|
Новая страница 1
Məryəm Oruclu
Qarabağda etnik dəyişikliklərə dair faktlar rus mənbəyində
Dağlıq Qarabağ probleminin tarixi kökləri, bu regionun müxtəlif dövrlərdə etnik
tərkibi ilə əlaqədar bir-birinə zidd olan müxtəlif versiyalar irəli sürülür.
Hətta bəzi erməni tarixçiləri tərəfindən tarixi həqiqətlər ağlasığmaz dərəcədə
saxtalaşdırılır və Qarabağı Ermənistanın tarixi vilayətlərindən biri kimi qələmə
verməkdən ibarət olan illuziya xarakterli versiyalar irəli sürülür. Bəs əsl
həqiqət nədən ibarətdir? Əslində ermənilərin torpaqlarımıza sonradan gəlmələri
haqqında həqiqətlər həm tarixi mənbələrdə, elmi araşdırmalarda, həm də arxeoloji
materiallarda kifayət qədər öz əksini tapır. Bunları öz əsərlərində təsdiqləyən
rus müəllifləri də az deyildir.
İndi böyük mübahisələr və münaqişələr obyekti olan Qarabağ bir Azərbaycan
xanlığı olaraq 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiya
imperiyası qoşunlarının baş komandanı general Sisianov arasında bağlanan
Kürəkçay müqaviləsi ilə Rusiyanın tərkibinə qatıldı. Kürəkçay müqaviləsinin
ikinci maddəsində Qarabağ xanının və onun varislərinin ölkəsinin bütövlüyünün
saxlanmasına imperator zəmanəti verilirdi (Акты,
собранные Кавказской Археографической Коммиссией,
т.
II,
под ред.
А.Берже.
Тифлис,
1868, sənəd 1436,
с.
702-705).
Lakin bir müddət sonra 1822-ci ildə çar hökuməti müqavilənin bu bəndini pozaraq,
Qarabağ xanlığını bir siyasi amil olmaqla ləğv edib onu imperiyanın sıravi
əyalətinə çevirdi. Buna baxmayaraq, İbrahim xanın və varislərinin «ölkəsinin
bütövlüyünün saxlanılmasına imperator zəmanəti» vermiş olan çar hökuməti Qarabağ
xanlığı ərazisini dövlət idarəçiliyi baxımından və sırf müsəlman əyaləti olaraq
qalan Azərbaycan əyalətindən ayırmamışdı. Hətta ermənipərəst mövqe tutan çar
hökuməti belə, Qarabağın müsəlman əyaləti olmasından ibarət olan danılmaz faktla
hesablaşmalı olmuşdu. Çünki 1805-ci ildə Qarabağ xanlığı Rusiyaya birləşdirilən
zaman onun əhalisinin yalnız 1/5 hissəsini ermənilər təşkil edirdi.
Çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin mərkəzində XIX
əsrin əvvəllərində Türkiyə və İran ərazisindən ermənilərin Qafqaza, xüsusilə də
Qərbi Azərbaycana və Qarabağa köçürülməsi dururdu.
Məhz 1804-1813 və 1826-1828-ci illərdə Rusiya-İran müharibələri zamanı və ondan
sonra İrandan və Cənubi Azərbaycandan ermənilərin kütləvi şəkildə köçürülməsi və
onların Cənubi Qafqazda, o cümlədən Qarabağda yerləşdirilməsi nəticəsində burada
ermənilərin sayı ildən-ilə artmağa başladı. 1826-1828-ci illərdə Rusiya-İran
müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza,
o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürülmüşdür
(МИЭБГК,
т.
VII,
ч.I.,
с.393).
Yuxarıda qeyd edilən müharibələr başa çatdıqdan sonra Rusiya ilə İran arasında
bağlanan Türkmənçay çülh müqaviləsinin şərtlərinə görə, ermənilərin İran
ərazisindən maneəsiz köçürülməsinə icazə verilirdi. Bu akt əslində ermənilərə
İrandan Cənubi Qafqaza, o cümlədən Qarabağa kütləvi şəkildə köçmək üçün geniş
imkanlar verdi. Ermənilərin Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi
məsələsində çar hökumətinin əsas məqsədi və bu köçürülmənin Qafqazda demoqrafik
vəziyyətə təsiri ilə əlaqədar N.N.Şavrov yazırdı: «Biz müstəmləkəçilik
siyasətinə Zaqafqaziyada rus əhalisinin deyil, bizə yad olan xalqların
yerləşdirilməsindən başladıq… 1828-ci ildən 1830-cü ilə kimi biz Zaqafqaziyaya
İrandan 40 mindən çox, Türkiyədən 84 mindən çox erməni köçürmüş və onları erməni
əhalisinin azlıq təşkil etdiyi Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı
xəzinə torpaqlarında yerləşdirmişik. Yerləşmək üçün onlara 200 min desyatindən
çox xəzinə torpağı ayırmış və onlar üçün müsəlmanlardan 2 mln. manatlıqdan çox
xüsusi sahibkar torpağı satın alınmışdır. Yelizavetpol quberniyasının dağlıq
hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə (Sevan) gölünün
sahili həmin ermənilər tərəfindən məskunlaşdırıldı… Qeyri-rəsmi köçənlərlə
birlikdə köçüb gələnlərin ümumi sayı 200 mini ötüb keçdi». Bu köçürmələr
nəticəsində XX yüzilliyin başlanğıcında Zaqafqaziyada yaşayan 1,3 milyon
erməninin bir milyonundan çoxu «diyarın köklü sakinləri» olmayıb bizim
tərəfimizdən məskunlaşdırılmışdı
(Шавров
Н.Н.Новая
угроза русскому делу в Закавказье.
СПб.,
1911,
с.
59-61).
Bununla əlaqədar olaraq rus tarixçi alimi V.A.Veliçko yazırdı: «Paskeviç İrana
polkovnik Lazarevin yanına Zaqafqaziyaya keçən təxminən 40 min ermənini dəvət
etmək üçün göndərilmişdi. Eçmiədzin patriarxı da bu əməliyyatda iştirak
etmişdir. Belə ki, o, İrandan erməni keşişlərinin köçürülməsinə göstəriş
vermişdi. Adrianopol müqaviləsinə əsasən, 100 mindən çox erməni Türkiyədən
köçürüldü. Karapet adlı bir Ərzrum arxiyepiskopu 70 minə yaxın erməni
gətirmişdi. Bundan sonra müsəlman ölkələrindən Rusiyaya ermənilərin köçürülməsi
tədricən fasiləsiz xarakter aldı və axırıncı illər hətta kütləvi şəkil aldı» (Глинка
С.Описание
переселения армян Азербайджанских в пределы России.
Баку,
«Елм».
1990,
с.
81).
Digər rus alimi S.Qlinka ermənilərin köçürülməsi ilə əlaqədar yazırdı: «1828-ci
il martın 9-da axırıncı rus ordusu Təbrizi tərk etdi… Müxtəlif kəndlərdən olan
ermənilər Türkmənçay müqaviləsinə əsasən, Qarabağa doğru hərəkət etməyə
başladılar… Ermənilərin köçürülməsi üçün knyaz Arqutinski Dolqorukini Təbrizdə
saxlayan Lazerev bir neçə məmurun müşayəti ilə onu Marağada səbirsizliklə
gözləyən ermənilərin yanına getdi (В.Л.Величко.
Кавказ.
Русское дело и междуплеменные
вопросы.
Баку,
«Елм»,
1990).
Eyni zamanda ermənilərin köçürülməsi ideyasının müəllifi A.S.Qriboyedov bu
barədə yazırdı: «Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib
duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq və
(sonuncuların) düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları
sakitləşdirmək məsələsini biz… dəfələrlə götür-qoy etmişik (Грибоедов
А.С.Записка
о переселении
армян из Персии в наши области,
т.2.
Москва,
1971).
Beləliklə, Türkmənçay müqaviləsinə görə, İrandan və Türkiyədən İrəvan xanlığı
ərazisinə, Qarabağa və Azərbaycanın başqa əyalətlərinə erməni əhalisinin
köçürülməsi nəticəsində demoqrafik vəziyyət güclü dəyişikliyə uğramışdı. İrəvan
xanlığının yerində yaranan «Erməni vilaytəində Azərbaycan türklərinin xüsusi
çəkisi 1828-ci ildə 73.8% idisə, 1834-1835-ci illərdə 46,2%-ə enmişdi (Gürcüstan
MDTA, f. 2. siy.1, iş 3859,
s.314,
v. 20).
1832-ci il kameral sayımına görə, Qarabağ əyalətində 32.4 min (64.8%)
azərbaycanlı və 17.4 min (34.8%) erməni qeydə alınmışdır. Beləliklə erməni
əhalisi 1823-cü ildəki 8.4%-ə nisbətən qısa vaxtda dörd dəfədən çox artmışdı.
Sonrakı sayımlara görə Şuşa qəzasında 80-ci illərin sonlarında azərbaycanlıların
xüsusi çəkisi 41.5%-ə enmiş, ermənilərin xüsusi çəkisi isə 58.2%-ə qalxmışdı.
1897-ci il Ümumrusiya sayımına görə isə həmin göstəricilər uyğun surətdə 53% və
45% olmuşdur (Кавказский
календарь Российской империи
1897,
ЛXIII
–
Елизаветская
губерния.
СПб.,
1904. ,
с.3).
XIX əsrin 80-ci illərinin axırlarında əsasən indiki Dağlıq Qarabağ ərazisinin
daxil olduğu Şuşa qəzasında bu əraziyə yuxarıda göstərilən kütləvi köçürülmələr
nəticəsində ermənilərin sayı artıq bütün əhalinin 58%-ni təşkil edirdi (Кавказский
календарь на
1896, V
отд,
с.48-61).
Hətta sonradan davam etdirilən kütləvi köçürülmələrdən sonra belə ermənilər
Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ərazisində əhalinin yalnız 79%-ni təşkil
edirdi (События
вокруг НКАО в кривом зеркале фальсификаторов
(сборник
материалов),
Бакы,
1989,
с.
6-7).
Qarabağda göstərilən səbəblər üzündən tədricən baş verən demoqrafik
dəyişikliklərə baxmayaraq, 1840-cı ilə qədər keçmiş xanlığın ərazisi rəsmən
«Qarabağ əyaləti» adlandırılır, müsəlman əyaləti kimi qəbul edilərək, qalan
Azərbaycan torpaqları ilə birlikdə «Zaqafqaziya müsəlman dövlətləri» hərbi
dairəsinin rəisi tərəfindən idarə olunurdu. Bu rəisin iqamətgahı da Qarabağda,
Şuşa şəhərində yerləşirdi. Buna görə də Rusiya imperatorluğunun 4 başlıca
nazirliyi: hərbi, xarici işlər, daxili işlər və maliyyə nazirlikləri tərəfindən
çap edilmiş dördcildlik «Обазреннийе
Российских владений за Кавказом»
kitabında da Qarabağ müsəlman əyalətləri bölməsində verilmişdir. Çünki Qarabağ
xanlığı bir erməni əyaləti kimi deyil, məhz Azərbaycan dövləti olan xanlıq kimi
Rusiya tərkibinə qatılmışdı.
1840-cı ildə keçirilən islahatdan sonra indiki Dağlıq Qarabağ ərazisinin daxil
olduğu «Qarabağ əyaləti» ərazisində «Şuşa qəzası» yaradıldı. Lakin bu inzibati
ərazi də nə Gürcüstan-İmereti quberniyasına, nə də bir qədər sonra yaradılmış
İrəvan quberniyasına deyil, Şimali Azərbaycan torpaqlarını birləşdirən «Kaspi»
vilayətinə daxil idi. 1868-ci ildən isə Şuşa qəzası Yelizavetpol (Gəncə)
quberniyasına verilmişdi. Bu quberniya da Bakı quberniyası ilə yanaşı, yenə də
Şimali Azərbaycan torpaqlarını özündə birləşdirirdi. 1917-ci ildə Şuşa qəzası
müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol
quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində
Gəncə quberniyasına daxil edilmişdir
(Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989 s. 276).
Beləliklə, göründüyü kimi, çarizmin müstəmləkəçilik siyasətinə rəğmən həyata
keçirilən erməni köçürülmələri və digər amillər belə, Qarabağın Azərbaycan
torpağı olması faktını danılmaz etmişdir. Lakin buna baxmayaraq Azərbaycan
torpaqlarına köçürülmüş ermənilər daima köçürüldükləri torpaqlara sahib durmağa
çalışmış və müxtəlif dövrlərdə Azərbaycan xalqı üçün ciddi problemlər
yaratmışlar. Öz iyrənc məqsədlərinə çatmaq üçün ermənilər minlərlə günahsız
insanların qanını tökmüş, şəhər və kəndləri viran qoymuşlar.
|