|
Новая страница 1
Qasım Hacıyev
Kürəkçay müqaviləsi və Qarabağın sonrakı tarixi taleyi
Rusiya Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq Kartli
Kaxetiya çarlığını,
Borçalı,
Qazax və Şəmşədil sultanlığı,
Car-Balakəni,
Gəncə xanlığını işğal etdi.
Belə vəziyyətdə İran hökuməti Rusiyanın irəliləməsinin fakt olduğunu dərk edərək
Sisiyanova rus ordusunu Azərbaycandan çıxarması üçün ultimatum verdi.
Bu proses ultimatumun etirazla qarşılanması və bundan sonra İran hökumətinin
Rusiyaya müharibə elan etməsi ilə nəticələndi.
İran ordusunun Azərbaycan xanlıqlarına hücumu başlandı
(1804-cü
il).
Bərabər olmayan qüvvələr nisbətində başlanan ilk döyüşdə rus ordusu itki verərək
döyüşü dayandırdı.
Sisianov İrəvan xanlığına doğru hərəkət edərək İrəvan qalasını mühasirəyə alsa
da onu tuta bilmədi,
xeyli itki verərək geri çəkildi.
Belə bir vəziyyətdə Sisianov siyasi manevretməyə əl atdı.
Öz qaniçənliyi ilə tanınan Sisianov mehriban bir tərzdə müraciət edərək
İbrahimxəlil xanın mövqeyini dəqiqləşdirmək fikrinə düşdü.
İbrahim xan və onun baş vəziri Molla Pənah Vaqifin İrandan fərqli olaraq
Rusiyaya meylli olması Sisianovun xarici siyasət planına uyğun gəlirdi.
Sisianova məlum olan bu siyasətlə-
xanlıqlar arasındakı narazılıqlardan istifadə edərək manevr etməyin nəticəsini
Şəmşədil hökmdarı və digərlərinin timsalında görmüşdü.
İbrahim xanın daha hansı səbəblərdən Sisianovun müraciətinə müsbət cavab
verməsini müxtəlif arqumentlərlə izah edilməsini də nəzərə alsaq demək olar ki,
Sisianovun hiylələri və həmin dövrdə Azərbaycan torpaqlarında mənəmənəmliyin və
daha dəqiq desək vətən,
xalq mənafeyindən deyil,
şəxsi mənafe və şəxsi münasibətlərə üstünlük verilməsinin nəticəsində Azərbaycan
böyük bəlalara düçar oldu.
Gəncə xanlığına divan tutuldu,
Qarabağ xanlığı itaət etməyə məcbur edildi.
1805-ci ildə Qarabağ xanı ilə Rus imperatoru arasında bağlanan «Kürəkçay»
müqaviləsi imzalandı. Müqaviləni Rusiyanın Qafqaz qoşunlarının baş komandanı
Sisianov imzalamışdır. Müqavilə adlandırılma-sına baxmayayraq, mahiyyətcə
təslimçilik aktı olan Kürəkçay müqaviləsi Qarabağın faciəli taleyinin
başlanğıcını qoydu. Belə ki, iki yüz illik müddətdə müstəqil Azərbaycan
dövlətinin qurulmasına imkan verilmədi. 11 maddədən ibarət «Andlı öhdəlik»
adlanan bu müqavilə ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi.
Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu
müqavilə təkcə Qarabağın deyil bütünlükdə Azərbaycanın taleyində mühüm rol
oynadı. Qarabağın özünə gəldikdə isə bu müqavilənin şərtlərinə görə Qarabağ
xanlığı Rus imperiyasının vassalı olur, Rusiya çarına görə digər xarici
dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum olur, çar xəzinəsinə hər il 8
min çervon bac verməyi öhdəsinə götürürdü. Bundan əlavə, Şuşa qalasında və
xanlığın ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə də razılıq
verilirdi. Bunlarla yanaşı çar qoşunları general-leytenantı rütbəsi verilmiş
İbrahimxəlil xan birbaşa çar baş komandanına tabe idi. Eyni zamanda Rusiya
hökuməti də xanın və onun varislərinin daxili idarəetmə hüquqlarına
toxunmayacağını öhdəsinə götürdü.
Kürəkçay müqaviləsi 17 ildən sonra, yəni 1822-ci ildən sonra Qarabağ xanlığının
çar hökuməti tərəfindən ləğv edilməsi ilə rəsmi qüvvəsini itirmiş oldu.
Kürəkçay müqaviləsi tarixşünaslıqda obyektiv tarixi həllini tapmamışdır. Hətta
bu problemin lazımi şəkildə tədqiq edilməməsi uydurma erməni «tədqiqatlarının»
yaranmasına səbəb olmuşdur. Onlar Rusiyanın Qarabağ xanı ilə bağladığı bu
müqavilənin bağlanmasında məliklərin rolunu şişirdərək, guya hansısa böyük
qüvvəyə malik olan erməni məlikliklərinin müqavilənin bağlanmasında rolundan və
iştirakından danışırlar. Hansı ki, bu məlikliklər alban məliklikləri idi və
bunlar da müqavilənin bağlanmasında iştirak etmələri heç bir rəsmi sənəd və
faktla təsdiq edilmir. İkincisi bu müqavilənin bundan əvvəlki şərhlərində isə
Qarabağ xanının könüllü rəyinin Rusiya hökuməti tərəfindən nəzərə alaraq
könüllülük əsasında rəsmləşdirilməsi kimi qeyd edilirdi. Xanın yaranmış
hərbi-siyasi şərait nəticəsində belə bir müqaviləyə qol çəkmək məcburiyyətində
qalması məlum olmuşdur.
Gəncənin işğalına qədər və hətta İrəvan xanlığına hücum ərəfəsində İbrahim xana
rəğbətlə, mehribanlıqla müraciət edən Sisianovun sonradakı hərəkətlərinin uyğun
gəlməməsi Rusiyanın əyalət siyasətinin davamı və buna xidmət edən Sisianovun
hiyləgər xarakteri idi. İbrahimxəlil xanı Rusiyanın əbədi müttəfiqi kimi qələmə
verərək onu inandırması və Cavad xanla münasibətlərini kəskinləşdirərək birinin
digərinə kömək etməsi əvəzində bir-birindən uzaqlaşması və laqeydliyi əvvəl
Gəncə xanlığının, onun ardınca isə Qarabağ xanlığının tarixi taleyinin acı
sonluqla nəticələnməsinə gətirib çıxardı. Sisianovun hansı yolla olur olsun
qələbəsi nəinki, Qarabağın taleyini həll etdi, hətta tarixin də
saxtalaşdırılmasına səbəb oldu.
Sovet dövrü tarixçilərinin bunu könüllü birləşmə adlandırmasına baxmayaraq, rus
tarixçiləri bunu qəhrəmanlıq, qələbə, fəth adlandırırdılar. P.Q.Butkov yazırdı
ki, «bu qəhrəman qələbə polkovnik Karyagin, mayor Kotlyarovski və knyaz
Sisianovun adı ilə bağlıdır». Yeri gəlmişkən Krasnodar şəhərində 1991-ci ildə
mərkəzi tarix muzeyində təşkil edilmiş sərgidə «Rusiyanın Qafqazdakı hərbi
qələbələri»ni əks etdirən tarixi nümunələr və kitabların nümayiş etdirilməsi bu
deyilənləri bir daha sübut edir.
İbrahimxəlil xanın sonrakı taleyi göstərir ki, heç bir müqavilə, heç bir andlı
öhdəlik onu düşmənin pəncəsindən xilas etmədi. 1805-ci il iyul ayının 2-də
İbrahimxəlil xan ailəsi ilə birlikdə rus zabiti Lisaneviç tərəfindən qətlə
yetirildi. Qarabağ səlnamələrində İbrahimxəlil xanın öldürülməsininin
səbəblərindən biri kimi əvvəlcədən- 1805-ci ildə Peterburqda hazırlanmış plana
əsasən öldürülməsi kimi, digəri isə ermənilərin xan haqqında uydurma xəyanət
haqqında xəbər verməsininin nəticəsində baş verdiyi bildirilir. M.C.Qarabaği
yazır ki, «1806-cı ilin yazında Qızılbaş qoşunu (çar mirzəsi Cavanşir Qarabaği
qızılbaş deyərkən İran qoşununu nəzərdə tutur) Qarabağ torpağına yenidən hücuma
keçməyə başladı. Onların qarşısını almaq üçün Qarabağda mayor Lisanoviçin yeger
dəstəsindən başqa qoşun olmadığından və məhsul vaxtı gəlib çatdığından İbrahim
xan Qarabağ elləri ayaq altında qalmasın deyə qızılbaşlarla xoşluqla rəftar
etməyə başladı. Ermənilər bunu mayor Lisanoviçə xəyanət kimi başa saldılar. Buna
görə də İbrahimxəlil xan qətlə yetirildi».
İbrahimxəlil xanı öldürdükdən sonra mayor Lisanoviçin hərbi rütbəsinin
artırılması göstərir ki, burada hər iki amil əsas götürülə bilər.
Qarabağ xanının taleyinə bax ki, bir tərəf İran onu ruslara xidmətinə görə
«hiyləgər, xəyanətkar» adlandırırsa, digər tərəf isə Rusiya onu bu xidmətlərinə
görə «cəzalandırır», qətlə yetirir. Buradan İran və Rusiyanın müstəmləkəçilik
siyasətinin iç üzü görünür.
**10 sentyabr 1806-cı ildə I Aleksandrın fərmanı ilə Mehdiqulu ağa Qarabağın
yeni hakimi təyin edildi. İmperatorun fərmanında bunula əlaqədar qeyd edilirdi:
«Biz, imperator I Aleksandr bəyan edirik: bütün yüksək üləmalar, hörmətli
başçılar, əyyanlar, bəylər, sərkərdələr, kənd ağsaqqalları, kəndxudalar və bütün
Qarabağ vilayətinin sakinləri bilirlər ki, keçən il rəhmətlik İbrahim xan bizim
çar nümayəndəsi general knyaz Sisiyanovla birlikdə «Andlı öhdəlik» imzaladılar
və general indi onu imperator sarayına gətirdi.
XIX əsrdə Azərbaycan əhalisinin vəziyyəti belə idi ki, nəinki Qarabağ, həmçinin
İrəvan və Naxçıvan xanlığında əsas yeri Azərbaycan əhalisi tuturdu. Türk səyyahı
Evliya Çələbi bu barədə qeyd edir ki, hələ XVII əsrdə İrəvanda 2500 ev,
10000-12000 əhali var idi. Azərbaycan əhalisi bunun yarısını təşkil edirdi
(И.Мамедов. Депортасийя азербайджансев из Армении…
).
XVIII əsr müəllifləri Momıye və A.Q.Ohanesyan XVIII əsrin birinci rübünə aid
məlumatda qeyd edir ki: «ermənilər İrəvan şəhərinin əhalisinin dördüncü
hissəsini, azərbaycanlılar isə çoxunu təşkil edir»
( yenə orada).
Qarabağın Rusiya ilə Kürəkçay müqaviləsi ərəfəsində Qarabağdakı rus qoşunları
dəstəsinin rəisi Kotliyarovski baş komandana raportunda qeyd edirdi ki: «1805-ci
ildə Qarabağın Rusiyaya daxil olması mənim sorğuma görə 1808-ci ildə düzəldilmiş
cədvəl üzrə 10 000 ailə sayılmışdır., - 7474»
(Акты Кавказской археографической комиссии (АКАК). Архив Главного
управленийа наместника Кавказского, т.5, док. 696).
Qeyd etmək lazımdır ki, həmin illərdə müharibə zamanı çoxlu miqdarda Azərbaycan
əhalisi məhv oldu. 19 iyul 1811-ci ildə Rusiya xarici işlər naziri
O.P.Kozodavlevə təqdim olunan digər bir sənəddə bu məsələ barədə göstərilirdi:
«Qarabağ vilayətində əhali 12 000 ailə qeydə alınmışdır ki, bunların da 2500-ü
erməni ailəsidir (bu erməni adlandırılanlar albanlardır -qeyd müəllifindir),
yerdə qalanları məhəmmədi dinli tatarlardır»
(Присеодинение
восточный Армении к Росии, Ереван, 1972, 560-562).
F.O.Paluççi (Gürcüstandakı rus ordusunun baş komandanı – qeyd müəllifindir)
imperator I Aleksandra yazdığı 27 mart 1812-ci il raportunda Qarabağda müsəlman
əhalisinin çoxluğunu göstərmişdir
(yenə orada).
Qeyd etmək lazımdır ki, 1804-1813-cü il Rusiya-İran müharibəsində 10 000 atlı,
12000 yaxın piyada azərbaycanlı döyüşçü iştirk etmişdir. Rusiya-Türkiyə
müharibəsində 1806-1812-ci illərdə 3700 nəfər atlı dəstə azərbaycanlı iştirak
etmişdir
(М.Х.Ибращимбейли. Росия и Азербайджан в первой трети ХЫХ в.(из
военно-плитической истории). М., 1969, с.150).
1822-ci ildə Qarabağ xanlığı ləğv olundu. Onun yerinə eyni adlı əyalət yarandı.
«Kürəkçay» (1805-ci il), «Gülüstan» (1913-cü il) və «Türkmənçay» (1828-ci il)
müqavilələrindən sonra Qarabağın taleyi ilə bağlı erməniləşdirmə prosesi üçün
şərait yaradıldı. Rusiya dövləti Qarabağa ermənilərin köçürməsinə hər vasitə ilə
səy göstərir, hər cür şərait yaradırdı.
Bundan sonra Qarabağda siyasi, iqtisadi və mənəvi cəhətdən müstəmləkəçilik
siyasəti gücləndi. İran və Türkiyədən köçürülmüş erməni əhalisinin Qarabağın
boşalmış kənlərində yerləşdirilməsi və sonralar tədricən yerli azərbaycanlı
əhalisinin sıxışdırılıb çıxarılması hesabına etnik tarazlığın pozulması hesabına
Qarabağın azərbaycansızlaşdırma siyasəti yeridildi ki, bu barədə yazılı
mənbələrdə kifayət qədər məlumatlar verilir. Alban xristian kilsəsinin ləğv
edilib erməni qriqoria kilsəsinə tabe edilməsi də etnik sıxışdırma prosesinin
davamı idi.
XX əsrin əvvəllərində Rusiya imperiyasının dağılmasından istifadə edərək
müstəqillik qazanan Azərbaycan Cənubi Qafqazda ilk cümhuriyyət qurdu. Lakin onun
yaşamasına imkan verilmədi. «Qızıl ordu» adı altında rus bolşevik ordusu Türkiyə
ilə əlaqlələrin yaranmasına imkan verməmək üçün onların arasında nə yolla olur
olsun, erməni dövləti yaratmağa cəhd göstərdi və buna nail odu. Əzəli türk-oğuz
torpaqları, əhalisinin dörddə üçü türk əhalisi olan İravanda Ermənistan dövləti
yarandı, Zəngəzur və Göyçə ona verildi. Yuxarı Qarabağda DQMV yaradıldı.
Sovetlər dövründə hər cür köməkliyə arxalanan ermənilər Dağlıq Qarabağı
Azərbəycandan ayırmaq planı üzrə fəaliyyətini gizli şəkildə davam etdirdi. Sovet
hakimiyyəti süquta uğrayan kimi qriqoryan kilsəsinin, xarici təşkilatların və
diaspora qüvvələrinin maddi və mənəvi dəstəyi hesabına Azərbaycanın Qarabağ
bölgəsini və onun ətrafındakı 7 rayonu işğal etdi.
|