|
Новая страница 1
Mehdi
Şərifov
Ermənistan tərəfindən Qafqazda
ətraf
mühitin qəsdən çirkləndirilməsi
Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq insan fəaliyyətinin kəmiyyət və
keyfiyyət göstəricilərinin artması ətraf mühitə antropoloji təsirin çoxalması
ilə nəticələnmişdir. Nəticədə ətraf mühitin qorunması bəşəriyyətin qlobal
probleminə çevrilmiş və özünün həlli üçün beynəlxalq səviyyədə əməkdaşlığın
həyata keçirilməsi zəruriliyini doğurmuşdur. Qeyd etmək lazımdır ki, ekoloji
problemin həlli yollarının araşdırılmasında dönüş anı hesab olunan Rio-de-Janeyro
konfransının yekunları məhz bu səciyyədə olmuşdur.
Cənubi Qafqaz bölgəsində ətraf mühitin qorunması regiona daxil olan dövlətlərin
əməkdaşlıq etməsini tələb edir. Qafqazda mövcud ekoloji sistemlərin bir-biriləri
ilə sıx əlaqədə olması, həmin sistemin sabitliyini təmin edilməsini gündəlikdə
olan ən mühüm məsələyə çevirir. Lakin bölgədə yaranmış milli-etnik qarşıdurmalar
Qafqaz dövlətləri arasında əməkdaşlığın genişlənməsini ləngitmiş və regionun
ekoloji durumuna mənfi təsir göstərmişdir. Qafqazda dövlətlərarası əməkdaşlığın
inkişafına maneçilik törədən əsas amillərdən biri bu məsələyə erməni etnosunun
«özünəməxsus» yanaşmasıdır. Belə ki, müasir dövrümüzdə ermənilər Cənubi Qafqazda
vahid bir siyasi sistemin yaradılmasına dəfələrlə etiraz etmişlər. Bütün Qafqaza
iddia edən ermənilər bu ərazidə digər millətlərin yaşamasını müvəqqəti bir amil
kimi qiymətləndirir və bununla əlaqədar olaraq azərbaycanlıların, gürcülərin,
acarların və digər millətlərin nümayəndələrinin Qafqazdan köçürülməsi iddiası
ilə yaşayırlar. Ermənilərin bu yanaşma metodu XX əsrin sonunda Azərbaycanın
təcavüzə məruz qalması və Gürcüstanın Samtsxeti-Cavaxetiya bölgəsində
separtçılığın güclənməsində öz əksini tapmışdır. Ermənilərin «özünəməxsusluğu»
Qafqazın ətraf mühitinin qorunması probleminə təsir göstərməyə bilməzdir.
Elmi-texniki tərəqqidən sonra Ermənistanda ekoloji durum kəskin sürətdə
geriləməyə başlamışdır. Belə ki, artıq 80-ci illərin sonlarında Ermənistanda
ekoloji gərginlik böhrana çevrilməsi təhlükəsi ilə üzləşmişdir. Ermənistanın
kimya, metallurgiya və energetika sənayesi obyektlərinin istismarı nəticəsində
ətraf mühit kəskin şəkildə çirklənməyə başlanmışdır.
Kənd
təsərrüfatının düzgün təşkil edilməməsi ölkənin torpaq sahələrinin erroziyaya
uğramasına səbəb olmuşdur. Nəticədə keçən əsrin sonunda Ermənistanda erroziya
prosesləri kütləvi xarakter almışdır. Dağ-mədən və tikinti materialları
sənayesinin fəaliyyəti nəticəsində ölkənin 4,3 min hektar ərazisi yararsız
vəziyyətə salınmışdır. Bununla yanaşı, ölkənin kənd təsərrüfatında yeraltı
suların üzə çıxarılması üçün istifadə edilən bulaqlar vasitəsilə torpaq
suvarmasının kütləvi xarakter alması yeraltı suların balansının kəskin
xarakterdə dəyişmiş və torpaqların bataqlaşması ilə nəticələnmişdir.
Sovet imperiyasının dağılması Ermənistanda ekoloji durumun nisbi olaraq
yaxşılaşması ilə sona yetmişdir. Böhran nəticəsində Ermənistanda sənaye
obyektlərinin əksəriyyətinin dayanması ətraf mühitə antropoloji təsirin həcmini
azaltmışdır. Qeyd etmək lazımdır ki, sabitləşmə müvəqqəti xarakter daşımış və
ölkə iqtisadiyyatının böhrana düçar olması ilə nəticələnmişdir.
Hal-hazırda Ermənistan rəhbərliyi ölkənin istehsal sahələrini genişləndirmək
üçün müəyyən tədbirlər həyata keçirir və ölkəyə kütləvi şəkildə xarici
investisiyaların cəlb edilməsi istiqamətində addımlar atır. İstehsal
göstəricilərinin aşağı düşməsinə baxmayaraq, Ermənistanın ətraf mühitin
qorunması sahəsində əsaslı dəyişikliklər müşahidə olunmamışdır.
Maraqlıdır ki, ölkənin mənzil-təsərrüfat xidmətlərinin fəaliyyəti ekoloji
baxımdan bərbad səviyyədə təşkil edilmişdir. Nəticədə, 90-cı illərin
ortalarından başlayaraq Ermənistanda ekoloji çirklənmənin 80%-i
mənzil-təsərrüfat xidmətlərinin fəaliyyəti ilə əlaqədardır. Sonuncu göstərici
ermənilərin əslində ətraf mühitə yanaşmasının nə dərəcədə mənfi olması ilə
bağlıdır.
Xüsusi vurğulamaq lazmdır ki, ermənilərin ətraf mühitin qorunmasına biganə
yanaşması təsadüfi hadisə deyildir. Ermənilər hazırkı Ermənistan Respublikasının
ərazilərini öz tarixi vətəni kimi dünya ictimaiyyətinə tanıtmağa cəhd
göstərirlər. Həmin ərazilərin isə ermənilərin yurdu olmadığı mühüm mədəni
amillərlə səciyyələnir. Belə ki, ermənilərin Ermənistan Respublikasının hazırkı
sərhədlərində torpaqları arasında tarixi-mədəni əlaqələr zəifdir. Sonuncu amil
ətraf mühitin qorunmasında ermənilərin biganə qalması ilə özünü büruzə verir.
Belə ki, həmin torpaqlar tarixi vətən olmadığı səbəbindən ermənilər öz daxilində
məsuliyyət hissi keçirmirlər.
Bu
baxımdan, Göyçə gölü (Sevan gölü) ətrafında yaranmış qalmaqal xüsusi maraq
doğurur. Faktiki olaraq Göyçə gölündə ekoloji fəlakət müşahidə edilir. Belə ki,
XX əsrin ortalarının göstəriciləri ilə müqayisə etdikdə 90-cı illərin
əvvəllərində Göyçə gölünün dərinliyi 18,5 metr, ərazisi 12% azalmışdır. Göyçə
gölünün su ehtiyatları 40% enmiş və gölün ekosistemi böhran vəziyyətə düşmüşdür.
Bu dəyişikliklər Göyçə gölü ekosisteminin məhv olması təhlükəsini özündə
cəmləşdirir. Buna baxmayaraq, 1991-ci ildə yerli alimlərin qəti etirazını nəzərə
almayaraq, Ermənistan rəhbərliyi Göyçə gölündə elektrostansiyasının tam işə
salınması qərarını qəbul edilməsindən çəkinməmişdir.
Qeyd
olunmalıdır ki, Ermənistanın ekoloji problemlərə biganə yanaşması dövlətin
daxili səviyyəsi ilə məhdudlaşmır. Ermənilər nəinki öz dövlətinin daxilində
ətraf mühiti təmin etməyə can atmırlar, hətta öz addımları ilə Cənubi Qafqazın
diqər ölkələrinin ətraf mühitinə təhlükə yaradırlar.
Ermənistanın seysmik zonada yerləşməsi və ərazinin dağlıq landşaftının təşkil
etməsi mühüm əhəmiyyət kəsb edir. Ötən əsrin 70-ci illərinin sonlarında
Ermənistanda Metsamor nüvə elektrik stansiyasi işə salınmışdır. Elektrik
stansiyasının inşası ilə Ermənistanın elektrik tələbatları tam təmin edilmişdir.
Lakin elektrik stansiyasının quruluşunda mövcud nöqsanlar və Ermənistanın
seysmik regionda yerləşməsi ilə əlaqədar ölkənin «yaşılları» obyektin
fəaliyyətinin 1989-cu ildə dayandırılmasına nail olmuşdular. Xüsusi qeyd
olunmalıdır ki, Metsamor nüvə elektrik stansiyasının quruluşu yerləşdiyi zonanın
seysmik təhlükəsizlik göstəricilərinə uyğun gəlmir. Lakin 1994-cü ildə ölkə
rəhbərliyi nüvə elektrik stansiyasının bərpa edilməsi üzrə bir sıra qərarlar
qəbul etmişdir. Ermənistan Respublikası rəhbərliyinin səyləri nəticəsində
1995-ci ilin oktyabr ayında Metsamor nüvə elektrik stansiyası yenidən işə
salınmışdır. Beləliklə, Ermənistan bölgənin digər dövlətlərinin əhalisinin
təhlükəsizliyini sual altına qoyaraq şəxsi maddi maraqlarını önə çəkmişlər.
Bununla yanaşı, Metsamor nüvə elektrik stansiyasının yenidən işə salınması ilə
əlaqədar olaraq nüvə tullantılarının basdırılması problemi yaranmışdır. Rəsmi
olaraq xususi tullantıların basdırılması üçün konteynerin inşa edilməsi
istiqamətində tədbirlərin görülməsi bəyan edilmişdir. Lakin, nüvə
tullantılarının basdırılmasını Azərbaycanın zəbt eilmiş ərazilərində həyata
keçirilməsini istisna etmək olmaz. Müxtəlif dövlətlərin kütləvi informasiya
vasitələrində artıq bu mövzu üzrə ayrı-ayrı dövrlərdə dəfələrlə məlumat
verilmişdir. Beləliklə, Ermənistan rəhbərliyi şüurlu şəkildə beynəlxalq ekoloji
qanun pozuntularına yol verir.
Ermənistanın qonşularının ekoloji tələbləri ilə hesablaşmaması Metsamor nüvə
elektrik stansiyasının yenidən işə salınması ilə məhdudlaşmır. Bu baxımdan
Ermənistanın su resurslarının çirkləndirilməsi istiqamətində əldə etdiyi
«nailiyyətləri» xüsusi maraq doğurur. Erməni tərəfi su resurslarının
təmizlənməsinə dair lazımı tədbirlərin görülməsindən boyun qaçırır. Çirklənmiş
suların əksər hissəsi Araz və Kürə axıdılır. Nəticədə, son illər ərzində Araz və
Kürün suları qəsddən, şüurlu şəkildə çirkləndirilmişdir. Statistik nəticələrin
təhlili bu addımın Ermənistan rəhbərliyinin göstərişləri ilə yerinə yetirilməsi
barədə ehtimal irəli sürməyə əsas verir. Sadalananları ümumiləşdirərək belə
nəticə çıxarırıq ki, Azərbaycana axan su arteriyalarının çirkləndirməklə
ermənilər «ekoloji müharibə» aparır. Əslində, Ermənistan rəhbərliyinin bu
istiqamətdə addımları tədricən keçirilən ekoloji soyqırım kimi
qiymətləndirilməlidir. Təəssüf ki, hazırda günahkar olan şəxslərin müvafiq
məsuliyyətə cəlb edilməsi məsələsi ictimaiyyətdə aktuallaşmamışdır. Buna
baxmayaraq, müvafiq ictimai rəyin və hüquqi əsasların yaradılması istiqamətində
tədbirlərin görülməsinə artıq zərurət yaranmışdır. Təqdim edilmiş tezislər
nəzərdən keçirilmiş problemin geniş ictimaiyyətə çatdırılması məqsədini güdür.
Fikrimizcə, bu istiqamətdə səylərin artırılması məqsədəuyğundur. Beynəlxalq, o
cümlədən regional səviyyədə Ermənistanın müvafiq dairələrini ekoloji məsuliyyətə
(hüquqi, mənəvi və sair) cəlb edilməsi məsələsinin gündəmə gətirilməsi anı
yetişmişdir.
|