|
Новая страница 1
Şamil Mehdi
Qarabağ: təcrübədən praktikaya doğru
-
Bu il Qarabağ xanlığının Rusiyaya birləşdirilməsini təsdiqləyən Kürək-çay
müqaviləsnin imzalanmasından 200 il keçir. Müqaviləyə bir tərəfdən
Qarabağ xanı Şuşalı İbrahim Xəlil xan, digər tərəfdən rus qoşunlarının
komandanı, piyada generalı P.Sisianov imza atıblar. Müqavilə 11 maddədən
ibarətdir. Onun ikinci maddəsinə görə Rusiya İmperiyası adından imperator I
Aleksandr xana və onun varislərinə Xanlığın bütövlüyünə və ərazi
toxunulmazlığına təminat verirdi.
-
1806-cı ildə Qarabağ xanı İbrahim Xəlil Xan və onun ailəsi (oğlu Mehdiqulu ağa
istisna olmaqla) rus ordusunun mayoru Lisaneviçin rəhbərlik etdiyi dəstə
tərəfindən məhv edilldi.
-
Rusiya imperiyasında quberniyaların yaradılması ilə əlaqədar Qarabağ
xanlığının ləğvindən 183 il, ərazisinin qəzalar arasında bölünməsindən
165 il keçir. Bir az sonra ermənilərin Azərbaycana, o cümlədən,
Qarabağa kütləvi köçürülmələri başlayır.
-
Ermənilərin «Böyük Ermənistan» yaratmaları uğrunda geniş miqyaslı silahlı
əməli fəaliyyətlərinin başlanmasından 100 il keçir. 1905-06-cı illərdə
Azərbaycanda, o cümlədən, Qarabağda erməni silahlı dəstələri minlərlə dinc
insanı qətlə yetirdilər, yaşayış məntəqələrini viran qoydular.
-
87 il
öncə ermənilər Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövlətini qurmağa
nail oldular. 1918-ci ildə 9 min kv.km ərazi ilə qurulan Ermənistan
Respublikası 1920-ci ildə Azərbaycan torpaqları – Zəngəzur, Dərələyəz və s.
hesabına 30 min kv.km. sahəyə malik Sosialist Respublikasına çevrildi.
-
60 il
öncə ermənilər Şərqi Türkiyə və Azərbaycan torpaqlarını ilhaq etməyə cəhd
etdi. Ermənistan Moskvadakı mərkəzi hakimiyyət qarşısında II Dünya
müharibəsinin nəticəsi kimi Türkiyənin 6 vilayətinin və Azərbaycanın Qarabağ,
Naxçıvan bölgələrinin Ermənistana birləşdirilməsi tələbini qaldırdı. Torpaq
əldə edə bilməsələr də, 100 minlərlə azərbaycanlı əhalinin dədə-baba
torpqalarından-Qərbi Azərbaycandan köçürülmələrinə nail oldular.
-
18 il
öncə Qarabağın qoparılmasına yönəlmiş yeni hərəkat nəticəsində Azərbaycan
Respublikasının 14 min kv.km. qədər ərazisi - işğal olundu.
-
11 il
əvvəl biabırçı atəşkəs haqqında razılıq qüvvəyə mindi və bu gün də qüvvədədir.
-
5 il öncə Naxçıvanın əzəli erməni torpaqları olması və Ermənistana
birləşdirilməsinin vacibliyi haqqında çağırışlar başladı.
Bu xronologiyanı izlədikcə, bəzi qanunauyğunluqlar meydana çıxır:
-
Ermənilər daima hücumdadırlar və nəticədə qalib çıxırlar;
-
Ermənilər prosesləri, proseslər isə azərbaycanlıları idarə edir;
-
Azərbaycan tərəfinin addımları cavab addımları olur və ərazilərin itirilməsi
ilə sonuclanır.
Ermənilər qarşılarına qoyduqları vəzifələri mərhələlərlə həyata keçirirlər:
I mərhələ – hazırlıq mərhələsidir – torpaqların işğalının ideoloji əsasları
hazırlanır, təbliğat maşını işə salınır.
II mərhələ – fəaliyyət mərhələsi – bütün resurslar – siyasi, iqtisadi, hərbi –
səfərbər olunur və yeni ərazilər işğal olunur.
III mərhələ – yekun mərhələ – bu mərhələdə əldə edilmiş nailiyyətlər hüquqi
cəhətdən qanuniləşdirilir.
Təşviqat obyekti kimi həm Ermənistanda, həm də dünyada yaşayan ermənilər
seçilir. Eyni zamanda müttəfiqlərin sayının artırılmasına çalışılır. Aparıcı
rolu erməni kilsəsi, ziyalıları və diasporu oynayır.
Son 200 ildə sistematik olaraq saydığımız mərhələlər bir-birini əvəzləyir.
Müxtəlif tarixi şəraitə, dövrlərə baxmayaraq, ssenari dəyişməz qalır. İctimai
formasiyaların dəyişməsinə, bəzi imperiyaların məhv olmasına, yenilərinin
yaranmasına, dövlətlərin yaranıb süqut etməsinə baxmayaraq, mərhələlər
bir-birini əvəz edir, erməni dövləti yeni ərazilər hesabına böyüyür.
Qarabağın işğalı ilə bağlı erməni tərəfinin 1987-ci ildə başladığı son cəhdinin
iki mərhələsi həyata keçirilib. Ermənistan 1994-cü ildən III mərhələni həyata
keçirməklə məşğuldur və hələ ki, başa çatdıra bilmir. Azərbaycan xalqının,
cəmiyyətinin qəti mövqeyi torpaqların hüquqi cəhətdən itirilməsinin qarşısını
alır. Bu mövqenin formalaşmasında Qarabağ Azadlıq Təşkilatının fəaliyyətinin də
təsiri var.
Azərbaycan-erməni münasibətlərində ilk dəfədir ki, duruş gətirə bilmişik. İndi
əsas vəzifə kimi təşəbbüsə yiyələnərək, torpaqların azad olunması prosesinə
başlamalıyıq. Bu işdə erməni təcrübəsindən yararlanmaq lazımdır. Torpaqların
azad olunmasında azərbaycanlıların dini insititutlarından səmərəli istifadə
olunmalıdır. Diasporamız kənarda qalmamalıdır, imkanları səfərbər edilməlidir.
Xalqımızın potensialının səfərbər olunmasında könüllülük prinsipi ilə yanaşı,
mütləq məcburilik elementi olmalıdır.
İnanıram ki, yaxın vaxtlarda torpaqlarmızın (söhbət yalnız Qarabağdan getmir)
qaytarılması ideyası milli ideologiyamıza və Azərbaycan tarixində dönüş
nöqtəsinə çevriləcəkdir.
|