|
Новая страница 1
Tahirə Allahyarova
Ekoloji qloballaşma və Qarabağ münaqişəsi
Dünyanın vahid qlobal məkana və ümumi taleyə malik olması fikri ilk olaraq
ekoloji tədqiqatlarda önə çıxarıldı, xüsusi vurğulandı. Ekoloji problemlərin
təhlili ilə lobalistika adlı elmi istiqamətin formalaşması paralel şəkildə
getmişdir. «Qloballaşma» deyəndə ilk növbədə qlobal ekoloji problemlər, roma
klubu yadımıza düşür.
Lakin bu gün qəribə bir meylin baş verməsi bizi narahat edir. Qloballaşma
prosesinin ən müxtəlif istiqamət, strategiya və təzahürləri ciddi tədqiq olunur.
Qloballaşmanın iqtisadi, siyasi, mədəni, informasiya, geosiyasi, demoqrafik və
s. sahələrdə doğurduğu proseslərə diqqət ayrılır, çoxlu tədqiqatlar həsr edilir,
beynəlxalq simpozium və konfranslar keçirilir. Bu hadisələr fonunda ekoloji
məkan və problemlərin qloballaşması, prosesini ekoloji faktor və təzahürlərinin
təhlili sanki güclə sezilir. Ekoloji sahədə «lokallıt» və «qloballı»
müstəvilərinin çox kövrək və incə bağlarla əlaqələndiyi, əslində onların eyni
qloabl məkanın vəhdətdə olan iki tərəfi olması unudulur.
Ekoloji məkanın qloballaşmasını xüsusi tədqiqat obyekti kimi diqqətə çəkilməsi
bu baxmıdan çox vacibdir.
Əsrin sonlarında qlobal geosiyasi məkanda baş verən dəyişikliklərin ekoloji
nəticələri və perspektivdə təzahürləri dünya elmi ictimaiyyətini ciddi
düşündürməlidir.
Bir-birinə qarşı duran iki dünya sistesinin dağılması, lokal sivilizasiyaların
qarşıdurmasını gücləndirdi. Onların qlobal hərbi münaqişəyə çevrilməsi
istiqamətində Qərb öz imkanlarından istifadə edir. Lakin lokal görünən
münaqişələrin qlobal ekoloji təhlükə doğurması aspektinin təhlili kölgədə
qalmışdır.
Hər
necə qəbul edilsə də, bu gün planetimizdə bütün sahələrdə bir-biri ilə sıx
çuğlaşan, əsr bir-birinə qarşı duran iki dünya sisteminin dağılması, lokal
sivilizasiyaların qarşıdurmasını gücləndirdi. Onların qlobal hərbi münaqişəyə
çevrilməsi istiqamətində Qərb öz imkanlarından istifadə edir. Lakin lokal
görünən münaqişələrin qlobal ekoloji təhlükə doğurması aspektinin təhlili
kölgədə qalmışdır.
Hər
necə qəbul edilsə də, bu gün planetimizdə bütün sahələrdə bir-biri ilə sıx
çuğlaşan, XIX əsrdə bəşəriyyətin taleyini müəyyən edəcək qlobal fenomen
formalaşmışdır. Etnik və milli müstəvilərin fövqündə duran ümumdünya səviyyəli
təsisatlar, dünyanın vahid ümumi taleyi formalaşmışdır.
Ekoloji amil bəşəriyyətin təşəkkülü və həyat fəaliyyətində başlanğıcdan müstəsna
əhəmiyyətə malik olmuşdur. Lokal sivilizasiyaların formalaşması özü də,
insanlarla onları əhatə edən mühitin tarixi təkamülünün nəticəsi olmuşdur.
Dünyanın inkişafında təbii-ekoloji faktorların rolu, tarixi mərhələlər
bir-birini əvəz etdikcə yüksələn xətlə inkişaf etmişdir. Həm də faktorların
ümumbəşəri xarakteri də get-gedə genişlənmişdir.
Qlobal ekoloji böhranlar planetdə baş verən müharibə və münaqişələrlə bilavasitə
bağlı olmuşdur. Üçüncü minilliyin astanasında dünyanın üzləşdiyi ekoloji böhran
öz dərinliyi və əhatəsi ilə xüsusilə kəskin xarakter daşıyır. Bu da ekoloji
məkanın qloballaşma səviyyəsini daha yüksək xəttə çatması ilə əlaqədardır.
Ekoloji məkanın qloballaşması aşağıdakı əsas formalarda təzahür edir:
1.
İntensiv beynəlxalq mübadilənin formalaşması nəticəsində, eləcə də xarici
investisiyaların fəal tətbiqi ilə əsas təbii ehtiyatların bütün növlərinin dünya
miqyasında birgə istifadəsi və mənimsənilməsi (məsələn, neft, neft məhsulları,
təbii qaz, əlvan və qara metallurgiya, bəzi ərzaq məhsullarının növləri və s.);
2.
Qlobal miqyasda planetə ziyan gətirən, ozon təbəqəsinə təhlükə yaradan
səbəblərin, bəşəriyyətin dayanıqlı inkişafa keçməsini müəyyən edilmiş və
dünyanın əksər ölkələrində həyata keçirilən qlobal ekoloji siyasətin
reallaşdırılması sahəsində görülən işlər;
3.
Qlobal və lokal nəqliyyat şəbəkələri və nəqliyyat dəhlizləri (dava, dəniz və
s.);
4.
Beynəlxalq ekoloji standart və normaların qəbul edilməsi, icrasına nəzarət və
onların pozulmasına tətbiq edilən sanksiyalar sisteminin movcudluğu;
5.
Təbii, ekoloji və texnigenfəlakətlərin nəticələrinin (məs: Çernobıl AES,
zəlzələlər və s.) birgə beynəlxalq səylərlə aradan qaldırılması praktikası;
6.
Dünya dövlətlərinin rolu və məsuliyyətlərinin artırılması, qlobal miqyaslı
tədbirlər dəstək verilməsi məqsədilə beynəlxalq ekoloji struktur və fondların
(məs: Beynəlxalq ekoloji fond) yaradılması.
Qlobal ekoloji problemlərin təhlilində milli-etnik münaqişə və müharibə
səviyyəsində gedən ziddiyyətlərin nəzərə alınması dünyada baş verən prosesləri
təmin edəcək səviyyədə deyildir. Münaqişə müharibə və ekologiya probleminin
doğurduğu bütün dünyanın təbiəti üçün ciddi təhlükə doğuran məsələlər hələlik
dünya elmi ictimaiyyətinin birmənalı qiymətini ala bilməmişdir.
Son
iyirmi ildə münaqişələr və regional müharibələr 13 milyon insanı öz doğma
yerlərindən didərgin düşməyə məcbur etmişdir.
Bu
səylərdə ən müxtəlif maraqlarını güdən qüvvələr tərəfindən dəstələşir, qlobal
miqyasda fikir yürütməyi bacarmayan siyasi qərar qəbul edənlər təbəqəsi də
problemin doğuracaq ziddiyyətləri görməyə qabil deyildir.
Müharibə və ekologiyanın sosial-ekoloji nəticələrinə dair tədqiqatlar Milli
Elmlər Akademiyasının «Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri»
şöbəsində, professor A. Şükürovun rəhbərliyi ilə ilk dəfə təhlil olunmağa
başlamışdır. Təəssüf ki, problemin aktuallığını vurğulamaq əvəzinə biz ən çox
«müharibə ilə ekologiyanın nə əlaqəsi var» suallarını, (ən təəccüblüsü də
alimlər tərəfindən) çox eşidirik. Bunlar sübut edir ki, Azərbaycanda da problemə
elmi ictimaiyyətin diqqəti lazımi səviyyədə deyildir.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın və dolayısı yolla bölgədə və qlobal
miqyasda təbiətə vurduğu ziyan statistik göstəricilərdə əksini tapmışdır.
Münaqişənin lokal səviyyədən regional və beynəlxalq geosiyası problem
səviyyəsinə necə yüksəlməsi isə professor Əli Abbasovun tədqiqatlarında bütün
elmi arqument və real dəlillərlə təhlil edilmişdir. Bu baxımdan mövcud olan (az
da olsa) tədqiqatlara dayaqlanaraq münaqişənin ekoloji aspektlərinin beynəlxalq
ekoloji problem kimi haqlı qabardılması gündəlikdə duran ən mühüm
məsələlərdəndir. Münaqişənin günahkarları planetin təbiətinə qəsd etmək
baxımından ekoloji terrorizmdə ictimai olunmalıdırlar. Qloballaşma prosesində
ilk dəfə olaraq dünyanın ümumi taleyinin formalaşmasından danışılırsa, Dağlıq
Qarabağ təbiətinə qarşı törədilmiş cinayətlərdə məhz bu kontekstdən beynəlxalq
ekoloji fondun siyasətində əksini tapmalıdır.
|