|
Новая страница 1
Kəmalə Hüseynova
1905-1906-cı
illərdə Qarabağda türk-müsəlman soyqırımı
Bəşər tarixinə
inqilablar əsri kimi daxil olan XX əsrin ilk xalq inqilabı-1905-1907-ci illər
birinci rus burcuademokratik inqilabı əsrin əvvəllərində Rusiyada mövcud olan
sosial-iqtisadi və siyasi böhranın kəskinləşməsi, inqilabi hərəkatın avanqardına
çevrilən fəhlə sinfinin mübarizəsinin yüksəlməsi, kəndli çıxışlarının artması
fonunda əhalisinin 57 faizi asılı xalqlardan ibarət olan çoxmillətli imperiyanın
ucqarlarında milli-azadlıq hərəkatının genişlənməsinə təkan verdi.
İmperiyanın
inkişaf edən sənayesinin xammal bazası və dörd ən iri sənaye mərkəzlərindən biri
olan Bakı fəhlə hərəkatının da mərkəzlərindən birinə çevrildi. Balaxanı,
Sabunçu, Ramana mədənlərində 1904-cü il dekabrın 13-dən başlayan və dekabrın
30-da Rusiya tarixində neft sənayeçiləri ilə fəhlələr arasında ilk kollektiv
müqavilənin imzalanması ilə başa çatan kütləvi tətilin gedişində fəhlələrin
iqtisadi terror metodlarından istifadə etməsi (dekabrın 25-dən 30-dək
Balaxanı-Sabunçu-Ramana mədənlərində 125, bütövlükldə şəhər üzrə 225 buruq
yandırılmışdı) Rusiya çarizmini narahat etməyə bilməzdi
(Д.Гусейнов.
Славная победа бакинского пролетариата. Bakı, 1955, səh. 61, И.Багирова.
Политические партиии организачии Азербайджана в начале ХХ
века. Бакы, 1997, сящ. 66-67).
Odur ki, öz
hökmranlığını qoruyub saxlamağa çalışan Rusiya çarizmi kütlələri inqilabi
hərəkatdan yayındırmaq üçün «istibdadın ən qədim və köhnə üsullarından biri
olan» üsulu işə saldı, «özünə tabe olan millətləri bir növ ilə yağılaşdırıb və
tutuşdurub müxtəlif millətlər arasında ziddiyyət və düşmənçilik salmaq»
metodundan məharətlə istifadə etdi.
Siyasi
cəhətdən təşkilatlanmağa başlayan erməni millətçilərinin X1X əsrin ikinci
yarısında Osmanlı dövləti ərazisində törətdikləri separatçı fəaliyyətlərinin
məğlubiyyətə uğraması, burunları ovulan ermənilərin öz əməllərinin ağırlıq
mərkəzini Azərbaycana keçirdikləri çarizmə yaxşı bəlli olduğu halda, velikorus
siyasətinin davamı kimi, Türkiyədə «döyüş təcrübəsi» əldə edən erməni-daşnak
bandalarının əliyalın, dinc azəri türklərinə qarşı müharibəsinə rəvac verirdi.
Hələ inqilab
ərəfəsində öz strukturlarını gücləndirən və təpədən dırnağa kimi silahlanan
daşnaklar öz çirkin məqsədlərini həyata keçirməyə - müsəlmanları yaşadıqları
ərazilərdən çıxarıb erməni dövləti yaratmaq uğrunda fəaliyyətə başladılar. İlk
hücumlar ermənilərin sıx yaşadıqları ərazilərdə - Yelizavetpol, İrəvan
quberniyalarında, Qarsda, Şuşada, Naxçıvanda başladı ki, burada ermənilərin
müvəffəqiyyət qazanma şansı yüksək idi. Təpədən dırnağa qədər sılahlanmış
«zinvor» dəstələrinin üzvləri çar hökumət orqanlarının tam laqeydliyini görərək,
erməni yaşayış məntəqələrinə gəlib onları «türklərlə» müharibəyə səfərbər etməyə
başladılar. Yel kimi çapan daşnak hissələri müdafiəsiz «türk kəndləri üzərinə
qar kimi yağdılar, dağıdıb talan etdilər. Döyüş taktikaları isə çox sadə idi:
gözlənilmədən müdafiəsiz dinc sakinlərə hücüm edib onları qırmaq, evləri talan
edib yandırdıqdan sonra qisasla üzləşməmək üçün dərhal gözdən itmək.
(Б.Наджафов. Личо
врага . История армянского начионализма в Закавказье в конче Х1Х-начале ХХ вв.
Бакы, 1993, с. 174-175).
Erməni
millətçilərinin «Böyük Ermənistan» yaratmaq planlarında Şuşanın işğalı həmişə ən
vacib məsələlərdən biri olub. Qarabağın baş şəhəri və sosial-iqtisadi, mədəni
mərəkəzlərindən biri olan Şuşa həm də çox əlverişli coğrafi, strateji əhəmiyyətə
malik idi. Hətta, «Daşnaksutyun»un planlarında Şuşa və Gəncə şəhərlərini
birləşdirəcək şosse yolunun inşası üçün «Komitə» 60 min pul ayrmışdı. Həmin
şosse yolu Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərazisindən keçməli
idi.
(B.Nəcəfov. göstərilən əsəri, s.182).
1905-ci ilin
fevralın 6-da Bakıda başlayan erməni-müsəlman davası «… hər iki millətin zatına
qondarılmış bomba kimi partladı ki, … bütün Qafqaza atəş buradan açıldı.
(M.S.Ordubadi.
Qanlı illər. Bakı, 1991, səh.13.).
1905-ci ilin may-iyun aylarında erməni-müsəlman qırğını İrəvan, Naxçıvan, Şuşa,
Cəbrayıl və Qaryagini əhatə etdi. 1905-ci ilin yayında Bakıda, Gəncədə, Şuşada
və Zaqafqaziyanın digər yerlərində erməni-müsəlman qırğınına hökumət tərəfindən
rəvac verildi.
Şuşa
ermənilərinin tədricən silahlanması və müharibəyə hazırlaşmasına etinasız
münasibət bəsləyən şəhər əhalisi - «ermənidən nə pəhləvan?», «erməni qorxaq
millətdir» - fikri ilə öz adi həyatlarının yaşadıqları bir vaxtda 1905-ci il
avqustun 8-ə keçən gecə ermənilər bir İran azərbaycanlısını öldürüb müsəlman
karvanlarının qarət etdilər, avqustun 16-da isə qaçmağa cəhd edən bir erməni
kazaklar tərəfindən öldürüldü. Baş verənlərdə azərbaycanlıları günahlandıran
ermənilər ixtişaşlar törətməyə başladılar. Diş həkimi Maşoryansın erməniləri
türklərə qarşı müharibəyə çağırışı ilə şəhərin azərbaycanlılar yaşayan
məhəllələrinə hücum başlandı. Avqustun 17-də şəhərin Xəlfəli və Köçərli
məhəllərinə hücum edən təpədən dırnağa qədər silahlanmış ermənilər
azərbaycanlıların güclü əks hücumu altında geri oturduldular. Avqustun 19-da
azərbaycanlılar Xandəmirov teatrını və bir çox erməni evlərini yandırdılar.
Sentyabrın 10-na qədər şəhərdə atəş kəsilmədi. Qafqaz canişini
Vorontsov-Daşkovun şəhərə gəlişi ilə atəş dayandırıldı. Sentyabrın 14-dən sülh
elan olunsa da, avqustun 21-də realnı məktəbində təmir işləri görən 17 nəfər
iranlı fəhlə ermənilər tərəfindən qəddarcasına qətlə yetirildi. Lakin
müsəlmanlar səbr nümayiş etdirib sülhü pozmadılar. 1905-ci ilin avqust
hadisələrində Şuşa şəhərində 100-ə qədər azərbaycanlı öldürüldü, 20-dək ev
yandırıldı.
(M.S.Ordubadi. Qanlı illər. Bakı,1991, s.58).
Bir il sonra isə çar məmurlarının xeyir-duası ilə ikinci Şuşa faciəsi baş
verdi. Naxçıvan və İrəvanda qanlı qırğınlar törədən ermənilər 1906-cı ilin
yayında Qarabağ istiqamətində öz mənfur fəaliyyətlərini genişləndirməyə
başladılar. İyun ayında Cəbrayıl - Qaryagin qəzalarında istədiklərinə nail
olmayan ermənilərin xüsusi cənfəşanlığı və Qarabağ bəylərinin maymaqlığı
nəticəsində yenidən öz vəzifəsinə qaytarılan Qoloşapov Duma qlavası erməni Kiki
Kələntərovun fitvası ilə Şuşanın azərbaycanlı əhalisinin növbəti soyqırımına
rəvac verdi. Qısa müddət ərzində şəhərə ətraf kəndlərdən 7000 min silahlı erməni
toplamağa nail olan daşnaklara generalın himayəsində olan 850 nəfər rus əsgəri
də istənilən vaxt kömək etməyə hazır idi. Kiki Kələntərovdan xəyanətkar
fəaliyyətinə görə 10 min manat rüşfət alan Qoloşapov iyulun 12-də Şuşanın
müsəlman əhalisinə qarşı erməni qımdatların geniş hərbi əməliyyata başlamasına
icazə verdi. «…Rus ordusunun 5, ermənilərin 6 topu səngərlərdən peydər-pey
atırdı… cəmi bir topu olan şuşalılar onu təkərə mindirərək səngərləri dolandırır
və erməniləri çaşdırırdılar. Şuşalı ustanın tökdüyü bu bürünc topun bir
gurultusu vardı… qorxusu erməniləri dəhşətə salırdı»
(M.Nəvvab. 1906-cı
ilin iyul ayında Şuşada baş vermiş erməni müsəlman davası. «Vətən səsi» qəzeti,
28 avqust 1991-ci il, s.4-5).
Ətraf kəndlərdən köməyə gələn dəstələrlə birlikdə əks hücuma keçən
azərbaycanlılar erməni məhəlləsində evlərə od vurub yandırmağa, erməni
səngərlərini ələ keçirməyə başladılar. 5 gün davam edən döyüşdə 18
azərbaycanlı, 700-ə qədər erməni öldürüldü. Kazak və ruslardan ölənlərin sayı 31
nəfər idi.
(M.Nəvvab. Göstərilən əsəri. «Vətən səsi» qəzeti, 5 sentyabr
1991-ci il, s.2.)
İyulun 18-də ermənilərlə azərbaycanlılar arasında barış elan olunsa da, öz
xəyanətinin dərəcəsini yaxşı bilən Qoloşapov şəhərdə çox ehtiyatla dolanırdı.
Müsəlmanların dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra Qoloşapov
Tiflisə göndərildi və burada «Difai» partiyasının fəalları tərəfindən qətlə
yetirildi.
Bu hadisələr
Qarabağda baş verən erməni talanlarını nə əvvəlincisidir, nə də sonuncusu.
Maraqlı məqam isə odur ki, üstündən bir əsrədək vaxt keçməsinə baxmayaraq,
ermənilərin taktika və strategiyaları dəyişməyib. M.S.Ordubadinin hadisələrin
qaynar izi ilə 245 müxbir məktubu əsasında ürək ağrısı ilə qələmə aldığı «Qanlı
illər» kitabında 1905-1906-cı illərdə ermənilərin Azərbaycanda törətdikləri
türk-müsəlman soyqırımının səbəblərinin çoxu bu gün də oz aktuallığını
saxlamaqdadır.
|