|
Новая страница 1
Qurban Əli Məhbubi
Qarabağ münaqişəsinin həlli yolları
1 Qаrаbаğın hüvviyyəti müzакirələr mövzusundа ən mühüm məsələdir.
Qаrаbаğın hüquqi və siyаsi vəziyyəti, еləcə də оnun Аzərbаycаndаn аyrı və
müstəqil оlmаsımı, yохsа bu ölкənin tərкib hissəsi sаyılmаsınа gəldiкdə isə, bu
dа həmin prоblеmin ən mühüm suаllаrındаn biridir.
2 Bəlкə də hər iкi prеzidеnt (Аzərbаycаn və Еrmənistаn prеzidеtləri) üçün
ən mühüm prоblеm еhtimаl vеrilən rаzılаşmаnı cаmааtа nеcə izаh еtmələri оlа
bilər. Hər iкi millətin əкsəriyyəti bir bаşа mühаribədən zərər çəкmiş, еv-еşiкlərindən
didərgin düşmüşdür, digər tərəfdən də hər iкi ölкənin bütün əhаlisi hər bir
hаldа оn üç il ərzində iqtisаdi inкişаf və siyаsi sаbitliкdən məhrum оlmuşlаr.
3 Iкi ölкədə bu illər ərzində аpаrılаn təbliğаtlаr bахımındаn iкi хаlq
аrаsındа ümumi bir nifrət əmələ gəlmişdir. Bunа görə də кеçmişlərin hаmısını
аsаnlıqlа unutmаq оlmаz. Bu məsələ о vахt əhəmiyyət кəsb еdir кi, tərəflərdən
hər biri rаzılаşmаdаn əvvəl Qаrаbаğın gələcəк vəziyyətini rеfеrеndumа, yахud
ümumi rəy sоrğusunа qоysunlаr.
4 Həmçinin, Qаrаbаğın siyаsi-hüquqi cəhətdən stаtusundа hər növ
dəyişiкliк də hər iкi ölкənin, хüsusilə Аzərbаycаnın əsаs Qаnunundа dəyişiкliyi
tələb еdir.
5 Qərb ölкələrində еrməni lоbbisinin vаrlığı ilə Аzərbаycаn Аmеriкаnın,
bu ölкə коnqrеsinin təsdiq еtdiyinə uyğun оlаrаq hər növ кöməкlərindən məhrum
еdilmişdir. 1991-ci ildə Аmеriка коnqrеsində Аzərbаycаnа himаyədаrlıqlа əlаqədаr
qəbul еdilən 907-ci qаnunun bir bölməsi Аmеriка dövlətinin Аzərbаycаnа mаddi
yаrdım еtməsini, Аmеriка prеzidеntinin Аzərbаycаnın Еrmənistаnа hücum еtməк
niyyətində оlmаdığını bildiyi vахtа qədər qаdаğаn еtmişdir. Bu qаnunun qüvvdə
оlmа müdəti hər il uzаdılır.
6 BMT 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Ermənistanın işğal etdiyi
ərazilərin Azərbaycana qaytarılması və müharibə zamanı didərgin düşənlərin öz
vətənlərinə qaytarılmasına təkid etmişdir. Lakin bu qətnamələrin icra
olunmasında kifayət qədər tə`sirli zəmanət yoxdur.
7 Tarix boyu ermənilərin və azərbaycanlıların bir-birinə qarşı mənfi
münasibətləri Qarabağ münaqişəsinin uzanmasının digər bir təsirli
amilərindəndir.
8 Qarabağ münaqişəsinin həll olunmaz halda qalmasının digər bir
amillərindən biri kimi bu iki ölkədə ifratçı qrupların varlığını qeyd etmək
olar.
9 Azərilərlə ermənilər arasında milli, mədəniyyət və dini təzadlar bu
münaqişənin uzanma səbəblərindən biridir.
10 Iki beynəlxal hüquq arasında, yəni ölkələrin ərazi bütövlüyünə ehtiram
qoymaq və millətlərin öz müqəddəratını həll etmək prinsipi arasında ziddiyyətin
özü də bu münaqişənin həll olunmaz vəziyyətdə qalmasının səbəblərindən biridir.
Qeyd etmək lazımdır ki, bu iki prinsip zahirdə bir-birilə ziddiyyət təşkil edir.
çünki, BMT-nin bəyannaməsi mövcud ölkələrin parçalanması ilə müvafiq deyil və
müqəddəratın təyin olunma haqqını bir ölkə daxilində azlıq təşkil edən
dövlətlərə deyil, müstəmləkə altında olan ölkələrə verir. Buna görə də Qarabağ
ermənilərinə siyasi cəhətdən Azərbaycanın daxilində muxtariyyət haqqı verilməsi
ən yaxşı proqramlardan biridir ki, Qarabağ ermənilərini öz müqəddəratını həll
etməkdə şərik edir, həm də beynəlxalq sərhədlərin dəyişdirilməsini inkar edir.
Bu mövzuya Avropa həmkarlıq və təhlükəsizlik şurasının başçıları da 1996-cı ildə
Portuqaliyanın Lissabon şəhərindəkeçirilən iclasda buna təkid etmişlər.
Məntəqədə əmin-amanlığın və təhlükəsizliyin bərpa olunması üçün təklif olunan
variantlar məntəqə daxili və məntəqə xaricində olan varintlara bölünə bilər. Bu
variantların bəziləri indiyə qədər Qafqazdakı ölkələrin və məntəqə daxlindəki
qüdrətlərin siyasi şəxsiyyətlərinin vasitəsi ilə aşkar şəkildə irəli çəkilmiş,
bu variantlardan bəziləri də əməl məqamında məntəqə ölkələrinin, yaxud xarici
ölkəkələrin vasitəsi ilə məntəqədə icra olunmuş, yaxud müəyyən mənada icra
mərhələsindədir. “Məntəqə daxilindəki variantlar” dedikdə məqsədimiz o
variantlardır ki, Cənubi Qafqazdakı üç respublikadan əlavə, onlarla qonşu olan
qüdrətlər və Qafqaz məntəqəsi ilə sərhəd olan Iran, Rusiya və Türkiyə ölkələrinə
də şamil olsun. Məntəqə xaricindəki variantlarda da bu altı ölkədən əlavə,
Amerika və Avropa şurasının da iştirakı təklif olunmuşdur. Məntəqə daxilindəki
variantlardan bəzilərində məntəqədəki üç qüdrətin iştirakı nəzərdə tutulmuş və
bəzi digərlərində də o qüdrətlərdən biri, yaxud ikisi nəzərdə tutulmuşdur.
3+1, yaxud 4+0 variantI
Bu variantda təklif olunur ki, Qafqazın təhlükəsizliyi Cənubi Qafqazın üç
Respublikası üstə gəl Rusiya ilə təzmin olunsun. Bu varianta Rusiyanın ali
rütbəli məqamlarıçox maraq göstərirlər.
Əlbəttə,
2001-ci ilin aprel ayına qədər və konkret şəkildə desək, Putinin prezident
seçilməsinə qədər bu məsələ aşkar şəkildə elan edilmirdi, amma Rusiyanın
siyasətlərində müəyyən qədər hiss olunurdu.
3+1 variantı həqiqətdə Rusiyanın kommunizm dövründəki nəzərlərinə arxalanır və
Rusiyanın keçmiş SSRI dövründə Qafqaz məntəqəsində ifa etdiyi iqtidarının
dirçəldilməsi məqsədini güdür.
əlbəttə, Rusiya Qarabağ məsələsini həll etmək üçün iki tərəfli, yaxud üç tərəfli
təşkil olunan iclaslarda, xüsusilə Azərbaycan və Ermənistan başçılarının iştirak
etdiyi iclasda çalışırdı ki, 3+1 variantını tamamilə icra mərhələsinə çatdırsın.
Rusiyanın 3+1 təhlükəsizlik variantının icra olunmasına maraq Amerikada baş
verən 11 sentyabr hadisələrindən sonra daha artmağa başladı. Bu hadisənin baş
verməsindən sonra Amerika dövləti çalışırdı ki, terrorizmlə mübarizə ünvanı
altında Xəzər hövzəsinin hər iki tərəfində uzun müddətli nüfuzuna şərait
yaratsın.
Hər bir halda, demək lazımdır ki, Rusiya xüsusilə Putinin hakimiyyətə gəlişindən
sonra “dörd Qafqaz variantını” bu məntəqədə icra etmək üçün daha artıq
ciddiyyətlə fəaliyyətə başlamış, tədrici və proqramlaşdırılmış əsasda bu işə
başlamışdır. Həqiqətdə Rusiyanın qərar qəbul edən təşkilatları inanırlar ki,
Qafqaz bu ölkənin “xəlvət həyatı” hesab olunur, Moskvanın Qafqazdakı uzun
müddətli və tarixi hüzuruna diqqət yetirməklə, Rusiya Qafqazda təhlüəsizliyin
keşikçisi olmalıdır.
3+1 təhlükəsizlik variantında bu məsələnin - təhlükəsizlik baxımından Qafqazın
Moskva üçün xüsusi və həyati əhəmiyyət kəsb etdiyinə görə Moskva da bu məntəqədə
özünün əsas siyasi rolunun ifa etməlidir. Bu münaqişə Rusiya məqamlarının Qafqaz
respublikalarına səfərində əsas mehvər təşkil edirdi.
Siyasi mütəxəssislərin inancına görə Rusiyanın Qafqaz məntəqəsində əsaslı rol
ifa etməsi inkar olunası deyildir, hətta Rusiyanın rəqibləri, o cümlədən, NATO
da buna təkid edir. Amma bu əsaslı rol, Qafqazla sərhəd olan dövlətlərin məntəqə
daxilində təhlükəsiziliyin təmin olunmasında iştirak etmək məsələsinin kənara
qoyulmasına məntiqi bir dəlil ola bilməz.
Hər bir halda, şəkk yoxdur ki, belə bir təhlükəsizlik variantının davam
etdirilməsi “bir neçə yönlü” nəzəriyyəsinin gücləndirilməsinin zərurətinə təkid
edən ölkələr tərəfindən bir tərəfli şəkildə müsbət dəyərləndirilə bilməz. Bu
variantda Rusiya təklikdə həm Qafqazda təhlükəsizliyin təmin olunmasını, həm də
ona zəmanət verilməsini öhdəsinə alır və Qafqaz məsələsinin özlərinin
mənafeyləri ilə çarpazlaşdığı məntəqə qüdrətlərini də görməməzliyə vururlar.
Buna əsasən, Rusiya məntəqədə kamil və davamlı təhlükəsizliyin bərqərar olunması
üçün lazım olan kütləvi imkanlardan istifadə qüdrətinə malik olmayacaqdır.
Eyni halda əsas etibarı ilə Rusiyadan ayrılmağa meyl göstərən Azərbaycan və
Gürcüstan respublikalarının 3+1 təhlükəsizlik variantı ilə razılaşmada ciddi
müxalifət etmələri şəkk-şübhəyə səbəb olmuşdur.
Bundan əlavə, bu təhlükəsizlik variantında məntəqə daxilindəki qüdrətlərin
həmkarlığının mülahizə olunmaması bu variant üçün əsaslı bir eyb sayılır ki,
təqdim olunan həmin variantda iştirak edilən dörd ölkənin müştərək mənafeyləri
konkret şəkildə bəyan edilməmiş, nəticədə ölkələrin onda iştirak etməsi üçün
müəyyən çərçivə və şərtlər təyin olunmuşdur. Digəri bundan ibarətdir ki, bu
təhlüksizlik variantında, hər hansı bir qüdrətin başqalarına hakim olmaq
siyasətini ardınca gətirməməsi üçün, heç bir mexanizm bəyan olunmamışdır.
3+2 təhlüKəsizliK
variantI
Bu variantda Azərbaycan, Gürcüstan və Ermənistan məntəqənin üç əsas aparıcısı,
Rusiya və Iran isə Qafqaz məntəqəsi ilə sərhəd olan digər iki aparıcı ünvanı ilə
təqdim olunur.
Həqiqətdə Rusiya və Iranın Qafqazın bir çox məsələlərində, o cümlədən qərbin və
NATO-nun nüfuz etməsi qarşısında dayanmaq və Xəzər bölgəsində yadellilərinin
müdaxiləsinin qarşısını almaq kimi məsələlərdə müştərək mənafeyə malik olmaları,
neft-qaz enercisinin iqtisadi cəhətdən sərfəli yollarla dünya bazarlarına
daşınması, məntəqə daxilində baş verən böhranların həll edilməsində, o cümlədən
Tacikistanın daxili probleminin həll edilməsindəki müsbət həmkarlıqları, iki
ölkənin tarixi keçmişinə nəzər yetirməklə hər iki ölkənin təklifləri ilə yanaşı
bu iki ölkə tərəfindən strateci proqramların təqdim olunması, şimal-cənub
nəqliyyat dalanın icad edilməsi və s. kimi məsələlər səbəb olmuşdur ki, Iran və
Rusiyanın mütəxəssisləri bu təhlükəsizlik variantının Qafqaz məntəqəsi daxilində
icra olunmasına təkid etsinlər. Iran və Rusiya keçmiş illər boyunda Qafqaz
məntəqəsində yaxından həmkarlıq etmişlər. Bu illər ərzində müxtəlif amillər, o
cümlədən Türkiyənin qərb siyasətlərinin Qafqaz regionunda icra olunması üçün bir
alətə çevrilməsi kimi amillər səbəb olmuşdur ki, bu məntəqə daxilində olan bu
variantda Türkiyə üçün heç bir məqam nəzərə alınmasın.
Bu variant öz növbəsində Türkiyə və Qərb dövlətlərinin Qafqaz məntəqəsində
Iranla Rusiyanın kənara qoyulması ilə əlaqədar təhlükəsizlik variantının icra
olunması qarşısında bir növ cavab və fəaliyyətdir. Həqiqətdə Amerikanın Qafqaz
ölkələrində və Mərkəzi Asiyadakı nüfuzunun gücləndirilməsi Moskva və Tehran
məqamlarının ciddi nigaranıçılığına səbəb olmuşdur. Bu həm də Amerika, Rusiya və
Iranın zəngin neft-qaz yataqları və hidrokarbonik maddələrə malik olan Xəzər
hövzəsindən xaric etməklə əlaqədar göstərdiyi səylər müqabilində bir növ
cavabdır.
Iranda və Rusiyada bəzi mənbələrin Qafqazın təhlükəsizliyinin təmin olunmasında
bütün ölkələrin iştirakına dair maraqları, o cümlədən Türkiyənin bu barədə
iştirak etməsi səbəb olmuşdur ki, bu proqram çox və labüd şəkildəə Iran
məqamları tərəfindən bir təhlükəsizlik proqramı ünvanı ilə irəli çəkilsin, lakin
şəkk yoxdur ki, əgər Türkiyə Qafqazla sərhəd olan bir ölkə ünvanı ilə qərbin
siyasətlərinə uyğun olan siyasətlərini məntəqədə şiddətləndirsə o halda Iran və
Rusiya istər-istəməz 3+2 təhlükəsizlik variantının icrasına daha çox rəğbət
göstərəcəklər.
Yadların məntəqəyə nüfuz etməsininin qarşısını almaq üçün göstərilən səylər 3+2
təhlükəsizlik variantının müsbət cəhətlərindən biridir. Amma məntəqə ölkələrinin
hamısının əhatə etmədiyinə görə mümkündür ki, bu vairantdan yalnız müəyyən
vaxtlar daxilində və Türkiyəyə təzyiq göstərmək üçün istifadə edilsin.
3+3 təhlüKəsizliK
variantI
Bu variant Cənubi Qafqazın üç Respublikası + Iran, Rusiya və Türkiyə Qafqaz
məntəqəsində təhlükəsizliyin bərqərar olunması üçün nəzərdə tutulumuşdur.
Bu təhlükəsizlik variantının müsbət cəhətləri yadların məntəqəyə müdaxiləsni
rədd etmək, eləcə də hər üç qüdrətin Qafqaz daxilindəki təhlükəsizliyin tərtibə
salınmasına şərik etməkdir. Amma eyni halda, bu üç ölkənin, xüsusilə də
Türkiyənin Qafqaz məntəqəsində Iran və Rusiya ilə apardığı rəqabət bu
təhlükəsizlik variantının əməli olaraq həyata keçməsi qarşısında ümdə maneə
sayılır. Bunu da qeyd edək ki, Türkiyə Israil, Amerika və NATO-nu da özü ilə
birlikdə məntəqəyə daxil etməyə çalışır. Halbuki onlar tamamilə münaqişə icad
etmək mahiyyətinə malikdirlər. Bununla belə bəzi məntəqə ölkələrinin o cümlədən
Iran inanır ki, bu variant – məntəqə ölkələri, Qafqazla əlaqədar cinah
yaratmamasına diqqət yetirməklə – Qafqaz məntəqəsində təhlükəsizliyin bərqərar
edilməsində təsirli rol ifa edə bilər.
Hər bir halda, şəkk yoxdur ki, bu proqramın müvəffəqiyyət qazanması əsasən,
Türkiyə tərəfindən Qafqazda müstəqil siyasətin seçilməsi, Türkiyə-Ermənistan
əlaqələrinin yaxşılaşdırılması, bu təhlükəsizlik variantı çərçivəsində bərabər
və üfiqi rabitələrin bərqərar olunması, eləcə də Türkiyə ilə Rusiyanın
rəqabətlərinin aradan getməsinə bağlıdır.
Qeyd etmək lazımdır ki, Iran Avropa Şurası və Amerikanın 3+2 təhlükəsizlik
variantında iştirak etməsini qəbahətli sayır və əməldə 3+3 təhlükəsizlik
variantını himayə edir. Iran məqamları dəfələrlə bildirmişlər ki, rəsmi Tehran
ermənistanın prezidenti Robert Köçəryan və xarici işlər naziri Vartan Oskanyanın
məntəqə daxilindəki təhlükəsizlik sisteminin icad edilməsi ilə əlaqədar
təkliflərini bəyənmişdir. Lakin Tehranın etiqadı budur ki, bu müqavilədə yalnız
Iran, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan kamil surətdə iştirak
edə bilərlər.
Iranın nəzərində Amerika Birləşmiş Ştatları və Avropa şurasının Qafqazın
təhlükəsizlik sistemində iştirak etməsi xüsusunda adı çəkilən ölkələrin hüquqi
statusu vəziyyəti bu variantda ayırd edilməlidir. Yəni
ki, onların məntəqənin təhlükəsizlik sistemində nəzarətçi ünvanı iləmi, yoxsa
daimi üzvlər ünvanı ilə gəlmləri tə`yin edilməlidir.
Siyasi mütəxəssislərin inancına görə 3+3 təhlükəsizlik variantı nə o qədər
geniş, nə də məhduddur ki, yalnız özlərinin maddi mənafeyini güdən yad
oyunçuların məntəqədə ayaq yeri açması ilə məntəqənin təhlükəsizlik vəziyyətini
mürəkkəbləşdirsinlər; nə də o qədər natamamdır ki, bəzi sərhəddə yerləşən bə.zi
qüdrətlərin kənara qoyulması ilə əməli olaraq məntəqənin gerçəkliklərini nəzərə
almayaq. Buna görə də 3+3 təhlükəsizlik variantının səciyyələrindən biri etidala
riayət etməkdir. Həmin cəhətə görə Iran 3+3 təhlükəsizlik variantını Qafqazda
icra etməyə maraq göstərir. Bəlkə də belə demək olar ki, Iranın digər bir
üstünlüyü Qafqazın təhlükəsizlik sistemində 3+2 variantı barəsindədir.
Qeyd olunmalıdır ki, 3+3 təhlükəsizlik variantı digər bir şəkildə də irəli
çəkilmişdir ki, Iran tərəfindən qəbul edilmir. Bu variant məntəqədə sair
təhlükəsizlik variantlarının əksinə olaraq məntəqə xaricindəki olan oyunçuların,
yəni Avropa və Amerika dövlətlərinin iştirak etməsi təklif olunur. Bu variant
Ermənistanın xarici dillər institutunun rektoru professor Suren Zulyan 2000-ci
il sentyabrın 27-də Irəvanda təşkil olunmuş “məntəqə daxili və məntəqə xaricində
olan münaqişələrin həlli üçün həmkarlıq ümidləri” adlı seminarda irəli
sürmüşdür.
Onun dediyinə əsasən bu təhlükəsizlik variantının aparıcıları Cənubi Qafqazın üç
ölkəsindən əlavə Rusiya, Amerika və Avropa şurası olmalıdır. Zulyan inanır ki,
Qafqaz məntəqəsinin təhlükəsizliyini əməldə yalnız bu formul möhkəmlədə bilər.
Zulyan əvvəlcə mərkəzi Qafqaz ölkələri ilə Qafqazın muxtar respublikaları
arasında mövcud olan çətinliklərin həll olunmasını tə.kid edir və belə təklif
irəli sürür ki, Amerika, Avropa şurası və Rusiya bu barədə əsaslı fəaliyyətləri
və rolu öhdəsinə alsınlar.
Qeyd etmək lazımdır ki, bu təhlükəsizlik variantı Türkiyə, xüsusilə Iranın
kənara qoyulması, eləcə də Rusiyanın tərəfindən Amerika və Avropa şurasının
iştirakına maraq göstərilmədiyinə görə indiyə qədər diqqət mərkəzində olmamış və
əsas etibarı ilə bir teoriya və siyasi proqram kimi cilvələnmişdir.
Bunu da qeyd etmək olar ki, Avropa həmkarlıq və təhlükəsizlik şurasının Minski
qrupu – on bir üzvə malikdir və onun üç rəisi Fransa, Amerika və Rusiyadan
ibarətdir – bir növ 3+3 variantı ilə uyğun olan Zulyanın təklifi kimi qəbul
etmək olar. Amma Minski qrupunun Qarabağ münaqişəsinin həlli yolunda iki illik
fəaliyyətlərini göstəridiyi kimi bu variant üzvlərinin mənaefyinin təzadlı
olmasına, məntəqə ölkələrinin kənara qoyulmasına görə yalnız məntəqə daxili
probremləri daha da mürəkkəbləşdirir.
4+2 təhlüKəsizliK
variantI
Daxili variantlar arasında Rusiyanın mənafeyini kamil surətdə təzmin etməyi öz
ardınca çəkən təhlükəsizlik variantlarından biri də 4+2 iki variantıdır. Bu
variant Şimali Osetiyanın rəhbəri Aleksandr Zasoxov tərəfindən verilmişdir.
əməldə Moskvanın mövqeyini əks etdirən bu variant digər bir quruluşu və
həqiqətdə digər variantlarla müqayisədə yeni bir siyasi xətt təklif edir.
Şimali Osetiyanın prezidentinin inancına görə Qafqazın ümumi təhlükəsizliyi 4+2
prinsipi əsasında bərqərar olunmalıdır. Bu formula əsasən birinci qrup Qafqazın
ümumi təhlükəsizlik sistemi dörd dövlətdən: Rusiya, Gürcüstan, Ermənistan və
Azərbaycandan, ikinci qrup da bu məntəqə ilə sərhəd olan Türkiyə Irandan təşkil
olunmalıdır.
4+2 variantı bir cəhətdən 1+3 variantına yaxındır. Çünki Rusiya istilaçılıq rolu
ifa edir və digər tərəfdən də 3+3 variantına da yaxındır, çünki hər altı aparıcı
müəyyən mə`nada bu variantı əhatə edir. Siyasi mütəxəssislərin inanıcına görə bu
variantda Rusiya Qafqaza, kommunist dövranından yadigar qalan nəzərlərlə baxır.
Lakin bir növ 3+1 variantının normal hala salınmasından ibarətdir. Çünki 3+1
variantında, hətta Iran və Türkiyə dövlətləri də məntəqədə aparıcı bir dövlət
ünvanı ilə qəbul olunmamışdılar, amma bu variantda Türkiyə və Iran Cənubi
Qafqazda bir mənfəət sahibi ünvanı ilə qəbul olunmuşlar. Rusiya bu ölkələrlə
müqayisədə daha üstün mövqeyə malikdir.
Həmin məsələ də 4+2 təhlükəsizlik variantının ən mühüm iradlarından biridir.
Çünki bu variantda aparıcı qüvvələrin bölgüsü göstərir ki, Rusiya Qafqazın
təhlükəsizlik məsələlərinə şaquli istiqamətdə və istilaçılıq nəzərləri ilə
baxır. Halbuki, keçən on illik təcrübələrin göstərdiyi kimi, Qafqaz məntəqəsində
təhlükəsizliyin bərqərar olunması bu regionun təhlükəsizlik məsələlərində
mənfəət sahibi və eyni səviyyədə olan bütün aparıcıların qarşılıqlı həmkarlığına
bağlıdır.
Həqiqətdə bu variantda Rusiya səy edir ki, Qafqaz məntəqəsinin təhlükəsizlik
məsələlərinə üstünlük nəzərləri ilə yanaşsın. Şübhəsiz, bu məsələ məntəqənin
müstəqil aparıcıları tərəfindən qəbul oluna bilməz. Bu variant Rusiyanın
Qafqazla əlaqədar külli nəzərləri ilə üst-üstə düşür: Belə ki, Rusiya bu
məntəqəni, Rusiya Federasiyasının parçalanmaması üçün həyati əhəmiyyət kəsb edən
geostrateci bir məntəqə hesab edir və inanır ki, Rusiya Qafqaz məntəqəsi
ölkələrindən həmişə bir addım qabaqda olmalıdır.
Bu variant da müəyyən mə`nada özünü Rusiyanın Qafqazda əməli və icraçı
siyasətində göstərir. əlbəttə, Şimali Osetiya rəhbəri istisna olmaqla, Rusiya
məqamları Iran və Türkiyəni təhrik etməmək üçün bu təhlükəsizlik variantından
söz açmamışlar.
Qeyd etmək lazımdır ki, məntəqənin təhlükəsizlik tərtiblərində yad
ölkələrin müdaxiləsini rədd etmək, həmçinin Qafqazla sərhəd olan qüdrətlərin
hamısının bu məntəqədəki təhlükəsizlik proqramlarında şərik etməyin lüzumuna
işarə edilməsi bu təhlükəsizlik senariyosunun üstün cəhətlərindən biri sayılır.
Hər halda, sair variantların malik olduğu eyb və nöqsanlar, o cümlədən,
aparıcıların mənafeyinin tanıtdırılmaması, aparıcılar arasında şaquli
istiqamətdə olan əlaqələrin bərqərar edilməsi proqnozları, Türkiyə-Ermənistan
arasındakı ixtilaflar və s. kimi eyblər bu variantda da vardır və belə nəzərə
çarpır ki, hazırkı şəraitdə Rusiyadan başqa, sair ölkələri maraqlandırmır.
Iranın təklif etdiyi təhlükəsizlik nümunəsi 3+3 variantı adı ilə məlumdur ki,
məntəqədəki real gerçəkliklər və Cənubi Qafqaz məntəqəsindəki üç ölkənin –
Ermənistan, Azərbaycan və Gürcüstanın məntəqədəki üç böyük ölkə, yəni Iran,
Türkiyə və Rusiya ilə həmkarlıq əsasına proqramlaşdırılır. Iran məntəqə
ölkələrinin davamlı bir təhlükəsizlik icad edilməsi əsasında olan
həmkarlıqlarına arxalanır və yad qüvvələrin məntəqəyə gəlişi ilə müxalifdir.
Iran mövcud bu ixtilafın məntəqə ölkələrinin yaxından və hərtərəfli həmkarlığı
ilə həll edilməsini dəstəkləyir.
Keçən illər və aylar ərzində Iran məqamlarının Azərbaycana və Ermənistana
səfərləri Iranın öz qonşuları ilə, o cümlədən Cənubi Qafqaz regionundakı
ölkələrlə möhkəm və qarşılıqlı anlaşma əsasında olan əlaqələr yaratmağa səy
etməsini göstərir.
Iran Islam Respublikasının rəhbəri Ayətullah Xameneinin 1372-ci ildə Təbriz
şəhərindəki sözləri:
“Ermənistan dövləti və Qarabağ erməniləri məntəqədə zülm edirlər. Biz Qarabağ
ermənilərinin Ermənistan dövlətinin himayəsi ilə törətdikləri cinayətləri məhkum
edirik!”
Iran istiqlaliyyət, hakimiyyət və ərazi bütövlüyü, Ermənistanla Azərbaycanın
ixtilaflarının sülh yolu ilə həll edilməsinə işarə etmiş, hüsnniyyətlə rəftar
edib, müdaxilə etməmək prinsipini və mehriban qonşuluq əlaqələrinin qorunub
saxlanmasının zəruriliyinə təkid edir. Çünki Iran Islam Respublikası
Azərbaycanla Ermənistan arasındakı ixtilafların həll olunması üçün məntəqə və
beynəlxalq səviyyədə görülən tədbirləri himayə etməklə yanaşı, oraya təcavüz
etməyi şddətlə məhkum etmişdir və bu baxımdan hərbi cinayət və təcavüzlərin
dayandırılmasına, beynəlxalq təşkilatların Azərbaycana edilən təcavüzlərə diqqət
yetirmələrinə və təcavüzlə qarşılaşmaq üçün qonşu ölkələrin əksəriyyətinin
mənafeyinə təkid etmişdir.
Iran prezidenti Seyyid Məhəmməd Xatəmi də Bakıya səfərində belə bəyan etmişdir:
“Mən bir daha elan edirəm ki, Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və
biz Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik.”
Müharibədən əvvəlki sabiq vəziyyətə qayıtmaq, təcavüz qurbanlarına kömək etmək
və Qarabağ müsəlmanlarının hüquqlarını (Qırmızı Aypara cəmiyyəti və Imam Xomeyni
adına imdad komitəsi yolu ilə kömək etmək, Sabirabad və Imişlidə köçkün
məntəqəsi təşkil etməklə) və onları himayə etməklə xəsarətlərin bərpa olunma
məsuliyyəti, həmçinin, böhranın səlahiyyətli beynəlxalq təşkilatların vasitəsi
ilə həll edilməsinə təkid etmək Iranın Azərbaycan ilə əlaqədar məsələlərə diqqət
yetirdiyini göstərir.
Iran Islam Respublikası müharibənin davam etməsinə nəzarət etmək və ədalətli
həll yoluna nail olmaq məqsədilə istəyir ki, BMT 822 və 853 nömrəli qətnamələrin
icra olunması üçün ciddi və təcili tədbirlər görsün, tam qətiyyətliliklə
təcavüzkar qüvvələri atəşkəsə vadar və beynəlxalq səviyyədə tanınan sərhədlərə
qaytarmağa məcbur etsin.
Iran Islam Respublikası ciddi şəkildə qərara alıb ki, özünün məntəqə ölkələri
ilə olan əlaqələrini genişləndirmək üçün lazım olan tədbirləri görsün. Həmin
xüsusda bu respublikaların müstəqillik qazandığı ilk dövrlərdən onlarla dostluq
əlaqələrini genişləndirmək istiqamətində və müdaxilə etməmək, ölkələrin ərazi
bütövlüyünə, hakimiyyət haqqına ehtiram qoymaq şərti ilə yeknəsəq, ardıcıl və
sabit bir siyasəti seçmiş və indiyə qədər onların arasında baş verən ixtilaflar
müqabilində onları danışıqlara, müzakirələrə və öz ixtilaflarını sülh yolu ilə
həll etməyə təşviq etmişdir.
Hər bir halda, indi Qarabağ sülh müzakirəsinin dayandırıldığına, Minski qrupunun
heç bir nailiyyət əldə edə bilmədiyinə və qərb dövlətlərinin Qarabağ münaqişəsi
müqabilində dostcasına olmayan mövqe seçmələrinə, dəfələrlə Azərbaycanın ərazi
bütövlüyünə mənfi rəy vermələrinə, NATO-nun Qarabağ münaqişəsinə girişməyə
rəğbətli olmamasına diqqət yetirməklə Iranın bu münaqişənin həll edilməsi üçün
vasitəçilik etməsinə münasib zəmin yaranmışdır.
|