|
Новая страница 1
Fikrət
Nəbiyev
Nankor qonşuların təcavüzkarlıq
niyyəti reallaşa bilməz
İmperializm-ölməkdə və çürüməkdə olan kapitalizmdir deyə-deyə xalqı çürük
ideyalarla silahlandıran Lenin iddia edirdi ki, guya xalq artıq azaddır,
bərabərdir, ədalət prinsipi bütövlükdə bərqərar olacaq və son anda ölkə «hər
kəsin əməyinə görə, hər kəsə tələbatına görə» prinsipi əsasında idarə
ediləcəkdir, dövlət, hökumət qurumları ləğv ediləcək və kommunist
özünüidarəçiliyinə keçiləcəkdir. Bəli bu utopiya əsasında aldadılan xalq bu 70
ildə nələr görmədi?
Xalqa azadlıq, bərabərlik vəd edən dövlət ilk növbədə proletar diktaturasını işə
saldı. İndi adını hörmətlə çəkdiyimiz Zeynalabdin Tağıyev kimi görkəmli
milyonerlərimiz, xalqın qeyrətini çəkən bəylərimiz bir sinif kimi mənəvi və
fiziki cəhətdən məhv edilməyə məruz qaldı. Xalqın mənəvi dayağı olan Müşfiq kimi
şair və yazıçılarımız məhv edildi. 1937-ci ildə xalqımızın bir çox qeyrətli
oğulları, «qaymağı» Stalin rejiminin qurbanı oldu, siyasi don geyindirilərək
məhv edildi. Xalqın adından çıxış edən bir qrup üzdəniraq dövlət nümayəndəsi
guya xalqın mənafeyini güdərək xalqı itaətdə saxlamaq məqsədi ilə onun bütün
düşünən «beynini» məhv etmək istədi. Bəli, bu idi anadangəlmə patoloji
siyasi şüurun, patoloji siyasi təfəkkürün qüsurlu fəaliyyətinin sonrakı
seriyaları…
Diktatura rejiminə əsaslanan Stalinin hökmranlığı dövründə xalqımıza qarşı ən
böyük siyasi zərbələrdən biri Zəngəzur və Göyçənin Ermənistana birləşdirilməsi
və Qarabağa muxtariyyət verilməsi idi. Xalqımız indi də onun əzabını çəkir. Bu
xalqımıza qarşı yönələn patoloji siyasi şüurun, patoloji siyasi təfəkkürün acı
nəticəsi deyilmi?
1933-cü ildə patoloji
siyasi təfəkkürün ikinci bir dünya miqyaslı daşıyıcısı, subyekti tapıldı.
1941-1945-ci illərdə aparılan müharibə bir tərəfdən Hitler Almaniyasının
patoloji-şovinist rejiminin nəticəsi idisə, digər tərəfdən Stalin rejiminə
məxsus patoloji-proletar siyasi şüurun acı nəticəsi idi. Müharibənin nəticəsi
hamıya məlumdur. Bu insanlıq aləminə vurulan ən böyük cinayət idi. Dünya
tarixində görünməmiş bu qırğınlar patoloji siyasi təfəkkürün qüsurlu
fəaliyyətinin nəticəsi deyilmi?
Hüquq ədəbiyyatında göstərilir ki, baş verən hadisədə cinayətin tərkibi, yəni,
baş verən əməlin obyekti, obyektiv tərəfi, subyekti və subyektiv tərəfi varsa o,
cinayətdir. Yuxarıda göstərilən əməllər, hadisələr əksərən cəmiyyət əleyhinə,
bəşəriyyət əleyhinə edilən əməllərdir. Belə ki, bütün hallarda qanunla qorunan
ictimai münasibətlər pozulur. subyektin
hərəkət və ya hərəkətsizliklə törətdiyi əməllə baş verən nəticə arasında səbəbli
əlaqə vardır. Subyekt məlumdur və həmin subyektin etdiyi əməl qarşısına qoyduğu
məqsədə nail olmaq üçün həyata keçirilir. Yəni edilən əməldə səbəb, məqsəd,
motiv elementləri də vardır.
Lakin marksizm-leninizmə söykənən sovet hüquqşünaslığı hüquqi prinsiplərə heç
vaxt ciddi yanaşmamışdır. Marksizm-leninizmin özü də elə siyasi şüurun
patologiyasının nəticəsidir və sağlam siyasi təfəkkür qabiliyyətinin korşalması
nəticəsində meydana çıxmışdır.
Hər hansı bir siyasi lider və ya siyasi elita ona görə müəyyən siyasi addım atır
ki, ilk növbədə cəmiyyətin indiki vəziyyəti onu qane etmir. Patoloji siyasi
təfəkkürün daşıyıcısı olan elita və ya siyasi lider tərəfindən cəmiyyətin olduğu
vəziyyətlə olmalı olduğu vəziyyət arasındakı ziddiyyəti həll etmək üçün atılan
addım çox zaman nə reallığa, nə də ideala adekvat olmur və cəmiyyətə baha başa
gəlir.
Durğunluq dövrünə müraciət edək. O zaman biz hamımız alimdən tutmuş dövlət
məmurunadək, fəhlədən tutmuş dövlət rəhbərinədək həmin dövrü tərifləyirdik.
Natiqlərimiz və ziyalılarımız hər yerdə-kitablarda, mətbuatda, xalq arasında
artıq kommunizmin astanasında olduğumuzu söyləyirdilər. Ali məktəblərdə fiziki
əməklə zehni əmək arasında, kəndlə şəhər arasında əksliyin tezliklə aradan
götürüləcəyindən, dövlətin ölüb gedəcəyindən,
kommunist özünüidarə sisteminin üstünlükləri haqqında böyük həvəslə danışılırdı.
Totalitar siyasi rejim şəraitində yaşayan xalq böyük ümidlə o xoşbəxt günləri
gözləyirdi. Bir ara hətta bütün siyasi dərslik və kitablarda, 1980-ci ildə
kommunizmin artıq formalaşacağı göstərilirdi. Bu yalan təbliğat bir tərəfdən
mənəvi idraki dəyərlərimizi korlayır, digər tərəfdən isə cəmiyyətə məxsus olan
maddi nemətlərimizin bir hissəsini məhv edirdi. Ancaq xalqın şüurlu hissəsi başa
düşürdü ki, belə bir siyasi rejim şəraitində yaşamaq ən azı dözülməzdir. Xalqa
məxsus olmalı olan hakimiyyəti mənimsəmiş kommunist partiyası xalqı artıq cana
doydur-maqdadır. Xalqı bu boyunduruq altından çıxarmaq lazımdır! Ancaq o zaman
heç kim bunu necə etmək lazım olduğunu bilmirdi. Adamların əksəriyyəti isə heç
ağıllarına belə gətirə bilmirdi ki, nə vaxtsa güc bəla ilə üzv yazıldığı
kommunist partiyasından imtina etməli olacaq, sosializmə və kommunizmə qarşı
gizli duyduqları nifrəti nə vaxtsa açıqca ifadə edəcək, xalqı tədricən cana
doyuran totalitar siyasi rejimə qarşı çıxış edəcəklər. Yalan vədlərə inanmış
xalq yalnız siyasi rejimin özünü ifşası dövründə ayıldı.
Bu siyasi patoloji
şüurun özünüdərki idi. Siyasi patoloji iradə isə cəmiyyəti olmalı olduğu
vəziyyətə gətirmək üçün yenidənqurma adlanan uğursuz bir cəhd etdi. SSRİ-nin
sonuncu dövlət başçısı Qorbaçov tərəfindən edilən bu cəhd SSRİ-nin dağılması ilə
nəticələndi. Müttəfiq respublikalar azadlıq əldə edib,
BMT-nin
üzvü
oldu.
Totalitar siyasi rejim şəraitindən qurtulan xalqlar demokratik siyasi rejimə
keçidin başlanğıcını qoydular. Qərbin totalitar siyasi rejimə tabe edilmiş
sosialist ölkələri də yalançı, simasız təməl üzərində yaradılmış ideyadan imtina
edərək, azad rəqabət yolunu seçdilər və əslində öz müqəddəratını həll etmək
səlahiyyətini bu prosesdə aldılar. Xalqlar əsl siyasi azadlığı vətəndaş
cəmiyyəti, hüquqi dövlət, bazar iqtisadiyyatı sisteminə keçidin nəticəsi olaraq
əldə etdilər və yalnız öz siyasi azadlığını əldə etdikdən sonra öz
mənafelərindən çıxış edərək dünya ölkələri ilə ayrı ayrılıqda inteqrasiya
etdilər.
Lakin o da doğrudur ki, siyasi azadlıq xalqlara heç də Qorbaçov tərəfindən
verilmədi. siyasi azadlığı heç
kim heç bir ölkəyə vermir. Onu gərək qazanasan. Vətəndaşlar öz azadlığı uğrunda
özü mübarizə etməlidirlər.
Xatırladaq ki, Azərbaycan kimi neft diyarı olan «yağlı tikə»ni əldən vermək
istəməyən Rusiya ilk öncə hiyləgər təcavüz yolunu tutdu. Bu, erməni-Azərbaycan
münaqişəsini təzələmək və onun qanlı təcrübəsini bir daha canlandırmaq yolu idi.
İmperiya 1988-ci ildə Qarabağ münaqişəsini yaratdı. Qarabağın Ermənistana
birləşdirilərək «Böyük Ermənistan» yaratmaq haqqında geniş planlar gündəmə
gətirildi. Əvvəlcə İrəvana, sonra Zəngəzur və Göyçə mahalına yiyələnən ermənilər
öz havadarlarının köməyi ilə indi də Dağlıq Qarabağa yiyələnmək istədilər.
1990-cı il yanvarın 20-də törədilən qırğın Azərbaycan xalqının azadlıq uğrunda
mübarizəsini boğmaq üçün İmperiya tərəfindən edilən daha bir qanlı cəhd idi.
Maskalanmış «böyük qardaşımızın» iç üzü artıq bütün dünyaya bəlli oldu.
Alma-Atada, Tbilisidə törədilən qanlı hadisələr Bakıda daha dəhşətli şəkildə
davam etdirildi. Lakin, nə Bakı hadisələri, nə sonra törədilən Vilnüs hadisələri
xalqların azadlıq əzmini qıra bilmədi.
Ancaq bu ayrılma prosesi, azadlıq əzmi, bazar rəqabəti, hüquqi dövlət, vətəndaş
cəmiyyəti, demokratiya ideyalarının gerçəkləşdirilməsi prosesi xalqlar və
millətlər üçün bir çox problemlər və çətinliklər də yaratdı.
İqtisadi mənada bu çətinlik nədə oldu? Keçmiş SSRİ dövründə vaxtı müəssisə,
zavod və fabriklər elə təşkil edilmişdi ki, hər hansı bir hazır məhsul almaq
üçün bir neçə respublika ərazisində fəaliyyət göstərən müəssisələr istər-istəməz
bir-biri ilə əlaqə saxlamalı idi. SSRİ-nin dağılması prosesində respublikaların
bir-birinə qarşı münasibəti dəyişdi. müəssisə,
zavod və fabriklər tədricən dağılıb məhv olmağa başladı. İnsanlar işsizliklə
qarşılaşdı. Əvvəllər SSRİ dövründə qanunla (İnzibati hüquqpozmalar haqqında
Qanunla) dörd ay işsiz olan hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb olunmaq
təhlükəsi altında olduğu halda, sonradan SSRİ-nin dağılması ilə bağlı iş
qabiliyyəti olan əhali içərisində aşkar bir işsizlik meydana çıxdı.
aclıq, səfalət halları bir
reallığa çevrildi.
İctimai təhlükəsizlik səviyyəsinin get-gedə aşağı enməsi müşahidə olundu,
cinayətkarlıq artdı.
Müstəqillik qazandıq. Amma, bununla bəlalarımız bitmədi. Rusiya Ermənistana
havadarlıq etməyi öz boynuna götürmüşdü. 1992-ci il fevralın 26-da törədilən
Xocalı soyqırımı Azərbaycana edilən yeni acı təcavüzün nəticəsi idi.
Azərbaycanlılara qarşı edilən bu soyqırım faşist təcavüzündən də dəhşətli oldu.
Təpədən dırnağadək silahlanmış 366-cı motoatıcı alayın erməni-rus birləşmələri
mühasirə şəraitində olan Xocalı şəhərinin dinc, silahsız sakinlərinə gecə hər
tərəfdən əvvəlcə top mərmiləri və güllələrlə atəş açdılar. Sonra isə şəhər
sakinlərini vəhşicəsinə qırdılar.
Belə misli görünməmiş bir cinayətə görə rus-erməni «faşist mafiyası» beynəlxalq
məhkəmə qarşısıqda cavab verilməli idi. Hazırda bir milyon əhali öz ölkəsində
qaçqına çevrilmişdir.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqı
bu bəladan qurtarmaq üçün bir çox işlər görülmüşdür. Birinci, təcavüzkarı dünya
ictimaiyyətinə öz adı ilə təqdim etmək istiqamətində müəyyən uğurlar
qazanılmışdır. İkinci, siyasi arenada müvəffəqiyyət qazanmaq üçün daxili
sabitlik zəminində iqtisadiyyatı yüksəltmək sahəsində əsaslı müvəffəqiyyətlər
əldə edilmişdir. Üçüncü, tarix sübut edir ki, cəngavərlik bizə irsi olaraq
keçmişdir. Xalqın döyüş əzmi, milli mənliyi özünə qaytarılmaqdadır. Bəzən
Azərbaycanda mövcud olan bir çox iqtisadi çətinliklərə ölkədəki müharibə
şəraitinin nəticəsi kimi baxırlar. Düzdür, müharibə şəraitinin az-çox buna
təsiri var. belə bir vəziyyətin
yaranma səbəbini mən, əsasən, 70 ildən artıq bir müddətdə SSRİ şəraitində idarə,
müəssisə və təşkilatlarda «tənbəllər dünyası» yaradılması faktında görürəm. İndi
də bir çox adamlar əməli işlə məşğul olmaq xüsusiyyətinə malik deyillər. Bu hal
keçid dövrü üçün xarakterikdir. Yəqin ki yaxın gələcəkdə bu ziddiyyət aradan
qalxacaqdır. Azad xalq üçün hər şeyi hakimiyyət etmir. Azad xalqın özü cəmiyyəti
olduğu vəziyyətdən olmalı olduğu vəziyyətə gətirməkdə hakimiyyətlə əlbir
olmalıdır.
Nankor qonşuların təcavüzkarlıq niyyəti reallaşa bilməz!
Tez-gec xalqımızın birliyi
nəticəsində Qarabağda qələbə sevincini yaşayacağıq.
|