli uzandıqca onun ətrafında yaranmış miflər də
təkmilləşir və yeniləşir. Bunlar əslində ermənilərin təbliğati nəticəsində daha
da «inkişaf etdirilir» və ictimai şüura yeridilir. Onların məqsədi ondan
ibarətdir ki, Azərbaycan tərəfi problemin həllolunmazlığını və irrasional
olduğunu dərk edib onu həll etmək cəhdlərindən birdəfəlik əl çəksin. Bunlar
təslimçilik aşılayır, problemin həllinin haradasa başqa yerlərdə axtarılması
məqsədini güdür.
Bu
mifləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
1. Problemin
həlli üçün azərbaycanlılarda siyasi mədəniyyətin və tolerantlıq mədəniyyətinin
çatışmazlığı haqqında yalançı miflərin yaradılması.
Şübhə
yoxdur ki, torpaqları əldən getmiş bir millətdən siyasi mədəniyyət və
tolerantlıq tələb etmək qaranlıq otaqda qara pişiyi axtarmaq kimi bir şeydir.
Bunu bizdən də yaxşı bilən ermənilər bu problemin ətrafında da yalançı bir mif
yaradırlar, guya bizdə siyasi tolerantlıq Avropa səviyyəsində deyil və
torpaqlarımızın işğalına baxmayaraq, biz gərək ermənilərə qarşı çox mülayim bir
mövqe tutaq. Bunu mövcud tolerant prinsiplər tələb edir.
2.Problemin
həll olunmazlığı haqqında uydurulmuş miflər.
Problemin
həlli nə erməni, nə də Azərbaycan tərəfinin işi deyil. Bu problem regionda
marağı olan iri ölkələr tərəfindən idarə olunduğu üçün həlli də onların
əlindədir. Burada məqsəd ermənilərin bir növ təmizə çıxarılmasından ibarətdir.
Bu məqsəd üçün gah Rusiya, gah ABŞ, gah da Fransa seçilir. Hərçənd ki, bu
iddialarda müəyyən həqiqət vardır. Amma onlar mütləq deyil. Problemin yaranması
və inkişafı tarixinə, bu tarixi dövrdə dünya siyasətində baş verən
dəyişikliklərə uyğun surətdə manipulyasiya olunan Dağlıq Qarabağ probleminin
kökündə əslində ermənilərin «Böyük Ermənistan» ideyası durur və burada əsas rolu
ermənilər oynayır. Ermənilər işi elə qələmə verirlər ki, guya Azərbaycan öz
vətəndaşları ilə mübarizə aparır. Ermənistan bu münaqişəyə qoşulmur və ona görə
də problemin həllində guya elə bir marağı yoxdur. Əslində iri dövlətlərdəki
lobbilərinin köməkliyi ilə onlar problemi süni surətdə qloballaşdırmış və indi
də iddia etməyə başlamışlar ki, problem qlobal səviyyədə həll olunmalıdır. Amma
yenə riyakarlıq edirlər. Çünki qlobal miqyasda qəbul olunan qərarlara da məhəl
qoymurlar. Ermənistanda problemi birdəfəlik həll etməyə səylər olunmur. Olunanda
isə dərhal ona qarşı qoyulan əks tədbirlər görülür, bu səylər də nəticəsiz qalır
və problemin həlli istiqamətində, demək olar ki, heç nə edilmir.
3.Din
və sivilizasiya müxtəlifliyinə dair miflər.
Guya
problemin kökündə din və sivilizasiya fərqləri dayanır və ona görə də onun həlli
bu fərqlərin mövcud olduğu təqdirdə həmişəyaşar olacaqdır. Samuel Xantinqton və
başqaları tərəfindən irəli sürülən və ermənilərin əlinə bir dəstəvuz verən bu
ideyalara əsasən guya bu kimi qarşıdurmaların məqsədi Avropa sivilizasiyasını
xilas etməkdir. Geri qalmış İslam dini və islam sivilizasiyasının nümayəndəsi
olan azərbaycanlılarla inkişaf etmiş Avropanın və xristanlığın regionda
nümayəndəsi olan ermənilər bir yerdə yaşaya bilməzlər, onlar Qafqazı tərk edib
Araz çayından cənuba çəkilib getməlidirlər. Mövcud bütün dinlər və
sivilizasiyalar Qərb üçün qorxuludur və ona görə də ermənilər Qərb
mədəniyyətinin bir üzvü kimi (!?) onlara qarşı barışmazdır. Özlərinə Qərbin isti
evində rahat yer tutmağa səy göstərən ermənilər lazım olanda özlərini Qərb
mədəniyyətinin nümayəndələri kimi qələmə verməyə çalışırlar. Bununla da onlar
Qərbin dəstəyini almaq və Qarabağda özlərini əbədiləşdirmək fikrindədirlər.
4.Sosial-iqtisadi
və mədəni inkişafın qeyri bərabərliyi haqqında miflər.
Guya
Azərbaycan xalqı istər sosial-iqtisadi, istərsə də mədəni cəhətdən daha yüksək
tələbatlara malik olan ermənilərin bu tələbatlarını ödəmək iqtidarında
olmadığından ermənilər bu sahədəki mövcud dünya standartlarından geri qalır və
onların əsas narazılığı guya buna görədir. Azərbaycan bu tələbatı yerinə yetirə
bilmədiyindən onlar Mütləq Ermənistanla birləşməlidir. Erməni milli hərəkatının
vəzifələri bunu tələb edir. Halbuki Qarabağ iqtisadi əlaqələr baxımından tarixən
həmişə Ermənistandan çox Azərbaycanla bağlı olmuşdur və bu qarşılıqlı əlaqə onun
xalqı üçün daha əlverişlidir. Statistik faktlar göstərir ki, Dağlıq Qarabağ
əhalisinin sosial iqtisadi təminati və yaşayış səviyyəsi həmişə həm
Azərbaycanın, həm də Ermənistanın digər regionlarından yüksəkdə olmuşdur.
Əslində «birləşmə» şüarını biz ortaya atmalıyıq. Zəngəzurun Ermənistana
birləşdirilməsi ucbatından Qədim və ayrılmaz tarixi torpaqlarımız olan Naxçıvan
respublikasından ayrı salınmış, düşmən qarşısında müdafiəsiz
qalmışdır. Tarixi ədalətsizlik aradan qaldırılmalı, Naxçıvanı
Azərbaycandan ayıran zolaq yenidən ona birləşdirilməlidir.
5.Erməni
milli mentalitetinin müstəsnalığı, onun başqa xalqlarla, xüsusən türklərlə bir
araya sığmaz olması haqda olan miflər.
Ermənilər guya ən qədim dövrlərdən indiyədək dəyişilməz xarakterə, milli həyatın
əlahiddəliyinə və müstəsnalığına malik xüsusi bir etnos olduqlarından başqaları
ilə qaynayıb-qarışmağa meylli deyillər və onlarla birlikdə yaşaya bilməzlər.
Amma bu heç də ermənilərə öz qızlarını daim azərbaycanlılara ərə vermələrinə
mane olmamışdı. Bu gün Bakıda yaşayan və milliyyətcə erməni olan 30 minlik qadın
ordusunu ermənilər harada gizlətmək fikrindədir? İkinci bir tərəfdən tarixi
faktlar sübut edir ki, ermənilər həmişə qonşuluqda yaşayan iri xalqlar üçün ara
düzəldən rolunda çıxış etmiş, onların dillərini öyrənmiş, onlarla
qaynayıb-qarışmağa, xüsusən gənc qızlarını bu millətdən olan oğlanlarla
evləndirməyə çalışmışlar.
6.
Müharibə
başlayacağı təqdirdə ermənilərin bütün Azərbaycanı işğal edəcəkləri mifi.
«Nə
müharibə, nə də sülh» vəziyyətinin hələ bundan sonra da uzun müddətə qalması
məqsədini güdür. Həqiqətdə isə indi Azərbaycan hər cəhətcə əvvəlkindən daha
güclüdür, onun nizami ordusu var. İşi ağılla qurmaq əsasında müəyyən hərbi
əməliyyatlar keçirməklə biz itirilmiş torpaqları geri qaytara bilərik.
Ermənilərə elə gəlir ki, azərbaycanlılar «şərti bir millət», Azərbaycan
Respublikası isə «şərti bir respublika» olduğundan onun sərhədlərini istənilən
miqyasda məhdudlaşdırmaq olar. «Şərti» olan Azərbaycan Respublikası öz
sərhədlərini öz doğma torpağı olan Qərbi Azərbaycan hesabına nə üçün də
genişləndirib şərtilikdən canını birdəfəlik qurtarmağa çalışmasın? Bu sonuncu
çox ciddi məsələdir və onun üzərində düşünmək lazımdır. Nə qədər müdafiə olunmaq
olar? Ən yaxşı müdafiə isə tarixin sübut etdiyi kimi, hücumdur. Bu, bütün
inqilabların və müharibələrin əsas prinsipidir və onun tətbiq olunması vaxtı
çatmışdır.
7.Dağlıq
Qarabağ probleminin həll edilməsinə dair əlimizdə
müəyyən bir proqramın olmaması haqqında mifilər.
Bu
miflər heç də əvvəlkilərdən az əhəmiyyət kəsb etmir. Guya respublikada nə
iqtidarın, nə də müxalifət dairələrinin bu sahədə əldə rəhbər tutula biləcək
sanballı bir proqramı heç vaxt olmamışdır. Bu kimi iddiaların yaranmasına səbəb
iqtidarla müxalifətin bu məsələdə bir nöqtəyə vurmamasıdır. Ona görə də çalışmaq
lazımdır ki, onların hər ikisi öz fikirlərini birləşdirsinlər və vahid
platformadan çıxış etsinlər. Biz nə qədər ki, bu birliyə nail olmayacağıq,
problem bir o qədər qəlizləşəcək və həlli müşkülə çevriləcək. Çünki onu ancaq
özümüz həll etməli, xaricdən kiminsə dəstəyinə ümid bəsləməməliyik. «Sapı
özümüzdən olan baltalar» ifşa və tərksilah edilməli, Qarabağ problemindən
yararlanmağa çalışan müxtəlif siyasi qüvvələr isə ümummilli maraqların həyata
keçirilməsi naminə öz səylərini vahid məqsəd üçün birləşdirməlidirlər. Əks halda
problemin həlli yenə də ləngiyə bilər.
Yuxarıda deyilənlər göstərir ki, Dağlıq Qarabağ ətrafında yaranmış miflərin
əksəriyyəti erməni iddialarının xeyrinədir və ona görə də onlara qarşı daim
ardıcıl və arqumentləşdirilmiş mübarizə aparmaq vacibdir.
|