|
Новая страница 1
Salidə Şərifova
Müasir Azərbaycan bədii ədəbiyyatında erməni terrorçusu
(işğalçısı) surəti haqqında mülahizələr
Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər
ərazilərinin işğalı «Dənizdən-dənizə Ermənistan» riyakar planının realizə
edilməsinin növbəti «icra
pilləsi»dir. Ermənistanda yaşayan və dünyaya səpələnmiş ermənilər, o cümlədən
gənc erməni nəsli arasında, Dağlıq Qarabağın anneksiya edilməsini «milli-azadlıq
mübarizəsi» kimi görüşlərin formalaşdırılması istiqamətində məqsədyönlü siyasi
kurs davam etdirilir. Hətta, bu «mübarizənin» son məqsədlərə çatmadığı və orta
perspektivlərdə Naxçıvan və «şimali Qarabağın» «azad edilməsi» üçün yenidən
müharibənin başlanacağı tezisləri erməni gənclərinə aşılandırılır. Terrorçu
dövlət olan Ermənistan Respublikasında natsist dəyərlərin təbliğatı «təmas
xəttində» işğalçılar tərəfindən «atəşkəş rejimi»nin vaxtaşırı pozulmasında da
özünü büruzə verir. «Atəşkəs dövründə» düşmənin hücumlarını dəf edən Azərbaycan
əsgərləri Vətən uğrunda şəhidlik zirvəsinə ucalırlar. Belə bir şəraitdə, özünü
Azərbaycan övladı sayan ziyalı düşmənin təcavüzünə qarşı mübarizə aparmağa qadir
olan milli ideologiyanın formalaşdırılması və əhali arasında yayılması
istiqamətində addımlar atmalıdır. Təbii ki, ideoloji təbliğatda geniş istifadə
edilən bədii ədəbiyyat bu prosesdən kənarda qala bilməz. Diqqətəlayıq haldır ki,
son dövrlərdə Azərbaycan ədəbiyyatında Dağlıq Qarabağ mübaribəsi və erməni
təcavüzü mövzusuna marağın artması müşahidə edilir. Bu istiqamətdə qələmə
alınmış əsərlərdə erməni terrorçusu (işğalçısı) surətinin verilməsi, həmçinin bu
surətə xas səciyyələrin təhlil edilməsi xüsusi maraq doğurur. Müxtəlif canrlarda
qələmə alınmış ədəbi nümunələrdə erməni terrorçusu (işğalçısı) surətinin
açıqlanmasının səciyyəvi xüsusiyyətləri özünü büruzə vermişdir ki, onları da
nisbi olaraq aşağıdakı qaydada qruplaşdırmaq mümkündür:
· erməni
terrorçusunun (işğalıçısının) Azərbaycan və azərbaycanlılarla əlaqəli olması;
· erməni
terrorçusunun (işğalçısının) neofaşist ideoloji dəyərlərə riayət etməsi;
· erməni
terrorçusunun (işğalçısının) daxili aləminin insanlıq və humanistlilik böhranına
məruz qalması;
· erməni
terrorçusunun (işğalçısının) kəskin mənəvi-psixoloji sindroma məruz qalması;
· erməni
terrorçusunun (işğalçısının) məhv edilməsi.
Müasir Azərbaycan ədəbiyyatında əsərlərin əksər qismində təsvir olunan erməni
terrorçularının (işğalçılarının) millətimiz arasında böyüdüyü, bizim
adət-ənənələr və mentalitetimiz ilə tanış olması diqqəti cəlb edir. Qələmə
alınmış əsərlərdə həmin ermənilər məharətlə maskalanmış «mehriban», «şirindil»,
«yazıq görkəmli» və tipik surətlərdə təsvir olunur. Məsələn, Nüşabə Məmmədlinin
«Zəngulə» romanında Aşot Qulamyan vaxtilə azərbaycanlılar arasında yaşamış və
azərbaycanlılarla «dostluq» əlaqələri saxlamışdır. Eyniylə, Nigar Qarayevanın
«Daş hasar» romanındakı Xpes Xristofor, Elçin Mehrəliyevin «Doxsanıncı illər»
romanındakı Samvel, Əli Əmirlinin «Ölü doğan şəhər» romanındakı Aşot və digər
əsərlərdə təsvir olunan erməni obrazları da sıx olaraq Azərbaycan və ya
ayrı-ayrı Azərbaycanla əlaqəli olmuşlar.
N.Qarayevanın qələmə aldığı «Daş hasar» əsərinə diqqət yetirək. Romanda erməni
terrorçusu kimi qələmə verilmiş Xpes Xristofor Azərbaycanda yaşamış və
Azərbaycan çörəyi ilə böyümüşdür. azərbaycanlıların köməkləşərək Xpes
Xristoforun yanmış evinin əvəzinə yeni ev tikmələrinə, imkan daxilində pay
gətirmələrinə baxmayaraq, erməninin arvadı Aşxenlə birdən-birə yoxa çıxmaları,
kəndi tərk etməmişdən qabaq etdikləri insanlığa xas olmayan heyvani hərəkətlər
(meyvə ağaclarının, üzüm tənəklərinin, qızılgül kollarının doğrayb böyrü üstə
yerə sərməsi, evin döşəməsi və divarını oyuq-oyuq etməsi, qapı-pəncərələri
sındırması) onların daxilindəki Azərbaycan millətinə olan nifrətini açıqlayır.
N.Məmmədlinin qələmə aldığı «Zəngulə» romanındakı Aşot Qulamayanın obrazı da
xüsusi maraq doğurur. Əsir düşmüş azərbaycanlılar içərisində duz-çörək kəsdiyi
dostunun həyat yoldaşının namusuna sui-qəsd etmək istəyən və dostunun qızı
Rəhimənin bir gözünü çıxardan, tanıdığı bir insanın övladını kor edən Aşot
Qulamyan bu baxımdan tipik erməni terrorçusu (işğalçısı) obrazı kimi qəbul edilə
bilər.
Bununla belə, erməni terrorçusu (işğalçısı) sürətinin açıqlanması zamanı Dağlıq
Qarabağ ermənilərinin yox, məhz Ermənistandan gəlmiş cinayətkarların əsas
götürülməsi faktı xüsusi qeydə alınmalıdır. E.Mehrəliyevin «Doxsanıncı illər»
əsərində 80-ci illərin sonu 90-cı illərdə milli qarşıdurmanın kəskinləşməsi
istiqamətində əsasən Qarabağ ermənilərin deyil, xüsusi hazırlanmış Ermənistandan
və xaricdən gəlmiş qatillər tərəfindən təkan verildiyi qeyd edilmişdir: «…hər
qayanın dalında bir erməni yatır. Silahlı, saqqallı ermənilər. Deyirlər, o
xarabadan tökülüşüb gəliblər, Ermənistandan».
Hətta, erməni şovinist təşkilatlarının Azərbaycanda fəaliyyət göstərməsi,
Azərbaycanda millətçi dərnəklərin yaradılması istiqamətində fəal iş görülməsidə
yazarların diqqətindən kənar qalmamışdır. Bu baxımdan, Əli Əmirlinin «Ölü doğan
şəhər» romanı maraq kəsb edir. Belə ki, adı çəkilən romanda «Krunk» kimi erməni
terrorçuları (işğalçıları) ilə əlaqəli olan təşkilatın Azərbaycandakı fəaliyyəti
işıqlandırılmışdır. Azərbaycan təhsil sistemində işləyən erməni qadınının
«Krunk»a üzv olması açıqlanır. «Krunk» adlı təşkilatın dırnaqarası fəaliyyəti
müəllif tərəfindən bədii dillə təsvir edilir: «…bu təşkilata verdiyi pul
insanpərvərlik, vətənpərvərlik rəmzidir. Azərbaycanda, elə Ermənistan ərazisində
də yaşayan imkansız, maddi vəziyyəti ağır olan ermənilərə kömək etmək, yardım
göstərmək müqəddəs iş, vətəndaşlıq borcudur. Sonralar, yəni Dağlıq Qarabağ
«marafon»unun bədnam niyyəti hamıya, xüsusilə, Azərbaycanda şad-xürrəm yaşayan
ermənilərə məlum olan «Krunk» haqqında fikri dəyişdi. Başa düşdü ki, ayda
xəzinəsinə iyirmi beş-otuz manat köçürdüyü «Krunk»un məqsədi heç də zavallı,
kasıb ermənilərə yardım etmək deyil, qonşu torpağını zəbt eləmək,
qəsbkarlıqdır».
Azərbaycan ədəbiyyatında yaradılmış müxtəlif əsərlərdə erməni terrorçusunun
(işğalçısının) əlinə silah alıb qəddar cinayətlərin törətməsinə sövq edən
«dəyərlər» sisteminin açıqlanmasına ənənəvi olaraq xüsusi diqqət yetirilmişdir.
Məsələn, Mirvarid Dilbazinin «Bu bəla hardan gəldi…» poemasında ermənilərin
qonşunun malına göz dikərək, torpaqlarını süni şəkildə böyütmələrinə və həmişə
arzusunda olduqları «hayastan» yaratmaq kimi məkrli istəkləri bədii dillə
oxucuya çatdırılır:
İrəvandan bir yel əsdi,
Bu yel-tufan yeliydi.
Erməni qəsbə tələsdi,
Qəsbi Qarabağ eliydi.
İştaha belə oldu, gərək
Qarabağdan Xəzərədək
Bizim zəngin torpaqları,
Döşü meşəli dağları,
Suyu loğman bulaqları,
Bol günəşli aranları,
Taxıl yüklü xırmanları,
Qoynu qızıl sünbül dolu
Xəzansız gülüstanları,
O öz torpağına qatsın,
Sonra başqa torpaqlara
Əl uzatsın,
Dənizlərdən dənizlərə
Böyük hayastan yaratsın.
Erməni terrorçularının (işğalçılarının) Andranik kimi qaniçən bir cəllada
pərəstiş etmələri, onu milli qəhrəman səviyyəsinə qədər ucaltmaları faktları
reallıqdır. A.Rəhimovun «İkili dünyam» romanında türk millətinə qarşı amansız
və insana xas olmayan yırtıcı hərəkətləri ilə seçilmiş Andranik kimi qaniçən,
başkəsən bir iblisə heykəl qoymaları erməni millətçiliyi altında pərdələnmiş
neofaşist görüşlərin realizə olunmasının əlaməti kimi qəbul edilməlidir. Həmin
əsərdə erməni terrorçularının (işğalçılarının) bu münaqişəyə Azərbaycana
köçürülməyə başladıqları vaxtlardan hazırlaşdıqlarını erməni mayoru Sarkisyanın
«…keçən əsrdən indiyədək ermənilərdən toplanan vəsait, ikincisi isə işğal zamanı
qarət edilən var-dövlət hesabına» kimi fikirləri ilə təsdiq edir. Göründüyü
kimi, ermənilər istər çar Rusiyası dövründə, istərsə də SSRİ kimi imperiya
dövründə də öz xülyalarından əl çəkməmiş, bu müharibəni aparmaqları üçün
tarixən hazırlaşdıqları məlum olur. E.Mehrəliyevin «Doxsanıncı illər» əsərində
Samvelin babasının da azərbaycanlılara qarşı vuruşduğu aydınlaşır. Belə ki,
Samvelin dili ilə verilmiş bu «genetik nifrət» əsərdə öz əksini tapmışdır:
«…Hamınızı gəbərdəcəm!… Kökünüzü kəsəcəm!… Bax o dağda, Qəmzə Abbas qızı
mənimkiləri vurub öldürüb… Babam hələ də onun qurğuşununu gəzdirir qulağının
dibində… Bilirsən bunları? Mən də onun törəmələrini qıracam».
Qeyd etmək lazımdır ki, bir srıa əsərlərdə erməni millətçiliyinin qüsurlu olması
onların tarixi və mentaliteti ilə əlaqələndirilmişdir. Bu fikir bir qədər
«irqiçilik» kimi görünsə belə, Ermənistanın qonşu dövlətlərin əksərinə torpaq
iddialı olması ermənilərin milli dini-mədəni görüşlərində müəyyən aqresivliyin
olması barəsində tezisi irəli sürmək olar. Belə ki, Ermənistan nəinki Türkiyə və
Azərbaycanın torpaqlarına iddialıdır, hətta Gürcüstanın Samtsxe
Cavaxetiya və strateji mütəffiqi olan Rusiyanın Krasnodar vilayətinə də göz
tikmişdir. A.Rəhimovun «İkili dünyam» əsərində rus generalı Şatalovun dili ilə
erməni terrorçularının (işğalçılarının) iç üzünün açıqlanması, ermənilərin bir
millət kimi özəl xüsusiyyətlərinin tam işıqlandırılması faktı diqqəti cəlb edir:
«ermənilər
azərbaycanlıların
tam əksinədirlər. Bütün məsələlərdə özlərini görəndirlər. Hər kiçik şeyə görə
mənəviyyatlarını ayaqlar altına atandırlar. Özlərini sevəndirlər. Sanki
təxribat, terror üçün doğulublar. Qana susayandırlar. Ailə namusu nədir
bilməyəndirlər. Özləri xəyanətkar olduqlarından onları aldatmaq çox çətindir.
İşləri düşən adamın, özlərindən qolu zorluların ayaqları altında yatmağa da
hazırdılar. Bunlarla dostluq etmək olmaz».
Uzun illər işlənilmiş ideoloji mexanizmin təsiri nəticəsində gənc ermənilər
neofaşist millətçi dəyərləri qavramağa və onları vətənpərvərlik hissləri ilə
qarışdırmağa başlayırlar. Nəticədə həmin şəxslərdə dəyərlər sisteminin sınması
özünü büruzə vermiş olur. «Böyük Hayastan» iftira ideologiyası erməni
gənclərinin nəinki beyinlərini, hətta «ürəklərini» çürüdür. Milli
ədəbiyyatımızda bu problemə diqqət yetirilmişdir. Belə ki, müxtəlif əsərlərdə
ermənilərin gözlənilməz hücumlarının təsvirinin verilməsi faşistlərin
hərəkətlərinin təkrarı kimi gözümüzdə canlandırılır. Zeynəb Bəhmənlinin «Xocalı»
şerinə diqqət yetirdikdə erməni qaniçənlərin Xocalı tarixi faciəsini
törətməkləri tarixi yaddaşlara salınmaqla yanaşı, reallığı gözümüzdə
canlandırır:
Əsrin faciəsi olan Xocalı!
Erməni başına nələr gətirdi?
Əsir apardılar cavan-qocanı,
Baharın qış gəldi, yaman Xocalı!
Ermənilərin törətdikləri dəhşətləri, insanlığa sığmayan hərəkətləri,
iztirabları, itkiləri əks etdirməsi baxımından E.Mehrəliyevin «Doxsanıncı illər»
romanı maraqlıdır. Əsərdə ermənilərin törətdikləri ağır cinayətlər, Kamalın
cəsədi üzərində etdikləri insana xas olmayan hərəkətlər də təbii şəkildə, real
təsvirlərlə verilir: «Samvel isə tələsmirdi, bıçağı Kamalın hulqumundan götürüb,
əvvəlcə qulaqlarını kəsdi, avtomatınının qundağıynan vuraraq dişlərini sındırdı,
sonra sinəsinə xaç şəkli çəkdi, gözlərini çıxartdı, lap axırda da soyumaqda olan
meyidin başını bədənindən ayırdı…».
Nüşabə Məmmədlinin real faktlara əsaslanan «Zəngulə» əsərində Qarabağ münaqişəsi
zamanı ermənilərə əsir düşmüş
azərbaycanlılara
verilmiş işgəncələr təsvir edilir. Ermənilərə əsir düşmüş
azərbaycanlıların
Xankəndi yaxınlığında bir tövlədə yerləşdirilmələri, qız-gəlinlərimizin onların
əllərində oyuncağa çevrilmələri ağır da olsa, əsərdə öz əksini tapmışdır. Bu
romanda təsvir olunmuş erməni yaraqlılarının əsir düşmş
azərbaycanlılara
işgəncə verilmələri ilə yanaşı, ölülərdən (iki yaşlı körpə və onun anasından) qisas almaları erməni terrorçularının (işğalçılarının) insanlıq böhranının
göstəricisidir. Əsirlərə görk olsun deyə əsir düşmüş
azərbaycanlıların
cəsədlərinin onların gözü qarşısında yandırılması, öldürülmüş erməninin erməni
bayrağına bükülmüş və çiçəklə bəzədilmiş cənazəsinin üstündə üç cavan
əsgərimizi bir-birinə zəncirvari vəziyyətdə bağlayıb, boyunlarını balta ilə
vurulması, ermənilərin əsir düşmüş
azərbaycanlılara
etdikləri zülmlər, hamilə qadına divan tutulması erməni yaraqlılarının daxili
aləmlərinin tam açılmasının, onların kəskin mənəvi və humanist böhrana məruz
qalmasının göstəricisidir. Bu böhranın mahiyyəti Ə.Əmirlinin «Ölü doğan şəhər»
romanındakı Aşotun dili ilə yığcam və aydın təsvir edilmişdir: «Ara, türk köpəy
oğlu, sən bizi hərif bilmisən? Yəni sən axmaq musurman bizim torpağımızı,
evimizi bizə satıb gedib kep eləmək istəyirsən? Sora deyəsən ki, erməni Aşotun
anasını belə…bizdə türk öldürmək şərəf işidi. Təmizləməliyik bu torpaqları
onlardan, nə qədər ki, yayılmayıblar qovmalıyıq hamısını».
Erməni terrorçusunun (işğalçısının) keçirdiyi insanlıq və humanistlilik böhranı
onun daxili aləmini tamamilə dəyişmiş olur və kəskin mənəvi-psixoloji sindroma
səbəb olur. Bu sindromun əsas mahiyyəti erməninin dili ilə E.Mehrəliyevin «Doxsanıncı illər» romanında aydın açıqlanmışdır. Bu kontekstdə erməni cəlladı
Samvelin söylədikləri kəlmələrdən sitat gətirmək məqsəduyğun olardı: «Türkləri
yaxalayıb qulaqlarını kəsəndə hər şeyi unudacağıq». Artıq Samvel üçün qəddarlıq
gündəlik həyat tərzinin tərkib hissəsinə çevrilmişdir. Məhz bunun nəticəsində
erməni terrorçuları (işğalçıları) qəddar və cinayətkar əməlləri həmçinin öz
millətindən olan şəxslərə qarşı da törətməyə başlamışlar. «İkili dünyam»
romanında erməni terrorçularının (işğalçılarının) təkcə azərbaycanlılara qarşı
deyil, həm də öz millətlərinə qarşı qeyri-insani hərəkətlər törətdiklərini
müəllif erməni Nellanın dili ilə erməni polkovniki Babayanın və podpolkovniki
Qriqoryanın simalarında açıqlayır: «…hər biriniz yüzlərlə günahsız erməni
oğlunun öldürülməsinə bais olmusunuz. Erməni zabitlərinə, əsgərlərinə divanlar
tutmusunuz. Bəli, cənab zabitlər, bunlar da sizin xidmətlərinizdi. Sizin üçün
ermənilərlə
azərbaycanlılar
arasında heç bir fərq yoxdu. Gözləriniz elə qızıb ki, evlərə soxulub nə qədər
erməni qadını, qızı zorlamısız, oğurluq etmisiz. Sizin xüsusi qarətçi
dəstələriniz var. Bunlara nə deyirsiz?… Xalqa xidmət?!»
Neofaşist erməni ideologiyasının təsiri altında mənəviyyatı məhv olmuş erməni
terrorçusunun (işğalçısının) milli ədəbiyyatda fiziki cəhətdən də məhv edilməsi
əksər əsərlərdə süjet
xəttinin tərkib hissəsi kimi verilmişdir. Məsələn, A.Rəhimovun «İkili dünyam»
romanında Azərbaycanlı övladı tərəfindən cəzalandırılmış erməni polkovniki
Babayanın və podpolkovniki Qriqoryanın öldürülməsi erməni terrorçularının
(işğalçılarının) məğlubiyyəti, haqq-ədalətin qələbəsinə dair müəllifin
ümidlərini özündə əks etdirir.
|