|
Новая страница 1
Həlimə Kazımova
Azərbaycan -
Ermənistan münaqişəsinin həlli perspektivlərinə dair
XX
əsrin 80-ci illəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üçün kəşməkeşli və gərgin
siyasi oyunların başlanğıcı idi. Sosializm prinsiplərinin tüğyan etdiyi bir
dövrdə, qayda-qanunları pozmamağa çalışan Azərbaycan Dağlıq Qarabağda başlamaqda
olan proseslərə laqeydlik göstərirdi. Əslində, Azərbaycan sovet qanunlarına və
prinsiplərinə uyğun olaraq qardaşlıq, dostluq meyarlarından kənara çıxmamağa
çalışırdı. Ermənistan isə belə vəziyyətdən gizli və açıq surətdə səmərələnirdi.
Rusiyada hakimiyyətə gələn hər bir şəxs bu hadisələrə göz yumur və öz xristian
qardaşlarını bu və ya digər şəkildə dəstəkləyirdi.
ermənipərəst M.Qorbaçovun Sovet
İttifaqında hakimiyyətə gəlməsi, onun «yenidənqurma», aşkarlıq siyasəti
Azərbaycana qarşı erməni qərəzçiliyi kompaniyasının yenidən başlanması üçün bir
siqnal oldu. Ermənilər 80-ci illərdə həm Ermənistanda, həm də İttifaqın iştirak
etdiyi Avropa ölkələrində keçirilən iclaslarda, siyasi birliklərdə öz
ideyalarını irəli sürməkdən çəkinmirdilər.
Sovetlər dövründə sosial-iqtisadi və mədəni sahələrdəki əyintilər və təhriflər
millətlərarası münasibətlərə mənfi təsir göstərmiş, millətçilik
əhval-ruhiyyəsini gücləndirmişdir. Bəzi respublika və muxtar vilayətlərdə yerli
xalqın mədəniyyətinə, dilinə ögey münasibət bəslənirdi. Məsələn, Ermənistan,
Gürcüstan və Dağıstanın azərbaycanlılar yaşayan rayonlarında Azərbaycan dilinin
və Azərbaycan tarixinin öyrənilməsi və məktəblərdə tədrisi dayandırılmışdı.
İttifaqın bu olanlara ciddi yanaşmadığını görən ermənilər hər cür yollara əl
atırdılar.
1987-ci ilin oktyabrında Yerevanda «Qarabağ komitəsi»nin açıq mitinqi keçirildi.
Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə Qorbaçovun əsabələrindən olan
A.Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini qeyri-rəsmi olsa
da, bütün dünyaya bildirməkdən çəkinmədi. Hərəkata yenə də bir qrup millətçi
erməni ziyalılar arxasından kommunist – daşnaklar, Ermənistan Kp
liderləri, DTK agentləri rəhbərlik edirdilər. Moskvada ermənilərin «Milli
müqəddəratın müstəqil təyin edilməsi birliyi» və «Siyasi məhbusların müdafiəsi
üzrə erməni komitəsi» də bu istiqamətdə fəal iş aparırdılar. Yerevandan Qarabağa
müntəzəm olaraq gələn nümayəndələr ermənilər arasında geniş və fəal təbliğat işi
apardılar. Qarabağın erməni əhalisini Ermənistanla birləşdirmək ideyaları ilə
zəhərlədilər.
Hadisələr Xankəndində şovinistlərin millət «təəssübkeşliyi» ruhunu coşdurdu.
1988-ci il fevralın 13-də Xankəndində mitinqlər oldu. Ardı-arası kəsilməyən
mitinqlərdə Ermənistanın «əzəli torpağı olan» Qarabağı Ermənistana
birləşdirməyin vaxtı gəlib çatdığı vurğulanırdı. Bu elə bir vaxta təsadüf edirdi
ki, Sovet İttifaqı artıq tənəzzülə doğru gedirdi. Ermənilər yaranmış siyasi
vəziyyətdən öz gələcək mənfur planlarını həyata keçirmək üçün istifadə etmək
haqqında fikirləşirdilər. 1988-ci il fevral ayının 15-18-də DQMV-nin Şuşadan
başqa bütün rayon sovetlərində sessiya keçirildi və DQMV-nin Azərbaycan SSR-nin
tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə qatılmasını təklif edən qərar
qəbul olundu.
Respublikanın müstəqil hüquqlarının pozulmasına Sovet İttifaqının və Azərbaycan
rəhbərliyinin heç bir etirazını görməyən Azərbaycan xalqı kortəbii mitinqlər
keçirirdi. Aşağı Qarabağ bölgələrindən toplanan azərbaycanlılar münaqişəni
başlanğıcda həll etmək, onun böyüyüb qanlı müharibəyə çevrilməsinin qarşısını
almaq üçün yürüşə başlamaq hazırlığını istəyini Moskvanın göstərişi ilə
dayandırdılar.
Millətlərarası ziddiyyətlərin yolverilməzliyi haqqında Srov. İKP MK 1988-ci il
fevral plenumunun qərarında göstərilirdi: Mövcud milli ərazi quruluşunu
dəyişdirmək məqsədi güdən hərəkətlər və tələblər zəhmətkeşlərin mənafelərinə
ziddir. Ermənistan tərəf buna çox «müsbət» reaksiya verirdi.
Keçən əsrin 80-ci illərində Sov. İKP MK-də keçirilən müşavirələrdə, rəhbərlərlə
görüşlərdə Moskvanın vəziyyəti nizama salmağın yolunu Dağlıq Qarabağın
Ermənistana verilməsində gördüyü hiss edilirdi. Hətta ABŞ-da olan erməni
lobbiləri Dağlıq Qarabağ probleminə BMT Təhlükəsizlik Şurasında baxılmasını
tələb edirdilər.
Təəssüflər olsun ki, dünya siyasətində mühüm rol oynayan böyük dövlətlər, habelə
bir çox beynəlxalq təşkilatlar ermənilərin separatçılığına göz yumdu.
bu da nəticədə ermənistanın
azərbaycanın 20% torpağını işğal
etməsi ilə nəticələndi.
İndi Azərbaycan torpaqlarının ermənistan
tərəfindən işğalından xeyli müddət keçməsinə baxmayaraq, ərazilərin işğaldan
azad edilməsi hələ öz həllini tapmamışdır. Problemin sülh yolu ilə həll edilməsi
prosesi davam etməkdədir. Ancaq sözügedən problemin sülh yolu ilə deyil, hərbi
yolla həll ediləcəyinə daha çox ümid bəsləyirəm.
|