|
Əliheydər Şahmarov
Faiq Ismayılov
Azərbaycan abidələrinə qarşı erməni vandalizmi
Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı yüz illər
boyu düşünülmüş şəkildə həyata keçirilən uzun bir prosesdir.
Həmişə özlərinin böyük və güclü dövlətlərini yaratmaq arzusuyla
yaşayan ermənilər Hindistan, Suriya, Iran, Fransa, Yunanıstan, Rusiya, Türkiyə
ərazilərindən keçib, böyük bir məsafə qət edərək, Azərbaycan torpaqlarına qədər
gəlib çıxmışlar. Onlar Azərbaycana gələnə qədər demək olar ki, bütün dünyanı
dolaşmışdılar.
XVIII əsrin sonları və XIX əsrin əvvəllərində Rusiya-Türkiyə və
Rusiya-Iran dövlətləri arasındakı ziddiyyətlərdən yararlanmaq istəyən ermənilər
rusların himayədarlığını qəbul edərək, yaşadıqları dövlətlərin daxilində
qarışıqlıq yaratmaqla ruslara yardımçı olacaqları öhdəliyini qəbul etdilər.
Ermənilər Iranda, xüsusilə Türkiyə ərazilərində böyük insan təlafatı ilə
müşayiət olunan təxribatlar törətməklə Rusiyanın rəğbətini qazandılar. Bu da
onunla nəticələndi ki, 1828-ci ilin fevralında Rusiya və Iran arasında bağlanan
Türkmənçay müqaviləsindən sonra, rusların təhriki ilə Iran, Türkiyə və Rusiya
ərazilərindən ermənilər kütləvi surətdə Irəvan və Qarabağ xanlıqlarının
torpaqlarına köçürülməyə başladılar. Onlar köçürüldükləri ərazilərdə sıx-sıx
məskunlaşaraq, Rusiya və digər dövlətlərin himayədarlıqları ilə özlərinin
dinlərini, sonralar isə dövlətlərini yaratdılar.
Rusiyanın 178 il davam edən bu məskunlaşdırma siyasəti illər boyu
hər bir azərbaycanlı ailəsinə fəlakətlər gətirmişdir. Milyonlarla insan bu
siyasətin əsirinə çevrilmiş, yüz minlərlə günahsız adamlar bu gün də hüquqi
qiymətini almayan müxtəlif terror və separatizmin qurbanı olmuşdur.
Ermənilər azərbaycanlıların sadəlövhlüyündən istifadə edərək, sıx
məskunlaşdıqları ərazilərdə yer adlarını dəyişdirir, özlərinə inanc yerləri və
dini mərasimləri keçirmək üçün klassik üslubda məbədlər, kilsələr inşa
edirdilər.
Ermənilər yaşadıqları, işlədikləri yerlərdə erməni millətindən
olanların sayı artdıqca, onlar digər millətlərdən olanları tədricən sıxışdırıb
aralarından çıxarırdılar. Ermənilərin etnik təmizləmə siyasəti uzunmüddətli bir
konsepsiyaya arxalandığından, onlar bu siyasəti əvvəllər çox ləng
və hissolunmaz dərəcədə ehtiyatla aparırdılar. Əvəzində isə məskunlaşdıqları
ərazilərdə daha çox yayılmaq, böyük millətlərə daha tez qaynayıb-qarışmaq,
yerləri, əraziləri erməniləşdirmək, hətta yerli sözü keçən adamlara öz qızlarını
hədiyyə etmək, tələb olunduqda isə qətllər törətməklə öz planlarını həyata
keçirirdilər.
Musıqı
Ermənilər təzəcə məskunlaşdıqları Azərbaycan torpaqlarında yerli
əhali ilə tez qaynayıb-qarışdılar. Onlar azərbaycanlıların toy şənliklərində,
bayramlarında iştirak edirdilər. Ozləri ilə gətirdikləri hind, ərəb, fransız
musiqiləri burada işə yaramadığından, onlar Azərbaycan xalq musiqisini və dilini
tez mənimsədilər. Ermənilər dünyada köçəri həyat sürdüklərindən, özlərinin milli
mədəniyyətləri və musiqiləri olmayıb. Ermənilərin Sayat-Nova ilə başlanan
poeziya və incəsənəti çox da uzaq olmayan tarixi keçmişi əks etdirir. Hətta
erməni klassiki sayılan Sayat-Nova öz yaradıcılığında istifadə etdiyi çox
şeyləri türk mədəniyyətindən əxz etdiyini etiraf edir.
Ermənilər özlərinin toy və digər şənliklərində yalnız Azərbaycan
musiqisindən istifadə edirdilər. Bununla yanaşı, artıq onlar Azərbaycan ifaçılıq
sənətini mənimsəməyə başladılar. Onlar tar, kamança, dəf, zərb, nağara kimi
alətlərdə çalmağı nəinki mənimsədilər, hətta onu azərbaycanlı uşaqlara tədris
etməyə başladılar. XVIII- XIX əsrlərdə Azərbaycanda bir çox adlı-sanlı muğam
üçlüyünün kamança çalanı erməni idi. Ermənilər bir çox musiqi kollektivlərində
çalışır, özlərinin ifaçılıq sənətlərini inkişaf etdirirdilər.
Artıq XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın xalq
musiqisini, sonralar isə bəstəkar mahnılarını açıq-aşkar erməni musiqisi kimi
təqdim etməyə başladılar. Günü bu gün də Azərbaycan musiqisi ilə yaşayan,
özlərini türk xalqlarının əzəli və əbədi düşməni elan etməklə Azərbaycan
incəsənətini mənimsəyəcəklərini zənn edən ermənilər, bir zaman bu hərəkətlərinin
beynəlxalq konvensiya və qanunlara zidd olduğunu anlayacaqlar, Azərbaycan
musiqisindən aldıqları həzzə görə Azərbaycan xalqına minnətdar olacaqlar.
Daş heykəltəraşlıq abidələri
XX əsrin əvvəllərində ruslar Azərbaycan torpaqları üzərində
erməni dövləti yaratdıqdan sonra ermənilər etnik təmizləmə hissləri
daşa da qızışdı.
Onlar təkcə
sovetlər
dönəmində 500 mindən çox azərbaycanlını Qərbi Azərbaycandan
deportasiya etdilər. Sonra yaşayış məskənlərini mənimsəyərək, azərbaycanlılara
məxsus inanc yerlərini və qəbiristanlıqları məhv etdilər. Əksər hallarda onlar
qəbir daşlarını çıxardaraq, yondurub təkrar istifadə edirlər. Lakin bu
qəbiristanlıqlarda qalan at, qoç fiqurları - totemlər isə xüsusi əhəmiyyət kəsb
edirdi. Ermənilər bu hərəkətləri ilə vandallıq edərək, Azərbaycan xalqının
tarixinin böyük bir hissəsinin üstündən xətt çəkmək istədilər. Bununla onlar
azərbaycanlıların izlərini itirdiklərini düşünsələr də, dünyanın bir çox
arxivlərində bu ərazilər haqqında məlumatlar hələ də qalmaqdadır.
Irəvan, Dərələyəz, Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrində at,
qoç fiqurları, daş üzərində süjet xarakterli və ornamental oymaları xüsusi qeyd
etmək lazımdır. Çünki onlar həm say, həm də üslub xüsusiyyətlərinin müxtəlifliyi
ilə daşdan düzəldilmiş plastik sənət tariximizin inkişaf yolları haqqında
ətraflı məlumat verirdi.
Həmin ərazidə olan daş qoç fiqurları ölçü etibarı ilə çox
müxtəlif idi. Onların ən böyüyünün uzunluğu 150 sm, hündürlüyü 110 sm, ən
kiçiyinin uzunluğu 45 sm, hündürlüyü 30 sm idi.
Sisyan rayonunun Urud kənd qəbiristanlığında yerləşən 1577-ci il
tarixli qoç fiquru və XVI əsrə aid süjet xarakterli oymalar daş üzərində oyma
sənətimizin çox nadir nümunələrindən idi.
Daş qoç fiqurlarımız haqda, 1834-cü ildə fransız səyyahı
Lyubua-de Monpere Qarabağda çoxlu daş heyvan fiqurları gördüyünü və yerli
əhalinin onlara xüsusi hörmət bəslədiklərini qeyd edirdi. Burada söhbət
ermənilərdən getmir. Çünki bu abidələr yeganə abidələrdir ki, ermənilər bunları
erməniləşdirə bilmirlər. O dövrdə Azərbaycana gələn səyyahlar, ermənilərin indi
iddia etdikləri kimi Qarabağda erməni millətinin kütləvi şəkildə yaşadıqlarını
təsdiq etmirlər.
Ermənilər qəbiristanlıqlardan bu fiqurları və oyma nümunələrini
doğrayaraq, başqa ərazilərə daşıyıb, müxtəlif məqsədlər üçün istifadə edirlər.
Qərbi Azərbaycanda və işğal edilmiş digər ərazilərimizdə 100 minlərlə sənət
nümunələrimizi və qəbirlərimizi insanlığa yaraşmayan qəddarlıqla dağıdıblar.
Işğal olunmuş ərazilərdə bir dənə də salamat qəbiristanlıq qalmamışdır.
Memarlıq Abidələri
Ermənilərin etnik təmizləmə siyasəti işğal olunmuş ərazilərdəki
tarix və memarlıq abidələrimizdən də yan keçməmişdir. Təkcə Qarabağ və ətraf
rayonların ərazilərində mindən çox tarixi, memarlıq və mədəniyyət abidələri
mövcud idi ki, onların da böyük əksəriyyəti ermənilər tərəfindən ya tamamilə, ya
da qismən dağıdılaraq yararsız hala salınıb. Qərbi Azərbaycan torpaqlarında isə
bir dənə də olsun azərbaycanlılara məxsus salamat qalmış tarix və mədəniyyət, nə
də qəbirüstü abidələrə rast gəlmək mümkündür.
Ermənilər istər Qarabağ, istərsə də Azərbaycanın digər
ərazilərində vandalizm siyasətini düşünülmüş, planlı şəkildə həyata keçirirlər.
Onlar guya tarixi abidələrin izini itirməklə azərbaycanlıların bir zamanlar bu
ərazilərdə yaşamadıqlarını sübut edəcəklərini düşünürlər. Lakin onlar çox
işlərdə olduğu kimi, bu işlərdə də yanılırlar ki, Azəri türklərini bu tarixi
qaynaqlardan silmək sadəcə mümkün deyil.
Neolit dövründən XX yüzilliyədək insanların bizim ərazilərimizdə
oyma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərinin ən qədim
nümunələrinə Kəlbəcər və Laçın ərazilərində rast gəlinir. Bu ərazilərdə daş
üzərində bəzəkləri əsasən nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edir.
XIII əsrdən başlayaraq, memarlıq abidələrinin bəzəkləri arasında
da fərdi xüsusiyyət daşıyan quş, heyvan, insan təsvirlərinə rast gəlmək olur.
Lakin bunlar qabartma səpkisində yox, xeyli səthi, daha çox cızma üsulunda icra
edilirdi. Belə bəzəkli abidələr sırasına ilk növbədə Ağdam rayonunun Xaçın
Türbətli kəndindəki və Laçın rayonunun Cicimli kəndi yaxınlığındakı Məlik Əjdər
türbələrinin rəsmlərini aid etmək olar.
Lakin çox təəssüf hissilə qeyd etmək istəyirəm ki, işğal olunmuş
ərazilərdə qalan bu kimi abidələrimiz erməni vandalizminin qurbanlarına
çevrildilər. Bu sıradan Laçın rayonu ərazisində Kərbalayı Behbudalı bulağı,
Həmzə Soltan sarayı, Dəmirovlu piri, Soltanbaba, Şeyxəhməd Məlikəjdər, Xəlifə,
Xanoğlu, Pənah xan türbələri və qaraçı qəbiristanlığında iki türbə, 12 körpü,
126 qəbiristanlıq, yüzlərlə qəbirüstü abidə, Şuşa tarix memarlıq qoruğu, o
cümlədən Hacı Abbas, Hacı Yusifli, Yol-qala, Xoca Mərcanlı, Köçərli, Seyidli,
Mamay, Gövhərağa, Aşağı Gövhərağa, Malıbəyli kənd məscidləri, yüzlərlə tarixi
memarlıq abidəsi olan yaşayış evləri, Şahbulaq kəndindəki karvansara və bir çox
bu kimi abidələr ermənilər tərəfindən darmadağın edilmişdir.
Ümumiyyətlə, son münaqişə zamanı Dağlıq Qarabağ və işğal olunmuş
digər ərazilərdən 1200 tarixi memarlıq abidəsi tamamilə məhv edilmiş, ya da
qismən dağıdılmış, 27 muzey və Şəkil Qalereyası qarət edilib, 100 mindən çox
eksponat Ermənistana daşınmışdır.
Budur XXI əsrdə Azərbaycan torpaqlarında erməni vandalizminin
reallığı. Dünyada elə bir xalq yoxdur ki, onun həm musiqisinə, həm tarixinə, həm
kulinariyasına, həm mədəniyyət və incəsənət nümunələrinə bizimki qədər təcavüz
olunmuş olsun.
|