|
Новая страница 1
Elmira Təhməzova
Qarabağ harayı
Qarabağ
problemindən bəhs edərkən öncə itirilmiş ərazilərimizlə birlikdə, itirdiyimiz
məkanların adı bir «haray» səsi ilə səslənir. Hazırda Ermənistanın köhnə
Basarkeçər rayonu Azərbaycan ədəbiyyatının klassiki olan Aşıq Ələsgərin tarixi
vətənidir. Bir vaxt «ayılıb» həqiqəti görənlərə bəlli olacaq ki, bu yerlər necə
oldu ki, indi Vardenis adlanır.
Bu həqiqətlərdən
Qarabağda mövcud olan qədim xristian abidələrinin albanlara mənsub olmasıdır. Bu
barədə tarixçi alimlər – R. Göyüşov, F. Məmmədovanın kitablarında kifayət qədər
nümunələrə rast gəlinir. Həmin ərazidə ermənilərin izni saxlayan maddi və mənəvi
mədəniyyət abidələri yoxdur. Bunları söyləməyə hər birimizin faktlara söykənən
haqqı vardır. Tarixi dəlildir ki, erməni bolşevikləri arasında inqilab pərdəsi
altında daşnakları silahlandırıb, dinc Azərbaycan əhalisinin üstünə göndərəlnlər
var idi. S.Şaumyanın Azərbaycanda dırnaqarası fəaliyyəti bunun aydın sübutudur.
XIX əsrdən
başlayaraq Qarabağa ermənilərin kütləvi axını başlamışdır. Azərbaycan xalqı
digər qonşularla yanaşı erməni xalqına, onun tarixinə, mədəniyyətinə daima
hörmətlə yanaşmışdır. Bunun əksinə olaraq, Ermənistanda yaşayan azərbaycanlılara
əks münasibət olmuşdur. Ümumiyyətlə, ermənilər Azərbaycan tarixini,
mədəniyyətini və arxeoloji abidələrini məhv edib, tamamilə yer üzərindən
silinməsinə cəhd göstərmiş və göstərirlər.
Tarixdən bəllidir
ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələləri
Azərbaycan dövlətinin iki yerə parçalanmasnın əsasını qoydu. 1905-1906 və
1918-ci illərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının
yaddaşındadır. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə
məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış,
Bakının böyük bir hissəsini xarabalığa çevirmişdirlər. Azərbaycanlıların
soyqırımı Bakı, Şamaxı, Quba qəzalırnda, Qarabağda, Lənkəranda və s. yerlərdə
qəddarlıqla həyata keçirilmişdir.
Azərbaycana qarşı
yürüdülən soyqırım XX əsrin 50-ci illərindən sonra yenidən gücləndi. Nəhayət,
1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində, yüz
minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu.
Şuşa, Xocalı,
Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və s. rayonlarımız Ermənistan
silahı qüvvələri tərəfindən işğal olundu.
Ermənilərin
azərbaycanlılara qarşı törətdikləri soyqırım bütün insanlığa qarşı edilmiş
faciədir.
|