|
Новая страница 1
Firuzə Əliyeva
Qloballaşma dövründə beynəlxalq və erməni terrorizmi
Müasir dövrümüzdə terrorizm bir ölkə çərçivəsindən çıxmış bütün beynəlxalq
aləmdə qlobal şəkildə yayılmış, terrorizm iqtisadiyyatı, siyasəti və sosial
həyatın bütün sahələrini əhatə etmişdir. Müasir qloballaşma prosesində
dövlətlərin iqtisadi, siyasi cəhətdən bir-birinə inteqrarasiyası terrorizmin
sərhədləri dağıdaraq bütün beynəlxalq aləmdə təhlükə yaratması ilə müşayiət
olunur. Bu gün qloballaşma sanki terrorçuların əl-qolunu açır. Bu mənada, onlar
maddi-texniki və maliyyə cəhətdən çox yüksək səviyyədə təmin olunaraq bütün
dünya sivilizasiyasına təhlükə törədirlər. Müşahidələr gösərir ki, terrorçular
törətdikləri cinayətlərə görə – siyasi, milli, beynəlxalq, ideoloci, etnik,
dini, dövlət, hərbi, hava və s. növlərə ayrılırlar.
Separatizm beynəlxalq terrorizmin bir hissəsidir. Bu gün beynəlxalq terrorizm
milli, dini zəmində inkişaf edərək özünü etnik separatizm kimi təzahür etdirir.
Etnik separatizm özünü onda göstərir ki, hazırda dünyada 3000 müxtəlif etnik
qrup və xalq yaşayır ki, onlardan yalnız 300 min öz dövləti və muxtariyyəti
vardır.
Asiya, Afrika və Avropa dövlətlərində öz tərkib hissələrinə görə parçalanmış
xalqlar uzunmüddətdir ki, vahid bir dövlətin çərçivəsində yaşayırlar. Bu da
etnik separatizm təkcə milli çərçivə daxilində yox, eyni zamanda əmin-amanlıq
şəraitində yaşayan xalqlar üçün də qlobal xarakter daşımasına əsas verir.
Bilirik ki, separatizm çoxmillətli dövlətlərin tərkibində yaşayan azsaylı
xalqların ayrılaraq müstəqil milli dövlət, vilayət yaradılmasına cəhd
göstərmələridir. Hazırda erməni terrorçuları, dünyanın elə bir ölkəsi yoxdur ki,
orda öz təşkilatlarını yaratmasınlar. Onlar özgə torpaqları hesabına «Böyük
Ermənistan» dövləti yaratmaq istəyirlər. Bu bədxahlar ona görə də hər yerdə
terrorçuluq edir, minlərlə günahsız insanların qətlinə səbəb olurlar. Bu gün
qloballaşma dövründə erməni terrorizmi dünya sivilizasiyası üçün böyük
təhlükədir. Onlar digər terror təşkilatları ilə əlaqə yaradır və öz məqsədlərinə
nail olmaq üçün dəridən qabıqdan çıxırlar. Məsələn, Fələstin və erməni terrorçü
dəstələri artıq 30 ildən çoxdur ki, həmkardırlar. Heç təsadüfi deyildir ki,
Ərəfat «Əl-ayam» qəzetinə müsahibəsində demişdi ki, «biz və ermənilər bir
xalqıq», bu sözlər erməni terrorçularının və onlarla birlikdə satqın və ikiüzlü
Fələstin terrorçularının məkrli siyasətlərini açıb göstərir. Qeyd etmək lazımdır
ki, «Daşnaksutyun», «Asala» və digər erməni terrorçu təşkilatları Yaxın Şərqdə
«Əl-Kaidə» ərəb terrorçu təşkilatı ilə sıx əməkdaşlıq edir, birlikdə iş
aparırlar. Onlar Qarabağ müharibəsində bu təşkilatların köməyindən istifadə
etmişlər.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi erməni-ərəb terrorçu təşkilatlarını
fəallaşdırmışdır. Yaxın Şərqdə yaşayan etnik ermənilər müxtəlif üsullardavn
istifadə edərək, bu neft kəmərinin çəkilişinə maneçilik törətmək istəyirlər.
Məhz buna görə də onlar Azərbaycanın işğal edilmiş ərazilərindən istifadə etmək
istəyirlər. Məhz bu terrorçular bu gün bir Azərbaycan xalqına qarşı deyil, dünya
sivilizasiyasına təhlükədir.
Beynəlxalq terrorizm cəmiyyətə, dövlətə və bütövlükdə insanlara, onların
həyatlarını məhv etməyə qarşı çevrilmişdir. Müasir terrorizm xarakterik
cəhətlərindən biri də yaşayış yerlərində günahsız insanları terror aksiyalarının
qurbanı etmələridir İnsanların hüquq və azadlıqlarının terror təhlükəsi
nəticəsində pozulması ilə əlaqədar ABŞ-ın keçmiş prezidenti F.Ruzvelt demişdir.
Terror aktları (insanların hüquq və azadlıqlarına qarşı) birbaşa və dolayısı
yolla həyata keçirilir.
Birbaşa insan haqlarının pozulması, yəni onları azadlıqdan məhrum etmə, girov
götürmə, öldürmə, əmlakını qarət etmə və s. misal ola bilər. Dolayısı yolla
terrorçuluğa vətəndaşların hüquq və azadlıqlarının pozulması, milli dövlət
çərçivəsindən çıxaraq beynəlxalq hüquq normalarına zidd olaraq vətəndaşların
zorakılığa məruz qalmaları və dövlətin buna qarşı qəbul etdiyi sanksiyalar və
mübarizə metodları və s. daxildir. Bu zaman dövlət terrorirzmə qarşı əhalinin
yaşadığı ərazilərdə fövqəladə vəziyyət elan edərək, vətəndaşların pozulmuş
hüquqlarının bərpasına çalışır. Məsələn, 2001-ci il 11 sentyabr terror
aksiyasından sonra ABŞ və Fransa elə bir qanun qəbul etdi ki, o, məhkəmənin
sanksiyası olmadan belə, polisə bütün nəqliyyat vasitələrində yoxlama və
axtarışlar aparılmasına icazə verdi. Almaniyada isə məxfi xidmət orqanlarına və
polisə tapşırıldı ki, rabitə və telefon qovşaqlarındakı danışıqlara qulaq
asılmasına qoyulmuş hədd zəiflədilsin. İngiltərədə şübhəli görünən terrorçuları
hakimin qərarı olmadan istənilən vaxtı tutmağa göstəriş verildi.
XX əsrdə qlobal şəkildə yayılmış beynəlxalq terrorizmə qarşı mübarizə 1993-cü
ildə Venski deklarasiyasında və insan hüquqlarının qorunması ilə bağlı Ümumdünya
konfransının qəbul etdiyi Proqramda öz ifadəsini tapdı. Bu sənədlərdə beynəlxalq
terrorizm onun forma və praktiki aşkarolma metodları, demokratiya və insanların
azadlığı, həyatı üçün təhlükə törətdikləri göstərilirdi.
Onu da qeyd etmək lazımdır ki, son illərədək BMT terrorizmi və onun insanlığa
qarşı çevrilmiş təhlükəsini tanımırdı. Onda belə qənaətə gəlmək olar ki,
terrorizm təhlükəsi, onun törətdiyi cinayətlər hansı beynəlxalq qanun
normalarına uyğun gəlir.
Biz qloballaşma dövründən terrorizmdən danışarkən erməni terrorizmini
unutmamalıyıq. 1918-ci ildə yerlərdə sovet hakimiyyəti qurmaq bəhanəsi ilə
erməni daşnakları Azərbaycanın müxtəlif şəhər və kəndlərində soyqırımı
törətdilər. Uzun illər dahi saydığımız V.İ.Lenindən tutmuş daşnak komissar
Stepan Şaumyana, özünü türk dünyasının qənimi hesab edən Andronikə qədər
saysız-hesabsız düşmənlər əl-ələ verərək, Bakını Rusiya quberniyasına,
Azərbaycanın digər rayonlarını isə «Böyük Ermənistan»ın bir hissəsinə çevirmək
arzusu ilə mart qırğınını törətdilər.
Erməni quldur dəstələri Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Naxçıvanda,
Zəngəzurda, habelə Azərbaycanın digər ərazilərində yüzlərlə-minlərlə
azərbaycanlıya işgəncə verirdilər, evləri qarət edib yandırırdılar. Erməni
daşnak və bolşevikləri öz vəhşi əməllərinə don geyindirərək, törətdikləri
qırğınları vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsil tarixi
həqiqəti ört-basdır etməyə çalışırdılar. Bir gecədə, yəni martın 31-də təkcə
Bakıda və onun ətraf kəndlərində 15 min günahsız azərbaycanlı öldürülmüşdür.
1919-cu il 19 martda saat 12-də isə Əmirov, Lalani Şamaxıda camaatı məscidə
yığıb yandırdılar. Böyük yazıçı və görkəmli dövlət xadimi Nəriman Nərimanov
yazırdı ki, «Mən Şaumyana və Çaparidzeyə dedim ki, siz müsəlman əhalisinə sübut
etməlisiniz ki, mart qırğını sizin arzunuzla olmamışdır. Bunu Sovet
hakimiyyətinin düşməni və satqınları etmişdir.
Tarixi vərəqlədikcə bizə aydın olur ki, bu gün Qarabağ torpaqlarının işğalının
təməli hələ ötən əsrin əvvəllərindən qoyulmuşdur. Azərbaycan xalqı işğalçıları
məhv edib vətəni azad etmək üçün birləşməlidir. Erməni terrorizmi gələcək
nəsillər üçün həmişə təhlükəli olub və olacaqdır. Biz bu hadisələrlə əlaqədər
həmişə ayıq olmalı və düşmənlərimizin məkrli hiylələrinə qarşı layiqli cavab
verməyə hər an hazır olmayılıq.
Dünyada beynəlxalq terrorizmi dəstəkləyənlərə qarşı dövlət səviyyəsində mübarizə
aparılmalıdır.
|