|
Новая страница 1
Firuzə Əliyeva
azərbaycanın
ərazi bütövlüyü milli
təhlükəsizliyin başlıca problemi kimi
Bu
gün Azərbaycanın ən dərdli yerlərindən biri Qarabağ torpaqlarının işğaldan azad
olunmasıdır. Bəs bunun üçün nə etmək lazımdır? Biz torpaqlarımızı hansı yollarla
azad edə bilərik? Bunun üçün bütün xalq bir məqsəd, bir amal uğrunda birləşməli
və torpaqlarımızı erməni təcavüzündən xilas etməlidirlər. Bizim xalqımız mərd və
mübarizdir. Qəhrəmanlar yetirən qədim azəri (türk) xalqı həmişə xarici
müdaxiləçilərə qarşı mübarizədə sərt və döyüşkən olmuşlar. Mən vaxtilə (1948-ci
ildə) olmuş bir əhvalatı yada salmaq istəyirəm. Rəhmətlik atam Qafanda
azərbaycanlı bir oğlanın 9 ermənini şil-küt etdiyini söylərdi. Atam deyirdi ki,
bala, azərbaycanlı oğlan erməniləri o qədər döydü ki, axırda öz ermənisi
hirsindən gəlib azərbaycanlıya dedi ki, ərə, elə yaxşı edib onları döydün. Mən
bu kiçik epizodla demək istəyirəm ki, 9 ermənini döyən türk oğlu indi necə oldu
ki, öz torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxmır. Mən Qarabağ Azadlıq
Təşkilatının torpaqlarımızın işğaldan azad edilməsi üçün necə fədakarlıqla
mübarizə aparmasının şahidiyəm. Bu insanlara heç nə lazım deyildir. Onlar,
erməni işğalçılarına qarşı mübarizə apararkən nə qədər çətinliklərlə üzləşmiş,
döyülmüş, həbsxanalara salınmış, lakin öz yollarından dönməmişlər. Lakin görək,
onların ətrafında onun təşkilatının üzvlərindən başqa daha kimlər cəmləşir.
Əslində onların səsinə yurdundan-yuvasından didərgin düşmüş qaçqınlar səs
verməli və ətrafında birləşməlidirlər. Təəssüflər olsun ki, bu belə deyildir.
Atalar yaxşı deyiblər: "El bir olsa, basılmaz Vətən". Lakin mən heç vaxt QAT-ın
ətrafında, onların çıxış və mitinqlərində 1 milyondan çox olan qaçqının heç
olmasa yarıdan-yarısını görmürəm. Bu məndə çox təəssüf hissi oyadır. Yəni bizim
xalqımızın milli mənlik şüuru, vətənpərvərlik hissləri, yurd təəssübkeşliyi bu
qədərmi aşağı enmişdir. Nəyə görə 4671 nəfəri itkin düşmüş, məhv olmuş,
vəhşiliyə məruz qalmış Xocalı qaçqınları və yaxud Ağdam, Füzuli, Cəbrayıl və
digər işğal olunmuş şəhər və rayonların məcburi köçkünləri QAT ətrafında
birləşmirlər? Bəlkə bu onların laqeydliyindən və yaxud unutqanlığından irəli
gəlir. Yaddan çıxartmaq olmaz ki, torpaqları yalnız biz özümüz azad etməliyik.
Artıq 17-18 ildir ki, bizi ATƏT, Minsk Qrupu və başqa beynəlxalq təşkilatlar
aldadırlar. Hər il yalançı vədlərlə xalqın başını aldadır, ermənilərə isə
qol-qanad verirlər. Ermənilər işğal zonalarında bərpa işləri aparır və dünyaya
car çəkir ki, bu torpaqlar elə əzəldən bizimdir. Biz isə sanki qəflət
yuxusundayıq. Erməni hay-küy salır ki, erməni qəbirləri dağılır. Bunu biz
etməliyik, çünki bizim ərazilər işğal olunmuş, qəbirlərimiz dağılmışdır.
Ermənilərin qışqırığından sonra bizim mətbuat, informasiya vasitələri işə düşür.
Olmazmı ki, əvvəlcə biz səsimizi çıxardaq.
Görkəmli publisist, tənqidçi, şair, filosof Əlibəy Hüseynzadənin
"Siyasəti-Fürusət" əsərində göstərilir ki, Teymurləngdən Kəyumərs soruşur:
«Şamın, Bağdadın nə günahı var idi ki, oralarda insan başlarından ehramlar
yapdın?" O cavab verir: "Bir xalq ki, 300 milyon olduğu halda, bu gün
xəyanətləri, ittihadsızlıqları üzündən taxta parçalar üzərində dənizlə gələn 2-3
milyon ingilisin, rusun əsarətinə təhəmmül ediyor, vətəndaşlarını top ağızlarına
bağlayıb, parça-parça elədiklərini sükut ilə tamaşa ediyor, belə bir xalq
yaşamağa layiqmidir? Ah... kəllələrdən ehram yapdığıma deyil, onların kökünü
yerli-dibli qazımadığıma peşimanam".
Göründüyü kimi, Teymurləngin dililə deyilən bu qəzəbli sözlər o zaman müsəlman
aləminə qarşı bir ittihamnamə idi. Bu sözlər hal-hazırda xalqımızın ermənilərə
qarşı susmağına bir işarədir. Biz nəyə görə böyük və qədim bir xalqı təmsil
etdiyimiz halda, indi döyüşüb torpaqlarımızı qorxaq ermənilərdən xilas edə
bilmirik. Düzdür, erməni diasporu güclüdür. Rusiya və İran dövləti onun
arxasında dayanır, lakin biz də mübarizədən dönməməliyik. Unutmamalıyıq ki,
gavurların işğalı altında qalan qəbirlərdəki müqəddəs ruhlar, Əsir düşüb əzab və
işgəncələrə məruz qalan qız və gəlinlərimiz, igid əsgərlərimiz bizi heç vaxt
bağışlamayacaqlar. Bir xalq öz torpaqlarını azad etməyə qadir deyildirsə, onda
onun yaşamağa haqqı yoxdur. Biz yalnız silah gücünə torpaqlarımızı işğaldan azad
edə bilərik.
Hər il rayonların işğal gününü sükutla, qəm-qüssə ilə qeyd edirik. Onu qeyd
etmək yox, azad etmək lazımdır. Zaman gələcəkdir ki, gələcək nəsillərimiz
itirilmiş torpaqlara görə bizi lənətləyəcəklər. Necə ki, biz indi Zəngəzuru,
İrəvanı ermənilərə satanları söyüb, lənətləyirik. Bu bizə bir tarix damğasıdır.
Bizim torpaqlarımızı nə ingilis, nə də digərləri azad edəcəklər. Onları
Azərbaycanın nefti və digər təbii sərvətləri maraqlandırır. Ona görə də onlara
bel bağlamaq olmaz. Lakin təəssüflər olsun ki, onlara inanan rəhbərlər də
vardır. Vaxtı ilə də belə olmuş və ərazilərimiz işğala məruz qalmışdır. İndi
onun əzabını çəkirik.
F.Ratsel demişdir: "Ermənilər heç vaxt öz milli dövlətlərini yaratmamışlar,
onlar türklərlə yunanlar arasında araçı rolunu oynamışlar. Dilləri zəif
olduğundan onlarda bilinqivizm güclüdür".
Həqiqətən də, heç vaxt dövləti olmayan ermənilər Azərbaycanın torpaqları
hesabına özünə dövlət yaradıb və onu genişləndirmək istəyir. "Böyük Ermənistan"
ideyası əsrlər boyu türklərə bir bəla olmuşdur. Ermənilər bu ideya altında
birləşərək, türk dünyasına qarşı həmişə qlobal miqyasda terrorlar təşkil etmiş
və ən görkəmli dövlət xadimlərini, sıravi insanları qəddarlıqla məhv etmişlər.
Ermənilərin törətdikləri cinayətləri saymaqla qurtarmır. Ona görə də onlarla
torpaqlar azad edildikdən sonra sülh danışıqları baş tutarsa, yenə də sayıqlığı
əldən vermək olmaz.
|