|
Новая страница 1
Ariz
Gözəlov
Ermənistan və Azərbaycan Dağlıq Qarabağ ətrafında
ideoloji qarşıdurmasının bəzi məqamları barəsində
Dağlıq Qarabağ ətrafında aparılan ideoloji müharibə ermənilər tərəfindən hələ
xeyli əvvəl başlanmışdır. Ermənilər üçün Dağlıq Qarabağ problemi keçid mərhələ
kimi qiymətləndirilir. Belə ki, Dağlıq Qarabağın «erməniləşdirilməsi» «Böyük
Ermənistan» dövlətinin yaradılmasının bir mərhələsi kimi qəbul edilir. Bununla
yanaşı, ermənilər artıq Azərbaycanın digər bölgələrinin «erməniləşdirilmə»sinin
ideoloji əsaslarının yaradılması istiqamətində öz fəaliyyətlərini
cəmləşdirmişlər. Bu baxımdan Dağlıq Qarabağ ətrafında davam etdirilən ideoloji
müharibənin əsas amillərinin təhlil edilməsi böyük əhəmiyyət kəsb edir.
Ermənilərin Qarabağa aid iddiaları XX əsrin əvvəllərindən özünü açıq şəkildə
büruzə verməyə başlamışdır. Belə ki, keçən əsrin əvvəllərində Ermənistanın
Dağlıq Qarabağa aid iddiaları Azərbaycan Demokratik Cümhuriyyəti arasında
müharibə ilə nəticələnmişdi. Sovetlər imperiyasında isə bu qarşıdurma daxili
siyasi səviyyəyə çatdırılmış və mübahisəli ərazilərin gələcəkdə ayrılması üçün
muvafiq əsasların yaradılmasına yönəldilmişdir. Bu fəaliyyətin nəticəsi kimi
gənc ermənilərin şüuruna müvafiq təsirin göstərilməsi önəmli tədbirlərdən
olmuşdur.
Qeyd olunmalıdır ki, erməni millətinin türklərə yanaşması, digər millət və
etnoslara yanaşmasından fərqlənmir. Belə ki, tarix boyu ermənilərin gürcülərlə
torpaq iddiaları üzərində qarşıdurmanın yaranması müşahidə edilmişdir.
Ermənilərin bu cür yanaşması Gürcüstanün Samtsxeti-Cavaxetiyada separatçılığın
inkişaf etməsinə və regionda gərginliyin artmasına səbəb olmuşdur. Maraqlıdır
ki, XX əsrin əvvəllərində ermənilər tərəfindən zorakarlıq həm də kürd və ruslara
qarşı da törədilmişdir. Sonuncu faktların ermənilər tərəfindən gizlədilməsinə
müəyyən cəhdlər göstərilmişdir. Lakin bir sıra əcnəbi alimlərin tədqiqatlarında
bu tarixi həqiqət öz əksini tapmışdır.
Qeyd olunmalıdır ki, ermənilərin ekspansiyasi ilkin mərhələlərdə mədəniyyət
sahələrində aparılmışdır. Lakin azərbaycanlılar buna əhəmiyyət verməmişdilər. Bu
baxımdan ermənilərin ən uğurlu qələbələrindən biri kimi Alban xristian
kilsəsinin ləğv edilməsi və erməni kilsəsinə birləşdirilməsi olmuşdur. Nəticədə
ermənilər üçün Azərbaycanda xristian dini abidələrinin mənimsəlinməsinə
əlverişli şərait yaradılmışdı.
Praktik tədbirlər sistemində, ermənilər ilk növbədə Ermənistan daxilində
azərbaycanlıların sıxışdırılıb çıxarılması siyasətinə üstünlük vermişlər.
Ermənistandan azərbaycanlıların qovulması dalğavarı şəkildə baş vermişdir. Belə
ki, azərbaycanlıların öz torpaqlarından qovulması 1848-1953-cü illərdə, 90-cı
illərin əvvəllərində müşahidə edilmişdir. Kənar müşahidəçiyə bu bir qədər
qeyri-təbii görünsə belə, erməni millətinin azərbaycanlıların qovma prosesi öz
daxilində müəyyən qanunauyğunluqlara tabedir. Belə ki, Ermənistan adı ilə
ictimaiyyətə tanınan ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər
azərbaycanlıları həmin torpaqlardan qovduqdan sonra özlərini həmin ərazinin tam
sahibi hiss etməyə başlamışdılar. Eyni zamanda, ermənilər bizim millətə tarixən
aid olan mədəni dəyərləri özününküləşdirməyə cəhd göstərmişlər. Ermənilərin
millətimizə qarşı qəddarlığının əsas səbəblərindən biri məzh mədəniyyət üstündə
yaranmış «rəqabət» ilə əlaqədardır. Məsələn, ermənilərin Azərbaycan musiqisinin
dəfələrlə mənimsənilməsi faktları qeydə alınmışdır.
Xüsusi qeyd etmək lazımdır ki, ermənilərin güclü ideoloji təbliğat qurumlarına
malik olması böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan Erməni Kilsəsinin rolu
danılmazdır. Erməni Kilsəsi erməni millətinin milli şüurunun inkişaf prosesində
təkanverici və aparıcı qüvvələrdən biri olmuşdur. Belə ki, Erməni kilsəsi
Ermənistan ərazisi ilə öz fəaliyyətini məhdudlaşdırmr. Erməni kilsəsi müxtəlif
ölkələrdə məskunlaşmış ermənilərin vahid dini qurumudur. Erməni kilsəsi milli
prinsip əsasında formalaşmış və öz növbəsində millətçilik prinsipinin
genişlənməsinə təsir göstərmişdir.
Bununla yanaşı, bir qrup erməni siyasi və ictimai təşkilatları keçmiş əsrlərdən
fəaliyyət göstərmişdilər. Belə ki, bu qrup qurumlardan ən mühümü Daşnaksütundur.
Bu kimi təşkilatlar geniş təbliğatçılıq təcrübəsinə malikdi. Ermənistan və
Azərbaycan arasında konfliktin ilk mərhələlərində beynəlxalq millətçi erməni
təşkilatlarının olması münaqişənin durumu və hərbi döyüşlərin nəticələrinə öz
təsirini göstərməyə bilməzdi.
Erməni təbliğat kampaniyasında istifadə edilən üsullara diqqət yetirmək
istəyirik. İlk növbədə, dünya ictimaiyyəti qarşısında azərbaycanlılar «vəhşi»
tayfa kimi tanıdılır. Ermənilər isə əksinə qədim tarixə malik, o cümlədən
dövlətçilik tarixinə, bir etnos kimi gələmə verilir.
Erməni təbliğatının ikinci ən işlək olduğu üsullardan biri ermənilərin xristian
mədəniyyəti və xristian millətləri qrupuna daxil olması amilinin
qabardırılmasıdır. Türklər Qərb sivilizasiyasına ögey bir amil kimi qələmə
verilir. Ermənilərin istifadə etdiyi bu üsulun effektivliyi yüksəkdir. Belə ki,
Avropa millətlərinin genetik yaddaşından türk ordularının yürüşləri hələ
silinməmişdir. Bu baxımdan Qərb sivilizasiyasının nümayəndəsi türk amilini
təcavüzkar bir element kimi qiymətləndirir.
İdeoloji mübarizədə istifadə edilən üsullardan biri də Azərbaycan
Respublikasının müvəqqəti və şərti qurum olması barəsində tezisin yayılmasıdır.
Ermənilər ölkədaxili təbliğatında Azərbaycana qarşı istənilən vaxtı müharibəyə
yenidən başlamasına hazır olması şüarı geniş təbliğ edir. Maraqlıdır ki,
acınacaqlı iqtisadi böhran keçirən Ermənistan öz ərazisində və Dağlıq Qarabağda
yüksək döyüş qabiliyyətində hərbi hissələrinin formalaşdırdığını bəyan edir.
Kifayət qədər kadr və iqtisadi potensiala malik olmayan Ermənistanın bu addımı
azərbaycanlıların psixoloji durumuna təsir etmək üçün istifadə edilən taktiki
bir vasitədir.
İdeoloji müharibə çərçivəsində Azərbaycanın tarixi abidələri dağıdılır və ya
mənimsənilir. Maraqlıdır ki, Ermənistanda bir sıra Azərbaycan tarixi abidələri
dağıdılmamış, lakin onların türkmən millətinə aid olmasını elan etmişdir. Bu
addımla erməni tərəfi ideoloji müharibədə özünə müttəfiq əldə etməyə cəhd
göstərmişdir. Təəssüf ki, Türkmənistan rəhbərliyi ermənilərin bu tezisini qəbul
etmiş və Ermənistana səfər etdikləri zamanı həmin adibədələrə türkmənlərin
tarixi irsi kimi baş çəkmişlər.
Xüsusi qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan hərbi döyüşlərinin
nəticələri tərəflərin ictimai psixologiyasına önəmli təsir göstərmişdir. Belə
ki, ermənilərdə təcavüzkar psixologiyası formalaşmışdır. Azərbaycanlılarda isə
«müdafiə olunma» amili üstünlük təşkil etmişdir. Tarixin gedişatında müəyyən bir
etnik qrup döyüşlər zamanı məğlubiyyətə düçar qalanda ictimai şüurda revanşist
ideyalara üstünlük verilir. Bu addımla etnik qrup sosial bir sistem kimi öz
fəaliyyətinin davamlılığını və sabitliyini təmin edir. Revanşist ideologiyası
etnik qrupun daxili potensialını cəmləşdirmək və xarici təcavüzün qarşısını
almaq üçün zəruridir. Təəssüf ki, Azərbaycan Respublikasının 20% ərazilərinin
zəbt olunması əhali arasında revanşist ideologiyasının yayılmasına təkan
verməmişdir. Belə bir şəraitdə millətin öz torpaqlarını qeri qaytarmaq
məsələsində nə dərəcədə qətiyyətli olması sual altına alınır.
Ermənistanda yaranmış təcavüzkar ictimai şüur Azərbaycanı maraqlandırmaya
bilməz. Ermənistanda gənc nəsillərə müharibə vasitəsilə Azərbaycan torpaqlarının
zəbt edilməsinin məqsədəuyğun olması barəsində dünyagörüşün formalaşdırılması
regionda gələcəkdə yeni hərbi konfliktlərin yaranması üçün şərait yaradır. Belə
bir şəraitdə, rəqibin niyyətlərinin qarşısını almağa hazır olmaq üçün müəyyən
tədbirlər sistemi hazırlanmalı və həyata keçirilməlidir. Müharibəyə başlamaq
çağırışlarının səslənməsi əvəzinə, gənclərdə müvafiq mənəvi prinsiplərin
aşılanması və vətənpərvərlik şüurunun formalaşdırılması istiqamətində tədricən
keçirilən məqsədyönlü fəaliyyət təşkil olunmaldır. Belə bir yanaşmanın
nəticəsində, təcavüzkar ilə hər an müharibəyə hazır olan nəslin yaradılması
mümkündür. Fikrimizcə, ermənilər tərəfindən aparılan ideoloji müharibədə qələbə
əldə etmək üçün belə bir taktiki üsula üstünlük verilməlidir.
|