|
Новая страница 1
Tofiq Həsənov
İşğalçı XI Qızıl Orduya qarşı Qarabağ əhalisinin üsyanı
(may-iyun 1920-ci il)
XI Ordunun 72 minlik hərbi hissələri aprel ayının 26-da Azərbaycan sərhədlərini
keçərək, sürətlə Bakıya doğru irəliləməyə başladı. Azərbaycan Milli Ordusunun
kiçik dəstələri XI ordunun hücumunun qarşısını ala bilmədi. Hərbi Nazir Səməd
bəy Mehmandarov xəstə olduğuna görə onu əvəz edən General Əliağa Şıxlinski
Dağıstan sərhədindən Bakı şəhərinə kimi dəmir yol boyu minalanmış körpülərin
partladılması əmrini ləğv etdi. Nəticədə XI Qızıl ordunun dəmir yoldan rahatca
istifadə edərək sürətlə Bakıya doğru irəliləməsinə lazımi imkan və şərait
yaradılmış oldu. 1920-ci il aprel ayının 27-də Azərbaycan Xalq Сümhuriyyəti
hakimiyyəti XI ordunun süngülərinə arxalanan bolşeviklər tərəfindən devrildi.
Aprel ayının 28-də Müvəqqəti İnqilab Komitəsi respublikanın yeni ali siyasi
hakimiyyət orqanı elan edildi. Azərbaycan İnqilab Komitəsi xalqa olan ilk
müraciətində elan etdi ki, XI Orduya qarşı silahlı müqavimət göstəriləcəyi
təqdirdə terrora əl atacaqdır. Mayın əvvəllərində Yevlax tərəfdən Qarabağa
soxulan XI ordunun hərbi hissələrinin qarşısını almaq üçün toplanmış Qarabağın
türk-müsəlman əhalisindən olan könüllü dəstələr zirehli avtomaşın və qatarların
təzyiqi altında geri çəkilməyə məcbur oldular. May ayının ortalarına kimi XI
Ordunun hərbi hissələri Qarabağ bölgəsində tam nəzarətə sahib oldu. Özünü
Qarabağ İnqilab Komitəsinin sədri elan etmiş Qarabağ general qubernatoru Xosrov
bəy Sultanov hakimiyyətdən kənaraşdırıldı. Bolşeviklər hakimiyyəti ələ
keçirdilər. Mayın11-də Qaryagin, mayın 15-də Şuşa inqilab komitəsi təşkil
olundu. 1920-ci il may ayının 15-də isə respublikanın ərazisində olan meşələrin,
suların və yeraltı sərvətlərin milliləşdirilməsi elan olundu.
1913-1920-ci illər Azərbaycan kəndinin ən çətin və məşəqqətli bir dövrü olmuşdu.
Bu illərdə kəndlilərdən külli miqdarda müsadirə edilmiş iş heyvanları
çatışmaması, ara vermədən ərzaq məhsullarının toplanması, su arxlarının və
kəhrizlərin bərpa olunmaması nəticəsində suyun azalması, əkin sahələrinin
kiçilməsi, kənd təsərrüfatı alətlərinin sıradan çıxması və yenilərinin
düzəldilməməsi, kənd təsərrüfatında tələb olunan əmək alətlərinə ehtiyac özünü
açıq şəkildə göstərməkdə idi. Kəndlilərin çoxu yeri xışla şumlayırdı. Erməni
daşnaklarının Azərbaycan xalqına qarşı aparmış olduğu soyqırımı nəticəsində
türk-müsəlman əhalisi yaşayan 636 kəndi dağıdılmış, 30 mindən çox kənqli evləri
yandırılmışdı.
1913-cü ilə nisbətən 1921-ci ildə mal-qaranın bütünlükdə sayı azalaraq
müharibədən əvvəlki səviyyəisinin qırx faizini təşkil edirdi, atların isə üçdə
biri yox olmuşdu. Qara malın sayı iki dəfə, davarın sayı üç dəfə azalmışdı.
Erməni daşnak quldur dəstələrinin basqınları Qarabağ, Gəncə-Qazax ərazisində
yaşayan elatların yaz-yay aylarında dağlara köçməsinə maneçilik etmələri, onları
talan etmələri, 1918-1920-ci illərdə dağa köçürülə bilməyən qoyun, keçi və iri
buynuzlu heyvan sürüləri Qarabağ-Mil düzündə, Сeyrançöl düzündə susuz isti yay
aylarında istiyə düşüb tələf olmuşdu.
Azərbaycanda həyata keçirilən hərbi kommunizm siyasəti nəticəsində kəndlilərin
son ərzaq ehtiyatlarının, qoşqu heyvanları və arabalarının XI Ordu əsgərləri
tərəfindən qarət olunması Azərbaycan kəndlilərinin hiddətlənməsinə səbəb oldu.
XI ordunun gəlişini sükutla qarşılayan Azərbaycan xalqının sakitliyini pozmuş
rus əsgərlərinin özbaşınalığı, qarətçiliyi, xüsusilə yerli əhalinin milli
mənafeyi ilə hesablaşmaması və on minlərlə günahsız adamın güləllənməsi yerli
türk-müsəlman əhalini daha da qəzəbləndirirdi. 1920-ci il aprel çevrilişdən
sonra Azərbaycanın türk-müsəlman əhalisini vəhşicəsinə qıran, güllələyən XI
ordunun Pankratovun başçılığı altında olan-Xüsusi şöbəsi, Azərbaycan Fövqəladə
Komissiyası və İnqilab Komitələrinin üzvüləri yerli əhalinin milli ləyaqətlərini
tapdalayaraq onların şəxsi hissələrinə toxunurdular.
XI ordunun xüsusi şöbəsinin Azərbaycanda fəaliyyəti ilə əlaqədar olaraq,
M.Ə.Rəsulzadə yazırdı: «Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi.
Pankratovun əmri fövqündə bir əmr yox idi». XI ordunun siyasi şöbəsinin rəisi
olmuş Pankratovun başçılığı altında olan Xüsusi şöbədə çoxlu miqdarda erməni
millətindən olan daşnak fikirli Azərbaycanın türk-müsəlman əhalisinə qarşı
düşmən əməllərini həyata keçirən şəxslər fəaliyyət göstərirdilər. A.Mikoyan
Bakıda erməni millətindən olan yüksək vəzifəli, Azərbaycan xalqının
düşmənlərinin mənəvi dayağına çevrilmişdi.
Bolşeviklərin Azərbaycan Milli Ordusuna qarşı olan etimadsızlığı getdikcə
güclənməsi qısa bir zamanda onun tamamilə ləğv olunması haqqında qəti bir
qərarın verilməsinə səbəb oldu. Azərbaycan Milli Ordusunun əsas hissəsi -
Сavanşir, Ağdam, Tatar, Şəki suvari alayları, Bakı piyada alayı və iki topçu
dvizionu Qarabağ bölgəsində yerləşirdi. Erməni qiyamlarına və təcavüzünə qarşı
yerləşdirilmiş bu qüvvə qəzalarda XI ordunun və bolşeviklərin yeni
hakimiyyətinin yerli türk-müsəlman əhalisinə qarşı etdikləri özbaşınalığa biganə
qalmır və onların qarşısını almağa çalışırdı. Bu, Milli Ordu ilə XI ordu
bölmələri arasında münaqişələrə gətirib çıxarırdı. Hərbi bölmələrin tərkibində
altı min nəfərə qədər əsgər var idti. Əslində bu hərbi hissələr Qarabağa tam
nəzarət etməklə bolşevik hakimiyyətinin nüfuzunu heçə endirmişdilər. Buna görə
XI ordunun hərbi komandanlığı XI ordunun Qarabağda olan hərbi hissələri
qarşısında Azərbaycan Milli Ordusu bölmələrinin tərksilah etmək vəzifəsini
qoymuşdu.
Azərbaycan ərazisində XI Ordunun hərbi hissələrinə qarşı ilk üsyan Qarabağın
Tərtər bölgəsində başladı. 1920-ci ilin may ayının 21-də Tərtərdə olan XI
ordunun 32-ci piyada dviziyasının 282 alayı yerini XI Ordunun digər hissələrinə
verərkən Azərbaycan Milli ordusunun III Şəki süvari alayına məxsus atları
aparmaq istəmişlər. Azərbaycan Milli Ordusunun əsgərləri müqavimət göstərmişlər.
XI ordunun döyüşçüləri top atəşindən istifadə edərək atları aparmağa
çalışmışlar. Şəki III süvari alayı məcbur olub XI ordunun 32-ci piyada
dviziyasının 282-ci alayının əsgərlərini qırmışdılar.
XI Ordu komandanlığı Şəki alayının məhv olunması barəsində əmr verdi. Şəki
alayının əsgərləri Bərdədən Yevlaxa gedərkən yolda Gəncə üsyanının başlanmasını
eşitdirdər. Alayın komandiri Ehsan xan Naxçıvanski bir neçə hərbiçi ilə Yevlaxa
gedib məlumat öyrənmək istərpkən tutulub XI Ordu qərargahına gətirilib oradaca
güllələnmişdi. Qalan əsgərlər Ordunun onları təqib etdiyini görüb dağılışırlar.
Lakin 32 nəfər – 4 zabit və 28 əsgər son nəfəslərinədək düşmənlə vuruşacaqlarını
bildirirlər. Onlar döyüşərkən Bərdəyə doğru çəkilib böyük sayda partizan
dəstələri ilə birləşirlər.
1920-ci il may ayının ortalarında Gəncədə XI ordu ilə şəhər əhali arasıfnda
toqquşma gözlənilirdi. Gəncə qubernatoru Xudadat bəy Rəfibəylinin tutulub Bakıya
gətirilərək ermnilər tərəfindən istintaq edilib may ayının 20-də (Nargin) Böyük
Zirə adasında güllələnməsi vəziyyəti daha da gərginləşdirdi. May ayının 25-də
axşam saat 3-də bir top atəşinin açılması ilə işğalçı XI orduya və onların
əlaltısı olan bolşevik üsul-idarəsinə qarşı üsyan başlandı. Gəncədə olan
Azərbaycan milli ordusunun bölmələrinin sayı 1800 nəfər idi. Gəncə qarnizonu
mayın 25-dən 26-na keçən gecə üsyan edən milli qüvvələrə kömək etmək üçün silaha
əl ataraq şəhəri ələ keçirdilər.
Üsyançıların başında general Şıxlinski, polkovnik Xanınbəyov, Xoyski qardaşları,
Qəmbər Ələkbərov və şahzadə Məhəmməd Mirzə Qacar dururdular. 500 nəfər hərbiçi
XI ordunun 2300 nəfər əsgəri olan hərbi hissələrini tərkisilah etdi. Yerli
əhalinin milli ordu hissələrinə qoşulması nəticəsində üsyançıların sayı 10 min
nəfəri ötmüşdü. Mayın 26-da günortaya kimi şəhərin çox hissəsinə nəzarəti ələ
keçirtdilər. Bölgədə olan ermənilər XI Ordu tərəfində döyüşürdülər. Mayın 27-də
hücuma keçən XI Ordu hissələri böyük itki verərək geri çəkildilər.Mayın 28-də
yeni qüvvələr hesabına güclənən XI ordunun üç diviziyası Gəncəni amansız top
atəşinə tutdu. İkinci korpusun yeni canlı qüvvələrlə gücləndirərək zirehli
qatarlardan və avtomaşılardan, ağır səhra toplarından istifadə edərək may ayının
31-də Gəncə üsyançıları üzərinə hücuma keçdilər. Xalq hərəkatı qan dəryasında
boğulurdu. Mayın 31-də axşam Gəncəni ələ keçirən XI Ordudan 8500, Azərbaycan
milli Ordusundan və mülki əhalidən 8000-13000-ə qədər adam həlak oldu.
Qüvvələr nisbətinin qeyri-bərabərliyi üsyanın taleyini XI Ordunun xeyrinə həll
etdi. Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordu tərəfindən yerli türk-müsəlman
əhalisinə və Azərbaycan Milli Ordusunun əsgər və zabitlərinə divan tutuldu.
Zabitlərin əksəriyyəti, əsgərlərin hər beş-on nəfərdən biri güllələndi. O
cümlədən general-mayor Məhəmməd Mirzə Qacar, general-mayor Gavad bəy Şıxlinski,
polkovnik Сahangir bəy Kazımbəyov qətlə yetirildilər. Azərbaycan ziyalılarından
görkəmli maarif xadimi Firudin bəy Köçərli və minlərlə ziyalı XI ordunun xüsusi
şöbəsi tərəfindən güllələnmişdilər.
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərində XI Ordu və onlara
kömək edən erməni-daşnak dəstələrinin vəhşiliklərinə cavab olaraq, Qarabağın
igid türk-müsəlman əhalisi iyun ayının 5-də Şuşa, Ağdam, Bərdə, Tərtər
bölgələrində silahlı üsyana qalxaraq, XI Ordunun 28-ci atıcı diviziyasının
alaylarını tərkisilah etdilər. Qarabağ və Zəngəzurda dayanan 28-ci atıcı
diviziya yerli türk-müsəlman əhalisinin təhlükəsizliyini təmin etmək iqtidarında
deyildi. 28-ci diviziyanın rus zabit və əsgərləri erməni daşnak quldur
dəstələrinə göz yumur, onların quldur hərəkətlərinin qarşısını almırdılar.
Qarabağda işğalçı XI Qızıl orduya və bolşevik üsul-idarəsinə qarşı başlanmış
üsyana Azərbaycan piyada polku və yerli bəylərin silahlı dəstələri iştirak
edirdi. Üsyana bir qrup türk zabiti və əsgərləri ilə köməyə gəlmiş türk generalı
Nuru paşa rəhbərlik edirdi. Nuru paşanın çağırışı ilə Dağıstanın könüllü
dəstələri də Qarabağ üsyançılarına kömək edirdilər. XI Qızıl ordunun II süvari
korpusu və 32-ci atıcı dviziyasının hissələri iyun ayının 10-da Qarabağ
üsyançıları üzərinə hücuma keçdilər. XI ordunun güclü suvari hissələri, zirehli
maşınların, səhra toplarının və hərbi təyyarələrin köməyi ilə Azərbaycan milli
ordusunun mövqelərini və Qarabağın könüllü üsyançı dəstələri üzərinə hücuma
keçdilər. Bərdə və Tərtər istiqamətində hücuma keçən XI ordunun hərbi hissələri
Qarabağ üsyançılarının və Azərbaycan milli ordu əsgərlərinin müqavimətini ağır
səhra topları və zirehli avtomaşınların və hərbi təyyarələri köməyi ilə
çətinliklə dağıdaraq Bərdəni və Tərtəri ələ keçirdilər. Müqavimətə başçılıq edən
Nuru paşa və polkovnik Zeynalov müdafiəni mütəşəkkil qaydada qururdular. XI
Qızıl ordunun əsgərləri geri çəkilməyə məğbur olan yerli əhaliyə amansız divan
tutur, yol kənarında yerləşən bəylik kəndlərini yandırırdılar.
XI Qızıl ordunun əsgərlərin Qarabağın Bərdə bölgəsində yerləşən Köçərli,
Şahvəllər, İmirli, Tərtərin Sarıcalı, Qaraqoyunlu, Ağdam bölgəsinin
Sarıcalı-Quzanlı kəndi ətrafında yerləşmiş Soflu, Aslanbəyli, Salahbəyli,
Hüseynbəyli Sarıcalısı adlanan kəndlərini, Bərdə, Ağdam yoluna yaxın olan
Qarvənd, Nəmirli kədlərində olan abad bəy evlərini qarət edib yandırmışlar.
Qarabağda üsyan etmiş türk- müsəlman əhalisinin və Nuru paşa başda olmaqla
Azərbaycan Milli ordusunun inadlı müqavimətinə baxmayaraq, XI ordunun hərbi
qüvvələri iyunun 11-də Ağdamı, iyunun 14-də Xankəndi və Şuşanı ələ keçirdilər.
Əvvəl Karyakin və Сəbrayıl istiqamətində geri çəkilən Azərbaycan Milli ordusu və
Qarabağ üsyançıların bir hissəsi doğma vətənlərini tərk etməyə məcbur oldular.
XI ordunun xüsusi şöbəsi, Azərbaycan Fövqəladə Komissiyası və İnqilab Komitələri
Azərbaycanın türk-müsəlman əhalisinə qarşı terrora keçərək Azərbaycan Milli
ordusunun 12 generalını, 27 polkovnik və podpolkovniki, 46 kapitan və
ştabs-kapitanı, poruçik və podporuçik, 146 praporşik, 266 nəfər başqa hərbi
işçiləri güllələmişlər. 1920-ci il aprel ayının 28-dən 1921-ci ilin avqustuna
kimi Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdur.
Qarabağ Gəncə üsyançıların məğlub olmasına baxmayaraq, onlarla həmrəylik və XI
ordunun hərbi hissələrinə nifrət əlaməti olaraq, Zaqatala, Quba və Lənkəran
bölgələrinin əhalisi üsyana qalxdılar. Azərbaycan xalqının hiddətlənməsindən və
bununla bərabər Bakı neftinin yenidən itirəcəyindən qorxan Rusiya Сənubi
Qafqazdakı hərbi siyasi vəziyyətinin kəskinləşməsini nəzərə alaraq, V.İ.Leninin
başçılığı ilə RSFSR hökümətinin gənc Azərbaycan SSRİ-nin qorumaq bəhanəsi ilə
1920-ci iln noyabr ayında qurudan və dənizdən Bakı şəhərinin ətrafını
möhkəmləndirmək üçün buraya ağır toplar gətirmək haqqında göstəriş verdi. Bu
göstərişə uyğun olaraq, Azərbaycanın iri şəhərlərində və qəza mərkəzlərində
böyük həcmdə hərbi əsgəri qüvvələr saxlamaq üçün RK (b) P MK siyasi bürosu
1920-ci il noyabr ayının 27-də Qafqazdakı vəziyyəti müzakirə edərək Azərbaycana
XI ordudan əlavə olaraq 7 diviziya göndərmək qərara aldı. Tarixi faktlardan
aydın olur ki, 1920-ci il aprel ayının 26-dan Azərbaycan Xalq Сümhuriyyətini
işğal etməyə başlayan XI Qızıl Ordu respublikda çevriliş edərək qanuni
hakimiyyəti hərbi yolla devrilmişdi.
Azərbaycanda siyasi durum ciddi böhran içində idi. Xüsusi ilə kənd əhalisi
içərisində qaçaq hərakatı geniş vusət almaqda idi. Əhali içərisəsində
bolşeviklərin mövqeyi möhkəm deyildi. Özlərinin siyasi vəziyyətindən qorxan
Bolşevik hakimiyyəti dinc əhalini özlərinə tabe etmək üçün kütləvi terrordan
istifadə edirdilər.
Şura hökümətinin amansız siyasətinə baxmayaraq, 1920-1930-cu illərdə
Azərbaycanın türk-müsəlman əhalisi işğalçı bolşevik siyasətinə qarşı öz
etirazlarını bildirmiş və mübarizəni davam etdimişdi. Azərbaycanın
Gəncə-Qarabağ, Zaqatala-Şəki, Quba-Сəbrayıl, Lənkəran bölgələrində müqavimət
dəstələri şura hökümətinə qarşı fəaliyyət göstərmişdi.
|