|
Новая страница 1
Vüqar
Abbasov
«Dağlıq Qarabağ» münaqişəsinin sülh yolu ilə həllinə dair
Dünyada qloballaşmanın davam etdiyi, milli və regional münaqişələrin həllinin
mühüm rol oynadığı bir dövrdə benəlxalq əlaqələrin inkişaf etdirilməsi və
ölkələr arasında dostluq və yaxınlaşma prinsiplərinin həyata keçirilməsinə böyük
ehtiyac vardır. Ancaq birmənalı şəkildə demək olar ki, dünyanın bir çox
nöqtələrində yüğılıb qalmış neqativ halları aradan qaldırmadan xalqların və
millətlərin yaxınlaşmasına, siyasi, iqtisadi və mədəni əlaqələri
genişləndirilməsinə nail olmaq qeyri-mümkündür.
Müasir dünyanın ən narahat nöqtələrindən biri olan, teror və narkotik
vasitələrin yuvasına çevrilmiş Dağlıq Qarabağın xilası məsələsinə dünya ölkələri
və beynəlxalq təşkilatlar birmənalı yanaşmaması böük narahatlıq doğurur.
Azərbaycanın ərazi bütövlüyünə, dünya ölkələrinə hərtərəfli inteqrasiyasına,
eləcə də beynəlxalq əlaqələrin inkişafı, ölkələr arasında yaxınlaşmanın həyata
keçirilməsinə mane olan bü problemin həll edilməsinə həmin dövlətlərin bir çoxu
laqeyid yanaşırsa, bəzi dövlətlər isə aşkar qərəzli mövqe tutur. Azərbaycan
xalqı və dövlətinin ərazi işğalı ilə barışmayacağı və bunun üçün tez-gec
müharibə dalğasının yenidən qalxacağı istisna edilmir. Bu halda işğal olunmuş
ərazilər boşaldılmalı, terrora son qoyulmalı, bundan sonra milli ədavətlərin,
millətlərarası çəkişmələrin, ölkələr arası münaqişələrin davam etməsi
dayandırılmalıdır. Nəzərə alınmalıdır ki, bu məsələnin həlli üçün bir çox
beynəlxalq təşkilatların fəaliyyət göstərməsinə baxmayaraq, hələ heç bir nəticə
əldə edilməmişdir.
Bu bir tarixi həqiqətdir ki, siyasət tarixə, tarixi faklara əsaslanırsa, daha
səmərəli nəticəlrə nail olunur. Bunun üçün tarixi keçmişə nəzər salınmalı,
xalqların və millətlərin müştərək tarixi, müsbət ənənələri, mədəniyyəti eləcə də
keçmişin digər dərsləri unudulmamalıdır. Hər bir bəşər övladı bütün xalqlara və
millətlərə, onların tarixinə və mədəniyyətinə hörmətlə yanaşmalıdır.
Məlumdur ki, Yer kürəsinin çox yerində ərazi münaqişələri mövcuddur. Dağlıq
Qarabağ probleminin digərlərindən əsas fərqi odur ki, bu əslində müəyyən siyasi
kampaniyaların yaratdığı süni problemdir. Bu problem Ermənistanın özündə, ondan
kənarlarda fəaliyyət göstərən erməni təşkilatları, eləcə də Azərbaycanda
sabitliyi pozmaq istəyən bir sıra böyük dövlətlərin siyasətində əsas yer tutduğu
üçün dərinləşir və onun həlli çox çətindir. Məlumdur ki, bölgənin strateci
mövqeyinin və regionda söz sahibi olmaq istəyən xarici dövlətlərin aktiv rol
oynamalarının burada ciddi təsiri vardır. Bu siyasətə xidmət edən ermənilər və
ermənipərəst qüvvələr regionda baş verənləri müxtəlif ad altında, həqiqətdən
uzaq şəkildə göstərməyə çalışırlar. Belə ki, Cənubi Qafqazda olduqca mürəkkəb
görünən siyasi vəziyyəti regionda xüsusi etnik münaqişələr zəminində baş verən
hadisələrlə eyniləşdirməyə cəhd edirlər. Bu dövlətlər gizli niyyətlərini
ört-basdır etmək üçün Dağlıq Qarabağda baş verənləri öz məqsədlərinə uyğun
şəkildə şərh etməyə- bəzən bütünlüklə regionda mövcud olan problemlərlə
eyniləşdirməyə, bəzən isə onu xüsusləşmiş şəkildə göstərməyə çalışırlar.
Rusiyanın hərtərəfli köməkliyi ilə Azərbaycan torpaqlarının 20%-ni işğal altında
saxlamaqda davam edən, Bakı-Tbilisi-Ceyhan magistralı, Beynəlxalq İpək yolu,
Bakı-Ərzrum-Qars qaz kəməri və s. kimi beynəlxalq əhəmiyyətli işlərdə, habelə
Cənubi Qafqazın həyatında mühüm rol oynayan yeni birliklərdə Ermənistan iştirak
etmir. Əksinə havadarlarının təhriki ilə regionda gedən beynəlxalq və iqtisadi
proseslərə mane olmağa çalışır. Bu məqsədlə erməni lobbisi eləcə də ermənipərəst
qüvvələrin maddi və mənəvi dəstəyi ilə saxta uydurma əsərlər yazaraq, dünya
ictimaiyyətini aldadırlar. Özlərini Qarabağda oborugen xalq kimi qələmə verərək
Azərbaycan xalqının qədim mədəniyyət irsinə sahib çıxmağa çalışıplar.
Sağlam təfəkkürə malik olanlar bilirlər ki, ən qədim insan məskənlərindən olan
Azıx, Quruçay, Kür-Araz, Xocalı-Gədəbəy mədəniyyətləri Azgrbaycana məxsus maddi
irslərdir. Bu torpaqda yaranmış qədim Manna, İskit, Atropatena, Albaniya
dövlətləri, eləcə də orta əsrlər Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər,
Eldənizlər, Hülakülər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər,
Osmanlılar, Əfşarlar, Qacarlar və digər türk-islam sülalərəinin idarə etdikləri
dövlətlər təkcə Azərbaycanın, həmçinin Cənubi Qafqazın deyil, eyni zamanda Yaxın
və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoymuşlar. Azərbaycan və onun
mərkəzi bölgəsi olmuş Qarabağ uzun müddət bu dövlətlərin əksəriyyətinin mərkəzi
vilayəti olmuşdur.
Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları və böyük dövlətçilik
arzularından doğan məqsədləri dünyanın bugünkü durumu və beynəlxalq hüququn
prinsipləri müstəvisində ədalət prinsipi ilə tənzimlənməmişdir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlanan bu prosesin əsas səbəblərindən
biri SSRİ dağıldıqdan sonra inteqrasiya əlaqələrinin pozulması yeni müstəqil
dövlətlərin dünya səhnəsində təcrübəsiz olmaları ilə əlaqədar olaraq ciddi
problemlər yaratdı. Beynəlxalq aləmdə yeni partnyorlar ilə xarici siyasi və
iqtisadi əlaqədərin inkişaf istiqamətlərinin modellərini seçməkdə əldə etdikləri
müstəqillik və azadlığın ilk illərinin eyforiyası regionun yeni dövlətlər kimi
onlara göstərilən fəal təzyiqlə əlaqədar problemlərlə əvəz olunduğu üçün həlli
çətin olan münaqişələrin qabarmasına şərait yarandı. Yaranmış şəraitdən istifadə
edərək, ermənilər illərlə məxvi saxladıqları planlarını həyata keçirməyə
başladılar.
Vaxt keçdikcə zamanın tələbləri problemlərin həllini qabaqlayır. Qloballaşma
hökumətləri qonşu dövlətlərin, həmçinin potensial rəqiblərin tələb və
təkliflərinə uyğun milli iqtisadiyyatı nizamlamağa məcbur etdiyi bir zamanda
ümumdünya qloballəşma proseslərinə qoşulan yeni dövlətlər üçün dəyişən dünyada
suverenliyin əsaslarını saxlamağın yollarını tapmaq, onu qoruyub saxlamaq
haqqında düşünmək məcburiyyəti yarandı. Hər bir dövlət öz növbəsində bu prosesi
qabaqlamaq üçün müəyyən tədbirlərə əl atdı.
Tədqiqat göstərir ki, insan fəaliyyətinin heç bir sferası bu və ya digər
dərəcədə qloballaşmadan praktiki olaraq yayına bilməyəcəkdir. Qlobal səviyyədə
rəqabətin əmək məhsuldarlığını artıracağı, elmi tədqiqatlara həvəsləndiriləcəyi,
sosial sabitliyin mövcud olduğu zonalara investisiya cəlb ediləcəyi halda
illərlə davam edən mübahisələrin həllinə yaxınlaşmaq mümkün olacağı
düşünülməkdədir. Xalqların inteqrasiya əlaqələrinin genişlənməsinin və yüksək
intelektual səviyyənin əldə edilməsinin yeni mərhələnin nailiyyəti kimi sürət
götürməsinin bu günün reallığında iri görünən problemləri kölgədə qoyacağı
qaçılmazdır.
Bu zaman hər bir xalqın keçmiş olduğu tarixi yol siyasətdən kənar tarixə
çevriləcəkdir.
Ümumdünya tarixi səhnəsində müxtəlif zamanlarda baş vermiş müxtəlif tipli
hadisələrlə müqayisə edilə bilinəcək nadir hadisələrdən biri də milli-psixoloji
təfəkkürlərin heç bir müsbət təfəkkür tərzi ilə uyğunlaşmamasıdır. Reallıqdan
kənar siyasi, fəlsəfi fikir altında tarixə özünəməxsus şəkildə ekskurs edərək
onu saxtakarcasına təhrif etməklə yeni fikir söyləmək cəhdi çox acınacaqlıdır.
Əgər ermənilərin alimləri də (A.Abramyan, X.Badalyan, M.Mnatsakanyan A.Ayvazyan,
S.Qarapetyan, Ş.Mkrtçyan ) şovinist mövqe tutub digər xalqların tarixinə,
mədəniyyətinə məkrli niyyətlə yanaşırsa, ədavətin güclənməsinə sövq edirsə, bu
problemin tezliklə həll edilməsi şübhə altında qalır.
Beləliklə, münaqişənin sülh yolu ilə həll edilməsini dəyərləndirərək, işğal
altında olan Azərbaycan torpaqları azad edilməsə, Azərbaycan xalqı böyük türk
dünyasının birliyi və dünya xalqlarının sağlam qüvvələrinin beynəlmililçilik
dəstəyi ilə Qarabağı işğaldan azad edəcək və müstəqil Azərbaycan Respublikasının
ərazi bütövlüyünü təmin edəcəkdir.
|