|
Новая страница 1
Arif Məmmədnuroğlu
Böyük Ermənistan – dənizdən-dənizə siyasəti
Türk xalqlarının həyatında elə böyük tarixi faciələr var ki, onlar haqqında hələ
də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı yoxdur.
Odur ki, bu günün ziyalıları, alimləri tarixi facilələrimizi yazmaq, təfsilatı
ilə gələcək nəslə, dünya ictimaiyyətinə çatdırmaq üçün öz vətəndaşlıq borcunu
yerinə yetirməlidir.
Türk xalqlarının qaniçən qəddar düşməni olan Andronik Ozanyan Türkiyədə,
Azərbaycanda və İranda törətdiyi dəhşətli cinayətlər, ermənilərin Xocalıda
həyata keçirdikləri soyqırım, Qarabağda törətdikləri misli görünməmiş
cinayətlər, Qərbi Azərbaycanın artıq 16 ildir ki, tamamilə türksizləşdirilməsi,
Sumqayıt hadisələri, böyük vətənimizin yalnız son dövrdə 20 faiz torpaqlarının
erməni işğalı altında qalması bir an belə yaddan çıxarılmamalıdır.
Türk xalqlarının ağrılı-acılı bü məsələlərlə bağlı sanballı kitabların,
tədqiqatların, elmi əsərlərin, məqalələrin çapına və təbliğ olunmasına böyük
ehtiyac var.
Türkiyə tarixçiləri yazırlar ki, erməni məsələsi əvvəllər Türkiyə ərazisində
olmamışdır. Bu məsələ ancaq Osmanlı imperatorluğu və Rusiya arasında müharibə
başladıqdan sonra meydana çıxmışdır. XIX əsrin II yarısında başlayaraq
Rusiya-Türkiyə müharibələri, habelə bəzi Qərb dövlətlərinin öz maraqları
daxilində ermənilərdən istifadə etmələri, bu xalqı ucuz vədlər hesabına yerindən
oynatmaları Türkiyənin, sonralar isə Azərbaycanın ərazisində qarşıdurmanı
artırdı və bir-birinin ardınca bizə məlum olan dəhşətli faciələr baş verdi.
Qeyd edək ki, XIX əsrə qədər heç bir mənbədə işlədilməyən «Böyük Ermənistan»
ifadəsi xüsusən Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra işlədilməyə
başlandı. Elə həmin vaxtdan başlayaraq ermənilərin özlərinə başqa xalqların, ilk
növbədə türklərin torpaqları hesabına qondarma bir Vətən yaratmaq iştahları daha
da artdı. Onlar XVII əsrin axırlarından başlayaraq çar Rusiyasının ətəyindən
möhkəm yapışmış, I Pyotrla görüşərək ona mənfur ideyalarını – Qafqazda və indiki
Türkiyə ərazisində xristian dövlətinin yaradılmasını bildirmişdilər.
Bu təklifləri öz xarici siyasətində götür-qoy etdikdən sonra I Pyotr Rusiya
dövlətinin sərhədlərinin Şərqə tərəf genişləndirilməsini nəzərdə tutdu.
Ermənilərin həyata keçirmək istədikləri «Böyük Ermənistan» siyasətinin tərkib
hissəsi I Pyotr dövründə az da olsa yerinə yetirldi, yəni I Pyotr ermənilərin
elçi göndərdikləri İsrail Orini 1701-ci ildə xüsusi vəsiqə verərək İrana
göndərdi. İsrail Orini İranda yaşayan ermənilər arasında türklərə qarşı geniş
təbliğat işi aparmağa başladı. Onun ölümündən sonra bu işi ayrı-ayrı erməni
siyasətbazları, erməni icması həyata keçirməyə çalışdı. Onlar rusları Qafqaz
üzərinə yürüşə çağırır, Şərqin ən böyük dövlətlərindən biri olan Osmanlı
imperatorluğunu bir dövlət kimi yer üzərindən silməyə səsləyirdilər.
1914-ci ildə Birinci dünya müharibəsindən istifadə edən ermənilər «Böyük
Ermənistan» siyasətini reallaşdırmağa çalışırlar. Belə bir vaxtda ruslar
ermənilərin qüvvəsindən səmərəli istifadə etdilər. Türkiyə ərazisində bir sıra
vilayətlərdə təmizləmə əməliyyatı həyata keçirildi, əsrlər boyu bu regionlarda
yaşayan türk əhalisinə Andranikin başçılığı altında divan tutuldu. Andranik
torpaqları ermənilərin ixtiyarına vermək üçün böyükdən kiçiyə qədər bütün türk
əhalisini qılıncdan keçirdi.
1915-ci ilin yanvarında Qafqazda yerləşən rus ordusu hərəkətə gətirildi və
təxminən 3500 nəfər təpədən dırnağa qədər silahlanmış rus əsgəri indiki Türkiyə
ərazisinə yetirildi. Bu qoşun Qafqaz canişini Vorontsov, Daşkovun komandanlığı
altında hücuma başlaldı. Manas, Zeytun və başqa vilayətlərdə yaşayan ermənilər
də onlara qoşuldular. Başlıca məqsəd Türkiyə ərazisində müstəqil erməni dövləti
yaratmaqdan ibarət idi. Lakin Andranikin qoşunu məğlub olaraq Ərzurumu
biabırcasına qoyub qaçdı. Kazım Qarabəkirin başçılıq etdiyi türk qoşunu elə
həmin gün Ərzuruma daxil oldu. Türkiyə ərazisində ermənilərin apardığı bu
müharibədə 5750 kənd və şəhər dağıldı, 64.300-dən artıq türk öldürüldü.
(«Azərbaycan», 19 aprel 2001-ci li)
Son hesablamalardan aydın olur ki, bütün Türkiyə ərazisində həmin dövrdə 3
milyondan artıq türk öldürülmüşdür. Bütün
bu faciələri ermənilər indiki Türkiyə ərazisində
I dünya müharibəsi illərində ruslara arxalanaraq, rus qoşunlarının tərkibində
vuruşaraq və ya guya milli-azadlıq hərəkatı adı altında törətmişdir. Andranikin
başçılıq etdiyi bu quldur Dəstələri türklərə deyil, həm də kürdlərə qarşı çox
amansız olmuş, var yoxlarını talan etmiş, onları qəddarlıqla öldürmüşlər.
Məsələn, Kamaryan Qur məlumat verərək göstərir ki, Andranikin başkəsənləri
kürdlər tərəfindən öldürülmüş ermənilərin intiqamını almaq bəhanəsi ilə
1915-1918-ci illər arasında 600000-dən çox kürdü qətlə yetirmişlər. (Teymur
Əhmədov, «Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri»).
Çox çətinliklə də olsa türklər ermənilərin öhdəsindən gəldilər. Andranik isə
türklərin əlindən qaçaraq öz quldur dəstəsi və böyük cəbhəxanası ilə Azərbaycan
ərazisinə keçdi.
Andranikin quldur dəstəsi Naxçıvanda, Zəngəzurda, Qarabağda, İrəvanda qırğınlar
törətdikdən sonra Cənubi Azərbaycan ərazisinə də keçmiş və burada misli
görünməmiş vəhşiliklər etmişdir. Onu da deyək ki, bu regionda Andranikdən əvvəl
də ermənilər xeyli Azərbaycan türkünü vəhşicəsinə qırmışlar. Ermənilərin Cənubi
Azərbaycan qırğınları haqqında Əhməd Kəşvəri «Azərbaycanın 18 illik tarixi»
əsərində yazır ki, erməni sərkərdəsi Andranik ruslarla Türkiyəyə qarşı
birləşərək türkləri və azərbaycanlıları qırıb, ərazilərində «Böyük Ermənistan»
dövləti yaratmaq istəyirdi. Bir sözlə, ermənilərin «Böyük Ermənistan» nə az, nə
də çox, Türkiyə, İran və Qafqaz türklərinin yaşadıqları bütün əraziləri əhatə
etməli idi.
Burada bir cəhəti qeyd etmək və daim yadda saxlamaq vacibdir ki, ermənilər
tarixən türk topraqlarına iddia etsələr də, bəzən özümüz onlara qarşı mərhəmət
hissi ilə yanaşmışıq. Ən əziz tikəmizi simasını gizlədən düşmənə vermişik. O
çörəyimizi yeyib, amma zəhər dişini heç vaxt çıxarıb atmayıb. Əlverişli şəraiti
gözləyib, sonra isə istədiyinə nail olub. 1918-20 illərdə ermənilərin başımıza
gətirdikləri bu dəhşəti Azərbaycan Xalq Cumhuriyyəti rəhbərliyi sonrakı dövrdə
digər azərbaycanlı dövlət xadimləri xalqımızın qanı ilə sulanmış torpaqların
müəyyən hissəsini ermənilərə peşkeş edərkən heç nəyi nəzərə almamışlar. Məsələn,
məlumdur ki , 1918-ci ildə Azərbaycan rəhbərliyi İrəvan ərazisinin ermənilərə
güzəşt edilməsinə razılıq verib. Şübhəsiz ki, Azərbaycan rəhbərliyinin belə
hərəkəti ermənilərin «Böyük Ermənistan» yaratmaq iştahasını daha da artırıb.
1918-ci ilədək cəmi 9,8 min kvadrat kilometr sahəsi olan qondarma İrəvan
vilayəti 1920-ci ildən sonra Azərbaycan torpaqları hesabına genişləndirilmiş və
ərazisi 29,8 min kvadrat kilometrə çatdırılmışdır.
Acınacaqlı da olsa, qeyd etməliyik ki, 1920-ci ildə Azərbaycana rəhbərlik
edənlərin böyük səhvi nəticəsində yeni Bəyazid qəzasının Basarkeçər mahalı,
İrəvan qəzasının Vedibasar mahalı və Gəncə quberniyasının Zəngəzur qəzası
Ermənistana verildi.
1920-ci ildə Qazax qəzasının cənub hissəsi də Ermənistana verildi və Səməd
Vurğunun vəsf etdiyi məşhur Dilican qəzası əlimizdən çıxdı. Ermənilər çox böyük
uzaqgörənliklə Naxçıvan diyarını Azərbaycandan ayrı salmaq üçün Mehriyə bitişik
ərazilərin Ermənistana verilməsinə nail olublar.
Azərbaycan rəhbərliyi 1920-ci ildə İrəvandakı azərbaycanlıların sərvətlərini
Ermənistanınkı elan edib, hələ üstəlik Zəngəzur qəzasını da Ermənistana
bağışlayıb.
Bütün bunlar azmış kimi, Azərbaycan rəhbərliyi ermənilərə qarşı öz səxavətlərini
Sovet hakimiyyəti illərində daha da artırıblar. Onu da qeyd edək ki, bu siyasəti
ermənilər məqsədyönlü şəkildə daim davam etdirmişlər və zaman-zaman az da olsa,
torpaqlarımıza yiyələnmişlər. Belə ki, 1922-ci ildə Göyçə, Dilican əraziləri,
1923-cü ildə Naxçıvanın 9 Azərbaycan kəndi, 1929-cu ildə Qazağın 5 min hektar
torpaq sahəsi, Cəbrayıl qəzasının Nüvədi, Ernəzir və Tuğud kəndləri Ermənistana
verilmişdir. 1946-cı ildə 4 min hektar sahə Ermənistana bağışlanmışdır.
(İnqilab İsmayılov, «Ermənilərin soyqırım, repressiya və deportasiya siyasəti»
«Azərbaycan» 24 aprel 2001-ci il) Lakin bütün bunların heç biri haqqında xalqa
məlumat verilməmişdir. Ermənilərin isə soyqırım, repressiya və deportasiya
siyasəti yeridərək «Böyük Ermənistan siyasətini» həyata keçirməyə müəyyən
dərəcədə olsa da nail olmuşlar. Hələlik itirən biz, qazanan erməni
qəsbkarlarıdır. Məsələn, 1813-1828-ci ilə qədər Azərbaycanın sahəsi təxminən 410
min kv.km olmuşdur. 1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri
İranın əsarəti altındakı Cənubi Azərbaycan sahəsi 280 min kv.km, Rusiya əsarəti
altındakı olan Dərbənd xanlığı sahəsi isə 7 min kv. km, 1918-20-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu ərazinin sahəsi təxminən 114 min kv.
km 1920-ci ildə AXC-ni işğal edən rus sovet imperiyasının bölüşdürüldüyü
Azərbaycan əraziləri Ermənistan Sovet Sosialist Respublikasının nəzarətinə,
Borçalı mahalı isə Gürcüstan Sovet Sosialist Respublikasına verildi. Ermənistana
və Gürcüstana birlikdə verilən sahə 27, 4 min kv.km, 1920-1921-ci illərdə SSRİ
əsarəti altında qalmış Azəraycan Sovet Sosialist Respublikasının ərazisi
azala-azala 86,6 min kv.km. çatdı. Azərbaycanın 1988-1994-cü illərdə işğal
edilmiş əraziləri isə 1340 kv.km-dir.
Belə
ki, Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə) işğal
tarixi 1988-1994-cü illər sahəsi 4400 kv.km.
Laçının işğal tarixi 18 may1992-ci il, sahəsi 1835 kv.km.
Kəlbəcər işğal tarixi 2 aprel 1993-cü il, sahəsi 1936 kv km.
Ağdam 23 iyul 1993-cü il, sahəsi 1094 kv. km.
Füzuli 23 avqust 1993-cü il, sahəsi 1386 kv.km.
Cəbrayıl 23 avqust 1993-cü il, sahəsi 1050 kv.km.
Qubadlı 31 avqust 1993-cü il, sahəsi 802 kv. km.
Zəngilan 29 oktyabr 1993-cü il sahəsi 707 kv.km.
Bu faktlar göstərir ki, azərbaycanlılara qarşı daim soyqırım, repressiya və
deportasiya siyasətini ardıcıl şəkildə həyata keçirən və çox vaxt buna nail olan
ermənilərə, çox təəssüf ki, xalqımız laqeyd yanaşmışdır, daha doğrusu onları bir
milət, bir insan kimi nəzərə almamışdır. Bəlkə də, bu bizim ən böyük
nöqsanlarımızdan biridir. Axı düşmənin siyasətini, hərəkətini, keçmişini,
fəaliyyətini nəzərə almadan yaşamaq son nəticədə fəlakətə çıxara bilər.
|