|
Новая страница 1
Mübariz Əhmədoğlu
«Qafqazda Demokratiya Sabitlik və İnkişaf»la bağlı
Mübariz Əhmədoğlunun məruzəsinin tezisləri
Qafqaz mürəkkəb siyasi orqanizmdir. Coğrafi anlamda Avropa Qafqazına Azərbaycan
Ermənistan Gürcüstanla yanaşı, Rusiya Federasiyasının və Türkiyənin bir hissəsi
aiddir. Qafqaz Asiya və Avropanın yollarının kəsişdiyi məkanda yerləşir. Burada
150-ə yaxın etnosun 4 əsas dinin nümayəndələri yaşayır.
Ümumilikdə, Qafqazda gedən proseslərdə tərəqqi əldə etməyin yolu Cənubi Qafqaz
dövlətlərinin promodel kimi qəbul edilməsindən başlanır. Qafqazın qalan
xalqlarının bu üç dövlətdən ən azı ikisi ilə sıx əlaqəsi mövcuddur.
Müxtəlif maraqların rastlaşmasının müsbət təsirini artırmaq mənfi təsirini
azaltmaq və Qafqazda ümumilikdə bu maraqlara reaksiya almaq üçün bu üç dövlətin
nümunə seçilməsi zəruridir. Rusiya və Türkiyə Qafqazda gedən proseslərdə həm
maraqlı tərəf, həm də Qafqaz dövləti kimi iştirak edə bilər. Qalan 3 dövlətin
buna imkanı yoxdur və onlar proseslərdə yalnız bir statusla iştirak edə
bilərlər.
Konseptual baxışların əsasında Cənubi Qafqazın bu 3 dövlətini (Azərbaycan
Ermənistan Gürcüstan) promodel kimi qəbul etməyə
burada əldə olunan müvəffəqiyyətlərin Qafqazın digər hissələrinə yayılmasını
təşkil etmək durur. Bunun üçün:
I.Regional
təhlükəsizlik konsepsiyasının işlənib hazırlanmasına və qəbul edilməsinə nail
olmaq. Həmin konsepsiya özündə hamı tərəfindən qəbul edilmiş aşağıdakı
prinsipləri birləşdirməlidir:
1) region
dövlətlərinin ərazi toxunulmazlığı;
2) dövlətlərin
suverenliyi;
3) bir-birinin daxili işlərinə qarışmamaq;
4) qonşu dövlətin daxili işinə müdaxilə üçün üçüncü dövlətin vasitəçisinə
çevrilməmək;
5) bir-birinə qarşılıqlı faydalı olmaq.
Regional təhlükəsizlik və əməkdaşlıqla bağlı müxtəlif modellər müzakirə edilə
bilər: a) 3+2 (3-Azərbaycan Ermənistan Gürcüstan 2- Rusiya və Türkiyə); b) 3+3
(3-məlumdur 3-Rusiya Türkiyə ABŞ) C) 3+3 (3 məlumdur 3-Rusiya ABŞ Avropa
Birliyi). ATƏT-i də əlavə etməklə daha müxtəlif kombinasiyalar əldə etmək
mümkündür. Avropa Birliyi ATƏT həm də imzalanmış Regional Təhlükəsizlik
Konsepsiyasının təminatçısı qarantı rolunu da oynaya bilərlər.
II. Cənubi Qafqazda, o cümlədən, ümumilikdə Qafqazda demilitarizasiya
proseslərinin başlanmasına nail olmaq. Bütövlükdə Qafqaz «silahsız zona» elan
edilməlidir. Qafqazda toplanan silahın istifadəsiz qalma ehtimalı çox azdır.
Burada kənar dövlətlərin silahları hərbi bazaları olmamalıdır. Hərbisiz Qafqazın
xalqlarının bir-biri ilə dil tapması daha asandır.
III.
Mövcud olan münaqişələrin həllində beynəlxalq qurumların (BMT ATƏT AB AŞ və s.)
vahid standartlara söykənən mövqeyi olmalıdır. Beynəlxalq hüquq normaları rəhbər
tutulmalıdır. Bunun üçün ATƏT-in İstanbul sammitində (dekabr 1999) qəbul edilmiş
«Avropa Təhlükəsizlik Xartiyası» daha geniş imkanlar açır. ATƏT münaqişələrin
tənziməlnməsində effektivliyini artırmaq üçün zəruri hallarda, münaqişənin dinc
tənzimlənməsi uzandığı halda «konsensus-1» (konsensus minus bir) və ya
«konsensus-2» (konsensus minus 2) prinsiplərindən istifadə edə bilər. Bu, hər
hansı bir və ya iki dövlətin dünya birliyinə qarşı durmaq cəhdlərinin qarşısını
ala bilər tərəfləri dinc tənzimlənmə proseslərinə daha məsuliyyətli yanaşmağa
vadar edər.
IV.
Qafqazı Qərblə birləşdirən alternativ kommunikasiya vasitələrinə nail olmaq.
Qafqazdan Qərbə açılan yeganə yol Gürcüstan ərazisindən keçir. Gürcüstanın
problemlərinin ona təzyiqlərin çoxluğu da məhz bununla bağlıdır. Bakı-Mehri
(Ermənistan)- Naxçıvan -Türkiyə yolunun fəaliyyətə başlaması bütövlükdə regionu
(Gürcüstan yolu da nəzərə alınmaqla) iki xətt vasitəsilə qalan dünya ilə
birləşdirər Gürcüstana təzyiqlərin böyük bir qismini əhəmiyyətsiz edər. Mərkəzi
və Orta Asiya ilə əlaqəni də daha inamlı edə bilər. Alternativ yolun açılmasına
əsas maneə Ermənistandır. Ermənistan regionun Qərbə inteqrasiyasında maraqlı
deyil; Azərbaycan torpaqlarını işğal altında, Naxçıvanı blokadada saxlamaqda
maraqlıdır.
V.
Qafqazda münaqişələrə münasibət iki prinsipə söykənməlidir:
1) Yeni dövlətlərin yaranması Qafqazda təhlükəsizlik üçün ciddi təhlükədir.
2) Preventiv tədbirlər üstünlük təşkil etməlidir.
Əks təqdirdə Qafqazda «dövlətlərin» sayı qısa müddətdə 10-nu ötüb keçə bilər.
Cənubi Qafqazın 3+… modeli ilə fəaliyyətinə bu regionun 3 dövlətindən
(Azərbaycan Ermənistan Gürcüstan) heç birisi prinsipial olaraq etiraz etmir.
VI. Qafqazın
demokratik inkişafı üçün konsensual demokratiya modelini tətbiq etmək
məqsədəuyğundur. Cənubi Qafqazdan başlanan bu modelin Qafqazın digər
regionlarına yayılma perspektivləri ciddi surətdə nəzərə alınmalıdır. Bu iş
uzunmüddətli hazırlıq tələb edir. Bu model dini etniki mənsubiyyətin kəskin
fərqləndiyi regionlarda özünü doğruldur.
Konsensual
demokratiya 2 əsas prinsipə söykənir:
1) Demokratik
idarəetmə və oyun qaydalarının razılaşdırılması;
2) Bu
oyun qaydalarına nəzarət mexanizmlərinin işlənib hazırlanması.
Ayrı-ayrı
cəmiyyətlərin demokratik inkişafında siyasi partiyalararası münasibətlərə və
onların özlərinin inkişafına daha çox üstünlük verilməlidir. Demokratik
inkişafın məsuliyyəti partiyaların üzərinə qoyulmalıdır.
VII. Cənubi
Qafqaz dövlətlərinin iqtisadi inteqrasiyasına nail olmaq üçün 2 istiqamətdə
fəaliyyət göstərmək məqsədəuyğundur:
1) İqtisadi
inteqrasiya üçün siyasi mühitin formalaşdırılması. Bu, əsasən, siyasi maneələrin
aradan qaldırılmasından ibarətdir.
2) Ölkədaxili
iqtisadi inkişafda olan disbalans aradan qaldırılmalıdır. Regionda elə dövlət
var ki, onun ümumölkə iqtisadi proseslərində indiki zamanda feodal elementlərə
rast gəlmək mümkündür. Bu feodal elementlər region dövlətlərinin iqtisadi
inteqrpasiyasına maneçilik etməklə yanaşı onların qlobal iqtisadiyyata
inteqrasiyası prosesinə də maneçilik edir.
VIII.
Fəaliyyətdə olan xalq diplomatiyasının imkanlarını sistemləşdirmək və ona yeni
dinamizm vermək məqsədəuyğundur. Xalq diplomatiyasının həqiqi mahiyyəti
açıqlanmalıdır. Region xalqlarının nümayəndələri həm region daxilində həm də
regiondan kənarda bir-biri ilə daim təmasdadırlar. Bu təmaslar MDB-nin iri
şəhərlərində daha sıxdır. Oradakı münasibətlər siyasiləşməmişdir. «Rəsmiləşmiş
xalq diplomatiyası» siyasiləşmiş cəmiyyətlərin yaxınlaşması istiqamətində məhdud
resurslara malikdir. Bu sahələrdə də ciddi islahata ehtiyac var.
IX. Cənubi
Qafqaz dövlətlərinin potensiallarının bir-birinə indiki qloballaşma dövründə
faydalılığını diqqətlə tədqiq etmək tədqiqat materialları əsasında dövlətləri və
cəmiyyətləri buna inandırmaq.
X. Demokratiya
və vətəndaş quruculuğu sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlar fondlar
da Cənubi Qafqaz dövlətlərində fəaliyyətlərini vahid standartlar əsasında
qurmalıdırlar. Hər üç dövlətin cəmiyyətləri mentalitet baxımından bir-birindən
çox da uzaqda deyillər.
XI. Qafqazın
hərtərəfli tədqiqi prosesindəki boşluğu aradan qaldırmaq. Bu işə yerli
mütəxəssisləri cəlb etmək. Mərkəzi qərargahı Avropa dövlətlərinin birində olmaq
şərtilə regionda minimum 4 şöbəsi və ya filialı olan Qafqazşünaslıq mərkəzi
yaratmaq. Qafqazın ümumi parametrləri ilə yanaşı yerli adət-ənənələrin onların
siyasi-ictimai mahiyyətinin öyrənilməsi bunların ümumi sivil inkişafa qoşulması
yollarını aramaq çox faydalı ola bilər.
|