|
Новая страница 1
Ağayar Şükürov
Etnik münaqişələrin həlli haqqında bəzi mülahizələr
Etnik münaqişələrin yaranması səbəbləri müxtəlif, tarixi isə uzundur desək,
yanılmarıq. Lakin XX əsrin II yarısından başlayaraq etnik münaqişələrin
edildiyindən, dünyanın bir sıra bölgələrində yaranan münaqişə ocaqlarının
söndürülməsi istiqamətində müəyyən təşkilatlar yaranmışdır. Bir sıra ölkələrdə
on illərdir ki, müəyyən orqanlar bu sahədə işlər görürlər. Bəzi ölkələrdə hələ
keçən əsrin 2-ci yarısından bir sıra təşkilatlar etnik münaqişələrin
öyrənilməsi və təhlili ilə məşğul olmağa başlamışdılar. Keçmiş SSRİ məkanında
90-cı illərdən başlayaraq etnik münaqişələrə, həm dövlət səviyyəsində (siyasi
baxımdan), həm elmi tədqiqat institutlarında (elmi baxımdan), həm də ayrı-ayrı
görkəmli, tanınmış şəxsiyyətlərin simasında xüsusi şəxsi münasibətlər baxımından
öyrənilməyə meyl güclənmişdi. Müəyyən təcrübə toplandıqdan sonra münaqişəni
öyrənən analitik mərkəzlər, tədqiqat qrupları formalaşmışdı. Lakin Kommunist
Partiyasının təkhakimiyyətliliyi dövründə, müxalifətin səsini çıxarması olduqca
çətin idi. Lakin tək-tək millətçi təşkilatların üzvləri müxləlif xarici
radiostansiyalarında öz sözlərini deməyə cəsarət tapırdılar. Tədricən keçmiş
milli münasibətləri, beynəlmiləlçiliyi öyrənən 121 alim birdən-birə münaqişə
problemləri üzrə mütəxəssislərə çevrildilər. Bu problem ətrafında polemikada
kimlər çıxış etmirdilər? İdeologiya üzrə katiblərdən tutmuş tarix müəllimlərinə,
komsomol işçisindən tutmuş, dövlət orqanlarında çalışan yüksək rütbəli məmurlar,
hamısı birdən-birə dönüb vətənpərvər və millətçi oldular. Nəticədə gələcəkdə
qurulacaq milli hökümətlərin etnik-siyasi qurumların rəhbər tərkibi formalaşmağa
başladı. Ucdantutma bütün xalq milli mənafeyin müdafiəçisinə çevrildi. Bu zaman
bütün qüvvələrin ziddiyyətlərin həllindən çox, onun kəskinləşməsində maraqlı
idilər. Etnik münaqişələr sayəsində bir sıra təşkilatlar, xüsusilə SSRİ-nin
dağılmasında mühüm rol oynayan təşkilatlar yarandı. Lakin elə bu dövrdən
başlayaraq müəyyən təşkilatlar səviyyəsində müxtəlif miqyaslı və müxtəlif
dərəcəli intensivdə münaqişələrin nizamlanmasının strategiyasının işlənib
hazırlanmasına meyl də formalaşmışdı. Adətən, makrosəviyyədə etnik münaqişələrin
həlli strategiyasının üç əsas növü xüsusi seçilirdi: 1) hüquqi mexanizmlərin
tətbiqi; 2) danışıqlar; 3) informasiya yolu; Təəssüf hissi ilə qeyd edə bilərik
ki, irimiqyaslı, dərin kök salmış münaqişələrin kəskinləşməsi mərhələsində
yuxarıda qeyd etdiyimiz strategiya növlərinin heç biri nəticə vermir. Adətən, bu
cür münaqişələrə münasibətdə sosial-siyasi və yaxud hərbi metodlara məhkəmə-cəza
xarakterli üsulların tətbiqinə geniş yer verilir.
Ümumiyyətlə, qeyd etdiyimiz birinci strategiyaya gəldikdə bunun reallaşdırılması
çətin nail olunan bir işdir; burada çoxetnoslu dövlətlərdə bütün
qanunvericiliyin dəyişilməsi tələb olunur. Hər bir cəmiyyətdə qruplar, daha
doğrusu, etnoslar arasında imtiyazlar düzgün bölüşdürülmürsə (məsələn, İsraildə
yəhudilər və ərəblər arasında, Latviyada latışlar və ruslar arasında), o zaman
sosial strukturda harmoniya yaratmaqdan ötəri etnoslar arasındakı münasibətlərdə
mütləq dəyişikliklər yaratmaq lazımdır. Danışıqlar aparılması məsələsi də
zəruridir. Lakin burada psixoloji məqamlar üstünlük təşkil edir. Lakin bu zaman
avtoritetlər, tanınmış alim və ictimai-siyasi xadimlərin iştirakı vacibdir.
Lakin bunun özü də çox vaxt uğurlu nəticə ilə başa çatmır.
Münaqişələrin həllinin informasiya yoluna gəldikdə burada obyektivlik daha böyük
rol oynayır.
Problemin tədqiqatçılarının fikrincə, informasiyaların verilməsində obyektivlik
işin həllində yardımçı rolunu oynaya bilər. Bunu biz Dağlıq Qarabağ problemi
yarandığı ilk gündən müşahidə etmişik. O, vaxtın mərkəzi orqanlar (xüsusilə
qəzetləri), eləcə də televiziya kanalları özünün ermənipərəst mövqeyi ilə
azərbaycanlıların psixologiyasına xüsusi təsir göstərirdi. Adamların gücsüzlüyü,
əks arqumenti vətəndaşlara, dünyaya göstərə bilməmələri çox mürəkkəb bir
vəziyyətin formalaşmasına gətirib çıxarırdı. Moskvada erməni lobbisi güclü
olduğundan mərkəzi orqanlarda rəhbər vəzifələrdə çalışan ermənilərin çoxluğu
məsələnin onların xeyirinə həllinə kömək etmişdir. Bu proses SSRİ dağıldıqdan
sonra da davam etmişdir. Nəticədə rusların köməyi ilə ermənilər «Xocalı
faciəsini» yaratmış, Azərbaycanın 7 rayonunu işğal etmişlər. Dünya birliyinin,
Avropanın bu problemə «ikili standart» mövqeyindən yanaşması, müsəlman
dünyasının birliyinin zəif, ölkələrin həm siyasi, iqtisadi, həm də hərbi
baxımdan zəifliyi də problemin həllinin uzanmasına imkan vermişdir. Bu da öz
növbəsində 100 minlərlə ev-eşiyindən, yurdundan didərgin düşən insanlarımızın
onsuz da ağır olan vəziyyətini bir az da ağırlaşdırmışdır. ATƏT və s.
beynəlxalq təşkilatların nümayəndələrinin birinin gedib digərinin gəlməsi
problemin həllinə çalışmağın yalnız görüntüsünü yaratmaqla məşğuldur.
Əslində problemi yalnız əlahəzrət Azərbaycan xalqı özü həll etməlidir. Tarixə
müraciət etsək, indiyə qədərə bu cür problemlərin sülh yolu ilə həlli
imkanlarının olduqca az olduğu məlum olar. İkinci bir tərəfdən Dağlıq Qarabağ
problemi «etnik münaqişə» adı altında yaransa da bu əslində ermənilərin
Azərbaycana qarşı ərazi iddiası məqsədindən doğmuşdur. Ermənilərin qonşu
dövlətlərin, demək olar ki, əksəriyyətinə (Türkiyəyə, Gürcüstana və
Azərbaycana) bu cür ərazi iddiaları zaman-zaman olmuşdur və indi də davam
etməkdədir. Günahsız, məzlum erməni obrazının yaradılmasına çox vaxt sərf edən
erməni ideoloqları daha heç kimi həmin fikirlərin doğruluğuna inandıra
bilmirlər. Buna bizim informasiya cəbhəsindəki uğurlarımız da az kömək etmir.
Müharibənin başlanacağı günün o qədər də uzaqda olmayacağını dəqiq bilən
ermənilər vaxt qazanmağa, silahlanmağa, müdafiə qabiliyyətini qüvvətləndirməyə
çalışırlar. Azərbaycan tərəfi də eyni istiqamətdə iş görmək əvəzinə, hələ də
sülh yolunun başa çatmadığını, bu şəraitdə imkanların tükənmədiyini qeyd etməklə
xalqın vətənpərvərlik ruhuna zərbə vururlar. Halbuki «hər şey cəbhə üçün, hər
şey qələbə üçün», şüarının gündəmə çıxmasının vaxtı çoxdan çatmışdır.
Azərbaycanın hərbi, iqtisadi potensialı buna imkan verir. Sadəcə olaraq, dövlət
səviyyəsindən bu məsələnin təşkilinə başlamaq lazımdır. İndi hamıya məlum olan
bir həqiqət vardır. Etnik münaqşişələrin siyasi, o cümlədən psixoloji metodlarla
tam şəkildə həll edilməsi utopiyadır. Bu barədə həm Freydin, həm də K. Lorensin
fikirləri bizə imkan verir ki, öz mülahizələrimizin düzgün olduğunu sübut edək.
Freydin fikrincə, insanın aqressiyasının (təcavüzünün) istiqamətini elə dəyişmək
lazımdır ki, o öz ifadəsini müharibədə tapmasın. Buna identifikasıya yolu ilə
insanlar arasında (müxtəlif etnoslara mənsub olanlar nəzərdə tutulur) emosianal
əlaqələrin yaranması mühüm rol oynaya bilər. Freyd bunu hisslərin vəhdətinə nail
olmaq kimi başa düşürdü. Bütün bu deyilənləri erməni-Azərbaycan münasibətlərinə
aid etmək qeyri-mümkündür. Erməni mentaletiti mazaxizm səviyyəsindən yuxarı
qalxa bilməz. Əsrlər boyu qonşuluq və qohumluq edən bu xalq ona çörək verən isti
bucaq, yaşamaq, dolanmaq imkanı verən xalqdan torpaq tələb edir. Yaşadıqları,
ona verilən başqasının torpağının «özəlləşdirmək» - «özününküləşdirmək» istəyir.
Bu zaman onların arasında «hisslər birliyindən» danışmaq nə qədər ağıla
batandır. Özünün «Aqressiya» (təcavüz) əsərində Nobel mükafatı laureatı,
Avstriya alimi K. Lorens bəşəriyyətin 8 günahından danışır. Onların içərisində
6-cı dəhşətli günah xüsusi qeyd edilməlidir. Onun fikrincə, bu günah ənənə ilə
əlaqənin kəsilməsi ilə bağlıdır. Ənənə keçmişdə mövcud olan insanların
təcrübəsi ilə müəyyənləşdirilən mədəniyyət normalarıdır. Mühafizəkarlıq deyə
həmin təcrübədən imtina edilməsi bu gün üçün yararlı hesab olunmur, elə buna
görə də insanların ənənələrlə əlaqəsi kəsilir. Təsadüfi deyildir ki, gənclik
böyüklərə özgə yarıetnik qrup kimi baxırlar. K. Lorensin sözləri ilə desək,
onlara qarşı «milli nifrət» hissi bəsləyirlər. Bu tendensiya valideynlərlə
övladlar arasında kontaktın zəifləməsi daha doğrusu, kifayət qədər olmaması
səbəbinə güclənir. Həmin meylin nəticəsi bu gün daha ağrılı hiss olunmaqdadır.
Bu problem etnik münaqişələrin həll olunmasına da təsir göstərmişdir. Ənənə ilə
əlaqənin kəsilməsi yaddaşsızlığa, erməni xislətinin dəyişməz olduğunu unutmağa
bərabərdir. Bu da öz növbəsində aqressor erməniyə qarşı mübarizə hissini
kütləşdirir. Ermənilərin XX əsrin əvvəllərində Azərbaycan xalqının başına
gətirdiyi fəlakətləri, 1988-ci ildən başlayan «Dağlıq Qarabağ» problemi və onun
yaratdığı faciələr, bir milyon qaçqın və köçkün, Ermənistandan öz tarixi
ata-baba torpaqlarından 100 minlərlə azərbaycanlının çıxarılmasını unutmaq
lazımdırmı? Lazım deyildir! Ona görə də, ənənəyə sadiq qalaraq, düşməni öz
yerində oturtmaq vaxtı gəlib çatmışdır.
Bir məsələni qeyd etmək lazımdır. Etnik münaqişələrin inkişafına kömək
münaqişəyə girən tərəflərdən başqa, digər maraqlı tərəflər də vardır. Hər şeydən
əvvəl, etnik münaqişələrin inkişafı səbəblərini və digər vəziyyəti qeyd etmək
lazımdır. Birincisi, bu münaqişələr o qədər genişlənir ki, onun məkanını
müəyyənləşdirmək zəruridir. Onun harada (burada sadəcə ərazi deyil, bu ərazinin
necə olması, düzənlik, dağlıq, meşəlik bataqlıq və s.) nə cür baş verməsi nəzərə
alınmalıdır. Çünki zorakılıq üçün hansı ərazinin seçilməsi təsadüfi deyildir.
İkincisi, hansı yaşayış məskənlərinin əhalisi bu münaqişəyə cəlb olunmuşdur.
Yəni böyük və kiçik şəhərin, qəsəbənin əhalisinin etnik münaqişəyə cəlb
edilməsinin öyrənilməsi vacibdir. Üçüncüsü, münaqişənin inkişafının vaxtı və
intensivliyinin dəqiqləşdirilməsi zəruridir. Münaqişənin ömrü uzanırsa, onun
həlli də dəfələrlə çətinləşir. Münaqişəyə cəlb edilən subyekt tiplərinin ora
cəlb edilməsini müəyyənləşdirmək olduqca vacibdir. Postsovet məkanında baş verən
milli-etnik münaqişələr (Gürcüstan, Pribaltika, Azərbaycan, Moldova və s.) lokal
münaqişələr kimi başlayıb qlobal münaqişələrə çevrilmişdir.
Münaqişələrin həlli təcrübəsi göstərir ki, onların əksəriyyətində qan tökülməsi
zəruri faktor olmuşdur. Mənim fikrimcə (bunu təkzibedilməz faktlar da sübut edə
bilər), ən ağrılı, ən çox qan tökülən, milyonlarla insanı evsiz-eşiksiz qoyan
münaqişələr içərisində erməni-Azərbaycan-türk münaqişəsi xüsusi yer tutur.
Burada faciənin miqyası olduqca böyükdür. Münaqişənin açıq müharibəyə çevrilməsi
nəticəsində Azərbaycan torpağının 20 faizi işğal edilmiş, 1 milyondan çox
Azərbaycan əhalisi doğma torpaqlarından didərgin düşmüş, erməni faşistləri zəbt
etdikləri Azərbaycan ərazisində olmayan vəhşiliklər etmişlər. Ərazidə radioaktiv
tullantıların basdırılması oradan narkotik maddələrin tranziti yolu kimi
istifadə edilməsi bəşəriyyətə qarşı cinayətdir. Terroristlərin işğal edilmiş
ərazilərdən baza kimi istifadə etməsi də xüsusi qeyd edilməlidir. İşğal edilmiş
ərazidə onlarca şəhər və qəsəbə, yüzlərlə kəndlərimiz, sənaye, kənd təsərrüfatı
obyektləri, təhsil və mədəniyyət müəssisələri ilə birlikdə yerlə-yeksan
edilmişdir. Ermənilərin işğalı nəticəsində 1 milyon hektardan çox kənd
təsərrüfatına yararlı torpaqlar, 260 min hektar nadir meşələr, 12 min hektardan
çox həyətyanı bağlar, təsərrüfat dövriyyəsindən çıxarılmışdır. 200-dən çox
faydalı qazıntı vəhşicəsinə istismar edilərək Ermənistana daşınmaqdadır. 2
dövlət qoruğu, 4 dövlət yasaqlığı dağıdılmışdır. Heyvanlar aləmi demək olar ki,
ləğv edilmişdir. Təcavüzkarların vəhşiliyi o dərəcəyə çatmışdır ki, hətta
tezliklə bu torpaqların birdəfəlik Ermənistana birləşdiriləcəyi haqqında
məsuliyyətsiz bəyanatlar verməyə başlamışlar.
Bir sözlə, son illər danışığı heç bir nəticə verməmişdir. Azərbaycanın sülh yolu
ilə nəyəsə nail olacağı qətiyyən ağla batan deyildir. Ona görə də elə bu gündən
sözün həqiqi mənasında Ermənistanla müharibəyə hazırlaşmaq lazımdır. Etnik
münaqişələrdən həqiqi yolu (konkret olaraq erməni-Azərbaycan münaqişəsinin)
ancaq müharibədən keçir. Bu gün bunu bütün Azərbaycan xalqı başa düşməlidir.
Sabah gec olacaqdır.
|