|
Новая страница 1
Saleh Bəy Qarabağlı
Erməni nə istəyir?
Mən də hamı kimi, elə bilirdim ki, «erməni işi» - «erməni məsləsi» adlanan,
Daşnaksutyun–«Erməni inqlabı federasiyası partiyas»-nın rəhbərliyi altında
aparılan bu beynəlxalq miqyaslı mübarizənin məqsədi Qarabağı tutmaq, nəhayətdə
«Böyük Ermənistan» yaratmaqdır.
1990-cı ildə bütün işlərimi kənara qoyub yalnız bir məsələ ilə, Qarabağın,
Azərbaycanın taleyi problemi ilə məşğul olmağa başladım. Anladım ki, bizim
taleyimiz təklikdə götürülə bilməz, dünyanın taleyi qlobal vəhdətdə öyrənilməli,
ümumi çarə tapılmalıdır. Mənim dünyamın episentri, aydındır ki, Qafqaz,
hadisələrin düyünü isə istər-istəməz, Ermənistan-Azərbaycan münasibətləri oldu.
Bu yolda tək və müstəqil apardığım 7 illik tədqiqat nəticəsində mənə aydın oldu
ki, «erməni məsələsi» unikaldır. Bütün müharibələrdə məqsəd torpaq tutmaq
olubsa, erməni müharibələrində məqsəd torpaq deyil. Bəs nədir? Bu sualın
cavabını mən 1998-ci ildə çap etdirdiyim "Dünyanın taleyi" (azərbaycanca)
kitabımda verdim.
Erməni qaraqışğırığının, ümumaləm mübarizəsinin, beynəlxalq erməni terrorizminin
məqsədi torpaq deyil, ixtilafdır.
Məndən sonra bu cavabı deyən ikinci şəxs şuşalı ziyalı Zahid Abbasov oldu.
"Lider" telekanalında bu il mayın 5-də o, elə beləcə də dedi: "Ermənilərə torpaq
yox, ixtilaf lazımdır". Z.Abbasov Avstriyadan yenicə qayıtmışdı və orada Qafqaz
dövlətləinə həsr edilmiş seminar barədə öz təəssüratlarını danışırdı. Sözgəlişi,
Avstriyada «erməni məsələsi»nə (terrorizminə) münasibət birmənalıdır - demək
olar. Orada, uydurma «erməni soyqırımı»na bəraət qazandırmağa çalışan yəhudi
mənşəli Frans Verfelin əksinə olaraq, Avstriya mənşəli Erix Tayql erməni
terrorizminin iç üzünü açmış, bir neçə kitab yazmış, filmlər çəkmişdir.
Professor Erix Tayql ilk dəfə Azərbaycana mənim şəxsi dəvətimlə 1995-ci ildə
gəldi. Sonra onun erməni terrorizmi barədə «Terror haqqında həqiqət» kitabı
Bakıda çap edildi.
İxtilaf ermənilər üçün iş yeridir, maaş verən kassa, güzəran mənbəyidir.
Tarixdə müharibə aparmaqla pul qazananlar olub, ayrı-ayrı adamlar, qruplar.
Ermənilərdə isə bu əməl ümummillidir - tarixdə yeganə.
Onminlərlə erməni, əsasən kişilər, millətin ən fəal nümayəndələri heç bir
ictimai - faydalı iş görmür - əkmir, biçmir, dəzgah arxasında tər tökmür. Bunlar
peşəkar inqilabçılardır: kimisi yazır (qəddar millətçi əsərlər), kimisi onları
nəşr edir, kimisi yayır. Digərləri düşərgələrdə terrorçular hazırlayır, onları
silahlandırır, «aksiyalar» icra etmək üçün dünyanın müxtəlif ölkələrinə
çatdırır. Bir başqaları, ən cavanları isə bilavasiə terror aksiyalarını icra
edirlər və i.a.
«Yazıçı»- terrorçu olan Zori Balayan özü yazır: «Bütün dünya erməni
diasporası... bir vahid ittifaqda birləşmiş xeyriyyə (terrorçu) cəmiyyətlərinin
şəbəkəsi ilə örtülmüşdür.
Yalnız Amerikanın qərb sahilində 35 filial var
(«Doroqa», Moskva, Sovetskiy pisatel, 1988, s.100).
Bütün bu «inqlabçı» - terrorçuların «işi» ixtilaflar, yəni iş yerləri
yaratmaqdır, ixtilafları (!) saxlamaq, daha da qızışdırmaq, genişləndirmək,
kəskinləşdirməkdir. İxtilafları dayandırmaq haradasa sülhə getmək isə, aydındır
ki, onlar üçün yolverilməzdir!
Bəs
bu iş yerlərinin maliyyə təminatı haradan gəlir, yüzmilyonlarla dollarlar,
«pound»lar, franklar, liralar, rubllar bütün dünyadakı erməni ünvanlarına kimin
cibləri hesabından köçürülür? Varlı dövlətlərin və bir az da erməni
diasporasının hesablarından. Bəs bu necə baş verir? Ermənilər öz misilsiz
təbliğatları sayəsində demək olar ki, bütün dünya dövlətlərini eləyiblər
özlərinə «dost», türkə yabançı.
Daşnakların - erməni təbliğatçılarının mübarizəsinin məqsədini bəzi ermənilər
hələ keçən əsrin əvvəllərində başa düşmüşdülər. Rus publisisti Kanadeyev öz
kitabında gənc erməni dostunun dediklərini yazmışdır:
«Təbliağtçıların özləri... əla başa düşürlər ki, onların məramnaməsi baş tutan
şey deyil və öz işlərinə inanmırlar, fəqət bu istiqamətdə iş aparırlar, ona
görə ki, belə fəaliyyət onlara çörəkpulu gətirir. Onlar London Erməni
Komitəsindən müavinət alırlar, lakin bundan da artıq hədə-qorxu köməyi ilə
sadəlöhv tacirlərin ciblərindən pul çəkirlər, erməni hərəkatı üçün xərc adı
altında
(И.Канадеев,
Очерки закавказской
жизни.
-
Баку:
АС,
1990, 128с
(печ.
по
изд.
1902
г.).
Amerika alimi, etnoloq professor Dc.Makkarti də yazır: «Erməni terrorçuları
unikaldırlar... Erməni terrorizminin real siyasi məqsədi yoxdur»
(«Армянский
геночид».
Миф
и реалносты.
Справочник...
Баку:
Азгосиздполиграф,
1992,
с.199-208).
«Real siyasi məqsəd yoxdur». Bəs bu boyda ümumaləm vanövsəsi,
«soyqırım», Qarabağ, Cavaxetiya, Naxçıvan... qaraqışqırığı nə üçündür?
İxtilaflar yaratmaq, «iş yerləri» açmaq, maaş almaq üçün! Real «çörəkpulu» üçün!
Daşnaksutyunun yalançı göz yaşları ilə və qurbanların həqiqi qanı ilə yoğurduğu
«erməni hərəkatı»nın tarixi - erməni məqsədinin əyani və aydın sübutudur. Gəlin
yadımıza salaq. Erməni «müsibəti»nin ideoloq-«qəhrəmanları»
bağırırdılar:«Qarabağ!!! Qarabağ!!! Qarabağ!!! – Azadaqan!»
Elədilər. Rus tanklarının köməyi ilə nəinki Dağlıq, hətta Aran Qarabağı da
«azad» elədilər. Nəticə? Bu savaşdan əvvəl DQ-da 180 min adam yaşayırdı - 120
min erməni, 60 min azərbaycanlı. İndi orada 57 min adam qalıb, erməni. «Azad»
DQ-dan erməni əhalisi köçüb gedib. Ermənistana yox! Rusiyaya, ABŞ-a,
Fransaya... 63 min erməni - ermənilərin yarıdan çoxu. Qalanlarının dolları
yoxdur, yoxsa onlar da gedərdi. Dollar nə üçün? Polisə vermək üçün ki, xəlvəti
buraxsın. Hansı polisə?
Burada daha bir qəribə erməni əhvalatı baş verir. DQ-da «antiemiqrasiya polisi»
yaradılıb, bu polisin bölmələri avtomatlarla, pulemyotlarla (!) DQ sərhədlərində
əyləşib «azad» vətənin «sevimli» əhalisini «qoruyurlar».
Kimdən və nə sayaq? Yerli Qarabağ əhalisindən, - pulemyotların lüləsini xarici
düşmənə yox, daxili həmvətənlərə tərəf yönəltməklə! Misli olmayan əndişə. DQ
ərazisini «azad» ediblər, əhalisini isə dustaq. Qarabağ ermənilərinə bu türmə –
«azadlıq» lazım idimi? Hələ bu nədir ki, Ermənistandan, rus tanklarının üstündə,
sərhədləri basıb Azərbaycana soxulan erməni qəsbkarları buraya 1828-ci ildən
sonra İran və Türkiyədən köçmüş, məskunlaşmış və yerli əhalidən yaxşı güzəran
əldə etmiş 500 minə qədər erməninin də köçüb getməsinin baisi olublar. Bu
köçkünlər indi dünyaya səpələnib, oralarda güzəran axtarır, Azərbaycandakı
gözəl günləri üçün göz yaşı tökürlər.
Qarabağ müharibəsindən Daşnaksutyun çox şey qazandı - onminlərlə iş yeri. Erməni
millətinin, yüzminlərlə həmtayfalarının isə taleyini zəhərlədi, evini dağıtdı.
Qarabağ münaqişəsində atəşkəsdən 8 il keçməsinə baxmayaraq, Ermənistan, daha
doğrusu Daşnaksutyun fürerləri münaqişəni qurtarmağa, sülhə getməyə razılıq
vermirlər. Necə versinlər? Sülh olsa xaricdən, «humanitar» pullar gəlməz, erməni
terrorçu dəstələrini (təkcə Fransada 11 belə dəstə var!), azman Ermənistan və
«DQR ordularını, həmin o «antiemiqrasiya» polisini iş yerlərindən məhrum etməli
olarlar! Daşnaklar, əksinə, yəni «problemlər» irəli sürürlər: Naxçıvan, Ərzurum,
Qars, Şaumyan, Krasnodar, Cavaxetiya , Armavir və i.a. Onların hər biri üçün də
artıq vəzifələr təyin edilib, adamlar yerləşdirilib, işləyirlər - maaşları
gəlir. Tutulmuş Qarabağ torpaqları isə qalıb boş.
Qarabağ barədə əlavə. İxtilafın başlanmasından 14 il keçib, Ermənistan sülhə
getmir. Həmin «Qarabağ problemi» dalğasının təpəsində hakimiyyətə gəlmiş Suriya
ermənisi Levon Ter-Petrosyan «barışıq»dan söz açan kimi onu tulladılar kənara.
1999-cu ildə bir qrup Ermənistan rəhbəri də qımıldandı: Daşnaksutyun
Ermənistanın daxili işlərinə qarışmasın! Nəticə? Həmin il oktyabrın 27-də
terrorçu ermənilər avtomatlarla (!) girdilər Ermənistan parlamentinin iclas
salonuna (necə?!) və prezidiumu güllələdilər! 8 nəfər, dövlətin aparıcı
xadimləri, daşnak termini üzrə – «ləğv edildi», adam termini üzrə - öldürüldü.
Belə qərəvvəli işi, günün günorta çağında, kim elədi? Bu sualdan da qərəvəlli
odur ki, indiyə qədər cavabı tapılmayıb!
Bəs
XXI
əsr
nə gətirdi?
Baxın, dünən çəpiklə prezident kürsüsünə əyləşdirdikləri Robert Koçaryanı indi
geriyə, «Qarabağa qovmaq!» səsləri ucalır. Nə olacaq?
Koçaryan Parisin təsiri altında sülhə getsə, qovulacaq, getməsə qovulmayacaq.
Hər iki halda daşnaklar sülh «təhlükəsinə» imkan verməyəcəklər. Qarabağ
probleminin yeganə «həlli» onun həll olunmamasıdır – «nə sülh, nə müharibə».
Amma onlar müharibəni daha çox istərdilər - daşnaklar üçün ən gəlirli biznes -
müharibədir.
Sübut? Hələ Qarabağda ixtilaf kəsilməmiş daşnak erməni mərkəzi «Naxçıvan
problemi»ni qoyub.
Əlavə
(iş yerləri): Gürcüstanda «Cavaxetiya problemi» də qoyulub. Orada, Gürcüstanın
dörd rayonu bu gün faktik olaraq Ermənistana birləşdirilmişdir - Ermənistan
bayrağı dalğalanır, Ermənistan pulu işləyir, həmin rayonlarda yerləşdirilmiş rus
hərbi bazasının şəxsi heyətinin 60 faizi ermənidir və s. Orada da iş yerləri
açılıb, maaşlar gəlir. Əlavə yemək, paltar, silah da - rusum hesabına.
Bu
yaxınlarda Cavaxetiya daşnaklarının başçısını Koçaryanın cangüdəni vurub
öldürdü, Koçaryanı «türk oğlu türk» adlandırdığına görə!
Əlavə
(iş yerləri): PKK terrorist dəstələrinin yaradılması, təşkili,
silahlandırılması, onların Türkiyədə törətdikləri terror əməliyyatlarında
iştirakı ilə də erməni təlimatçıları, təbliğatçıları, komandirləri məşğul olur
və bu işlərə görə də maaş alırlar. Halbuki kürdlər həmin Şərqi Türkiyənin o 6
vilayətinin, o cümlədən Ararat dağının da, erməniyə deyil, kürdə məxsus olduğunu
iddia edirlər! (Bir vaxt orada da yeni bir - erməni-kürd ixtilafı - daşnaklar
üçün yeni iş yeri açılacaq!)
Əlavə
(iş yerləri): xəbər verildiyi kimi, son illər Ermənistan rəhbərliyi Suriya və
Livandan cəncəlli yezidi kürdləri dəvət edirlər ki, gəlib erməni işğalı altında
olan Laçın, Kəlbəcər, Qubadlı rayonlarında məskunlaşsınlar. Bu məkrli əməl
erməninin nəyinə lazımdır? Axı o kürd-yezidilər gələcəkdə hamıdan çox Ermənistan
üçün problemə, iğtişaşa çevriləcəklər!
Normal insan erməni məntiqini anlamır: yeni iğtişaş, yeni ixtilaf deməkdir, yeni
ixtilaf isə yeni iş yerləri deməkdir! Erməni terrorizminin yeni kadrları üçün.
Əlavə
(iş yerləri): Roma Papası
II
İon
Pavelə atəş açan kim idi? Bütün dünyada rəsmi cavab belə oldu: «Türk millətçisi
Əli Ağca».
«Fəqət Roma Papasına güllə atan türk millətçisi ASALAnın «simurğu» olan Akon
Akonyanın keçdiyi həmin o düşərgələrdə hazırlanmışdır!» - Bu sözləri fransız
yazarları Arno Qamelen və Jan Mişel Bron özlərinin «Bərpa edilmiş yaddaş»
kitabında yazmışlar. Kitab isə Yerevanda (rus dilində) çap olunmuşdur.
(Ереван, Воскан Ереваци, 1995, 222с.).
Akop
Akopyan özü İsveçrə qəzeti «Karrere
de Tochino»
(1990) qəzetinə verdiyi bəyanatda demişdir: «Biz ermənilərin emiqrasiyasında
günahkar olan hər kəsə, o cümlədən Papaya da hücum edirik» (A.Qamelenin və
J.M.Bronun həmin kitabı). Qəribədir. Ermənilər emiqrasiya edirlər, burada
Papanın nə günahı? «ABŞ-da məskunlaşmış ermənilərin 90 faizi 1950-60-cı illərdə,
yaxşı guzəran ümidi ilə oraya köçənlərdir. Onlardan heç biri soyqırımı görməyib,
onlara oraya gediblər ki, varlı həyata sahib olsunlar, çoxlu pul qazansınlar» -
(həmin kitabda, s. 144).
Əhvalat belə baş verib. Ermənilər Əli adında bir gənc residivisti «işə» cəlb
edir, ona ASALA-nın məşhur düşərgəsində yaxşıca hazırlıq (yəqin ki, həm də yaxşı
para və erməni «qonaqpərvərliyi» üzrə, təcrübəli bir erməni qadını) verirlər və
lazımi anda, lazımi yerə gətirərək Papanın üstünə istiqamətləndirirlər: «vur,
bax o kişini!»
Bu
yerdə sual çıxır. Nə üçün onlar belə fəxri hədəfə atəşi öz doğma erməni
terrorçularına deyil, düşmən türkə tapşırıblar?
Cavab: «bu əməliyyat «əsrin terroru» olmalı idi: müsəlman xristiana, güllə atır,
hətta daha dəhşətli - türk Papanı öldürür!»
Şükr
Xudaya, Papa həlak olmadı. Ermənilər bu dəfə də dünya müharibəsini alışdıra
bilmədilər. Amma nə böyük ümid vardı!
Əlavə
(iş yerləri): hər gün təzələnən, əsrlik - əbədi ixtilaf bəhanəsi və mənbəyi –
«soyqırım». Heç bir mütəxəssisin - tarixçinin tanımadığı, əksinə, alimlərin
hamısının rədd etdiyi «erməni soyqırımı»nı təsdiq etdirmək.
Çox
böyük erməni «inqlabı» şaykalarının bütün dünyada dəlicəsinə mübarizə apardığı –
«çalışdığı» bu istehsal sahəsi», deyəsən, ən çox iş yeri yaradan, ən gəlirli və
daimi ixtilaf sahəsidir.
Ümumiyyətlə, «erməni məsələsi» və xüsusən həmin bu, «soyqırım» oyunu, görünür,
heç zaman qurtarmayacaq. Ermənilər özləri deyirlər:
«Müasir beynəlxalq(!) siyasətdə «erməni məsələsi anlayışı, necə var idi, eləcə
də, həlledilməzlik sinonimi olaraq qalmaqdadır». Bu sözləri Arkadi Vartanyan
adında bir erməni özünün «uydurulmuş şər sindromu» adlı məqaləsində yazır
(Hезависимайа
газета,
24.04.96).
Bəli,
bunlar şəri uydurur, «yığıb» toplayır, qoruyub saxlayır artırır və
«həlledilməzliyin sinonimi» kimi onun «sindromu» ilə yaşayırlar, daha doğrusu
savaşırlar, yaxın və uzaq qonşular ilə vuruşurlar.
Heç
bir dövlət və ya millət iki cəbhədə vuruşmaq istəməz. Erməni daşnak rəhbərləri
isə millət üçün görün necə cəbhə açıb. Bu millətə «cəfakeş» deməyəsən, nə
deyəsən? Erməni rəhbərliyinə kömək erməni millətinə zülm deməkdir.
AŞPA-da erməninin məqsədi açıqlanmalıdır. Ən azı, bunun vaxtı çatmışdır:
beynəlxalq terrorizmin kökü - erməni daşnakizmidir.
Ermənistan xalqının və onun qonşularının bədbəxtliyi erməni daşnaklarna pul və
xoşbəxtlik gətirir. Bu əcayib təzahürə son qoyulmalıdır.
Erməni inqlabçılarının Fransa parlamenti üzərindəki qələbəsindən - orada «erməni
soyqırımı»nın təsdiqindən az sonra BVF Ermənistana 90 milyon dollar kömək
ayırdı! Məqsəd nədir?
Beləcə, erməni - daşnaklar fəal, möhkəm və getdikcə daha intensiv "çalışırlar",
ən çətin və qorxulu sahədə - terrorizmdə. Çünki bu, ən gəlirli sahədir.
Erməni daşnak əməli nə vaxta qədər davam edəcək və son nəticəsi nə olacaq? -
Sualın cavabı mənim
«Dünyanın taleyi» (Bakı, Elm, 1998, 690 s.)
kitabında verilib.
Maraqlıdır?.. Taledən maraqlı nə ola bilər?
|