|
Новая страница 1
Akif
Nağı
Ermənilərin insanlığa qarşı cinayətləri haqqında
Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları, təcavüzkar hərəkətləri, geniş
miqyasda törədilən terror aktları, 100 minlərlə azərbaycanlının öz yurdlarından
çıxarılaraq zorla deportasiya edilməsi, kütləvi etnik təmizləmə siyasəti – bütün
bunlar beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsi və digər sənədlərinə, ATƏT
və Avropa Şurasının prinsiplərinə ziddir və Ermənistanın beynəlxalq məhkəməyə,
beynəlxalq hərbi tribunala cəlb olunması, ona qarşı sanksiyaların tətbiq
olunması üçün kifayət olduğundan artıqdır. Bu məqalədə isə Ermənistanın Qarabağ
müharibəsinin gedişində dinc əhaliyə, insanlığa qarşı törətdiyi vəhşilikləri,
hərbi cinayətləri konkret faktlarla diqqətə çatdırmağa çalışacağıq.
Əvvəla, onu qeyd edək ki, Ermənistan, onun silahlı qüvvələri əsirlərə, girovlara
dair beynəlxalq konvensiyaları kobud şəkildə pozmuş, kütləvi surətdə dinc
əhalidən girov götürmüş, onlara dəhşətli işgəncələr vermiş, kütləvi surətdə
güllələmiş, əsir və girovlardan Azərbaycan hakimiyyətinə qarşı təzyiq vasitəsi
kimi istifadə etmiş və digər qanun pozuntularına yol vermişdir.
Azərbaycanla Ermənistan arasında rəsmi müharibə elan olunmamışdır. Lakin,
Ermənistan bu gün də minlərlə azərbaycanlını girov və əsirlikdə saxlayır. Təkcə
işğal olunmuş ərazilərdə deyil, Ermənistanın öz ərazisində də çoxlu sayda əsir
və girovun saxlanması haqqında danılmaz faktlar mövcuddur. Ermənistan əsirlər
haqda informasiyanı gizlətdiyinə görə, onların sayı haqqında müxtəlif məlumatlar
verilir. Azərbaycanın rəsmi orqanlarının verdiyi məlumatlara görə erməni
əsirliyində 4969 nəfər azərbaycanlı, o cümlədən, 55 uşaq, 326 qadın, 410 qoca
saxlanılır. Azərbaycan mənbələrinin bildirdiyinə görə, bu günə qədər 1335 nəfər,
o cümlədən 129 uşaq, 312 qadın, 246 ahıl qoca əsirlikdən azad edilmişdir. Erməni
mənbələri, əsasən, 1600 əsirin qaytarılmasını qeyd edir.
Əsirlərə işgəncə verilməsi, onların öldürülməsi beynəlxalq konvensiyalara görə
ən ağır cinayət hesab olunur. Rəsmi məlumatlarda bildirilir ki, əsirlikdə
600-dən artıq azərbaycanlı öldürülmüşdür, onlardan 412 nəfərin adı müəyyən
edilmişdir. Əsirlikdən qayıdan 107 nəfər işgəncələr zamanı aldığı zədələr
nəticəsində vəfat etmişdir.
Ermənilərin törətdikləri vəhşiliklər, cinayətlər rəsmi orqanlar, Ermənistan
mətbuatı tərəfindən, həmiçinin şahid ifadələri ilə təsdiq olunur. Xocalı
soyqırımı zamanı 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların
içərisində 83 uşaq, 106 qadın, 70 qoca olmuşdur. Şuşanın işğalı zamanı Nübar
Zeynalovanın oğlu Niyaz anasının gözləri qarşısında diri-diri yandırılmışdır.
Yenə Şuşada Səriyyə Zeynalova diri-diri yandırılmışdır. Xocalının işğalı zamanı
Sərvinaz Əhmədova oğlu Məhəmmədlə birlikdə öz evində yandırılmışdır. Murad
Osmanov və Şuşa İlyasov bu hadisələri öz gözləri ilə görmüşlər. Yeganə Mədətova
Şuşanın işğal zamanı diri-diri yandırılmışdır.
Tamaşa Nuriyeva Füzuli rayonu işğal olunarkən 20 nəfər dinc sakinlə birlikdə
girov götürülmüşdü. Əsirlikdə məruz qaldığı işgəncələr nəticəsində 70 yaşlı bu
qadın azad ediləndən bir ay sonra vəfat etmişdir. 1933-cü il təvəllüdlü Şərqiyyə
Şirinova Ağdam rayonu işğal edilərkən girov götürülüb. Əsirlikdə rezin, ağac
dəyənəklərlə vəhşicəsinə döyülüb, 8 qızıl dişi kəlbətinlə çıxarılıb.
Əsirlikdən qayıdan Zabil Cəfərovun bildirdiyinə görə, Xankəndi uşaq bağçasında
onun gözləri qarşısında 12-13 yaşında qızlar ermənilər tərəfindən zorlanıb.
Orada 25 qadın girov saxlanılıb, onlardan biri qızının zorlanmasına dözməyib,
özünü öldürüb. 10 yaşlı Xəzəngül Əmirovanın gözləri qarşısında atasını diri-diri
yandırılıb.
1971-ci il təvəllüdlü Səmayə Kərimova qızı Nurlanə ilə birlikdə 1993-cü ilin
iyun ayında Füzuli rayonunda girov götürülmüşdür. O, özünün və 2 yaşlı uşağının
başına gətirilən vəhşiliklərə dözməyərək intihar etmişdir. Onun başqa övladı
ermənilər tərəfindən başına vurulan zərbələrdən kor olmuşdur.
Xocalıda əsir düşmüş Qənahət Hacıyevin şahid ifadəsində göstərilir ki, onların
yanında ermənilər 13 yaşlı qızı zorlayıblar, 15-16 yaşında oğlanın qolunu
kəsiblər, sonra isə bıçaq zərbələri ilə tədricən öldürüblər. Elə oradaca bir
qadının qarnını yarıb, oraya diri pişik salmışlar. Kətik meşəsində əsir düşmüş
Kübra Paşayevanın gözləri qarşısında həyat yoldaşı Şura və oğlu Elşad
güllələmişlər. O həmçinin bildirir ki, ermənilərin işğalı altında olan Əsgəran
şəhərinin milis şöbəsində 30-40 azərbaycanlı əsgərin başını kəsib, şöbənin
qarşısına atmışdılar. Əsirlikdən qayıtmış Arzu Əmrəliyeva bildirir ki, ermənilər
1993-cü il aprelin 18-də, yəni üzdəniraq «genosid günü» ərəfəsində girov
götürdükləri 30 nəfər dinc əhalidən 19 nəfərini qəddarlıqla qətlə yetiriblər.
Ermənilər bu cür cinayətləri daha çox qondarma «genosid günü» ərəfəsində və
yaxud həmin gün edir və bu vəhşi hərəkətlərə orta əsrlərdə də görünməmiş
dəhşətli ritual xarakteri verirlər.
1993-cü ildə Kəlbəcərdə girov götürülmüş Gülcamal Quliyevanın yeni anadan olmuş
oğlu Arzu Hacıyevə erməni «həkimi» Aida Serobyan tərəfindən şübhəli iynə
vurulmuş, nəticədə uşaq əlil olmuş və 2003-cü ildə vəfat etmişdir. 15 yaşlı
Nəzakət Məmmədovanın gözləri qarşısında atasına ağır işgəncələr vermiş,
qulaqlarını kəsmişlər. Ağdam sakini Vladimir Şevelyevin gözləri qarşısında onun
anasını, bacısını, xəstə qardaşını güllələmişlər. Ağdam sakini Əli Abbasova
əsirlikdə işgəncələr verilmiş, bədənində siqaret kötükləri söndürülmüşdür.
Əsirlikdən qayıdandan az sonra vəfat etmişdir. 1992-ci ildə girov götürülmüş
Mail Məmmədovun damarlarına iynə ilə dizel yanacağı vurmuş, sinəsində
qızdırılmış dəmirlə xaç şəkli çəkmişlər. Xocalı sakini Faiq Əliməmmədovu yalnız
Gəncənin adını Kirovabad demədiyinə görə güllələmişlər.
1992-ci il aprelin 7-8-də ermənilər Kəlbəcərin Ağdaban kəndinə basqın etmiş, 170
evi yandırmış, 776 nəfər dinc əhaliyə divan tutmuşlar. Burada 70 nəfər xüsusi
qəddarlıqla qətlə yetirilmişdir. Qətlə yetirilənlərin 6 nəfəri 100 yaşlı qoca, 7
nəfəri qadın, 2 nəfəri uşaq olmuşdur. Qadınlara qarşı daha amansız hərəkət
edərək, onları diri-diri odda yandırmışlar. Ermənilər Dağlıq Qarabağın Qaradağlı
kəndində girov götürdükləri 117 nəfər dinc əhalidən 76 nəfərini, Füzuli
rayonunda girov götürdükləri 40 nəfərdən 29 nəfərini, Gorazilli kəndindən olan
40 girovu, Kəlbəcərin Başlıbel kəndindən 29 nəfəri yerindəcə öldürmüş, meyitlərə
qarşı vəhşilik etmişlər. Burada qeyd olunan faktlar erməni quldurlarının
törətdikləri vəhşiliklərin yalnız cüzi bir hissəsini təşkil edir.
Bu cinayətlər XX əsrin sonu və XXI əsrin əvvəllərində bütün mədəni dünyanın,
beynəlxalq təşkilatların gözü qarşısında baş vermişdi. Bu vəhşilikləri törədən
hərbi canilər bu gün Ermənistana və Ermənistanın işğal olunmuş ərazilərdə
yaratdığı oyuncaq recimə rəhbərlik edir, öz çirkin əməllərini davam etdirirlər.
Azərbaycan xalqı isə hələ də haqq-ədalət məhkəməsini, beynəlxalq təşkilatların,
beynəlxalq məhkəmələrin obyektiv qərarını, canilərin öz cəzalarına çatacağı günü
gözləyir.
|