|
Новая страница 1
Əliheydər Şahmarov
işğal
olunmuş ərazilərdə ekoloji problemlər
Yeniləşən cəmiyyətin yeni adamı həqiqətlə, onun böyük, misilsiz nemətləri ilə
tərbiyə olunur. Əsil həqiqət isə ümumi mənzərənin hissə-hissə deyil, tam şəkildə
əks etdirildiyi yerdə meydana çıxır. Məsələyə yalnız bu cür münasibət, həyat
həqiqətini bütün rəngarəngliyi ilə, cəmiyyətin özünü inkişafın mənbəyi kimi onun
bütün ziddiyyətləri ilə gözlərimiz önündə canlandırır. Məhz buna görə indi hər
şeyi öz yerinə qoymaq, real işləri uydurma işlərdən, özünəhörməti
özünəpərəstişdən, həyati halları təsadüfi hallardan, əsaslandırılmış ümidləri
ehkamçılıqdan və xülyapərəstlikdən, yenilikçiliyi mühafizəkarlıqdan, real
narahatçılığı və nigarançılığı əsəbi hay-küyçülükdən və qeyri-əməli
tənqidbazlıqdan ayırmaq artıq bu gün çox vacibdir.
1988-ci ildən ermənilərin başladığı müharibə nəticəsində Azərbaycan
torpaqlarının 20%-i işğal edilmişdir. Azərbaycan ərazilərinin işğal edilməsi
nəinki şəhər və kəndlərin dağılmasına, eyni zamanda bitki və heyvanat aləminin
məhv edilməsinə və bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Bu
ərazilər işğal olunduğundan indiyə kimi orada mövcud olan təbii sərvətlərin və
mədəni tarixi abidələrin cinayətkarcasına dağıdılması davam etdirilməkdədir.
Azərbaycanda rəsmi qeyd olunmuş 14 dövlət qoruğu və 20 yasaqlıqdan 2 qoruq, 4
yasaqlıq və bir çox təbii tarixi abidələr hazırda işğal altındadır.
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsində erməni işğalı altında
qalan 269 min hektar meşə sahəsinin qəddarcasına qırıldığı, həmin ərazilərdə
nadir bitki və heyvanat aləminin məhv edildiyi, təbii sərvətlərimizin
dağıdıldığı 1 il ərzində istehsalatda yaranan 238,2 mln m3 kimyəvi
çirkli suları birbaşa Azərbaycan ərazisində Oxçu çaya axıdırlar.
Respublikamızın hidrometereoloji şəraitinin öyrənilməsində, xüsusən metereoloji
proqnozlarda su ehtiyatlarının qiymətləndirilməsində olduqca böyük əhəmiyyəti
olan 10 metereoloji stansiya, 3 metereoloji məntəqə, 2 aerometereoloji stansiya,
3 aerometereoloji məntəqə, 20 hidroloji məntəqə işğal zonasında qalmışdır. İşğal
olunmuş ərazilərdə təbiət, abidələr mühafizə olunmur və sahibsiz qalmışdır.
Həmin ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu
abidələrin əksəriyyətini məhv etmişlər. İşğal olunmuş rayonların ərazilərində və
Yuxarı Qarabağda Azərbaycanın Qırmızı Kitabına düşmüş məməlilərin 4 növü,
quşların 8 növü, balıqların 1 növü, amfibiya və reptililərin 3 növü,
həşəratların 8 növü, bitkilərin isə 27 növü məskunlaşmışdır.
Respublikanın əlaqədar orqanları, ictimai təşkilatları işğal altında qalan
ərazilərimizin ekoloji vəziyyətini dərindən öyrənməli və ətraf mühitin
mühafizəsi ilə bağlı beynəlxalq prinsipləri əsas tutaraq, ərazilərimizdə
ermənilərin törətdiyi ekoloji cinayətləri beynəlxalq təşkilatlara
çatdırmalıdırlar. Ətraf mühitin qorunması bəşəriyyətin gələcəyi deməkdir.
Meşələrin amansızcasına qırılması, heyvanların bəzi növlərinin yer üzündən
silinməsi təbiətdəki ahəngdarlığı pozur, cəmiyyətə sirayət edir, insanların
mənəviyyatına da mənfi təsir göstərir.
Qarabağ və ətraf rayonlarda aparılan işğalçılıq müharibəsi bu sahədə görülən
işləri tamamilə dayandırdı. İşğal ərazisində uzun illər özbaşına qalmış böyük
vəsait hesabına hazırlanan dağlıq və dağətəyi rayonların əkin sahələrinin
deqradasiyası, eroziya nəticəsində münbit qatın yuyulması torpaqlara ən böyük
zərbə oldu.
Ermənilərin istifadə etdikləri əkin yerlərindən başqa bütün sahələr tamamilə
məhv olmuşdur. Respublikanın kənd təsərrüfatına yararlı olan 4,1 mln. hektar
(ümumi ərazinin 47,7%-i) torpaqların 1.226.674 hektarı işğal olunmuşdur ki, onun
139.396 hektarı suvarılan sahələrdir. Həmin sahələrin 183.242 hektarı əkinə
yararlı olmaqla, 94.275 hektarı suvarılan torpaqlardır.
Həmin ərazilərdə 2470 hektar bağlar, 41444 hektar üzümlüklər vardır ki, ondan
33966 hektarı suvarılan torpaqlardır.
Azərbaycan Respublikasının işğal olunmuş rayonlarındakı kənd təsərrüfatına
yararlı torpaqlar aşağıdakı cədvəldəki kimidir: (10.10.2002-ci il məlamatlarına
əsasən)
|
Rayonların adları |
İşğal altında |
Əkin |
Çoxillik əkinlər |
Dinc |
Biçənək |
Örüş |
Həyətyanı sahələr |
Bağ ilə bostan |
Meşə |
Kolluq |
Yararsız |
|
Dağlıq Qarabağ |
497951 |
80626 |
15126 |
30 |
4177 |
120045 |
3522 |
12 |
147609 |
6217 |
120587 |
|
Nax. MR |
950 |
|
|
7 |
|
726 |
17 |
|
|
|
200 |
|
Ağdam |
88395 |
18748 |
9977 |
|
|
30098 |
1915 |
7 |
986 |
3061 |
23603 |
|
Qubadlı |
79812 |
14956 |
850 |
|
631 |
17192 |
543 |
|
13160 |
11510 |
20970 |
|
Zəngilan |
72590 |
7704 |
2667 |
97 |
207 |
22873 |
553 |
|
12864 |
4265 |
21320 |
|
Kəlbəcər |
124300 |
3952 |
10 |
2375 |
7571 |
34275 |
911 |
|
32774 |
|
42432 |
|
Laçın |
166488 |
11344 |
245 |
3701 |
4682 |
55809 |
927 |
|
33285 |
8851 |
47644 |
|
Fizuli |
69674 |
23807 |
10875 |
360 |
444 |
25749 |
1242 |
|
8 |
265 |
6932 |
|
Cəbrayıl |
118856 |
20495 |
7243 |
550 |
24 |
31805 |
1079 |
|
4039 |
4087 |
49534 |
|
Qazax |
7698 |
1610 |
|
|
|
1947 |
182 |
|
1500 |
715 |
1744 |
|
Cəmi: |
1226674 |
183242 |
46993 |
7120 |
17736 |
340519 |
10891 |
19 |
246217 |
38971 |
334966 |
Hər daşından min xatirələrimiz boylanan, dahilər vətəni Azərbaycanın dilbər
guşəsi Qarabağ 18 ildir ki, dincliyini itirib və düşmən tapdağı altındadır.
«Böyük Ermənistan» yaratmaq iddiası ilə Azərbaycanın ərazi bütövlüyünü pozaraq
ifrat erməni millətçiləri və onların xaricdən olan tərəfdarları Azərbaycanın
milli suverenliyinə qarşı çevrilmiş bədnam təbliğatı və işğalçı qüvvələri nəcib,
dinc, beynəlmiləlçi xalqımızı zorla iğtişaşa çəkmiş, elan olunmamış müharibəyə
cəlb etmişdir.
İnsanlıq hissini və tarixi məsuliyyət duyğusunu çoxdan itirmiş erməni
qəsbkarlarını Azərbaycan xalqı kimi öz xalqlarının taleyi də maraqlandırmamış,
günahsız və həyatın mənasını duymayan minlərlə azyaşlı, gənc oğlan və qızların
həyatına son qoymuş, onları siyasi oyunlara qurban etmişlər. Dağlıq Qarabağ
torpağının tarixən Azərbaycana məxsus olduğunu və əbədi məxsus olacağını
bilə-bilə öz xalqının beynini zəhərləyənlər hansı səviyyədə müdafiə olunurlarsa,
olsunlar, bir gün qanuni cəzalarını alacaqlar.
|